I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə14/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   10   11   12   13   14   15   16   17   ...   69

56
çətin olan fəsadlar mayalanma və hamiləlik dövründə bura-
xılan nöqsanlarla sıx bağlıdır.
Adəm qızı, aldanma ki,
Fərsiz kimi tanınarsan.
Adəm qızı, aldatma ki,
Ərsiz kimi qınanarsan.
Bax, necədir quruluşun,
Danışığın, oturuşun.
Özündədir qurtuluşun –
Hər addımda sınanarsan.
Demirəm ki, bir dənə ol,
Deyirəm ki, nümunə ol!
Saleh ana, ya nənə ol –
Nə yandırar, nə yanarsan.
İbrət
Şeyx Vəfa (Mustafa) həzrətlərinin uşaqlıqda qəribə bir 
vərdişi  vardı.  Su  tuluğunu  doldurmuş  birini  gördükdə 
gedib  tuluğu  deşər,  yerə  axıdardı.  Qonşular  bir  ağsaqqal 
göndərib  möhtərəm  atasını  bu  məsələdən  hali  etdilər. 
Mustafanın valideynləri nüfuzlu və dinə bağlı insanlardı. 
Onun  adi  uşaq  olmadığını  başa  düşürdülər.  Bunu  təsdiq 
edən işarələr kifayət qədərdi. Hər halda belə bir nurlu uşa-
ğın bu qəribə vərdişi hikmətsiz deyildi. Odur ki, hər ikisi 
Mustafanı  yatırandan  sonra  oturub  öz  xətalarını  araşdır-
dılar. Sonda anası bir xatirəsini xatırlayıb dedi: “Tapdım, 
tapdım.  Mustafaya  hamilə  idim.  Qonşuya  keçmişdim. 
Masada portağal vardı. Bu meyvəni ilk dəfəydi görürdüm. 
Onlara  da  kənardan  hədiyyə  gəlmişdi.  Nəfsim  ondan  is-
tədi. Bəlkə özləri ikram edərlər deyə gözlədim. Ancaq belə 
bir şey ağıllarına gəlmədi. Mənə nar şərbəti gətirmək üçün 
çıxdılar. Bir an otaqda yalqız qaldım. Nəfsimi saxlaya bil-
mədim,  əlimdəki  corab  bizi  ilə  meyvəni  dəlib  şirəsindən 


57
bir neçə udum əmdim. Ev sahibi qayıdanda etdiyimi de-
məyə cürətim çatmadı, utandım və o hal gizli qaldı. Dər hal 
gedib  halallıq  diləyərəm.  Baxsana,  çocuğumuz  bir  damla 
haram meyvə suyunu belə qəbul etmir. Mən por ta ğalı dəl-
diyim kimi, o da tuluqları deşib, ayıbımı üzə vurur”.
Səhər açılan kimi qonşuya keçib halallaşdılar. Mustafa 
da o vərdişini tərgitdi.
Uşaq bağçasıdır ananın bətni,
Orda yazdırılır ömürün mətni.
Əməllər, əcəllər yazılır orda,
Orda öyrənilir İslamın himni.
Övladın xoşbəxt olmasını hər bir valideyn istər. Fəqət 
xoşbəxtlik  istəyi  və  anlayışı  insanlarda  fərqlidir.  Böyük 
əksəriyyəti dünya rahatlığına üstünlük verir, buna çalışır 
və övladlarını da bunun üçün hazırlayırlar. Faciə ilə nəti-
cələnən səhv də buradan doğur. Çünki dünya xoşbəxtlərin 
yurdu  deyildir.  Sevinc  və  kədərin  daim  gündüz  və  gecə 
kimi  bir-birini  əvəz  etdiyi,  ölümün  kölgə  kimi  həyatdan 
ayrılmadığı, sonda gediləcək yerin cənnət, yoxsa cəhən nəm 
olduğunun bilinmədiyi bir yurdda səadətmi var?
Nə salmısan şirin-şirin
Bu dünyaya meyil, kişi?
Axirətlik yoxmu işin,
gəzirsən veyil, kişi?
Nəfsin səni odlamasın,
Şeytan səndən adlamasın,
Dünyan səni qatlamasın,
Sən Rəbbinə əyil, kişi.
Bu dünyanın heyranı çox,
Yağından turş ayran çox.
Haqq kişinin dövranı çox,
Dünya sənlik deyil, kişi.


58
İbrət
Bir  zəngin  adam  gözəl  bir  qəsr  almışdı.  İmam  Əlinin 
(aleyhissəlam)  yanına  gələrək  qəsrin  giriş  qapısı  üzərində 
bir kitabə yazmasını istədi. O Həzrət də bunları yazdı:
“Bismilləhir-rahmənir-rahim.  Bundan  sonra  deyirəm 
ki, dünyaya aldanmış olan bir məğrur başqa bir məğrur dan 
bir  qəsr  satın  aldı.  Qəflət  yuxusunda  olanlar  oraya  girib 
sahibini əbədiləşdirmək istədilər. Halbuki onun dörd tərəfi 
vardır.  Bir  tərəfi  ölümə  açılmaqdadır.  İkinci  tərəfi  qəbrə 
açılmaqdadır. Üçüncü tərəfi həşrə və nəşrə açılmaqdadır. 
Dördüncü tərəfi də cənnətə və ya cəhənnəmə açılmaq da dır. 
Vəssalam!”
Bu  sözlərdən  sonra  o  kimsə  qəsri  geri  sataraq  bütün 
pulunu  Allah  yolunda  xərclədi.  Dünyada  zöhd  yolunu 
tutdu.
Həqiqi səadət dünyada da, məzarda da, məhşərdə də, 
məhşərdən sonra da nurlar içində yaşamaqdır. Nur sahib-
lərinin,  nurani  insanların  dünya  həyatı  rahat  olmasa  da, 
bü tün rahatsızlıqlar, məşəqqətlər müvəqqətidir və dünya-
daca bitər. Allah bitməyən bəlalardan qorusun! Əsl səadət 
dünyadan sonrakı səadətdir. “Allah dilədiyini nuruna qo­
vuşdurar”  (ən-Nur,  35).  O  kimə  nur  bəxş  edərsə,  xoş bəxt 
odur.  Övlad  tərbiyəsi  ilk  gündən  bu  anlayış  üzrə  olmalı, 
valideynlər ana bətnindəki körpənin Allahın nurundan bir 
parça olduğunu düşünərək davranmalıdırlar. Lakin Allah-
Təala Öz nurunu haramla bəslənən vücudlara yerləşdir məz. 
Çünki “Haramla qidalanan bədən atəşdə yanacaqdır” (hədis).
İlanlar olmasın, kirpilər olsun,
Hasarlar olmasın, körpülər olsun.
Əzəldən oyundu dünya həyatı,
Oynayan bizlər yox, körpələr olsun.
Dünyaya yeni göz açan körpənin qidası anasından əm-
diyidir.  Nə  qədər  “ana  südü  kimi  halaldır”  ifadəsi  dəbdə 


59
olsa da, ana südünün halal olması üçün analar halal yeyə-
cək və içəcəklər qəbul etməlidir. Çünki bu misilsiz nemət 
anaların yeyib-içdiyindən əmələ gəlir. Atalar haram qazanc-
dan qaçmalı, analar da onları buna zorlamamalıdır. Ağrı sını 
təkcə özləri deyil, həm də və bəlkə daha çox çocuq çəkə-
cəkdir. Unutmaq olmaz ki, ilk ata-anamızın, yəni Adəmlə 
Həvvanın Cənnətdən çıxarılmasının tək səbəbi yasaq olun -
muş qidanı yemələridir. Yenidən oraya qayıtmaq istəyi riksə, 
eyni səhvi təkrarlamamalıyıq.
Ey qoşulub qaçan qadın,
Hicrandımı, vüsaldımı?
İndi oğlun səndən qaçqın:
Cavabdımı, sualdımı?
Demə, uyub bir “ləçərə”,
Bəs sən nəydin, ay biçarə?
Səninkidir bu şəcərə
İrsdimi, ya iqbaldımı?
Yüz cür təzyiq məram etdin,
Sonda nə əfv, nə ram etdin.
Süd vermişdin, haram etdin,
Verdiyin süd halaldımı?
İbrət
Bəyazid  Bistami  həzrətləri  gəncliyində  bəzi  ibadətlə-
rin dən zövq ala bilmirdi. Anasından sordu: “Anacan! Məni 
əmizdirdiyin  zaman  mənim  üzümdən  haramdan  bir  şey 
aldınmı? İçimdə məni Rəbbimdən ayıran bir şey hiss edi-
rəm.  Amma  nədən  baş  verdiyini  bilmirəm.”  Anası  xeyli 
düşündükdən sonra dedi: “Oğlum! Bircə şey xatırlayıram. 
Sən  hələ  kiçikdin.  Qonşuya  keçmişdim.  Qucağımdaykən 
ağla mağa başladın. Heç cür kiridə bilmədim. Səni sakitləş-
dirmək üçün ocağın üstündəki bişintiyə qonşudan izinsiz 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə