I cild görsən bir milləti mala meyilli


Hamiləlik və südəmərlik dövrünün tərbiyəsi



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə13/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   9   10   11   12   13   14   15   16   ...   69

52
Hamiləlik və südəmərlik dövrünün tərbiyəsi
Körpə elə bir fidandır ki, iki damla suyuna haram qat-
masan, düzgün böyüyəcək. Bunlardan biri ata nütfəsi, digəri 
ana  südüdür.  Uşaq  fiziki  və  mənəvi  qüsurlarla  doğulub 
boy atırsa, valideynlər bunun səbəbini daha çox özlərində 
aramalıdır. Qüsurlu övlad nəticədir. Səbəbi qoyub, nəticə 
ilə əlləşmək hər zaman ağrılı, çox zaman isə faydasız olur.
İstənilən ər və arvad hamiləliyin qarşısını almaq üçün 
tədbirlər görsələr belə, bir-biriylə yaxınlıq etmək istərkən, 
ilk növbədə, bu təmasın mütləq uşaqla nəticələnə biləcə yini 
düşünməli  və  xeyir-duada  bulunmalıdır.  Allah  Rəsulu 
(salləllahu  aleyhi  və  səlləm)  cinsi  təmasdan  öncə  bu  duanı 
edərdi“Allahın adıyla! Allahım, bizi şeytandan uzaqlaş­
dır və şeytanı da bizi ruziləndirəcəyin nemətdən (çocuq dan) 
uzaqlaşdır!” Eyni zamanda hər cür haramdan, bəyənilmə-
yən hərəkətlərdən qaçmaq gərəkdir. Nikahsız cinsi müna si-
bətin haramlığı barədə artıq bəhs etmişik. Lakin bu, yeganə 
haram deyildir. Qadının heyz görməsi, kişinin, yaxud qadı-
nın və ya hər ikisinin sərxoş, ya içkili olması, digər haram 
və  şübhəli  qidalar  qəbul  etməsi  cinsi  əlaqəni  yasaqlayan, 
yaxud  yubadan  amillər  sırasındadır.  Çox  zaman  ani  bir 
ləzzət ömürlük, hətta əbədi həsrətə səbəb olur.
Sanma, ey qul, məhəbbət şəhvət və ya ehtirasdı,
Əksinə, ehtirasa, şəhvətə eşq etirazdı.
Kamali-ehtiramla səsləməkdi sevdiyini
Gündə beş dəm, ən azı, Ərşə çıxan haqq-avazdı.
Canda cismani nə vardırsa, nəfsdən silər eşq,
Məhəbbət Məhbub ilə məsumanə bir təmasdı.
Bənzəməz söhbətimiz yer əhlinin söhbətinə:
Ona fərman, fəqirə amma layiq iltimasdır.


53
Eşq qəlbin qurtuluşu deyil isə başqa nədir?
Nəfsi zəncirləməsən, zənn eyləmə ruh xilasdı.
Könül zənginliyini nə, ey fəqir, eylər əvəz?
Elə bir sərvətdi bu, zöhd əhlinə ancaq xasdı.
İbrət
Nişapur  böyükləri  Əhməd  Hərb  həzrətlərini  ziyarət 
etdilər. Söhbət əsnasında Həzrətin oğlu sərxoş vəziyyətdə, 
atasına  və  qonaqlara  etina  etmədən,  hay-küylə  qapıdan 
keçdi.  Ziyarətçilər  bundan  çox  üzüldülər.  Əhməd  Hərb 
dedi:  “O,  üzürlüdür  (günah  mənimdir).  Ona  görə  ki,  bir 
gecə zəngin qonşumun evindən toy aşı göndərdilər, o gecə 
yedik,  anasıyla  təmasda  bulunduq  və  bu  uşaq  ana  rəh-
minə düşdü. Məni o gecə elə yuxu tutdu ki, gecə ibadətini 
qaçırdım”.
Canlar cütləşəndə az vəsli düşün,
Belindən gələcək pak nəsli düşün.
Şəhvətə uyanda dəstəmazlı uy,
Şəhvət uyuyanda tez qüslü düşün.
Uşaq  ana  bətninə  düşdükdən  sonra  onun  sağlam  və 
saleh  doğulub  böyüməsi  üçün  bütün  mümkün  tədbirləri 
görmək valideynlərə vacib olur. Hamiləlik və südəmərlik 
dövründə  ananın  düzgün  və  halal  qidalnması  bu  tədbir-
lərin əsasını təşkil edir. Böyüklərimizdən Ali Havas Berlisi 
həzrətləri körpənin sağlamlığı məsələsində ananın düz gün 
qidalanmasına diqqət çəkərək, bir sıra nəsihətlərdə bulun-
muşdur. Faydalı olacağını nəzərə alıb bir qismini burada 
veririk: “Çocuqların xəstəliklərinə səbəb analardır. Çeşidli 
yeməklərdən, çeşidli içəcəklərdən acgözlüklə, gərəyindən 
artıq yeyib-içərlər. Bundan sonra, təbiətlərinə zidd olaraq, 
vücudlarında qaba-qaba qırışlar əmələ gəlir. Bu səbəbdən, 
xüsusilə bətn dəki yavrular ciddi təsirlərə məruz qalırlar.


54
O qadınların rəftarları da anladılan səbəblə dəyişincə o 
çocuqlarına əmizdirdikləri südlər pozuq olur və bu durum 
müxtəlif xəstəliklərə gətirib çıxarır. Ağrılar, illətlər, ifliclər, 
şikəstolma hallarını bu sırada saya bilərik.
Bir xilqət etibarilə qüsurlu olmağı, üz şəklinin dəyiş mə-
sini yenə bu sırada saya bilərik.
Hər kim bu mərəzlərdən qurtulmaq istəyirsə, ancaq tək 
çeşidli yemək yesin. O da ehtiyac duyduğu anda. O da aclı-
ğını götürəcək qədər. Bundan sonra bir müddət istirahətə 
çəkilməli, uyumalıdır. 
Sonra  aşırı  hərəkətə  də,  çox  yatıb-durmağa  da  meyil 
etməməlidir”.
Ey qadın, nəfsini bacardıqca boğ,
Səni Yaradana layiq qullar doğ!
Analıq Allahın lütfüdü sənə,
Səndən müqəddəsi yer üzündə yox!
Valideyn ana bətninə düşən körpənin oğulmu, qızmı, 
xoşbəxtmi, bədəbxtmi, zənginmi, yoxsulmu, ömrünün qı-
samı, uzunmu olduğunu bilməz. “Bətnlərdə olanı o bilir” 
(Loğman, 34). Lakin çocuq gələcəkdə salehlərdən olacaqsa, 
hər şeyə qadir olan Rəbbimiz bəzən bunu müxtəlif işarə-
lərlə  anladar,  yaxud  bəzi  arif  qullarına  bildirər.  İstənilən 
halda ata da, ana da körpəni Allahın misilsiz neməti kimi 
qəbul etməli, gecə-gündüz şükürdə bulunaraq uşağın həqiqi 
salehlərdən olması üçün çalışmalıdır. “Allah şükrü qəbul 
edən və biləndir” (ən-Nisa, 147).
İbrət
Mənsur Əl-Bətaihi həzrətlərinin anası Mənsura hamilə 
ikən  qohumlarından  övliya  Muhəmməd  Şənbəki  həzrət-
ləri nin  söhbətinə  gedibmiş.  O,  içəri  girincə  Həzrət  ayağa 
qalxmış, səbəbi sorulduqda belə cavab vermişdi: “Mən ona 


55
deyil, bətnindəki çocuğa hörmət olaraq qalxarmış. O, do-
ğulduqda uca bir şana sahib olacaqdır”.
Nə qədər olsan da şöhrətə düşkün,
Ey qadın, analıq şanını düşün.
Bilirəm, Peyğəmbər doğmayacaqsan,
Amma varisini doğmaq ki, mümkün.
İnsan mələk sayılmaz, lakin iblis də deyildir. Xilqə tində 
nöqsanlar  olduğu  kimi,  fəzilətlər  də  vardır.  Adəm  oğlu 
Adəmdən fərqli olaraq, bunlardan xəbərsiz doğulur. “Allah 
sizi analarınızın bətnindən çıxardı, heç nə bilmirdiniz” 
(ən-Nəhl, 78). İlk insan doğulmadı, Yaradanın qüdrət əli ilə 
birbaşa yaradıldı. Ona görə də bir çox şeyləri Allah-Təala 
Özü Adəmə öyrətdi. Ancaq sonrakıların, yəni doğul muş la-
rın təlim-tərbiyəsi, ilk növbədə, valideynlərə aiddir. Onlar 
övladlarını  mələklərə  də  yoldaş  edə  bilər,  şeytanlara  da. 
Sonda hər kəs yoldaşının yurdunda məskun olacaqdır. Bu 
dünyada həmməslək olanlar o dünyada həmməskəndir.
Vay olsun o günə, dərs yox, təlim yox!
Vay olsun o evə, bir müəllim yox!
Vay olsun o gəncə, nadan böyüdü,
Ölsə, atasına heç təsəllim yox.
Uşaqlarda olan bir sıra qəribəlik və qəbahətlərin irsən 
keçdiyini söyləyənlər çoxdur. Bunda həqiqət payı olduğu 
kimi, övlad tərbiyəsi məsuliyyətindən yaxanı kənara çək-
mək  meyli  də  görünməkdədir.  Məsələn,  valideynlərdə, 
əcdadlarda  olmayan  hər  hansı  mənfi  xislət  övladda  üzə 
çıxa və ana-atanın bütün öyüd-nəsihətlərinə, hətta cəza la-
rına baxmayaraq, davam edə bilər. Burada uşağı qınama-
ğın, döyməyin adı yoxdur. İşin əslinə varılsa, qınayanın və 
döyənin qınanmağa və döyülməyə daha çox layiq olduğu 
görsənər. Çünki uşağın əxlaqında müşahidə edilən və islahı 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə