39
“Sənə ariflərin sultanı olmaq xələtini, mənə də köpəklik
dərisini geydirdilər. Bunun tərsi də ola bilərdi.” Buna görə
də mən ona yol verdim”.
Haqdan Haqqa yollar çoxdu,
Sən Haqq yolun haqqını ver.
Haqq sahibi qullar çoxdu,
Sən haqq qulun haqqını ver.
Hər nemətə nəzir vardır,
Hər möhnətə səbir vardır,
Hər halına əcir vardır,
Azın, bolun haqqını ver.
Biz ha örtsək, qazan qazır,
Hər çiyində yazan yazır.
Düz və öndə getmək azdır,
Sağın, solun haqqını ver.
Dur, əlini başına qoy,
Kipriyinə, qaşına qoy.
Demirəm ki, boşuna qoy,
Hər bir qılın haqqını ver.
Allahın murad və yardımı olmadan bir kimsənin tək ba-
şına və ya özbaşına Allaha dönməsi, Allah yolçusu olması
düşünülməz. Bu yolun beşik dövrü tövbədən başlar, behiş-
tədək sürər. Tövbə Rəbbinə dönüşdür, Allaha qayıdışdır.
Beşikdə yatan körpə nə cür məsumdursa, pakdırsa, tövbə
edən kimsə də o cür təmiz olar. “Günahından tövbə etmiş
şəxs günah etməmiş kimidir” ( hədis). Behişt əhli, qəlbləri
beşik əhlinin qəlblərinə bənzəyən tövbə əhlindən başqası
seyil. “Bu sizə vəd olunan (cənnətdir). o hər (Allaha) qayı
dan, (nəfsini haramlardan) qoruyan, rəhmandan (onu)
görmədən qorxan və Haqqa dönmüş qəlblə gələn bəndə
üçündür“ ( Qaf, 32-33) .
40
Nəfslər dindikcə vicdanlar susdu,
Yetər susduğumuz, dinmək vaxtıdır!
Ürəklər donduqca beyinlər qızdı,
Alışmaq vaxtıdır, sönmək vaxtıdır!
Xeyrimiz qabaqda, şərimiz məlum,
Kisəmiz köhnəlib, kirimiz məlum.
Saydıq yerimizdə, yerimiz məlum,
İblisdən Allaha dönmək vaxtıdır.
Şeytana yarınıb nəfsi yarıtdıq,
Halbuki yüz dəfə kəfəni yırtdıq.
Yetər yedəklərdə yabıyla yortduq,
Yelqanad atlara minmək vaxtıdır!
Cismən yekələnib, ruhən büzüldük,
Səysəy əmrlərə səfsəf düzüldük.
Bəsdi boğazlarda üzübüzüldük –
Qəlbin qatlarına enmək vaxtıdır!
Nəfsinə qalib ol ibadət ilə,
Şeytana qalib ol rəşadət ilə.
Ölümə qalib ol şəhadət ilə,
Yetər hey yenildik, yenmək vaxtıdır!
Bu fəsildə haqq yolçuluğuna ümumi bir nəzər saldıq.
Biri qədər müfəssəl söhbətlər, inşaallah, sonrakı fəsillərdə
gələcəkdir. Böyüklərimiz “Yolumuzun əsası söhbətdir”
de miş lər. Uzaq bir səfərə başlayırıq. Yolu qısa edən yola
nərdivan salan söhbətdən qeyri bir şeymidir? Allaha doğru
gedən bu yolda Allah yeganə yardımçımızdır. Qə dəm ləri-
miz sabit, yolumuz uğurlu olsun! Yol Onun, uğur Ondandır.
41
I FƏSİL
”EY rƏBBİM! MƏnƏ SALEH öVLAD VEr!”
( əs-Saffat, 100)
Y
axşı övladı, demək olar, hər kəs istəyir. Yaxşı olan
da, yaxşı olmayan da. Xüsusən indiki dövrdə,
ən imkansız valideynlər belə, övladlarının gözəl
təhsil, gözəl tərbiyə alması üçün hər cür çətinliklərə qat-
lan maqdadır. O başqa məsələdir ki, hər gözəl olan doğru,
hər gəlirli olan faydalı olmaya bilir.
Şükür Allaha, yolu oğlumuzun din yoludu,
Yoxsa nə dünya, nə də cin və şəyatin yoludu.
Rəbbimin lütfüdü, Quran-hədisə saldı meyil,
Yolu bir çoxlarının çünki küçə-tin yoludu.
“Çində də olsa elm, get” deyib Allah Rəsulu,
Məğribdən məşriqədək dünya ona Çin yoludu.
Qoy kiçiklər böyüsün, böyüklərin xətti ilə,
Yolu din böyüyünün təlim və təmkin yoludu.
Bu “Əuzu billahi min əş-şeytanir rəcim”
Və “əlhəmdülillahi Rəbbil aləmin” yoludu.
Doğru yol – qəbrədək davam edən doğru tərbiyə de-
məkdir. Allahın yolundan başqa doğru yol olmadığı kimi,
Allahın tərbiyəsindən başqa doğru tərbiyə də yoxdur. İlk
qədəmdən son qədəmədək ilahi əmr və ədəblərə uyma yan-
42
lar Allah yolçusu olmaz. Hər cür böyüklük tərbiyədən, tər-
biyə kiçiklikdən, kiçiklik yoxluqdan başlar. Məşhur rəvayət-
dir: Bir müdrik: “Oğlumun üç yaşı var, tərbiyəsinə nə vaxt
başlayım?” – deyə soran birinə qısaca bunu söyləmiş: ”Üç il
gecikmisən”.
Gözəl cavabdır, ancaq kamil deyil. Söylənən müddət ən
azı doqquz ay əskikdir. Ona görə ən azı deyirik ki, əslində
övladın tərbiyəsi bətnə düşməzdən də qabaq, yəni ana-ata-
nın nikahından əvvəl başlar. Haqq yolçuluğunda tər biyə
təvəllüddən öncədir.
Tərbiyə almasa, verməsə insan,
İnsan naqis olur, insanlıq nöqsan.
Öncə tərbiyədir, sonra təvəllüd,
Övlad tərbiyəsi ən gözəl ehsan.
Özünü, Rəbbini biləndi xoşbəxt,
O biri dünyada güləndi xoşbəxt.
Doğul doğulmadan və öl ölmədən –
Bu cür doğulandı, öləndi xoşbəxt.
Bütövlükdə, körpələrin tərbiyəsini beş mərhələyə ayır-
maq olar: 1) nikahaqədər dövr; 2) nikahdan bətnəqədər
dövr; 3) hamiləlik dövrü; 4) südəmər dövrü; 5) süddişi
dövrü. Hər dövrü ayrıca nəzərdən keçirməyə çalışaq.
Nikahaqədərki tərbiyə
Körpənin nikahaqədərki tərbiyəsi anasını seçməkdən
başlar. Bir qayda olaraq, kişilər seçən, qadınlar seçiləndir.
Bəzən əksinə olursa da, bu artıq istisna haldır. Lakin seçi-
min uğuru seçənin kimliyindən çox asılıdır. Allah Rəsulu
( salləllahu aleyhi və səlləm) buyurdu: “Siz təmiz və iffətli
olun ki, xanımlarınız da iffətli olsunlar. Siz ananıza və
atanıza yaxşılıq edin ki, çocuqlarınız da sizə yaxşılıq
43
etsinlər”. Sual doğur: Dünyada olmayan, hətta bətnə belə
düşməyən bir uşağın tərbiyəsinin nikaha nə dəxli ola bilər?
Məsələ burasındadır ki, Allah qatında məqbul olan nika hın
(dini nikahdan söhbət gedir) və dinimizə görə evlənmə nin,
izdivacın əsas məqsədi, sadəcə, cütləşmə yox, üçləşmə,
dördləşmə, yəni övladlardır. “Qadınlar sizin tarlanızdır.
Dilədiyiniz vaxt tarlanıza gəlin” ( əl-Bəqərə, 223). Tarla nə
üçündür, nədən ötrü suvarılır? Əlbəttə, məhsul götürmək
üçün. Ayədə nəzərdə tutulan tarlanın məhsulu övladdan
başqası deyildir. Bu həqiqət hədislərdə də təsdiqlən mək də-
dir. “Qısır qadını, gözəl olsa da, boşayın, zənci olsa belə,
çox doğan qadınlarla evlənin. Çünki mən Qiyamət günü
başqa ümmətlərə nisbətən sizin çox olmağınızla öyünə
cəyəm”.
Hər bir gəlin özgə qızı,
Yad elindən gələnə bax!
Aldatmasın işvə-nazı,
Sən əlindən gələnə bax!
Nikah övlad naminədi,
Saleh oğul xəzinədi.
Demə bəs qız nəmənədi?
Hər dilindən gələnə bax!
Demirəm ki, bir ucdan doğ,
Deyirəm ki, çocuğu yox.
Müsəlmanı sən eylə çox,
Hər belindən gələnə bax!
Yuxarıdakı ayə və hədisdən göründüyü kimi, qadın
ləzzət vasitəsi yox, həyat səbəbidir. Yəni bu zərif cinsin əsas
təyinatı qadınlıq deyil, analıqdır; dünyaya sağlam övladlar
gətirmək və onları qanacaqlı, əməlisaleh böyüdüb yetiş dir-
məkdir. Fəqət bu cür övladları hər qadın doğmaz. Deməli,
Dostları ilə paylaş: |