Хошбяхт ялийева



Yüklə 2,89 Kb.

səhifə49/74
tarix10.11.2017
ölçüsü2,89 Kb.
1   ...   45   46   47   48   49   50   51   52   ...   74

Almaz H
əsənqızı                                                   
 
 
168 
“qurd  ağzı  bağlama”  ovsunu  deyilir.  “Obyektin  simvolik 
olaraq 
əlamətini bildirən əşya alınır. Bu əşya saplı bıçaqdan 
v
ə ya qıfıldan ibarət olur. Bu qurdun ağzını simvolizə edir... 
Sonra ovsun oxunur: 
 
Aslan ağızlı qurd, qaflan ağızlı qurd, 
Ağ qurd, qara qurd, boz qurd, bozurd qurd, 
            Gözün
ə pərdə gəlsin, dilin dərdə gəlsin. 
C
ənglərin qurusun, ağzın qapansın. 
Ağzına qara qıfıl vurdum, 
Yolunda t
ələ qurdum. 
Tuşladım qara gülləni sənə. 
Babam kiriş pay göndərib, 
N
ənəni kirişlədim. 
Yaralarını yağladım. 
Sağ yerlərini dağladım, 
C
ənglərini bağladım. 
Yağladım, bağladım, 
Qurdun ağzını bağladım”
124

 
Əgər  itmiş  heyvan  tapılirsa,  bıçağın  ağzı    və  ya  qıfıl 
açılır və qurd “azad edilir”.   
Xalq  arasında  ən  çox  yayılan  ovsunlardan biri də 
üz
ərliklə  bağlıdır.  Onun  Azərbaycanın  bütün  regionlarında 
bir çox variantları var və hələ də geniş icra edilir, hətta yazılı 
ədəbiyyata da bu ovsun öz təsirini göstərmişdir.   
Bu janrın örnəklərinə nağıl və dastanlarımızda tez-tez 
t
əsadüf olunur. Güney Azərbaycanda nəzərdəyməyə qarşı – 
                                                           
124
  C
əlal Bəydilli. Qam-şamançılığın    etnomədəniyyətimizdə  yeri, 
Bakı: Ağrıdağ, 2000, s.140 


Folklorşünaslığa giriş   
 
 
169 
üz
ərliklə bağlı ovsunun belə bir variantı var: 
 
Üz
ərlik, göy üzərlik, 
Başında börk üzərlik. 
Biz
ə yaman baxanın   
Gözl
ərin tök, üzərlik. 
Adın dağdı,üzərlik,   
Donun 
ağdı üzərlik. 
Müşkül işə düşmüşəm,   
Hovdu, hovdu, üz
ərlik
125

 
Arxaik  janrlar iç
ərisində  fallar, yuxuyozmalar və 
sair
ələri də  vardır  ki,  onlar  sovet  dövrü  araşdırmalardan 
k
ənar  qalmışlar.  Lakin  hər  hansı  təzyiqə  baxmayaraq, 
Novruz bay
ramları  ərəfəsində  ilaxır  çərşənbə  gecəsi  qız-
g
əlinlər qulaq falına çıxmış, əl izi, noxud, su və digər əşya-
larla g
ələcəyi öyrənməyə  çalışmışlar.  Falların  primantiya 
(odla), ornitomantiya (quşların uçuşu ilə), xiromantiya (əllə-
rin x
əttinə əsasən), hidromantiya (su ilə) və s. kimi növləri 
vardır. 
Maraqlıdır  ki,  “Azərbaycan  ədəbiyyatına  bir  nəzər” 
əsərində  Y.V.Çəmənzəminli “Vəsfi-hal”lardan  danışarkən, 
“Fala bax
manın  ən  maraqlısı  “vəsfi-hal”dır”
126
,–  yazaraq, 
onu fal
ların  bir  növü  adlandırmışdır.  Məlum  olduğu  kimi, 
əsasən Novruz ərəfəsində, həm çərşənbələrdə, həm bayram 
axşamı  subay  qızlar  tərəfindən öz gələcək ailə  həyatının 
nec
ə  olacağını  öyrənmək məqsədilə  təşkil  olunan  mərasim 
                                                           
125
  Behruz H
əqqi. “Koroğlu” - tarixi-mifoloji gerçəklik, Bakı: Nurlan, 
2003, s.128 
126
  Yusif V
əzir Çəmənzəminli. Azərbaycan  ədəbiyyatına  bir  nəzər, 
“Az
ərbaycan” jurnalı, Bakı: 1989, sayı 8, s. 157 


Almaz H
əsənqızı                                                   
 
 
170 
zamanı yeddi hecalı – bayatışəkilli şeirlərdən istifadə olunur. 
Bu şeirlər vəsfi-hal adlanır. Qızlar bir içərisində su olan ca-
mın içərisinə öz əşyalarından bir şeyi – üzük, yaxud sancaq 
qoyaraq üz
ərini kələğayı  ilə  bağlayırlar.  İştirakçılardan  biri 
əvvəlcə  bayatı  söyləyir, sonra onun yozumunu verir və  əş-
yalardan  birini  çıxarır.  Həmin  əşya  kimə  aiddirsə, yozum 
onun taleyi haqqında olduğu düşünülür. Məsələn: 
 
Su g
əlir qalxa-qalxa, 
Tökülür bizim arxa. 
Arzu-kam yet
işibdir, 
Bildirin toyu xalxa, –   
 
v
əsfi-halı oxunarsa, əşya yiyəsinin xeyrinə yozulur. Əgər: 
 
Əzizinəm, yar yenə, 
Yaralandım, yar, yenə, 
Gör n
ə günə qalmaşam, 
M
əndən qaçır yar yenə, – 
 
oxunarsa, arzunun yerin
ə yetməyəcəyi kimi şərh edilir. 
Bu q
ədim falabaxma müasir dövrümüzdə, həm Novruz 
ərəfəsində, həm də xına gecələrində keçirilməkdədir. 
Andlar  –  arxaik janr olsa da, dem
ək olar ki, onlar 
ha
qqında  yalnız  son  illərdə  daha  geniş  tədqiqatlar apa-
rılmağa başlanmışdır. Andlar şəraitdən asılı olaraq müxtəlif 
formalarda  meydana  çıxır.  İlk  növbədə  hər kəsin  daha  çox 
ünsiyy
ətdə olduğu ən müqəddəs varlığa – Tanrıya and geniş 
yayılmışdır.   
 
Tanrya andın ən gözəl örnəyinə Ə.Ağaoğlunun    öm-
rünün son günl
ərində  –  1939-cu ildə  İstanbulda “Cümhu-


Folklorşünaslığa giriş   
 
 
171 
riyy
ət” qəzetində nəşr etdirdiyi “Tanrı dağında” (“Tanrı hü-
zurunda”) mifoloji hekay
əsində təsadüf edilir. Bu əsərdə ve-
ril
ən  arxaik örnəklər  xüsusi maraq doğurur.  Müəllifin ver-
diyi bilgil
ərə  görə,  əsər “Sibir və  Altay türklərinin mifolo-
giya
sını,  dilini,  dinini,  adət-ənənələrini öyrənən V.Q.Sero-
şevskinin” elmi tədqiqatlarına əsaslanaraq qələmə alınmışdır 
ki, bu da onun folklorşünaslıq üçün dəyərini xeyli artırır. Şa-
manların geyim tərzinin, qamlama prosesində istifadə etdik-
l
əri alətlərin,  insanları  ruhən  paklığa,  təmizliyə  və  saflığa 
çağıran ayinlərinin icrasının təsvirilə yanaşı, türklərin Tanrı 
il
ə  bağlı  təsəvvürləri  (daha  doğrusu,  nur  seli  şəklində  gö-
rün
ən Tanrı obrazı), eyni zamanda, müəllifin əski inanclara 
aid ba
xışları  bu  hekayədə  ətraflı  bədii təsvirini  tapmışdır. 
Ə.Ağaoğlu  hekayəsində  türk etnosunun ruhunda  əbədi 
m
əskən salan, bu gün də  folklorumuzda xüsusi yeri olan 
Tanrıya müraciətlərə – dualara, yalvarışlara, andlara da yer 
ayırmışdır.  Ədibin  əsərdə  verdiyi  ənənəvilikdən xeyli fərq-
l
ənən andlar da sanki bütün türk dünyasını birliyə, torpağı, 
V
ətəni sevməyə, bu müqəddəs yolda mübarizəyə  səsləyir: 
“Yerin, göyün, can
lı-cansız – hər şeyin yaradanı uca Tanrıya 
bu andı içiriz: haqdan başqa bir kimsəyə uymayacağız! Əli-
miz var – 
işləyəcək, ayağımız var gedəcək! Beynimiz var – 

şünəcək, könlümüz var – duyacaq! Bir-birimizə sarılaca-
ğız. Varlığa, yoxluğa, aclığa, toxluğa, bolluğa, sıxıntıya bax-
maya
cağız! Yürüyəcəyiz! Başımız dik, ürəyimiz açıq, sözü-
müz ötk
əm – yürüyəcəyiz! Heç bir əngəl bizi durdurmaya-
caq! Sön
müş  ocaqlarımızı  işıqlandırmaq,  dağılmış  yurdu-
muzu qurmaq üçün yürüy
əcəyiz!”
127

                                                           
127
 
Əhməd Ağaoğlu. Seçilmiş əsərləri, Bakı: Şərq-Qərb, 2007, s.89 




Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə