Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə57/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
194 
bam
əzə lətifələr”dir ki, burada Qarabağ regionuna (müəllifin 
qeydl
ərinə  görə  Şuşa)  aid  lətifələr  toplanmışdır.  Həmin 
l
ətifələrin qəhrəmanları  arasında  mayor  Səfi bəy,  Əbdür-
r
əhim bəy, Hüseyn bəy, Mustafa bəy və başqalarının adına 
t
əsadüf etmək olar. Onlardan birinə  nəzər salaq: “Mustafa 
b
əyə bir bakqal pul borşduymuş. Bir kərəm qışın silyanında 
görür  ki,  bazara  baldonsuz  çıxıfdı.  O  sahat  Mustafa  bəy 
başdıyır munu söyməyə: 
– B
əs flan-flan şüdə, niyə bu soyuxda belə çılpax çölə 
çıxırsan?Ayıf dəyil? Utanmırsan? 
Q
ərəz, ağızın ələni muna deyir. Camahat yığılır ki: 
–  A b
əy, axı munun dərdi sənə qalmıyıf ki, neynirsən 
baldon geydi, 
ya çılpax çıxdı?   
Deyir: 
–  B
əs rəhmətdiyin  uşaxları,  bilirsinizmi  ki,  bu  adam 
mana  borşdudu?  Soyux  dəydi, sətəlcəm oldu,  öldü. Onda 
m
ən pulumu kimnən alajıyam?”
147
 
Ümumiyy
ətlə, Azərbaycan folklorşünaslığında lətifələr 
t
əsnif edilərkən, siyasi məzmunda olanlar, demək olar ki
n
əzərə  alınmamışdır. Bu da  senzura  basqısının  nəticəsi idi. 
Mühacir
ətdə  siyasi lətifələrə  daha çox diqqət yetirilmiş, 
m
ətbuatda, xüsusən “Mücahid” dərgisinin səhifələrində sosi-
alist c
əmiyyəti,  Lenin,  Stalin,  Jukov,  Kommunist  Partiyası 
siyasi büro üzvl
əri və  digər rəhbər  işçilərlə  bağlı,  onların 
yalanlarını  üzə  çıxararaq  ifşa  edən örnəklərə  təsadüf olun-
maqdadır. Örnək olaraq onlardan birinə nəzər salaq: “Alma-
niyanın işğal edilmiş məntəqələrinin hüdudlarının birində bir 
amerikalı və bir Qızıl Ordu əsgəri növbə çəkirlərmiş. Ame-
                                                           
147
  Ceyhun b
əy  Hacıbəyli.  Qarabağın  dialekt  və  folkloru (Qafqaz 
Az
ərbaycanı), Bakı: Ozan, 1999, s.23 


Folklorşünaslığa giriş   
 
 
195 
rikalı saatına baxır və :   
– 
On beş dəqiqə sonra növbətim bitir, – deyir, – Allaha 
şükür! 
Qızıl Ordu əsgəri də saatına baxır və o da əlavə edir: 
–  M
ənim də  on  beş  dəqiqəlik bir növbətim  qaldı. 
Stalin
ə şükür! 
Qızıl  Ordu  əsgərinin Allaha deyil, Stalinə  şükür 
etdiyin
ə heyrətlənən amerikalı soruşur: 
– Çox q
əribədir! Əgər Stalin ölərsə, nə deyəcəksən? 
Qızıl Ordu əsgəri bu cavabı verir: 
– O zaman m
ən: “Allah şükür!”– deyəcəyəm”
148
  . 
L
ətifənin son cümləsi  ikibaşılıdır  və  çox  düşün-
dürücüdür.  Burada  yalnız  bir  nəfərin göstərişlərilə  idarə 
olunan hakimiyy
ətin nüfuzu, demək olar ki, yerlə  yeksan 
olunmuşdur.
 
B.H
əqqinin “Ata sözlərinin kökləri və şifahi xalq ədə-
biy
yatından örnəklər” kitabında deyimlərin yarandığı mətn-
l
ər (“Yetimə  ağlayan  çox  olur,  çörək verən az olur”, “Hər 
r
əngdən  görmüşdüm,  bu  rəngdən görməmişdim”,  “Eşşəyin 
quyruğu  əvvəldən  yoxmuş”  və  s.)  toplamışdır  ki,  onların 
mühüm bir qismi l
ətifələrdir.   
Dastanlar  –  Dastanlar dig
ər janrlarla müqayisədə 
h
əcminə  görə  daha böyük imkanlara malikdir, yəni burada 
xalqın  zəngin kültürünün bütün sahələrini (ifa, rəqs, poetik 
söz) canlandırmaq üçün forma geniş meydan verir. Nəsr və 
n
əzmin növbələşməsi isə  ustad  aşıqlara  öz  məharətlərini, 
bilik v
ə  bacarıqlarını  ifadə  etməyə  şərait yaratdığı  kimi,  bu 
janrın tədqiqatçılarına da xalqının istedadlı nümayəndələrinin 
göz
əl əsərlərilə fəxr etmək, onlarla öyünmək, qürur duymaq 
                                                           
148
  “Kafkasy
a”, 1952, mayıs , sayı 10, s.18 


Almaz H
əsənqızı                                                   
 
 
196 
üçün fürs
ət verir.  Bundan  başqa,  toy  mərasimlərində  geniş 
kütl
ə qarşısında, bəzən evlərdə  qonaqlıqlar zamanı    musiqi 
il
ə ifa edilməsi dastanların xalq arasında geniş yayılması ilə 
n
əticələnir.   
Bel
əliklə, Azərbaycan  folklorşünaslığında  dastan 
n
əzmlə nəsrin növbələşməsi ilə yaranan janrdır. Lakin dünya 
folklor örn
əkləri içərisində yalnız nəzmlə və ya nəsrlə yazıya 
alınmış dastanlar da vardır.   
Dastanların  təsnifilə  bağlı  müxtəlif  mülahizələr  möv-
cuddur. 
Lakin əksər tədqiqatçılar dastanları əsasən iki qrupa 
ayrılırlar: 
1. Qəhrəmanlıq dastanları; 
2. Məhəbbət dastanları. 
Dünya  xalqlarının  əksəriyyətində  olduğu  kimi  türk 
eposları  da  qəhrəmanlıq  motivləri  üzərində  qurulur.  Daha 
doğrusu,  xalqın  yaşadığı  tarixi  gerçəklər  bədii  şəkildə 
qəhrəmanlıq  dastanlarında  öz  əksini  tapır.  Birbaşa  tarixi 
sənəd olmasa da, “Köç”, “Törəyiş”, “Ərgənəkon”, “Şu” və 
başqa dastanlar türk etnoslarının əski yaşayış tərzi haqqında 
təsəvvür yaradır. 
Oğuz  türklərinin  qəhrəmanlıq,  alp-ərənlik dünyagö-
rüşünün  zənginliyini özündə  əks etdirən,  yalnız  sənət  əsəri 
kimi  qalmayıb,  tarixi  faktları,  xüsusilə  Türk-Oğuz  dövlət-
çilik tarixinin bir sıra xüsusiyyətlərini daşıması etibarı ilə ən 
n
əhəng folklor abidəsi isə “Kitabi-Dədə Qorqud”dur.   
Eposun Drezden v
ə Vatikan adı  ilə  tanınan  iki  əlyaz-
ması məlumdur. Almaniyanın Drezden Kral Kitabxanasında 
qorunan 
əlyazmanı  ilk  dəfə  Fridrix Fon Dits elm aləminə 
tanıtdırmışdır.  Belə  ki, 1815-ci ildə  “Basatın  təpəgözü öl-
dürdüyü boyu” alman dilin
ə tərcümə etmiş, təhlililə bilikdə 
n
əşr etdirmişdir. Bundan sonra eposla bağlı xeyli tədqiqatlar 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə