I. Beynəlxalq iqtisadiyyat – tərifi, predmeti, mahiyyəti, rolu, vəzifəsi


Dünya təsərrüfatının yaranması və inkişafı



Yüklə 292,61 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix31.12.2021
ölçüsü292,61 Kb.
#82227
1   2   3   4   5   6
Dünya təsərrüfatının yaranması və inkişafı 

Dünya xalqları böyük bir tarixi dövr keçmişdir. Əmək alətlərinin hazırlanmasına görə 

bəşər tarixi daş, tunc və dəmir dövrlərinə bölünür. İnsan cəmiyyətinin yaşamış olduğu ən 

qədim dövrdə - ibtidai icma quruluşunda istehsal münasibətlərinin əsasını kollektivçilik, 

istehsal vasitələri üzərində icma mülkiyyəti təşkil etməklə iqtisadiyyatın mühüm sahələri 

olan kənd təsərrüfatı və sənətkarlıq yaranmış və inkişaf etmişdir. Bu sahələr uzun müddət 

cəmiyyətin əsas istehsal sahələri olmuşdur. 

Sənətkarlığın ayrıca sahə kimi inkişafı cəmiyyətdə böyük ictimai əmək bölgösünə səbəb 

oldu. Belə ki, sənətkarlıq kənd təsərrüfatından ayrıldı, natural formada mal mübadiləsi 

inkişaf etdi, tədricən əmtəə istehsalına keçid yarandı. 

Dövlətçiliyin yaranması prosesi çox uzun bir dövrü əhatə etmiş və bütün dünyada bu 

proses eyni vaxtda getməmişdir.  

Eramızdan əvvəl II əsrdə, xüsusilə I əsrdə Roma dünyanın ən çox inkişaf etmiş quldar 

dövlətinə çevrilmişdi. Bizim eranın I-II əsrlərində Roma imperiyasının iqtisadiyyatı 

çiçəklənmə dövrünü keçirirdi. Dünyada iqtisadçılardan bəziləri dünya iqtisadiyyatının 

yaranmasını bu dövrlə bağlayırlar. O dövrün təsərrüfatı dünya sistemi hesab edilirdi. 

Bir qrup alimlər dünya iqtisadiyyatının yaranmasını böyük coğrafi kəşflərlə 

(BCK) bağlayırlar. Qərbi Avropa ölkələrinin iqtisadi inkişafına mühüm təsir göstərmiş 

böyük coğrafi kəşflərin ictimai-iqtisadi və başqa ilkin şərtləri artıq XV əsrdə yaranmışdı. 

Böyük coğrafi kəşflər artan ticarət münasibətlərinin məntiqindən doğurdu. Eyni zamanda 

bu kəşflər Avropada kapitalist təsərrüfatının formalaşması və ilkin kapital yığımı 

prosesinə güclü təkan vermişdi. Böyük coğrafi kəşflərin başlıca iqtisadi səbəbləri və ilkin 

şərtləri Avropada əmtəə-pul münasibətlərinin güclənməsi ilə Şərqlə aparılan ticarətin daha 

da genişlənməsinə ehtiyacın artması idi. Böyük coğrafi kəşflərin iqtisadi nəticələri kimi 

ümumdünya bazarı yarandı və ümumdünya iqtisadiyyatı formalaşdı. 

Dünya iqtisadiyyatının əsas faktoru kimi ticarətdə əsl çevriliş əmələ gəldi. Mühüm iqtisadi 

nəticələrdən biri də Avropada “qiymətlər inqilabı”nın baş verməsi idi. 1601-ci ildə 

İspaniyada qiymətlər 4,3 dəfə, İngiltərə və Fransada 2,5-3 dəfə artmışdı. XVI-əsrin 

ortalarında kənd təsərrüfatı məhsulları da daxil olmaqla qiymət yüksəlişi bütün sahələri 



əhatə etmişdi. Bu dövrdə müstəmləkəçilik sisteminin əsası qoyuldu. Amerika, Afrika və 

Asiya qitələrində Avropa ölkələrinin qarətçilik siyasəti Qərbi Avropa ölkələrinin 

iqtisadiyyatının qurulmasında əsas maliyyə mənbələrindən biri olmuşdur. 


Yüklə 292,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə