Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə50/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   46   47   48   49   50   51   52   53   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
172 
Qeyd etm
ək lazımdır  ki,  xalq  arasında  müqəddəs 
şəxsiyyətlərə, əcdadlara, valideyn və ya övladlara yönəldilən 
andlar  da 
geniş  yayılmışdır. “Azəri türk həyatında  batil 
etiqadlar” 
əsərində  Ə.Cəfəroğlu  bu  məsələyə  diqqət 
yetir
ərək  yazır:  “…  ölünün  ruhu  and  içmək üçün ən  mü-
q
əddəs vasitələrdən biridir. Hər hansı bir azəri yəmin etmək 
ist
ərsə, dərhal ölən ata və  analarının  məzarına,  ruhuna and 
içm
əkdən çəkinməz”
128

Folklor m
ətnlərində andın müxtəlif formaları öz əksini 
tapmışdır.  Qılınc  (altından  keçirməklə  kimisə  bağışlamaq, 
göz
əl bir xanımla qəhrəman arasına qoyulanda daha fərqli), 
barmağı çərtib qan qardaşlığı yaratmaq, bəzən sirri saxlamaq 
üçün müxt
əlif əşyalardan istifadə ilə (nara iynələri sancmaq, 
soğanı  soymaq  və  s.) and içməyə  nağıl  və  dastanlarda rast 
g
əlmək mümkündür. 
Dualar  da son ill
ərdə  diqqət mərkəzində  olan arxaik 
janrlardan biridir. M
əzmununa görə  iki cür ola bilər:  xoş 
arzuları  ifadə  edərsə, dua  və  ya  alqış,  əks məqsədlə  işlə-
dil
əndə bəddua, yaxud qarğış kimi meydana çıxır.   
Dualar  (alq
ışlar) da Tanrıya, müqəddəslərə (Allah qo-
rusun! Əli köməyin olsun! və s.) xitabən olduğu kimi şəxsi 
d
ə məzmun daşıya bilər (Xöşbəxt ol! Su kimi ömrün uzun 
olsun!). 
Alqış  və  qarğışlara  həm real həyatda, həm də  folklor 
m
ətnlərində rast gəlmək olar.“Kitabi-Dədə Qorqud”da    on-
la
rın maraqlı nümunələri vardır. Məsələn, Banuçiçəyi qarda-
şından  istəyərkən, Dədə  Qordudun dilindən  çıxan  “Əlin 
                                                           
128
 
Ahmet  Caferoğlu.  Azeri  türk  hayatında  batil  itikatlar,  İstanbul: 
1939, s.4 


Folklorşünaslığa giriş   
 
 
173 
qurusun” ifad
əsinin ardınca Dəli Qarcarın həqiqətən əli qu-
ruyur. 
B.H
əqqi  “Xınasına  kül  qarışsın”  qarğışını  geniş  izah 
etmişdir:  “...  xına  qoymaq  yalnız  toyda  və  şənlikdə  yox, 
b
əlkə, türklərdə  vətən müdafiəsinə  gedən cavanların  ovuc-
larının içinə xına qoymaq ənənəsi şəklində bu günədək da-
vam tapır. Xınaya kül qarışmaq kimi qarğışlar bir böyük fa-
ci
ənin, elin, ailənin əzizinin ölməsini xatırladır... Bəzi məz-
h
əbi mərasimlərdə başa kül səpmək bu gün də bir para yer-
l
ərdə özünü göstərir”
129
.   
Alqış  və  qarğışlar  insanların  mifik təsəvvürlərilə  bir-
başa bağlıdır. Yəni alqışlar kosmosun – nizamlı, işıqlı, har-
monik h
əyatın,  qarğışlar  isə  xaosun  –  qaranlığın,  qarışıqlı-
ğın, kədərin göstəricilərindəndir. 
Qeyd etm
ək  lazımdır  ki,  bir  sıra  arxaik  janrlar  Sovet 
senzura sisteminin t
əzyiqi nəticəsində  uzun illər Azər-
baycanda diqq
ətdən kənarda  qalmışdır.  Belə  ki,  C.Hacı-
b
əylinin Parisdə  nəşr  etdirdiyi  “Qarabağın  dialekt  və 
folkloru (Qafqaz Az
ərbaycanı)” kitabında hələ XX əsrin 30-
cu ill
ərində  əksini  tapmış  olan  alqış  (“Allah  amanında 
olasan”, “Allah bir
ə  min versin”, “Allah sənin  bir  yaxşı 
yerd
ən  baxtın  açsın”  və  s.),  qarğış  (“Səni yörüm balam 
ikyözd
ən olasan”, “Get, bir də  qayıtma”,  “Üzünə  bir  daş 
yamansız”,  “Yalan  diyənin Həzrət  Abbas  qollarını  yanına 
salsın”,  “Yediyim  gözümə  dursun ki”, “Bu çörək mana 
haram olsun ki” v
ə  s.),  and  (“Atamın  yatdığı  yer  hakkı”, 
“Bax bu çör
ək  hakkı”,  “Yediyim  gözümə  dursun ki”), 
t
ərifləmə  (“ha  qoçax”,  “ha  laçın”,  “Maşallah”  ,  “Nənəm 
                                                           
129
  Behruz H
əqqi. Ata sözlərinin kökləri və  şifahi  xalq  ədəbiyyatına 
aid örn
əklər, Köln: 2008, s.35 


Almaz H
əsənqızı                                                   
 
 
174 
qurban” v
ə  s.) və  s. öyrənilməsi  üçün  yalnız  sovet  siyasi 
senzurasının ləğvindən sonra şərait yaranmışdır.   
Əfsanələr – epik növün çox da iri həcmdə olmayan bir 
janrdır.  Rəvayətlərə  yaxın  olsa  da,  daha cox qeyri-adi
fantastik  m
əzmun  daşıdığına  görə  onlardan fərqlənir.  Qısa, 
yığcam süjet xəttinə malik olur və daha çox xəyali düşüncə 
m
əhsulu  kimi  yaranırlar.  Onların  təsnifilə  bağlı  müxtəlif 
bölgül
ər  vardır.  Professor  İ.Abbaslı  onları  belə  qruplaş-
dırmışdır: 
1. kosmoqonik; 
2. toponimik; 
3. etnoqrafik
4. dini; 
5. tarixi; 
6. q
əhrəmanlıq. 
Əfsanələr məzmun  etibarı  ilə  miflərə  ən  yaxın  janr-
lardan biridir. 
Daha doğrusu, onlar həm miflərə, həm rəva-
y
ətlərə  bənzəyirlər.  “Əsatirlər mifoloji kosmoqonik dünya 
modeli struturunu 
əks etdirən mətnlərdir. Əfsanələr janr sə-
viyy
əsi baxımından əsatirlə rəvayətin ortasında dayanır. On-
lar öz fantastik m
əzmununa görə  əsatirlərə  yaxın  olsa  da, 
əfsanənin reallığa təmayülü, fantastikanı gerçəklik səviyyə-
sind
ə  təqdim etmə  onun bir janr kimi fərqləndirici atri-
butudur”
130

Qeyd etm
ək lazımdır ki, əfsanələr cüng, salnamə, səya-
h
ətnamə, bəzən  ayrı-ayrı  müəlliflərin  yazdığı  əsərlər içəri-
sind
ə qorunub günümüzə qədər gəlib çatmışlar.    Sədnik Pa-
şa Pirsultanlı uzun illər ərzində əfsanələri toplamış, “Azər-
                                                           
 
130
  S
ədnik  Paşa  Pirsultanlı.  Azərbaycan türklərinin xalq əfsanələri
Bakı: Azərnəşr, 2009, s.13 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə