I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə11/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   7   8   9   10   11   12   13   14   ...   69

44
düzgün seçim gərəkdir. Aydındır ki, gələcək uşağı seçə bil-
məzsən, amma gələcək ananı seçmək mümkündür. “Yaxşı 
və  ləyaqətli  ailədən  evlənin.  Çünki  qanın  təsiri  var”. 
“Öz nütfələriniz üçün seçin. Çünki qadınlar qardaşlarına 
və  bacılarına  bənzəyən  uşaqlar  dünyaya  gətirərlər”.  Bu 
məzmunlu hədislərin sayını artırmaq da olar.
Donuzdan çox doğan yoxdu,
Söyülməyən bir yeri yox.
Qoyun bir, ya iki doğur,
Yeyilməyən bir yeri yox.
Surətə bax, mənanı tut,
Nə say ara, nə bazburut.
Sən yabıdan gözləmə qurd,
Döyülməyən bir yeri yox.
Qul sınanar sərt günündə,
Qul ucalar dərd edəndə.
Qul odur ki, Haqq önündə
Əyilməyən bir yeri yox.
İbrət
Rəvayət edirlər ki, İmam Əli (aleyhissəlam) Hz. Fati mə-
nin (aleyhasalam) vəfatından sonra böyük qardaşı Əqil ibn 
Əbu  Talibə  dedi:  “Evlənməyim  üçün  mənə  qeyrətli  ərəb 
qadının doğmuş olduğu və mənim üçün cəngavər bir oğul 
doğa biləcək bir qadın tap”.
Əqil  ibn  Əbu  Talib  ərəb  nəsəb  elminin  bilicisiydi.  Bir 
az düşündü və qardaşına Kilab qəbiləsindən olan Ummul-
Bəninlə  evlənməyi  məsləhət  görərək  dedi:  “Ərəblər  ara-
sında onun ata-babasından daha şücaətli kimsə yoxdur.”
İmam (aleyhissəlam) o cür də etdi və bu nikahdan dörd 
oğul dünyaya gəldi ki, onlardan biri də Kərbəla şəhidi Hz. 
Əbul-Fəzl idi. Hamısına Allahın salamı olsun!


45
Saleh övlad uman üçün
Öncə saleh övrət gərək.
Saleh övrət uman üçün
Özündə bir qeyrət gərək.
Salehi hər ana doğmaz,
Hər surətdən məna doğmaz.
Qara qarğa sona doğmaz,
Yaşılbaşla ülfət gərək.
Saleh övlad zəhmətlədir,
İmanladır, ismətlədir.
Saleh övlad qismətlədir,
İlahidən niyyət gərək.
Bətnəqədərki tərbiyə
Uşağın  nikahdan  bətnəqədərki  tərbiyəsinin  əsasını 
nika hın  özü  təşkil  edir.  Kəbinsiz  uşaqdan  uşaqsız  kəbin 
yaxşıdır.  Qadının  nəcib  ailədən  və  imanlılardan  olması 
nikahdankənar uşaq doğmasına əsla bəraət qazandırmaz. 
Belə bir doğuşun ən böyük zərbəsi, bəlkə də, doğandan çox 
doğulana dəyəcəkdir. Allah Rəsulunun (salləllahu aleyhi və 
səlləm“Kəbinsiz doğulan uşaq üçlüyün ən pisidir” buyur-
duğu  rəvayət  olunur.  Hədisi  hərfi  mənada  qəbul  etsək, 
həqiqətən, o uşaqdan bədbəxti yoxdur. El içində beləsinə 
“vələdizzina”  deyirlər.  Əgər  hədisi  hərfi  mənada  qəbul 
etməsək, bu hədislə bağlı təfsirlərə əsaslansaq, yenə kəbin-
siz doğulanın sonundan əndişə edilir. Çünki əvvəli Allahın 
istədiyi kimi yox, Şeytanın istədiyi kimi olmuşdur. “zinaya 
yaxın getməyin, şübhəsiz, o, fahişəlikdir və pis yoldur.” 
(əl-İsra, 32“Şeytan yoxsulluğu vəd edər və çirkin işləri 
buyurar” (əl-Bəqərə, 168).


46
Haram ilə yoğurmayın
Mayasını körpələrin.
Doğulmamış doğramayın
Dünyasını körpələrin.
Bu soy işi, səhv etməyin,
Səhv edəni əfv etməyin.
Həya edin, məhv etməyin
Həyasını körpələrin.
Şeytanlara tay etməyin,
Cəhənnəmə pay etməyin
Zina ilə zay etməyin
Ziyasını körpələrin.
İbrət
İblis əsgərlərini yer üzünə yayar və onlara deyər: “Han-
sınız bir müsəlmanı ən çox yolundan azdırarsa, başına tac 
qoyacağam”.
Şeytanlardan biri: “Filankəsə arvadını boşatdım” deyər. 
Ona: “Mühüm bir iş görmüş deyilsən, çox çəkməz, başqa-
sını alar” cavabı verilər. Bir başqa şeytan gəlib iki qardaş 
arasında  ədavət  salması  ilə  öyünər.  Buna  da  “Böyük  iş 
deyil, yaxında barışarlar” deyilər. Bir şeytan da söyləyər: 
“Filankəsə durmadan vəsvəsə verdim, o da zina etdi”. İblis: 
“Etdiyin nə gözəldir!” – deyərək tacı onun başına qoyar.
Adam var, adamtək anadan olur,
Adam var, heyvantək zinadan olur.
İnsan surətində vəhşilər azmı?
Surətə uyanlar mənadan olur.
Kəbinsiz bətnə düşən uşaqların çox zaman doğul ma dan 
elə  bətndəcə  tələf  edildiyini,  doğulduğu  təqdirdə  isə  çox 


47
erkən yaşlarından pozğun təbiətli insanlara qoşulduğunu 
adi gözlə də görmək mümkündür. 
Zina çoxaldıqca doğum azalır,
Tifil taleləri teldən asılır.
Dönür başdaşına qadın qəlbləri,
Bətndə körpələr qəbri qazılır.
Tifil tələfinə qabil olmayın,
Siz cahil olmayın, qafil olmayın!
Bir ana, bir ata olun körpəyə,
Siz cəllad olmayın, qatil olmayın!
Allah bilir, indiki nəsillərin arasında günahlardan çəki-
nən həqiqi möminlərin mütləq azlıqda olması, bəlkə elə bu 
zina  amilindən  qaynaqlanır.  Zina  şirkdən  sonra  Qurani-
Kərimdə xatırladılan yeganə əməldir ki, ona mübtəla olan-
larla  evlənmək  möminlərə  yasaq  edilmişdir.  “zina  edən 
kişi yalnız zina edən və ya (Allaha) şərik qoşan qadınla 
nikaha girər. Bu, möminlərə haramdır” (ən-Nur, 3). Ayə-
dən göründüyü kimi, zinakar kimsə müşriklə bərabər tutu-
lur. Quranda şərab içmək, qumar, haqsız öldürmə, oğur-
luq,  yalan,  qeybət  və  sair  kimi  bir  çox  böyük  günahların 
sadalandığı  və  iman  gətirənlərin  onlardan  çəkindirildiyi 
bəllidir. Lakin iman əhlinin o günahların sahibləriylə nika-
hını qadağan edən ayə yoxdur. Allah-Təala bir müsəl ma nın 
xaçpərəst, yaxud yəhudi qadınlarıyla evlənməsini də haram 
buyurmadı.  “Möminlərin,  həmçinin  sizdən  əvvəl  kitab 
verilmişlərin azad və ismətli qadınları, mehrlərini verdi­
yiniz, namuslu olub zina etmədiyiniz və aşna kimi sax la­
madığınız təqdirdə sizə halaldır” (əl-Maidə, 5). Rəhman və 
Rəhim Allah hətta zinakarlar cəzalandırılarkən onlara acı-
mamağı da möminlərə əmr etdi. “zinakar kişiyə və zina­
kar  qadına  yüz  çubuq  vurun. Allaha  və Axirət  gününə 
inanırsınızsa, Allahın dini barəsində ürəyiniz onlara yum­


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə