I. Beynəlxalq iqtisadiyyat – tərifi, predmeti, mahiyyəti, rolu, vəzifəsi


Dünya iqtisadiyyatının formalaşması



Yüklə 292,61 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix31.12.2021
ölçüsü292,61 Kb.
#82227
1   2   3   4   5   6
Dünya iqtisadiyyatının formalaşması 

Dünya təsərrüfatı XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Bu 

dövrdə istehsal və kapital təmərküzləşmiş və bu təmərküzləşmədən doğan inhisarlar 

meydana gəlmişdi, bank kapitalı ilə sənaye kapitalının qovuşması nəticəsində maliyyə 

kapitalı və maliyyə oliqarxiyası yaranmışdı, əmtəə ixracından fərqli olaraq kapital ixracı 

böyük əhəmiyyət kəsb edirdi.  

XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı 

müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı 

kapitalizmə keçilməsi ilə müəyyən olunurdu. XIX əsrin sonlarında dünya üzrə sənaye 

məhsulu istehsalı 3 dəfədən çox artmışdı. 

Məhsuldar qüvvələrin sürətli inkişafı maşınlı sənayenin sahə strukturunda ciddi 

dəyişikliklərə səbəb olmuşdu. XIX əsrin sonu XX əsrin əvvəllərində dünya iqtisadiyyatında 

sürətli inkişafı ilə seçilən ölkələr ABŞ və Almaniya olmuşdur. Bu ölkələr sənaye 

istehsalının ümumi həcminə görə İngiltərə və Fransanı qabaqlayırdı. Artıq bu dövrdə ABŞ 

dünyada birinci sənaye dövlətinə çevrilmişdi. 

Lakin müasir dünya təsərrüfatı XX əsrin əvvəllərindəki səviyyədən çox-çox irəli getmiş və 

inkişaf etmişdir. İndi dünya iqtisadiyyatı daha vahid və bütöv xarakterə malikdir. Belə ki, 

müasir dünya iqtisadiyyatında sənayecə inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan 

ölkələrin, yeni sənaye ölkələrinin, keçid dövrü yaşayan ölkələrin iqtisadiyyatları əks 

olunur və qlobal dünya iqtisadiyyatı formalaşır. 

Qloballaşma beynəlxalq əmək bölgüsü və istehsalın beynəlmiləl xarakteri ilə səciyyələnir 

və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır. 

Dünyada mövcud olan hər bir ölkə bu və ya digər xüsusiyyətləri özündə əks etdirməklə 

bir-birindən sosial-iqtisadi quruluş, inkişaf səviyyəsinə, təbii ehtiyatlarla zənginliyinə, 

iqtisadi strategiyaya və s. görə fərqlənirlər.  

Dünya ölkələri cəm halda, qarşılıqlı fəaliyyətdə, beynəlxalq əmək bölgüsü əsasında 

mövcuddurlar və inkişaf edirlər. 

Dünya iqtisadiyyatı beynəlxalq əmək bölgüsü sistemi əsasında yaranan milli 

təsərrüfatların iqtisadi və siyasi münasibətlərinin məcmusu olmaqla, bu təsərrüfatlar 

arasında hərtərəfli əlaqəyə əaslanan beynəlxalq iqtisadi münasibətlər sistemidir. 




Dünya iqtisadiyyatı iqtisadi və siyasi kateqoriya olmaqla vahid bir sistem təşkil edir. Bu 

sistem müəyyən nizama və qaydaya əsaslanmaqla ümumi bir məqsədə xidmət edir.  

Dünyada mövcud olan ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar və transmilli 

kompaniyalar dünya iqtisadiyyatının subyektlərini təşkil edir. 

Dünya təsərrüfat sisteminə fəal surətdə qoşulmaqla dünya ölkələri özlərinin müvafiq 

ehtiyatları olmadan cəmiyyətin tələbatını daha dolğun ödəmək istəyirlər. 

Eyni zamanda ölkələr iqtisadiyyatın səmərəli strukturunu fəallaşdırmaq, müasir texnika 

və texnologiyaya yiyələnmək, mütərəqqi təsərrüfatçılıq və idarəçilik təcrübəsi qazanmaq 

istəyirlər.  

Bu problemlərin həlli ilə yanaşı bu ölkələr özlərinin beynəlxalq əmək bölgüsündə malik 

olduqları üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olurlar. Bu baxımdan Azərbaycan 

respublikasında həyata keçirilən sosial iqtisadi siyasətin strateji istiqamətlərindən biri də 

ölkə iqtisadiyyatının dünya təsərrüfatı sisteminə səmərəli şəkildə inteqrasiya olunmasını 

təmin etməkdir. 

 


Yüklə 292,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə