Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə66/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

Folklorşünaslığa giriş   
 
 
223 
Göründüyü  kimi,  Əhməd Cəfəroğlu  yalnız  dövlət və 
kültür istiqlaliyy
ətinin birlikdə  xalqın  azadlığına  gətirəcə-
yin
ə əminliyini bildirmiş, əgər bu iki mühüm amil bir-birin-
d
ən təcrid edilərsə, hürriyyətin  tam  olmayacağına  inanmış-
dır.  Onun  bu  fikrinin  doğruluğunu  bütün zamanlarda yara-
nan 
ədəbi  əsərlər  sübut  etmişdir,  çünki  bir  çox  hallarda, o 
cüml
ədən  yaxın  keçmişimizdə  –  sovet dövründə  dövlət is-
tiqlaliyy
ətinin  olmaması  öz  təsirini kültür sahəsində  də 
göst
ərmişdir. 
Xatırladaq ki, Azərbaycan xalq qəhrəmanı Qaçaq Nəbi 
m
əhz bu şəkildə, imperiya maraqlarına uyğun təbdiğ edildi-
yind
ən, sovet tədqiqatçıları onun mübarizəsinin rus müstəm-
l
əkəçiliyinə qarşı deyil, çar hökumətinə qarşı olduğuna inan-
dırmağa cəhd edirdilər. Dastanın Azərbaycanda nəşr olunan 
va
riantında qazax (kazak), qoburnat (qubernator), nəçənnik 
(naçalnik), pristav, uryadnik, konvoy v
ə  s. kimi bilavasitə 
çar Rusiyası ilə əlaqədar rütbə bildirən terminlər saxlanılsa 
da, rus v
ə rusluqla bağlı kəlmələr bütünlüklə redaktə olun-
muşdur ki, bu da Qaçaq Nəbinin apardığı mübarizənin təhrif 
olunmasına gətirib çıxarmışdır.
   
Yalnız sovet hakimiyyətinin öz əvvəlki nüfuzunu qeyb 
etm
əyə  başladığı  durğunluq  illərində  Azərbaycanda türk 
xalqlarının  mənəvi sərvətlərinin öyrənilməsi istiqamətində 

əyyən  addımlar  atılmağa  başlamışdır.  Xalqın  milli  kim-
liyi, soy-kökü il
ə  bağlı  əsərlərə  diqqət  artmağa  başlamış, 
oğuznamələr,   “Kitabi-Dədə  Qorqud ”, digər türk xalqları-
nın mədəniyyəti, qədim lüğət və əlyazmalarla bağlı araşdır-
malar  aparılmağa  başlanmışdır.  Lakin  rus-sovet  əsarətinin, 
sen
zuranın  basqıları  hələ  də  öz mənfi nəticələrini göstər-
m
əkdə  idi. Belə  ki,  Samət  Əlizadə  1987-ci ildə  çapa  ha-
zırlayıb “Oğuznamə” adı ilə nəşr etdirdiyi XVI əsrə aid olu-


Almaz H
əsənqızı                                                   
 
 
224 
nan  “
Əmsali-Məhəmmədəli” atalar sözü və  zərbi-məsəllər 
kitabının  əlyazması  ilə  bağlı  maraqlı  bir  fakt  açıqlamışdır: 
“Oğuznamə”ni qürur və  məhəbbət hissi ilə oxuyursan, axı-
rıncı səhifənin pozulmuş sətirlərini görəndə isə kədər və tə-
əssüflə düşünürsən ki, əlyazmanı şüurlu şəkildə təzələyib gə-
l
əcək üçün hədiyyə hazırlayan katib öz adını, əsərin yazılış 
tarixini v
ə  yerini  pozmazdı.  Yəqin ki, belə  “günah”a məc-
mu
ənin nə ilk, nə son sahibi batardı. Amma bu da həqiqətdir 
ki, son s
ətirləri pozan adam sıravi oxucu deyil, ziyalı-şərq-
şünasdır; o hər kimdirsə, şovinizm əsiridir. Ona görə də öz 
q
ədimlik faktı ilə Misir piramidası kimi ucalan yazılı abidə 
qarşısında  qorxuya  düşmüş,  cinayətkar barmağını  işə  sal-
mışdır. Məlumdur ki, folklor yaradıcılığının qədimliyi, erkən 
orta 
əsrlərdəki  yazıda  təsbit  olunması  onu  hasilə  gətirən 
xalqın  da  tarixi  keçmişi,  dili  və  təfəkkürünün qədimliyi, 
erk
ən orta əsrlərdəki bədii qüdrəti  haqqında  inkaredilməz 
sübutdur”
172

Qeyd etm
ək  lazımdır  ki,  Azərbaycanın  iki  hissəyə 
parçalanması və uzun illər ayrı-ayrı dövlətlərin basqısı altın-
da olması onun mənəvi sərvətlərinin toplanması, öyrənilməsi 
m
əsələsinə də ciddi təsir göstərmişdir. Uzun illər ana dilində 
danışmağın belə qadağan olunması Güney Azərbaycanda bu 
istiqam
ətdə  fəaliyyətlərin zəifləməsinə  gətirib  çıxarmışdır. 
Bu z
əngin  folklor  materiallarının  toplanması  və  tədqiqinin 
qarşısını  saxlayan  bir  sıra  çətinliklər hələ  də  qalmaqdadır. 
Lakin yegan
ə təsəlli odur ki: “Qayaları paralayan Araz yal-
nız soy-kökü, qan yaddaşını, milli ruhu paralamayıb və onun 
paraları arasından axa bilməyib. Folklor özü əsatirdə və ba-
                                                           
172
Sam
ət  Əlizadə.  Oğuznamə  (Müdrikliyin sönməyən  işığı).  Ön söz, 
Bakı: Yazıçı, 1987, s.11   


Folklorşünaslığa giriş   
 
 
225 
yatıda, nağılda və dastanda əbədiləşən canlı bir yaddaşa çev-
rilib v
ə qoymayıb ki, nə o, nə də bu sahildə bir kəs soyunu, 
əslini, zatını unutsun. Ona görə də şüurda, düşüncədə, mə-
n
əviyyatda xalq  heç  vaxt  parçalanmayıb.  Çünki  yaddaş  zə-
d
əsiz, bütöv qalıb. Axı daşlar ovula-ovula ölür, qayalar sö-
kül
ə-sökülə, bulaqlar  quruya-quruya, çaylar çəkilə-çəkilə 
ölür, mill
ət isə  unuda-unuda.  Yaddaşdan  təmizlənə-təmiz-
l
ənə”
173

Az
ərbaycan və  bütövlükdə türk folkloruna  qarşı  müs-
t
əmləkəçi ağaların kəskin və barışmaz münasibəti məhz onu 
yaddaşının zədələnməsi, məhv olmasına hesablanıb. Amma 
yaxşı ki, nə sosialist senzurasının basqısı, nə də şahlıq rejimi 
çox 
çalışsa da, buna nail ola bilməyib. Çünki xalq ən çətin 
m
əqamlarda belə  öz yaratdıqlarını  qoruyub  saxlamağa  mü-
v
əffəq olub.     
 
                                                           
173
 
Yaşar  Qarayev.  Folklorumuzun  tarixi.C.Heyət. Azərbaycan  şifahi 
xalq 
ədəbiyyatı (Ön söz), Bakı: Azərnəşr, 1990, s.3-4 


Almaz H
əsənqızı                                                   
 
 
226 
 
 
 
FOLKLORUN YAZIYA ALINMASI  
PRİNSİPLƏRİ 
 
M
əlumdur ki, hər  bir  xalqın  tarixi,  soy-kökü, qəhrə-
manlıq  keçmişi,  məruz  qaldığı  köçlər və  savaşlar  ən çox 
onun yaratdığı bədii nümunələrdə yaşayaraq  gələcəyə  daşı-
nır. Məhz türk xalqlarının, o cümlədən azərbaycanlıların da 
əsrlərdən bəri qalibiyyət və məğlubiyyətləri, cəngavərlik və 
əsarəti, bir sözlə, bütün  tarixi  yaşantıları  yaratdığı  söz  sə-
n
ətində  yaşamaqdadır.  Bu  cəhətdən folklorun hər bir 
janrının  rolu  əvəzsizdir, həmin örnəklərdə  xalqın  adət-ənə-
n
ələri, kədəri, sevinci, arzu və istəkləri daha geniş, ətraflı öz 
əksini tapa bilir. Lakin, təəssüf ki, “...türk millətinin nə “İli-
ada”, n
ə “Şahnamə”, nə də “Kalevala” kimi yazılmış və ya 
toplanmış bütün dastanı yoxdur... Türklər dastan dövrü ya-
şamaqdan və yeni dastanlar söyləməkdən əski dastanları də-
y
ərləndirib  toplamağa,  bilxassə, özləməyə  vaxt  tapa bilmə-
mişlər”
174
.   
Türk  xalqlarının  şifahi  söz  sənəti örnəklərinin toplan-
ması  əsasən XIX yüzillikdən  başlanmışdır.  Türkiyədə  xalq 
ədəbiyyatı örnəklərinin dünyaya tanıtdırılmasında ilk fəaliy-
y
ət göstərən Armin Vamberinin(1832-1913) tələbəsi  İqnats 
Ku
noş (1862-1945) olmuşdur. 1885-ci ildən başlayaraq türk 
torpaqlarını səyahət edən Kunoş folklor materiallarını topla-
                                                           
174
 
Nihat Sami Banarlı. Resimli türk edebiyatı tarihi, I cild, İstanbul: 
Milli Egitim Basımevi, 1987, s.11 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə