İ. A. Axundov



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix20.09.2017
ölçüsü0,74 Mb.
#1075
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

 

56 


razılıq verməzdən əvvəl gözün quruluşu, innervasiyası, funksiyaları 

haqqında  bir  neçə  sual  verib,  qənaətedici  cavab  almadıqda  başqa 

həkimi əməliyyat üçün dəvət etməyi xahiş etmişdir. 

Orta əsr cərrahlarının işlətdiyi və bizə gəlib çatan alətlərin şə-

killərinə  baxdıqda  onların  içərisində  hətta  başın  trepanasiyası  üçün 

işlədilən  alətlərə  də  rast  gəlinir.  Ona  görə  də  bu  dövrdə  cərrahlar 

müxtəlif mürəkkəb əməliyyatlar aparmaq imkanına malik idilər. 

Pambığı  sarğıda  Zəkəriyya  Ər-Razi  istifadə  etməyi  təklif 

etmişdir. O, hətta yemək borusundan yad cisimləri xaric etmək üçün 

xüsusi cihaz hazırlamışdır. Yaraların dezinfeksiyası üçün Şərq alim-

ləri  xüsusi  dərmanlardan  geniş  istifadə  etmişlər.  Elə  spirtin  də  ilk 

növbədə  kəşf  edilməsi  və  mikrob  əleyhinə  işlədilməsi  Razi  tərə-

findən irəli sürülmüşdür. 

Yaraların  tez  sağalması  üçün  Şərq  alimləri  xüsusi  tədbirlər 

görmüşlər.  Cərrahi  əməliyyatdan  sonra  palataların  təmizliyi, 

havanın  yaxşı  olması,  qidalanmanın  yüksək  keyfiyyətli  olmasını 

onlar nəzərdən qaçırmamışlar. 

İbn Sinanın “Tibb qanunu” kitabında şişlərin cərrahi metod ilə 

aradan qaldırılması, sinirlərin tikilməsi, tpaxeotomiya, katetrezasiya 

və s. haqqında məlumatlar vardır. 

Yaraların  tez  sağalması  üçün  tikişlərin  düzgün  qoyulmasına 

bu alimlər böyük yer vermişlər. Ketqutdan ilk dəfə onlar bu məqsəd 

üçün istifadə etmişlər. 

Sınıqların yerinə salınması üçün xüsusi metodlar təklif etmiş-

lər. Bunların içərisində “Tibb qanunu” əsərində yazılan İbn Sinanın 

metodu daha çox diqqəti cəlb edir. 

İsmayıl Cürcaninin “Xarəzmşahlar zəxirəsi” kitabının cərrah-

lığa aid hissəsində belə fəsillərə rast gəlmək olar: Yaralar və onların 

müalicəsi,  fleqmonaların  müalicəsi,  dağılmaqda  olan  orqana  necə 

yardım  etməli,  yad  cisimlərin  bədəndən  xaric  edilməsi,  iti  və  küt 

alətlər ilə zədələnmələrin müalicəsi, yataq yaralarının müalicəsi, oy-

naqlardakı  çıxıqların  müalicəsi.  Bütün  bunlar  demək  olar  ki,  Cür-

caninin doqquz cildlik əsərinin cərrahlığa aid yeddinci cildində gös-

tərilmişdir. 




 

57 


Göründüyü kimi orta əsr Şərq alimlərinin cərrahlıq sahəsində 

əldə  etdikləri  nəzəri  və  praktik  nailiyyətləri  olduqca  yüksək 

səviyyədə  olub  bir  çox  cəhətdən  müasir  cərrahlığın  nailiyyətlərinə 

uyğun gəlir. Bunu nəinki Şərq, hətta Qərb alimləri də təsdiq edir. 

İlk  növbədə  tibb  tarixində  İbn  Sina  gözə  görünməyən  xəstə-

liklərin  amilləri  haqqında  öz  fikrini  söyləmişdir.  Onun  bu  ideyası 

yalnız  min  il  sonra  mikroskop  kəşf  edildikdə  öz  təsdiqini  tapdı  və 

mikrobların yoluxucu xəstəliklərin əmələ gətirməsinə şərait yaradan 

əsas  amil  olması  özünü  doğrultdu.  İlk  dəfə  onlar  xüsusilə  Cürcani 

immunitetin  infeksiyada  rolunu  qeyd  etmişdir.  Hətta  bizə  gəlib 

çatan məlumata əsasən  Ər-Razi  hələ o zaman çiçəyə qarşı vaksina 

alıb uşaqlara tətbiq etmişdir. 

İlk  növbədə  dəridə  öz  nişanələrini  qoyan  çiçək  və  qızılcanın 

bu  nişanələr  əsasında  diferensial  diaqnostikanı  Razi  ətraflı  şəkildə 

göstərmişdir. 

Tif, malyariya, xolera, cüzam və bir çox yoluxucu xəstəliklər 

haqqında onların əsərlərində qiymətli məlumatlara rast gəlinir. 

Gözün anatomiyası və fiziologiyası haqqında orta əsr alimləri-

nin  ətraflı  məlumatları  göz  xəstəliklərinin  müalicə  və  profilaktika-

sında onlara yaxından kömək etmişdir. Bu alimlər nəinki gözün ilti-

habı xəstəlikləri, hətta onun cərrahi xəstəliklərində böyük nailiyyət-

lər  əldə  etmişlər.  Gözdən  yad  cisimlərin  çıxarılması,  kataraktanın 

müalicəsi və s. ilə yaxından məşğul olmuşlar. 

Zəkəriyya Ər-Razinin “Əlhavi” kitabında qulaq, burun, boğaz 

xəstəliklərinə xüsusi fəsil ayırmışdır. Bu xəstəliklər haqqında geniş 

məlumat İbn Sinanın “Tibb qanunu”, İsmayıl Cürcaninin “Xarəzm-

şahlar  zəxirəsi”  kitablarında  bu  orqanların  əvvəlcə  anatomiya  və 

fiziologiyası, sonra onların xəstəlikləri üzərində dayanılır. 

Raziyə  bəlli  idi  ki,  bəzi  bitkilərin  və  güllərin  tozları  tutmalar 

şəklində tənəffüsü çətinləşdirir. Bu da bronxial astmanın tutmalarını 

xatırladır. O, zökəmin iki növünü göstərir. Birincisi ifrazatın burun-

dan axması ilə müşayiət olunur, ikincisində isə burun və boğaz qu-

ruyur. 



 

58 


İsmayıl  Cürcani  “Xarəzmşahlar  zəxirəsi”  əsərində  ağız  boş-

luğu xəstəliklərinə xüsusi şöbə ayırır. Bu alimlər hətta bilirdilər ki, 

ağız  boşluğu  və  xüsusilə  dili  qıcıqlandırmaqla  reflektoru  olaraq 

ayrı-ayrı mərkəzləri oyandırmaq olar. Ona  görə  də ayrı-ayrı xəstə-

liklərin  müalicəsində  onlar  inhalyasiya  yolu  ilə  müxtəlif  dərman-

lardan istifadə edirlər. 

Dəri-zöhrəvi  xəstəliklər  Şərqdə  həmişə  sərbəst  sahə  kimi 

alimlərin  əsərlərində  geniş  tədqiq  edilmişdir.  Onlar  bilirdilər  ki, 

dərinin  kəpək  verməsi  ilə  epitel  toxuması  təzələnir.  Lakin  bu 

prosesin güclənməsi xəstəlikdə olur. Dəridə piqment mübadiləsinin 

pozulması nəticəsində ona xüsusi bir xəstəlik kimi baxmışlar. Onla-

ra bəlli idi ki, bəzi qan xəstəlikləri zamanı dəridə iltihab, irinləmə və 

s. ola bilər. Belə vəziyyətlərdə onlar dəridə gedən proseslərdə daha 

çox  ümumi,  orqanizmin müalicəsi  ilə  məşğul  olmağı  məsləhət  gö-

rürdülər. Bu cür hallarda qanın təmizlənməsi üçün bitki dərmanları, 

meyvələr təklif edib, dietanın gözlənilməsini zəruri hesab edirdilər. 

Dəri  xəstəliklərinin  müalicəsində  isə  kükürd  və  civə 

preparatlarından  məlhəmlərdən,  duru  məlhəmlərdən,  paraşoklardan 

geniş  geniş  şəkildə  istifadə  edirdilər.  Ağrını  kəsmək  üçün  xüsusi 

dərmanlar  təklif  etmişlər.  Dərinin  kosmetik  məsələləri  ilə  xüsusi 

məşğul olmuşlar. Tərin pis qoxusunu aradan qaldırmaq üçün xüsusi 

duru  məlhəmlər  vermişlər.  Dərinin  güclü  kəpək  verməsinin  qarşı-

sının alınması və tüklərin inkişafı üçün dərmanlar təklif etmişlər. 

İsmayıl  Cürcaninin  “Xarəzmşahlar”  zəxirəsi  kitabının  “Yerli 

xəstəliklər”  adı  altında  olan  hissəsində  dəri  xəstəlikləri  və  onların 

müalicəsi haqqında geniş məlumatlar vardır. 

Zöhrəvi xəstəliklərdən “Tibb qanunu”, “Əlhavi” və “Xarəzm-

şahlar  zəxirəsi”  kitablarında  da  siflis,  süzənək  və  onun  müalicəsi 

haqqında  geniş  məlumatlar  gətirilir.  İbn  Sina  civə  preparatlarından 

ilk dəfə siflisin müalicəsində istifadə etmişdir. 

Göründüyü kimi bu alimlər nəinki yalnız tibbin nəzəri məsə-

lələri, hətta bu məlumatlardan bacarıqla istifadə  edərək bir çox kli-

nik məsələlərin həllində konkret öz fikirlərini söyləmişlər. 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə