Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə61/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
206 
çıxır”
155
  . 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  xalq  oyunları  və  mey-
dan 
tamaşaları  geniş  bir  anlayış  olub,  əsasən mərasimlərlə 
bağlı  meydana  gəlmişdir.  Zorxana,  canbazlıq,  cıdır  və  ya 
atüstü oyunlar (çövkan), saya, qodu, “xan b
əzəmə” və s. bu 
sıraya daxildir. 
Ümumiyy
ətlə, folklor janrlarının, demək olar ki, böyük 
bir qismi sinkretik xarakter
ə malikdir. Aşıqlar dastan, məd-
dahlar  nağıl  danışarkən roldan-rola  girirlər.  Bundan  başqa, 
h
ətta sovet ateizminin ciddi rejimi olan vaxtlarda belə  bəzi 
bölg
ələrdə  (məsələn, Ordubadda) məhərrəmliyin onuncu 
günü – 
aşura ilə bağlı – “Şəbih”, orucluqda İmam Əlinin öl-
dürüldüyü gün xüsusi dini tama
şalar göstərilirdi. 
Xalq oyunları yaşa (uşaq, yeniyetmə, cavan və ya yaşlı 
iştirakçıdan), istifadə olunan nəsnələrə (daş, ağac, at, qılınc, 
top, dig
ər oyuncaqlar və  s.), keçirildiyi zamana  (mövsüm, 
gec
ə, gündüz, fəsil və s.), məqsədə (qutlama, şənlik, dini və 
s.) v
ə s. görə müxtəlif şəkildə təsnif edilə bilər. Azərbaycan 
folk
lorşünaslığında  oyunların  bir-birindən fərqli təsnifatla-
r
ına təsadüf edilir. Professor Füzuli Bayat təhkiyə  və  ya 
teatra m
əxsus xüsusiyyətləri nəzərə alaraq, oyunları iki yerə 
bölmüşdür: 
1.T
əhkiyəli, dialoq və monoloqlardan qurulan süjetli – 
d
ərviş  hekayələri, Tənbəl  qardaş,  Xıdır  Nəbi, Yel baba, 
Qodu-
qodu,  otuza  yaxın  növü  olan  qaravəlli  tamaşaları, 
m
ərasim və bayram tipindən bütün meydan tamaşaları, kukla 
oyunları  və  dini-mistik  xalq  teatrı  olan  Şəbih meydan 
                                                           
155
 
Füzuli  Bayat.”İnsanlıq  tarixinin  üç  mərhələsi ilə  üç  funksiyası: 
homo sapiens, homo faber, homo ludens, “Az
ərbaycan  şifahi  xalq 
ədəbiyyatına dair tədqiqlər,” Bakı: 2014, sayı 3, s.13 


Folklorşünaslığa giriş   
 
 
207 
tamaşaları buraya daxil edilir.   
2. T
əhkiyəyə dayanmayan, yəni teatr elementləri olma-
yan  –  zorxanalar, k
əndirbazlar, xalq rəqsləri,  bütün  uşaq 
oyun
ları,  canbazlar,  baca-baca,  əl üstə  kimin  əli,  ənzəli, 
barmaq oyunu, beşdaş, bənövşə, aşıq oyunları, dirədöymələr, 
çilingağac, qığımərə, çömçəxatun, dəsmal aldı – qaç, fincan-
fincan,  gizl
ənpaç,  papaq  aldı-qaç, xan-vəzir,  mərə-mərə  və 
onlarca  başqaları  daxildir.  Təbii ki, təhkiyəyə  dayanmayan 
çövqan, cirit v
ə atüstü bütün oyunlar buraya daxildir
156

Az
ərbaycanda oyun və  tamaşalarla  bağlı  Ə.Haqver-
diyev, 
Ə.Sultanlı,  M.Arif, F.Bayat,  İ.Rəhimli  və  başqaları 
t
ədqiqatlar aparmışlar.   
Oyun v
ə tamaşalarla bağlı mühacirətdə, demək olar ki, 
ayrıca  tədqiqat  əsərləri  yazılmamış,  yalnız  müxtəlif  araş-
dırmalarda onlardan bəhs  olunmuşdur.  Lakin  folklor  ma-
terialları  toplayarkən, onlar bu məsələni diqqətdə  saxla-
mışlar  və  təkcə  Əhməd Cəfəroğlunun  “Anadolu dialekto-
lojisi üz
ərinə  malzəmə  (oyunlar, təkərləmələr,  yanıltmaclar 
v
ə oyun istilahları)” kitabında təxminən iki yüzdən çox oyu-
nun t
əsviri verilmişdir. Həmin  toplamaların  ayrıca  tədqiq 
edilm
əsinə ehtiyac vardır. 
Qeyd etm
ək  lazımdır  ki,  Güney  Azərbaycandan 
toplanan folklor m
ətnlərinin nəşrilə  bağlı  son  illərdə  xeyli 
ciddi  işlər  görülmüşdür.  Belə  ki, 2013-2015-ci illərdə 
“Güney Az
ərbaycan folkloru” adlı beş toplu nəşr edilmişdir 
ki, h
əmin kitablarda  inanclar,  alqış,  qarğış,  sayaçı  sözləri, 
holavarlar, mifoloji m
ətnlər, bayatılar, xalq mahnıları, atalar 
                                                           
156
  Füzuli Bayat. 
İnsanlıq  tarixinin  üç  mərhələsi ilə  üç  funksiyası: 
homo sapiens, homo faber, homo ludens, “Az
ərbaycan  şifahi  xalq 
ədəbiyyatına dair tədqiqlər”, Bakı: 2014, sayı 3, s.13 
 


Almaz H
əsənqızı                                                   
 
 
208 
sözl
əri, məsəllər,  nağıllar,  el  deyimləri, mərasimlər,  xalq 
t
əbabəti, tapmacalar, milli yeməklər, dastanlar öz əksini tap-
mışdır.  Güney  Azərbaycanda keçirilən oyun və  tamaşalar, 
h
əmçinin bu zaman oxinan nəğmələr də  həmin toplularda 
n
əşr edilmişdir. 
“İran-türk folkloru” kitabında Ənvər Uzun Güney azər-
baycanlılarının arasında geniş yayılan bəzi uşaq oyunlarının 
t
əsvirini vermişdir.   
Bel
əliklə, xalq oyun və  tamaşaları  mərasimləri gözəl-
l
əşdirən, məclisləri hər zaman əsl  əyləncələrə  çevirən mü-
hüm vasit
ələrdən biri olmuşdur. Onları təhlil etməklə bir sıra 
m
əsələlər – insanların əsrlərdən bəri maraq dairəsində qalan 
əyləncələrinin xarakteri, belə  məclislərdə  istifadə  olunan 
əşyalar,  geyimlər,  hazırlanan  yeməklər,  şərbətlər, oxunan 
n
əğmələr, icra edilən rəqslərin forması, oyunların keçirilmə 
zamanı və məkanı, eyni zamanda, tamaşaların həsr olunduğu 
mövzular v
ə rolların ifaçıları haqqında məlumat əldə etmək 
mümkündür
.   
 


Folklorşünaslığa giriş   
 
 
209 
 
 
AŞIQ YARADICILIĞI 
 
 
Aşıq yaradıcılığından bəhs etmədən öncə, türk xalqları 
üçün müq
əddəs olan qopuz və  ozan  sənəti  geniş  təhlilə 
c
əlb edilməlidir.   
Ozan v
ə qopuzla bağlı aparılan tədqiqatlar göstərir ki, 
bu s
ənət türk milli mədəniyyətinə aiddir və öz möhtəşəmliyi 
il
ə dünya xalqalarının da folkloruna güclü təsir göstərmişdir. 
Qopuzun insanlara ruh yüks
əkliyi, cəsarət əzmi, mübarizlik 
aşıladığı, hərb sənətilə  çox  bağlı  olduğu,  hətta  bir çox qo-
puzçular
ın sırf ordunu hərbə və zəfərə həvəsləndirdiyi üçün 
düşmən ordusu tərəfindən rəsmən edam edildiyi və  dünya 
m
ədəniyyətinə  ciddi təsir göstərdiyi  ayrı-ayrl tədqiqatçılar 
t
ərəfindən qeyd olunmaqdadır. 
Qeyd etm
ək  lazımdır  ki,  Ə.Cəfəroğlunun  Ankarada 
n
əşr edilən “Ülgü” məcmuəsində 1936-cı və 1937-ci illərdə 
yayınlanmış olan “Cahan ədəbiyyatında türk qopuzu” məqa-
l
əsi, sərlövhədən də  göründüyü kimi, təkcə  türklərin deyil, 
bir  sıra  dünya  xalqlarının  musiqi  alətləri,  onların  yaranma 
tarixi v
ə  istifadə  məqamlarının  araşdırılması  baxımından 
mühüm 
əhəmiyyətə  malikdir.  Ə.Cəfəroğlu  uyğur,  qıpçaq, 
Anadolu,  Türküstan,  qırğız  və  b. türklərlə  yanaşı,  onların 
m
əskunlaşdığı  Moldaviya,  Macarıstan,  Rumınya,  Misir, 
Suriya, Almaniya, Çexiya, Rusiya, Ukrayna, Litva,  Balkan, 
Polşa  (Lehistan),  hətta Afrikada qopuz, həmçinin ondan 
tör
ənərək yaranan musiqi alətləri  haqqında  məlumat ver-
mişdir.  Tədqiqatçı  bu  qədim alətin  yayıldığı  coğrafi  arealı 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə