I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə15/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   11   12   13   14   15   16   17   18   ...   69

60
barmağımı batırıb ağzına qoydum”. Bəyazid Bistami ana-
sından  dərhal  o  qonşuya  gedib  halallıq  istəməsini  xahiş 
etdi. Anası  halallıq  aldıqdan  sonra  Bistami  etdiyi  ibadət-
lər dən zövq almağa başladı.
Ey gəlin, Rəbbindən qorx bacardıqca!
Bətnini doğrama, doğ bacardıqca!
Ərinə övrət ol, körpənə ana,
Qalan istəkləri boğ bacardıqca!
Müşahidələr  göstərir  ki,  çocuqları  haramdan  qoru-
maqda  qadınlar  kişilərə  nisbətən  daha  az  diqqətlidirlər. 
Buna  da  bir  qədər  təbii  yanaşmaq  lazımdır.  Çünki  ana 
xilqət etibarilə körpəsinə daha həssasdır və onu kiritmək, 
ağrısını götürmək üçün hər vasitəyə əl atar. Ona görə də 
ata uşağın qida məsələsini daim nəzarətdə saxlamalıdır.
Nə canı var dözə bilsin,
Haram ətlə doğma, gəlin.
Nə elmi var üzə bilsin,
Haram südlə boğma, gəlin.
Vacibini cah-cəlal olsun,
Hər səhərin xas bal olsun.
Yavanlıq ye, halal olsun!
Haram yağı yaxma, gəlin.
İbrət
İmamül Harameyn Cüveyni həzrətləri nəql edir: “Süd-
əmər  çağımda  ikən  anam  atama  yemək  çatdırmaq  üçün 
məni  qonşuya  verdi. Az  sonra  ağlamağa  başlayınca  qon-
şudakı cariyələrdən biri ovutmaq üçün məni əmizdirmək 
istədi. Fəqət atam gələrək dərhal mane oldu. Məni ayaq la-
rımdan tutub başıaşağı çevirdi və əmdiyim südü qusdurdu. 


61
Anama  isə  dedi:  “Bu  cariyənin  sahibindən  izin  almadan 
əmdirmək halal olmaz”.
Haram süd ver, ya halal mey –
Körpən üçün bu eyni şey.
Haram döşdən halal daş yey,
Haqdan, Haqdan çıxma, gəlin.
Bir qırpımda zaman ötər,
Cəhənnəmdən nə var betər?
Günahlardan sən qorx, yetər,
Qalan şeydən qorxma, gəlin.
Ana  südünü  heç  nə  əvəz  etməz.  Amma  nə  yazıq  ki, 
əvəz edir; körpəni çox erkən döşdən ayırırlar. Allah-Təala 
buyurdu:  “onun  (ana  bətnində)  daşınması  və  (süddən) 
kəsilməsi otuz aydır” (əl-Əhqaf, 15)Hamiləliyin, bir qayda 
olaraq,  doqquz,  istisna  hallarda  altı  ay  çəkdiyini  nəzərə 
alsaq,  otuz  ayın  iyirmi  bir  ayından  iyirmi  dörd  ayına 
qədə rinin əmizdirmə müddəti olduğu üzə çıxar. Digər bir 
ayə isə belədir. “(Süddən) kəsilməsi iki il ərzində olur” 
(Loğman, 14). Əmizdirmə müddətinin Qurani-Kərimdə bil-
di ril məsi  və  təkrarən  vurğulanması  müddət  məsələsinin 
uşaq üçün xüsusi önəmini göstərməkdədir. Ana südündə 
bildiyimiz,  bilmədiyimiz  faydalar,  ilahi  hikmətlər  vardır. 
Bir  çox  müasir  analar  öz  rahatlığını  övladın  xeyrindən 
üstün  tutaraq  Allahın  qoyduğu  müddətə  uymur,  ana 
südüylə ötürülən bərəkətlərdən uşağı məhrum edirlər.
Nə qatırsan qat südünə,
Bircə haram qatma, gəlin.
Nə satırsan sat, – kimə nə? –
Vicdanını satma, gəlin.
Xalqdan küssən, Haqdan küsmə,
Candan, bir də dindən bezmə.


62
O kəsməsə, süddən kəsmə,
Rəbbinsiz iş tutma, gəlin.
Sənə borclu Adəm oğlu,
Səndən keçir Cənnət yolu.
Yol canavar ilə dolu,
Sən balanı atma, gəlin.
İbrət
Bir  dəfə  hicablı  bir  qadın  İmam  Şafinin  (rahmətullahi 
aleyh)  qapısını  döydü  və  məsləhət  almaq  üçün  gəldiyini 
söyləyərək içəri girməyə izin istədi. Dediklərindən məlum 
oldu  ki,  əri  müharibədədir  və  üç  aydan  sonra  gələcək, 
körpəsinin isə 2 yaşı tamamdır. Bilmir onu süddən kəssin, 
yoxsa ərini gözləsin.
İmam Şafi qadınlarla bağlı bu cür məsələlərdə, adətən, 
öz zövcəsi ilə məsləhətləşərdi. Bu dəfə də belə etdi. Zövcəsi 
gələn  qadına  məsləhət  gördü  ki,  uşağı  hələ  süddən  kəs-
məyib ərini gözləsin. Qadın təşəkkür edib getdi. 3 aydan 
sonra yenə gələrək dedi: “Allah sizdən razı olsun. Uşağım 
bu üç ayda əvvəlki 2 ildə olduğundan qat-qat çox inkişaf 
edib”.
İmam Şafinin zövcəsi yenə qadına uşaq özü döşdən əl 
çəkməyənə qədər südünü kəsməməyi tövsiyə etdi.
Bu hadisədən xeyli müddət keçdi. Qadın bir daha gələ-
rək bildirdi: “Uşağın zehni, qavraması, sağlamlığı çox əla-
dır. Süddən isə hələ indi əl çəkib”.
İmam Şafi buyurdu: “Ana südündə Cənnət meyvə ləri-
nin dadı, xeyri var. Körpəyə onu nə qədər çox versən, fay-
dası bir o qədər artıq olacaq”.
Siz ey bu dünyada cənnət umanlar,
Bu cənnət şeytanın caynağı altda.
Siz ey o dünyada cənnət umanlar,
O Cənnət ananın ayağı altda!


63
Kim əmsə bircə il pak ana südü,
Almış o, on illik ata öyüdü.
Tanıyar Allahı, unudar bütü,
Yaşamaz batilin bayrağı altda.
Ana duasına, ey qul, nail ol,
Allahın, anan və atan ilə ol!
Sən Kənan olma, yox, sən İsmail ol,
Uzan İlahinin bıçağı altda!
Yeni doğulan çocuğun tərbiyəsi sağ qulağına azan, sol 
qulağına iqamə oxumaqla, əqiq qurbanı kəsməklə başlar, 
bu kimi Peyğəmbər sünnəsinə uyğun olan digər əməllərlə 
davam edər. Çox təəssüf ki, dindən uzaq, yaxud zəif imanlı 
ailələr bu ayinlərə önəm vermir, biganə yanaşırlar. Hal buki 
belə ənənələr önəmsiz olsa idi, insanların ən önəmlisi olan 
Peyğəmbərimiz  (sallallahu  aleyhi  və  səlləm)  onların  əsasını 
qoymazdı.
Elə bir mərtəbəyə çıxdı cəhalət bizdə,
Daha xam övlad üçün yoxdu xəcalət bizdə.
Altı da, üstü də nemətdi Vətən torpağının,
Bilmirəm nə çoxdu: sərvət, ya səfalət bizdə?
Din və dünyamızı, ya Rəbbi, Özün yerbəyer et!
Dünyamız məqsəd olub, dinimiz alət bizdə.
Sanasan öz evində hiss eləyir zülm özünü,
Elə bil qürbətdədi amma ədalət bizdə.
Allahın qulları, ya İblisin əsgəriyik?
Tapar hər axtaran hər şeytani halət bizdə.
Kimsə keçməz şər əməllərdə bizi, var adımız,
Xeyir işlərdə fəqət vardır ətalət bizdə.
Nədən nöqsanımıza, ey Rəbbimiz, bunca koruq;
Dörd tərəf ibrət ikən, bu nə zəlalət bizdə?


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə