I cild görsən bir milləti mala meyilli


şalmasın  və  möminlərdən  bir  dəstə  də  onların  əzabına



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə12/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

48
şalmasın  və  möminlərdən  bir  dəstə  də  onların  əzabına 
şahid olsun” (ən-Nur, 2).
Zina haqqındakı bu ayələr ilahi qeyrəti və zinanın müd-
hiş miqyasını anlatmaqdadır. İbrət almaq istəyən üçün bun-
lar yetər. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: 
“Namus qısqanclığı baxımından Allah­Təaladan daha qıs­
qanc olan heç bir kimsə yoxdur. Bu səbəbdən dolayı açıq 
və gizli bütün fühşiyati (əxlaqsızlıqları) haram qılmışdır”.
Hər uşaq ilahi qüdrət əsəri!
Heyranlıq əsəri, heyrət əsəri!
Nikahsız təmasdan həya eyləyin,
Hər uşaq ilahi qeyrət əsəri!
 Nə yazıq ki, şəhvətlər şüurları üstələməkdə, öncə cinsi 
münasibətə, sonra nikaha girənlərin və bunu təbii sayan-
ların sayı sürətlə artmaqdadır. Nəticədə bir çox övladların 
dünya həyatı öncə küçə mühitində, yaxud uşaq evlərində, 
sonra həbsxanalarda, digər xoşagəlməz yerlərdə keçmək-
dədir. Axirət həyatlarının harada keçəcəyini isə ancaq Allah 
bilir.
Qadın kəsdirməsə kişiylə kəbin,
Cinə övrət olur, iblisə gəlin.
Beləsi iblisə nəvələr doğar,
Beləcə kəsilər, ey Adəm, nəslin.
Dövrümüzdə  kəbinsiz,  amma  bir  ailə  kimi  yaşayan, 
uşaqlarını böyüdən cütlər az olmadığı kimi, dünyaya övlad 
və ya övladlar gətirdikdən sonra nikahlarını rəsmiləşdirən 
ana-atalar  da  kifayət  qədərdir.  Bəziləri  uşaq  amilindən 
dolayı, bəziləri rüsvay olmaqdan qorxduqlarına görə, bəzi-
ləri də qadını taleyin ümidinə buraxıb getməyi, sadəcə, kişi-
likdən  saymadıqları  üçün  bu  addımı  atır  və  bununla  işi 
yoluna qoyduqlarını zənn edirlər. Ancaq ən vacib məsələ 


49
unudulur. Zinadan sonra nikah kişilik məsələsi deyil, tövbə 
məsələsidir. Bu da ki kişi və qadın arasında yox, qul və Rəbb 
arasında həll olunur. Nikah nikaha qədərki günahları əsla 
silməz.  O  günahlardan  peşman  olmaq,  sidq-ürəklə  tövbə 
etmək gərəkdir. Əks təqdirdə, zinanın toxunduğu hər kəs, 
yəni  kişi,  qadın,  o  cümlədən,  uşaqlar  onları  dünyada  və 
Axirətdə gözləyən fəlakətlərdən yaxa qurtarmaz. “Bundan 
sonra tövbə edib özlərini islah edənlər istisnadır. Çünki 
Allah bağışlayandır, rəhmlidir!” (ən-Nur, 5).
Oddan törəyənə əsla uymayın,
Hələ doğulmayan cana qıymayın!
Özünüz şeytana qardaş oldunuz,
Çocuğa o cürə əmi qoymayın!
Qadın gözəl, zəngin, arxalı ola bilər. Lakin bütün bun lar 
müvəqqətidir, keçib gedəcək. Qadına qalan yalnız dinidir, 
imanıdır. Ona görə də Allah Rəsulu (salləllahu aleyhi və səlləm
buyurdu: “Qadın dörd şeyə görə nikah edilir: malına, so­
yuna,  gözəlliyinə  və  dininə  görə.  Sən  dindar  qadına  bax, 
məsud olarsan”. Dindən, ibadətdən uzaq qadınların hüsnü, 
soyu,  malı  özlə rinin  də,  doğduqlarının  da  əleyhinə  işlər. 
Çünki Allahla yox, şeytanladırlar. Belələrini tələyə salmaq, 
yaxud başqa ları üçün tələyə çevirmək şeytana çətin deyil. 
Qadın dinini qorumayanda ismətini də qorumağa həvəsli 
olmur. Kişi nin də, qadının da ismətinin əsas qoruyucusu 
məhz dindir – İslamdır. “Mömin qadınlara de: “göz lərini 
haram  buyu rulmuş  şeylərdən  çevirsinlər,  ayıb  yerlərini 
qorusun lar...” (ən-Nur, 31).
Adəm qızı, nə olsan ol,
Bircə əhli zina olma!
Bu dünyanın kişisi bol,
Hər saqqala həna olma!


50
Yad qapını açacaqsan,
Bundan hara qaçaqcaqsan?
Quştək sən də uçacaqsan,
Hər cür gölə sona olma.
Qaxac kimi qurusan da,
Tənhalıqdan zarısan da,
Evdə qalıb qarısan da,
Sən nikahsız ana olma!
Nikahsız münasibətə razılıq verən qadınlar özlərinin və 
sevdiklərinin,  xüsusən  də  doğduqlarının  gələcəyini,  yəni 
Axirətini düşünməyənlərdir. Bəllidir ki, uşaqların tərbiyə-
silə  daha  çox  analar  məşğuldur.  Məsəl  var:  “Anası  çıxan 
ağacı  balası  budaq-budaq  gəzər”.  Gerçəkdən,  övladları 
Cəhənnəm  atəşinə  sürükləyən  ilk  öncə  valideynlərdir. 
“Ey iman edənlər! özünüzü və əhli­əyalınızı elə bir atəş­
dən  qoruyun  ki,  onun  yanacağı  insanlar  və  daşlar,  xid­
mətçiləri isə Allahın əmrlərinə asi olmayan, buyuru lan­
ları yerinə yetirən çox sərt mələklərdir” (ət-Təhrim, 6).
Tifili zinayla zəlil etməyin,
Dumduru bulağı tez lil etməyin
Əbədi şikəstdir mənən şikəstlər;
Uşaq doğulmamış əlil etməyin.
Zina təkcə Axirətdə deyil, dünyada da cəzasız qalma-
yan günahlardandır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm
buyurdu: “Zinadan qorunun! Onun, üçü dünyada, üçü də 
Axirətdə  olmaqla,  altı  zərəri  vardır:  Dünyadakı  zərərləri 
bunlardır: 1) üzün nuru gedər; 2) ömür qısalar; 3) fəqirlik 
davam edər.
Axirətdəki zərərləri bunlardır: 1) Allahın qəzəbini cəlb 
edər; 2) hesab şiddətli olar; 3) Cəhənnəm əzabına yol açar”.


51
Gözün və bədənin zinasından qaç!
Özgənin qızından, anasından qaç!
Sənin olmayanın yaxşısından qorx!
Sənin olmayanın fənasından qaç!
İnsan Axirətdən çox dünyanı düşündüyündən axirəti-
nin deyil, dünyasının itkilərini hesablar. Hədisdə xatırla dı-
lan üç dünyəvi zərər istənilən müasir ailədə övlad tərbi yə-
sini axsatmaq, hətta tamam kəsmək üçün yetərlidir. Çünki 
üzdən nurun getməsi rüsvayçılıqlardan, ömrün qısalması 
xəstəlik və şikəstliklərdən, fağırlığın davam etməsi də aman-
sız ehtiyaclardan xəbər verməkdədir. Bu halların yaşan dığı 
evlərdə daima şikayət, dava, Allaha üsyan olar, böyüklər 
dindən, uşaqlar tərbiyədən uzaq düşər. “Ey rəbbimiz! Bizə 
dünyada  da  həsənatlar, Axirətdə  də  həsənatlar  əta  eylə! 
Bizi atəş əzabından qoru! “ (əl-Bəqərə, 201).
Ata övladına hər bir şey versə,
Tərbiyə verməsə, mirası yoxdur.
On belə oğul da belindən gəlsə,
Qısırdır, özündən sonrası yoxdur.
Miras mənəvidir, maddi deyildir,
Miras hər pullunun həddi deyildir.
Heç nə tərbiyədən ciddi deyildir,
İslami olmasa, bəhrəsi yoxdur.
Başından aşsa da hər mal, hər sərvət,
Əlindən gəlsə də hər iş, hər sənət,
Yerində olsa da sağlamlıq, səhhət,
Daxilən şikəstdir, yarısı yoxdur.
Övlad gözümüzün qarası, ağı,
Kimə göz nurudur, kimə göz dağı.
Bunlar tərbiyəyə, ədəbə bağlı,
Azmı göz ağı var, qarası yoxdur?!


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə