I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə10/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

39
“Sənə  ariflərin  sultanı  olmaq  xələtini,  mənə  də  köpəklik 
dərisini geydirdilər. Bunun tərsi də ola bilərdi.” Buna görə 
də mən ona yol verdim”.
Haqdan Haqqa yollar çoxdu,
Sən Haqq yolun haqqını ver.
Haqq sahibi qullar çoxdu,
Sən haqq qulun haqqını ver.
Hər nemətə nəzir vardır,
Hər möhnətə səbir vardır,
Hər halına əcir vardır,
Azın, bolun haqqını ver.
Biz ha örtsək, qazan qazır,
Hər çiyində yazan yazır.
Düz və öndə getmək azdır,
Sağın, solun haqqını ver.
Dur, əlini başına qoy,
Kipriyinə, qaşına qoy.
Demirəm ki, boşuna qoy,
Hər bir qılın haqqını ver.
Allahın murad və yardımı olmadan bir kimsənin tək ba-
şına və ya özbaşına Allaha dönməsi, Allah yolçusu olması 
düşünülməz. Bu yolun beşik dövrü tövbədən başlar, behiş-
tədək sürər. Tövbə Rəbbinə dönüşdür, Allaha qayıdışdır. 
Beşikdə yatan körpə nə cür məsumdursa, pakdırsa, tövbə 
edən kimsə də o cür təmiz olar. “Günahından tövbə etmiş 
şəxs  günah  etməmiş  kimidir”  (hədis).  Behişt  əhli,  qəlbləri 
beşik əhlinin qəlblərinə bənzəyən tövbə əhlindən başqası 
seyil. “Bu sizə vəd olunan (cənnətdir). o hər (Allaha) qayı­
dan,  (nəfsini  haramlardan)  qoruyan,  rəhmandan  (onu) 
görmədən qorxan və Haqqa dönmüş qəlblə gələn bəndə 
üçündür“ (Qaf, 32-33).


40
Nəfslər dindikcə vicdanlar susdu,
Yetər susduğumuz, dinmək vaxtıdır!
Ürəklər donduqca beyinlər qızdı,
Alışmaq vaxtıdır, sönmək vaxtıdır!
Xeyrimiz qabaqda, şərimiz məlum,
Kisəmiz köhnəlib, kirimiz məlum.
Saydıq yerimizdə, yerimiz məlum,
İblisdən Allaha dönmək vaxtıdır.
Şeytana yarınıb nəfsi yarıtdıq,
Halbuki yüz dəfə kəfəni yırtdıq.
Yetər yedəklərdə yabıyla yortduq,
Yelqanad atlara minmək vaxtıdır!
Cismən yekələnib, ruhən büzüldük,
Səy­səy əmrlərə səf­səf düzüldük.
Bəsdi boğazlarda üzüb­üzüldük –
Qəlbin qatlarına enmək vaxtıdır!
Nəfsinə qalib ol ibadət ilə,
Şeytana qalib ol rəşadət ilə.
Ölümə qalib ol şəhadət ilə,
Yetər hey yenildik, yenmək vaxtıdır!
Bu fəsildə haqq yolçuluğuna ümumi bir nəzər saldıq. 
Biri qədər müfəssəl söhbətlər, inşaallah, sonrakı fəsillərdə 
gələcəkdir.  Böyüklərimiz  “Yolumuzun  əsası  söhbətdir” 
de miş lər.  Uzaq  bir  səfərə  başlayırıq.  Yolu  qısa  edən  yola 
nərdivan salan söhbətdən qeyri bir şeymidir? Allaha doğru 
gedən bu yolda Allah yeganə yardımçımızdır. Qə dəm ləri-
miz sabit, yolumuz uğurlu olsun! Yol Onun, uğur Ondandır.


41
I FƏSİL
”EY rƏBBİM! MƏnƏ SALEH öVLAD VEr!”
   
 
 
  
 
(əs-Saffat, 100)
Y
axşı övladı, demək olar, hər kəs istəyir. Yaxşı olan 
da,  yaxşı  olmayan  da.  Xüsusən  indiki  dövrdə, 
ən imkansız valideynlər belə, övladlarının gözəl 
təhsil,  gözəl  tərbiyə  alması  üçün  hər  cür  çətinliklərə  qat-
lan maqdadır. O başqa məsələdir ki, hər gözəl olan doğru, 
hər gəlirli olan faydalı olmaya bilir.
Şükür Allaha, yolu oğlumuzun din yoludu,
Yoxsa nə dünya, nə də cin və şəyatin yoludu.
Rəbbimin lütfüdü, Quran-hədisə saldı meyil,
Yolu bir çoxlarının çünki küçə-tin yoludu.
“Çində də olsa elm, get” deyib Allah Rəsulu,
Məğribdən məşriqədək dünya ona Çin yoludu.
Qoy kiçiklər böyüsün, böyüklərin xətti ilə,
Yolu din böyüyünün təlim və təmkin yoludu.
Bu “Əuzu billahi min əş-şeytanir rəcim”
Və “əlhəmdülillahi Rəbbil aləmin” yoludu.
Doğru yol – qəbrədək davam edən doğru tərbiyə de-
məkdir. Allahın yolundan başqa doğru yol olmadığı kimi, 
Allahın tərbiyəsindən başqa doğru tərbiyə də yoxdur. İlk 
qədəmdən son qədəmədək ilahi əmr və ədəblərə uyma yan-


42
lar Allah yolçusu olmaz. Hər cür böyüklük tərbiyədən, tər-
biyə kiçiklikdən, kiçiklik yoxluqdan başlar. Məşhur rəvayət-
dir: Bir müdrik: “Oğlumun üç yaşı var, tərbiyəsinə nə vaxt 
başlayım?” – deyə soran birinə qısaca bunu söyləmiş: ”Üç il 
gecikmisən”.
Gözəl cavabdır, ancaq kamil deyil. Söylənən müddət ən 
azı doqquz ay əskikdir. Ona görə ən azı deyirik ki, əslində 
övladın tərbiyəsi bətnə düşməzdən də qabaq, yəni ana-ata-
nın  nikahından  əvvəl  başlar.  Haqq  yolçuluğunda  tər biyə 
təvəllüddən öncədir.
Tərbiyə almasa, verməsə insan,
İnsan naqis olur, insanlıq nöqsan.
Öncə tərbiyədir, sonra təvəllüd,
Övlad tərbiyəsi ən gözəl ehsan.
Özünü, Rəbbini biləndi xoşbəxt,
O biri dünyada güləndi xoşbəxt.
Doğul doğulmadan və öl ölmədən –
Bu cür doğulandı, öləndi xoşbəxt.
Bütövlükdə, körpələrin tərbiyəsini beş mərhələyə ayır-
maq  olar:  1)  nikahaqədər  dövr;  2)  nikahdan  bətnəqədər 
dövr;  3)  hamiləlik  dövrü;  4)  südəmər  dövrü;  5)  süddişi 
dövrü. Hər dövrü ayrıca nəzərdən keçirməyə çalışaq.
Nikahaqədərki tərbiyə
Körpənin  nikahaqədərki  tərbiyəsi  anasını  seçməkdən 
başlar. Bir qayda olaraq, kişilər seçən, qadınlar seçiləndir. 
Bəzən əksinə olursa da, bu artıq istisna haldır. Lakin seçi-
min uğuru seçənin kimliyindən çox asılıdır. Allah Rəsulu 
(salləllahu  aleyhi  və  səlləm)  buyurdu:  “Siz  təmiz  və  iffətli 
olun  ki,  xanımlarınız  da  iffətli  olsunlar.  Siz  ananıza  və 
atanıza  yaxşılıq  edin  ki,  çocuqlarınız  da  sizə  yaxşılıq 


43
etsinlər”. Sual doğur: Dünyada olmayan, hətta bətnə belə 
düşməyən bir uşağın tərbiyəsinin nikaha nə dəxli ola bilər? 
Məsələ burasındadır ki, Allah qatında məqbul olan nika hın 
(dini nikahdan söhbət gedir) və dinimizə görə evlənmə nin, 
izdivacın  əsas  məqsədi,  sadəcə,  cütləşmə  yox,  üçləşmə, 
dördləşmə,  yəni  övladlardır.  “Qadınlar  sizin  tarlanızdır. 
Dilədiyiniz vaxt tarlanıza gəlin” (əl-Bəqərə, 223). Tarla nə 
üçündür, nədən ötrü suvarılır? Əlbəttə, məhsul götürmək 
üçün. Ayədə  nəzərdə tutulan  tarlanın  məhsulu  övladdan 
başqası deyildir. Bu həqiqət hədislərdə də təsdiqlən mək də-
dir. “Qısır qadını, gözəl olsa da, boşayın, zənci olsa belə, 
çox  doğan  qadınlarla  evlənin.  Çünki  mən  Qiyamət  günü 
başqa  ümmətlərə  nisbətən  sizin  çox  olmağınızla  öyünə­
cəyəm”.
Hər bir gəlin özgə qızı,
Yad elindən gələnə bax!
Aldatmasın işvə-nazı,
Sən əlindən gələnə bax!
Nikah övlad naminədi,
Saleh oğul xəzinədi.
Demə bəs qız nəmənədi?
Hər dilindən gələnə bax!
Demirəm ki, bir ucdan doğ,
Deyirəm ki, çocuğu yox.
Müsəlmanı sən eylə çox,
Hər belindən gələnə bax!
Yuxarıdakı  ayə  və  hədisdən  göründüyü  kimi,  qadın 
ləzzət vasitəsi yox, həyat səbəbidir. Yəni bu zərif cinsin əsas 
təyinatı qadınlıq deyil, analıqdır; dünyaya sağlam övladlar 
gətirmək və onları qanacaqlı, əməlisaleh böyüdüb yetiş dir-
məkdir. Fəqət bu cür övladları hər qadın doğmaz. Deməli, 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə