Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə54/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   50   51   52   53   54   55   56   57   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
184 
“qızıl sözlər” və s. kimi adlandırmışlar. Təbii ki, bu ifadələr 
m
əhz ata-babalarımızın uzun əsrlərdən bəri sınağından çıxa-
raq böyük t
əcrübələrin nəticəsi olaraq günümüzə  daşın-
dıqları  üçün  onların  “atalar  sözü”  şəklində  adlandırılması, 
fikrimizc
ə, daha münasibdir. 
Atalar sözl
ərinin epik və  ya lirik janrda tədqiqi mə-
s
ələsi mübahisəli  olaraq  qalır,  çünki  onlar  həm nəsr, həm 
n
əzm şəklində işlənə bilirlər: 
Keçm
ə namərd körpüsündən, qoy aparsın sel səni
Yatma tülkü zağasında, qoy yesin aslan səni.   
Əldən qalan əlli il qalar. 
Öz adımı sənə qoyum, səni yana-yana qoyum. 
Qıymazsan həzrətlərə, nəsib olar itlərə. 
Dadanmısan dolmaya, bəlkə, bir gün olmaya və s. 
Əvvəlki fəsillərdə  qeyd etdiyimiz kimi, klassik 
s
ənətkarlar  –  Ə.Xaqani, N.Gəncəvi və  b. öz əsərlərini fars 
dilind
ə  yazsalar da, türk ata sözlərindən istifadə  etmişlər. 
Ana  kitabımız  “Dədə  Qorqud”da xeyli atalar sözləri veril-
mişdir: 
Kül t
əpəcik olmaz.   
Öl
ən adam dirilməz.   
Qarı düşmən dost olmaz və s. 
Bundan 
əlavə,  S.Əlizadənin  “Oğuznamə”  adı  ilə  nəşr 
etdirdiyi XVI-XVII 
əsrdə  yazıya  alındığı  və  ya  başqa  bir 
m
ənbədən köçürüldüyü güman edilən  “Əmsali-Məhəm-
m
ədəli” əlyazasında xeyli oğuz ata sözləri və zərb-məsəlləri 
toplanmışdır.   
Maraqlıbir məqam diqqəti cəlb edir. İstanbulda Ə.Cə-
f
əroğlunun  redaktorluğu  ilə  nəşr  olunan  “Azərbaycan yurd 
bilgisi”d
ərgisinin 1933-cü il 13-cü  sayında  Adnan Cahid 
imzası ilə bir müəllifin “Azərbaycan zərbi-məsəllərinin top-


Folklorşünaslığa giriş   
 
 
185 
landığı məcmuə” adlı məqaləsi dərc edilmişdir ki, burada İs-
tanbulun Süleymaniyy
ə  və  Nuriosmaniyyə  kitabxanalarında 
saxlanan iki q
ədim  əlyazmasından  söhbət  açılır:  “Bu  iki 
m
əcmuədə mövcud olan zərbi-məsəllər lisan etibarilə  azəri 
l
əhcəsinə mənsub aid edilə bilər. Bunlar gərək qədimiliyi və 
g
ərəksə imla və lisan xüsusiyyətləri etibarilə daha çox diq-
q
əti çəkir. Bu etibarla burada hər iki əsərdən  qısaca  bəhs 
ed
ərək, Azərbaycan zərbi-məsəllərilə  məşğul  olanlara  iki 
əski və mühüm mənbəni tanıtmağı faydalı bildim”
140

Az
ərbaycanda atalar sözləri XIX əsrdən  toplanmağa 
b
aşlamışdır.  SMOMPK  məcmuəsinin bir neçə  sayında 
onlara yer ayrılmışdır. Bundan əlavə, həmin illərdə maarifçi 
ziyalıların  tərtib etdikləri dərsliklərdə  də  atalar sözləri 
verilmişdir.  M.Qəmərli,  E.Sultanov,  H.Zeynallı,  Ə.Hüseyn-
zad
ə və başqaları atalar sözlərini toplayıb nəşr etdirmişlər.   
XX 
əsrdə atalar sözləri bir çox tədqiqatçılar – H.Araslı, 
M.T
əhmasib, V.Vəliyev,  P.Əfəndiyev və  başqaları  tərəfin-
d
ən  araşdırılmış,  müxtəlif folklor toplularında  onlara  yer 
ayrılmışdır.  Mühacirətdə  Ə.Cəfəroğlu  “Orxon  abidələrində 
ata sözl
əri”,  “Mahmud  Kaşğarlı”,  “Türk  dili  tarixi” 
əsərlərində qədim türk abidələrindəki atalar sözlərini təhlilə 
c
əlb  etmişdir.  Xavər Aslan “Sözlü ədəbiyyatımızda  həcv” 
adlı tədqiqatında incə, zərif xalq yumorundan bəhs edərkən, 
bu möv
zudakı  ata sözlərini də  təhlilə  cəlb etmişdir.  Təd-
qiqatçı onların gündəlik həyatın bütün məqamlarını özündə 
qısa,  lakonik,  lakin  müdrik  ifadə  etdiyini  bildirmiş,  mövzu 
istiqam
ətlərini müəyyənləşdirmişdir: “Xalq acılarını, kədəri-
ni, c
əmiyyətdəki zorbalığı, haqsızlıqları, günlük həyatındakı 
                                                           
140
Cahit Adnan. Azerbaycan darbimesellerini muhtevi iki mecmua, 
“Azerbaycan Yurt Bilgisi”, İstanbul:1933, sayı 13, s.21 


Almaz H
əsənqızı                                                   
 
 
186 
keçimsizliyi, ail
ə-məişət dartışmalarını qısa və mənalı şəkil-
d
ə  şifahi  ədəbiyyatımızın  bu  janrına  sığdırmışdır.  Xəsislik, 
yaltaqlıq,  gerilik  və  cəhalətin tənqidi,  varlı,  yoxsul,  qonşu, 
əqrəba münasibətləri,  ər-arvad, gəlin-qaynana, ata-oğul 
münaqişələri satirik ata sözlərimiz, ifadə və deyimlərimizin 
əsas mövzusudur”
141

Behruz H
əqqinin Almaniyanın Köln şəhərində 1997-ci 
ild
ə  ilk, 1998-ci ildə  ikinci dəfə  nəşr  etdirdiyi  “Ata  sözlə-
rinin kökl
əri və  şifahi  xalq  ədəbiyyatından  örnəklər”  adlı 
kitabının mühüm bir qismi zərbi-məsəllərin (deyimlərin) və 
atalar sözl
ərinin tanıtdırılmasına, təbliğinə və tədqiqinə həsr 
olun
muşdur.  “Ata  sözlərinin kökləri” fəslində  müəllif tari-
x
ən müxtəlif əfsanə, nağıl, rəvayət, lətifə və s. ilə əlaqədar 
yaranan t
əxminən yüz otuza qədər deyimin nəşət etdiyi, do-
ğulduğu mətnləri verməklə bərabər, həmin ifadələrin müasir 
dövrümüzd
əki  işlənmə  məqamlarını  aydınlaşdırmış, onların 
h
ər birinin informatoru  haqqında  da  lazımi  bilgiləri gös-
t
ərmişdir. Kitabdakı deyimlərin Güney Azərbaycanın Təbriz, 
Tehran, Z
əncan, Mərənd,  Marağa,  Sulduz  kimi  bölgələrilə 
yanaşı,  Almaniyanın  Bonn,  Berlin,  Hannover, Köln, həm-
çinin Bakı şəhərindən uzun illərdən bəri toplandığını    infor-
matorlarla b
ağlı  bilgilərə  əsasən müəyyənləşdirmək müm-
kündür v
ə  burada da bir məqam diqqəti cəlb edir. Təbriz, 
M
əşhəd, Bəndərabbas,  Qızılqala,  Sənəndəc zindanlarında 
c
əza cəkənlərin dilindən də kitabda deyimlər toplanmışdır və 
bu fakt mü
əllifin ömrü boyu xalqının milli mənəvi sərvətinin 
qorunma
sına  olan  ciddi  qayğısını,  ürək  yanğısını  gös-
t
ərməklə yanaşı, həmin məhbəslərdə hələ də əzablar, ağrılar, 
                                                           
141
Haver  Aslan.  Sözlü  edebiyatımızda  hiciv,  “Hazer”,  İstanbul:  1980, 
yıl 2, may, sayı 14, s.3 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə