Хошбяхт ялийева



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə46/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
#9620
1   ...   42   43   44   45   46   47   48   49   ...   74

Folklorşünaslığa giriş   
 
 
157 
Qeyd etm
ək  lazımdır  ki,  laylalar,  ağılar,  holavarlar, 
sayaçı  sözləri  bayatı  şəklində  işlənə  bildiyi  üçün  onların 
ayrıca  janr  kimi  bayatılardan fərqləndirilməsi məsələsi də 
folklorşünaslıqda  müxtəlif mülahizələrin  meydana  çıxma-
sına  səbəb  olmuşdur.  Belə  ki, alimlərin bəziləri  özəlliklə 

Yeddi  hecalı  şeirlər”  adı  altında  bayatı,  layla,  ağı,  sayaçı 
sözl
əri və  s.  toplanmasını  məqsədəuyğun  hesab  etmişlər. 
F.Bayat bu probleml
ə  bağlı  yazır:  “Bayatı  əslində  janrdan 
daha çox şeir formasıdır. Belə ki, lirik növün digər janrları, 
m
əsələn,  layla,  nazlama,  ağı,  sayaçı  sözü,  holavar,  mah-
nıların bir qismi və b. bu kimi folklor nümunələri də bayatı 
formasındadır”
118
.   
Maraqlıdır  ki,  türk  tədqiqatçılardan P.N.Boratav bu 
janrları “Xalq şeirləri” adı altında təhlil etmişdir.   
Əksər tədqiqatlarda ənənəvi olaraq, layla, oxşama, naz-
lama v
ə başqalarından ayrıca janr kimi bəhs olunmuşdur. 
Bayatılar  çox  vaxt  cinaslarla  qurulur  və  dilin gözəl-
likl
ərini əks etdirir: 
 
Aşıq qarabağlıdı, 
Xalın qara bağlıdı. 
N
ə gələn var, nə gedən
Yollar qara bağlıdı. 
 
Bu bayatıda “qarabağlıdı”, “qara  bağlıdı”  ifadələri ilə 
cinas yaradılmışdır. Biriinci misrada Qarabağdan olan aşıq, 
ikinci misrada “xalına qara lent bağlanıb”, üçüncü misrada 
“qar yağıb, yol bağlanıb” mənasında işlənmişdir. 
Laylalar –   
folklorşünaslıqda bu janr kiçik yaşlı uşaq-
                                                           
118
  Füzuli Bayat. Folklor d
ərsləri, Bakı:Elm və təhsil, 2012, s.139 


Almaz H
əsənqızı                                                   
 
 
158 
ları yatızdırarkən analar və ya nənələrin özünəməxsus avazla 
oxu
duğu  nəğmələr kimi xarakterizə  olunur.  Laylalar  çox 
vaxt 
altı (bəzən yeddi) misradan  ibarət olur, son iki misra, 
dem
ək olar ki, bu mənzum  parçaların  hamısında  təkrar 
edilir: 
 
Laylay dedim, yat dedim, 
Qızılgülə bat, dedim.   
Qızılgüllər açınca   
Boya başa çat, dedim, 
        Balam laylay, a laylay, 
        Körp
əm, laylay, a laylay.   
 
B
əzən ifaçılar son iki misranın yerinə avazla “Ə balam, 
əəəə, gül balam, ə  ə  ə”  şəklində  laylanı  ifa  edirlər.  Azər-
baycanın  bir  sıra  bölgələrində, məsələn, Ordubadda belə 
n
əğmələrə “nənni” də deyilir ki, bu da Türkiyədəki “ninni” 
sözünün fonetik d
əyişmiş formasıdır. Laylaların beşik və ya 
beşikbaşı  nəğmələr  şəklində  adlandırılmasına  təsadüf olun-
maq
dadır.   
Burada başqa bir məqam da qeyd edilməlidir. Laylalar 
b
əzi bölgələrdə həm də yas mərasimlərində ifa edilir. Ölənin 
yaxınları  (bu  ana,  nənə  də  ola bilər,  övlad,  baçı,  xala  və 
dig
ər qohum da) mərhuma  ağı  çəkərək layla deyirlər. Belə 
laylaların avazı kədərə büründüyü üçün fərqlidir. Əvvəl ağı   
s
əslənir, son iki misra laylada olduğu kimi deyilir. Məsələn: 
 
Əzizinəm, vay dərdim
Vay d
ərmanım, vay dərdim. 
El gül 
əkdi, gül dərdi, 
M
ən gül əkdim, vay dərdim.        


Folklorşünaslığa giriş   
 
 
159 
İgid qardaşım, laylay,   
Göz
əl qardaşım, laylay. 
 
Öl
ənin kimliyindən, yaşından, nüfuzundan asılı olaraq, 
son misralar d
əyişə  bilir. Məsələn,  “Gözəl anam, a laylay, 
yor
ğun  anam,  a  laylay, ürəyi  qubarlı  anam, a laylay” və  s. 
Ordubadda ölü yuyulub d
əfn üçün hazırlanarkən mürdəşir və 
köm
əkçisindən  başqa  onun  ən  yaxın  adamları  orada  iştirak 
ed
ərək mərhuma, xüsusən o cavan  yaşda  vəfat edibsə, lay-
lalar oxunur, ağlaşma olur.   
Bel
əliklə, bəzi  araşdırmalarda  laylaların  uşaq  folkloru 
kimi t
əqdiminin  doğru  olmadığı  da  ortaya  çıxır.  Həmçinin 
onların  yalnız  beşik  nəğmələri  kimi  adlanması  da  bu  nəğ-
m
ələrin istifadə məqamlarını tam əhatə etmir. 
Oxşamalar  –  laylalar  kimi  işləndiyi məqamdan  asılı 
olaraq f
ərqli məzmun daşıyırlar.  Belə  ki, həm  uşaqları 
oynatmaq, nazlamaq, h
əm  ölmüş  yaxınını  əzizləmək üçün 
oxunan bu n
əğmələr əsasən qadınlar tərəfindən icra olunur. 
Uşaqların  əzizlənməsi üçün oxunan nəğmələrə  bəzən elə 
nazlama, yaxud da 
əzizləmə də deyilir. Onlar misraların və 
heca
ların sayına görə rəngarəng olur. Yəni beş, yeddi hecalı 
şeir şəklində, misraların sayı müxtəlif ola bilər. Məsələn: 
 
Alnı Cıdır meydanı, 
At minib çapasım gəlir. 
Burnu Gilan fındığı,   
Soyub yey
əsim gəlir. 
Gözl
əri qaynar bulaq, 
Əyilib içəsim gəlir. 
Di
şləri inci, muncuq 
Yaxama düz
əsim gəlir. 


Almaz H
əsənqızı                                                   
 
 
160 
Qolları Təbriz şalı, 
Boynuma sarasım gəlir. 
Ay ell
ər, bu balanı, 
Qucub öp
əsim gəlir. 
 
V
ə ya: 
Dağda darılar, 
Sünbülü sarılar. 
Qoca qarılar, 
Bu balama qurban. 
 
Dağın maralı, 
Otu saralı. 
Dünyanın malı 
Bu balama qurban. 
 
Bayatı  şəklində  olan  oxşamalar  da  geniş  yayılmışdır. 
M
əsələn: 
Qızım qızlar içində, 
Əyrisi yox qıçında. 
Qızıma elçi gələr
Xanlar, b
əylər içində. 
 
Qızım, qızım, qız ana, 
Qızımın saçı uzana. 
Qızım gəlin gedəndə 
Yeddi yeng
ə bəzənə. 
 
Sonuncu misra b
əzi variantlarda  –  “Xalası  (və  ya 
bibisi) yeng
ə bəzənə” şəklində dəyişə bilər. 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə