Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə51/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   47   48   49   50   51   52   53   54   ...   62

261 
 
həşəratı uslandırmaq için, onların pas tutmuş kirli vicdanlarını  yıqamaq için yalnız 
Teymur qılıcı lazım... Əvət sevgili şair! Insanlar mərhəmət və məhəbbətdən ziyadə dəhşət 
və qüvvətə tapınırlar. (Aqbuğaya). Demək, ordu tamamilə hərbə hazır, öyləmi? 
A q b u ğ a. Əvət, həpsi bir fərd kibi əmrə müntəzirdir. 
T e y m u r. Iştə kafi... 
Ş a i r. Şimdi nerəyə, əcəba? 
T e y m u r. Mısır və Şam üzərinə. 
Ş a i r. Fəqət bu siyasəti əsla düşünəmiyorum. 
T e y m u r. Sən “Teymurnamə” müəllifi ikən bənim siyasətimə yabançı görünmək 
tuhaf deyilmi ya? (Həyəcanlı.) Ah, Savə!.. Fazil Şeyx Savənin qətli nə çabuq unutuldu. 
Bən onu Ərəbistana elçi göndərdim. Mısır hökmdarı alçaqcasına öldürtdü. Əcəba elçi də 
öldürülürmü? Xayır, xayır, Şeyx Savənin qanı yerdə qalmaz. 
Ş a i r. Fəqət azcıq istirahət də lazım. (Teymurun taxtı önünə sərilmiş qaplan dərisini 
göstərir.)  İştə Hindistanda Qanq nəhri kənarında avladığın qaplanların dərisi hənuz 
qurumamış, Sultan Mahmud ölkəsində aqıtdığın qanların izi hənuz topraqdan 
silinməmiş... 
T e y m u r. Bən məğrurları  əzmək için yaradılmış bir allah bəlasıyım. Tökdüyüm 
qanlar da yalnız haq və ədalət namınadır. 
Ş a i r. Açıq söyləmək lazım gəlirsə, bən qan tökülməkdə hiç bir haq və  ədalət 
görəmiyorum. 
T e y m u r. (məğrur təbəssümlə). Əvət haqlısın, çünki... şairsin. 
A q b u ğ a. Şairlər də mənəvi həkimlərdir. Qan aqıtmaqdansa yara bağlamağı daha 
xoş görürlər. 
T e y m u r. Baqalım Divan bəyi nə diyor? 
D i v a n b ə  y  i.  Bana  qalırsa xeyir və  şər ikizdir. Məhəbbətlə  ədavət bir-birinə 
bağlıdır. Lüzumundan fəzlə məhəbbət nifrət doğurduğu kibi, həddən aşırı qan tökülməkdə 
də bir fəzilət yoq. 
T e y m u r. Divan bəyi daha başqa düşünüyor, o daha etidalçı. Fəqət unutmamalı ki, 
hər səciyyə  və  şəxsiyyət birər qanun deməkdir.  İştə bu gün şəxsiyyətim bana nə  əmr 
edərsə, onu yapmaqdan çəkinməm. Bununla bərabər bən  şimdiyə qadar qurultaysız, 
şurasız bir şey yapmadım, çünki şurasız bir məmləkət cahil bir şəxsə bənzər ki, tutduğu 
işlər, söylədiyi sözlər həp nədamət və fəlakət doğurur. Bən daima həkim və aqil şəxsləri 
dinlədim, böyük sərdarlar ilə müşavirə yapdım. Yalnız hərb ilə mübarizəyi deyil, sülh 
mə’nafeyini də düşündüm.  


262 
 
Əvət, bən şu nihayətsiz ölkələri gah tədbir və siyasətlə, gah sülh və məhəbbətlə, gah 
təhdid və  şiddətlə, gah əfv və mülayimətlə idarə etmək istərim. Bən hər işdə  səbat və 
istiqaməti sevdiyim kibi, həzm və ehtiyatdan da xoşlanırım, lazım gəlirsə, bə’zən 
düşmanlarıma qarşı səbr və təhəmmül göstəririm, bə’zən də qafil və cahil görünməkdən 
zevq alırım. 
D i v a n b ə y i. Baqalım, şura nə qərarə gəlir. 
T e y m u r. Əminim ki, Ərəbistan səfərinə kimsə etiraz etməz. Çünki Bingül 
dərəsində devlət kişilərindən pək çoqunu dinlədim. Hər kəs bənim fikrimə iştirak ediyor. 
Bu xüsusda tərəddüd göstərən varsa, o da yalnız şair Kirmani ilə sənsin. Şübhəsiz ki, iki 
gün sonra siz də əksəriyyətə tabe olursunuz. 
Q a r a q u ş (gəlir, əyilir). Sobutay hüzura izin istiyor. 
T e y m u r. Hanki Sobutay? 
Q a r a q u ş (Aqbuğaya işarətlə). Böyük sərdarın küçük qardaşı, Yıldırım Bayazidə 
göndərilən elçi... 
T e y m u r. Gəlsin, baqalım nə cəvab gətirmiş. (Qaraquş kənara işarət edər. Sobutay 
gəlir, əyilir.) Xoş gəldin, oğlum, nasılsın? 
S o b u t a y. Böyük xaqanın kölgəsi əskik olmasın. 
T e y m u r. Osmanlı sultanından nə xəbər? 
S o b u t a y. İştə göndərdiyi cəvab... (Məktubu təqdim edər.) 
T e y m u r. (məktubu Divan bəyiyə verir, elçiyə.) Məktubu Divan bəyi oqur, söylə, 
baqalım qəhrəman Sobutay! Sən nə gördün, sən nə eşitdin? 
S o b u t a y. Yıldırım daima eyş-işrət düşkünü... Götürdüyüm məktuba qarşı acı 
qəhqəhələrlə güldü; həm də son dərəcə saymazlıq, soğuqluq göstərdi. 
T e y m u r. Demək bənim düşmanım Qaraqoyunlu əmiri Qara Yusifi yenə himayə 
etmək istiyor, öyləmi? 
S o b u t a y. Yalnız Qara Yusifi himayə etmiyor, hətta Bağdad Sultanı  Əhməd 
Cəlayiri də ittihadə cəlb etmiş, həm də bizim əleyhimizə... 
T e y m u r. (acı  qəhqəhəylə). Demək düşmanlarımız ilə itilaf yapıyor, bizi hiçə 
saymaq istiyor, öyləmi? (Başını məktubdan qaldıran Divan bəyiyə) Pəki nə yazıyor? 
D i v a n b ə y i. Təkrarə  nə hacət?! Iştə Sobutayın söylədiyi kibi: saymazlıq və 
soğuqluq... Başqa laf yoq. 


263 
 
T e y m u r. (kinli). Saymazlıq və soğuqluq... Nə gülünc həqarət! (Hiddətlə yerindən 
qalqar.) Ah, saymazlıq və soğuqluq... Nə böyük cəsarət!.. Bən ondan qardaşca məhəbbət 
bəklərkən iştə aldığım cəvab! Qara Yusiflə  Əhməd Cəlayir bəni gözəl tanıyorlar, fəqət 
Yıldırım!.. Yıldırım isə şərab düşkünü... Zərər yoq, o da ayıldıqdan sonra tanır. Bən İrana 
ayaq basdım,  ən böyük cəngavərlər qarşımda duramayıb Mazandaran çaqqalları kibi 
ormanlara qaçdılar. Moskofa hücum etdim, rus knyazları qorqudan şimal ayıları kibi 
ürküşüb dağılmağa başladılar. Hindistana yürüdüm. Sultan Mahmud ordusu Qanj nəhri 
kənarındakı qaplanlar kibi oqlarıma şikar olub diz çökdülər. Əvət bir gün gəlir ki, məğrur 
Yıldırım da paytaxtı Bursada Topal Teymuru qarşılar və o zaman... iştə o zaman 
sərxoşluğun nəticəsini və bənim kim olduğumu haqqilə anlar. 
 
 
 
Pərdə 
 
 
İKİNCİ PƏRDƏ 
 
 
Gözəl bir köşk... Ortada fəvvarəli bir havuz, havuz kənarında Kişmir və  İsfahan 
səccadələrilə ipək döşəklər, qədifə (məxmər) yasdıqlar və balışlar, masa və sandaliyələr... 
Bağça başdan-başa dürlü çiçəklərlə  bəzənmiş, ta uzaqlarda sıra ilə ulu çinar ağacları 
nəzərləri oqşar. Kənardan eşidilən həzin bir kamança səsi ruhlara nəş’ə səpər. Bir tərəfdə 
şərabla dolu sürahi və bir qədəh, soyulmuş və soyulmamış alma və şaftalı, digər tərəfdə 
qələm, dəvat, bir taqım dəftər və kitablar bulunur. 
 
Ş a i r K i r m a n i yastığa yaslanaraq yazı ilə məşğul görünür. O l q a əlində böyük 
bir gül dəməti gəlir. Arqa tərəfdən qədəh içərisinə bir gül bıraqıb geri çəkilir. 
Ş a i r. (başını qaldırır, dolu qədəhi alıb içmək istərkən heyrətlə.)  Əcəba bu gül 
nerdən? (Ətrafa baqar, Olqayı görüncə qələmi bıraqır.) Ah, nə böyük səadət!.. (Ahəngi-
məxsus ilə.) Badə, gül, bir də gül bənizli mələk!.. (Yerindən qalqıb sandaliyəyə oturur.) 
O l q a. Sizi rahatsız etdim, deyilmi? 
Ş a i r. Bil’əkis, şairləri rahatsız və müztərib edən bir şey varsa, o da gözəllərdən uzaq 
bulunmaqdır. 
O l q a. (əlindəki dəməti təqdim ilə). Iştə şu gülləri yalnız şair için topladım. 
Ş a i r. (alır). O halda şair son dərəcə bəxtiyardır. (Olqaya işarətlə.) Müsaidənizlə şu 
qədəhi təbiətin ən canlı şe’ri şərəfinə içmək istərim. (İçər). 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə