I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə9/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   5   6   7   8   9   10   11   12   ...   69

35
saf  deyilsə,  o  istək  həvəsdən,  maraqdan  o  yana  keçməz. 
Ehtiyac və həvəs, tələbat və maraq fərqli şeylərdir. Allaha 
can atmaq növbəti həvəs, müvəqqəti maraq deyil, yeganə 
ehtiyac, əbədi tələbatdır. Ehtiyac qəlbə, həvəs nəfsə aiddir. 
“Məni istəyən məni bulur. Məndən başqasını istəyən Məni 
bula bilməz” (Hədisi-qüdsi).
Bəşər bilsəydi nədir Allah və qul məhəbbəti,
Əsla bilməzdi nədir kölə və pul məhəbbəti.
O səma sevgisidi, bənzəməz yer sevgisinə,
Nə qadın sevdasıdı, nə də oğul məhəbbəti!
Bir kəniz köləni rədd eyləsə bu, faciəmi?
Qorx ki, Rəbb eyləməsin quldan qəbul məhəbbəti!
Eni yer-göycə olan Cənnəti qıl vəslə məkan,
Nədi dünya deyilən bu kənd, qul məhəbbəti?
Eşqdən, ey dil, başına yağsa bəla yağmur kimi,
Nəfsini hesaba çək, tutma məsul məhəbbəti.
İbrət
Böyüklərdən  İbn  Ata  həzrətləri  bir  tələbəsi  haqqında 
rəvayət edir: “O səhrada yolu itirdi. Dolaşarkən özünü bir 
bulaq başında gördü. Orada çox gözəl bir qız durmuşdu. 
Qıza qarşı qəlbində güclü bir meyil oyandı və sevgisini ona 
bildirdi.  Qız:  “Orada  elə  gözəl  bir  qız  var  ki,  mən  onun 
əlinə su tökməyə də yaramaram” söyləyincə, dönüb həmin 
tərəfə  baxdı.  Amma  kimsəni  görə  bilmədi.  Qız  tələbəyə: 
“Doğruluq  nə  qədər  gözəl,  yalan  nə  qədər  pisdir!  Bütün 
varlığınla  mənə  bağlı  olduğunu  iddia  edirsən.  Halbuki 
mənim yanımda bir başqasına baxmaq istəyirsən”, – dedi. 
Tələbə  xəcalətindən  başını  aşağı  saldı.  Qaldıranda  qarşı-
sında kimsəni görmədi”.


36
İsmiylə çağrılar o Gün hər bəşər,
Yerdə də, göydə də adını qoru.
Özünü qadından qoru həmişə,
Həmişə özündən qadını qoru.
Sevgi sələm deyil, sədəqə deyil,
Sevgi əbədidir, dəqiqə deyil.
Eşq cinslərarası əlaqə deyil,
Qul və Rəbb arası andını qoru.
Məhəbbət həvəs yox, amal olmalı,
Məhbubda səmavi əhval olmalı.
Məhəbbət azad yox, hale olmalı,
Halal məhəbbətin dadını qoru!
Sevgisiz yaşayan Rəhmansız ölər,
Sevgi bir amandır, amansız ölər.
Qüsulsuz, kəfənsiz, imansız ölər,
Amandı, zinadan zatını qoru!
Sanma eşq doğuda, ya batıdadır;
Əsil eşq Axirət həyatındadır,
Həqiqi aşiqlər Haqq qatındadır,
Ey qul, mərtəbəni, qatını qoru!
Nəfs  xeyir  olanı  deyil,  xoş  olanı  xoşlar.  Şeytan  da  bu 
xətasını ona gözəl və gerçək olaraq göstərər. İnsan bəzən 
nəfsinə güc gələ bilsə də, Rəbbinə sığınmadıqca Şeytanına 
qarşı zəifdir. Ona görə də xeyirli şeylər Allah istəmədikcə 
qulun qəlbinə yol tapmaz, tapsa belə, o qəlbdə kök sal maz. 
Çünki  şeytan  bunu  əngəllər.  Lakin  Allah-Təala  bir  qulu 
üçün xeyir dilədikdə ya bunu birbaşa onun qəlbinə ilham 
edər, ya da o qulu elə batini və zahiri proseslərdən keçirər 
ki, qəlb Rəbbinin istədiyini istəmədikcə rahat olmaz. Təbii-
dir ki, insana rahatlıq gətirən, onu sıxıntıdan qurtaran şey 


37
ona xoş və sevimli görünməyə başlar. Lakin bu artıq şey-
tani yox, Rəhmani olar. Allah bu cür halları hər kəsə deyil, 
seçdiyi və ya dilədiyi quluna nəsib edər. Bəs bu ilahi seçim, 
ilahi istək hansı meyarlara söykənir? Şübhəsiz ki, Allahın 
hikmətindən sual edilməz. Kimi və nə üçün seçdiyi Onun 
Özünə  aiddir.  Anlaşılan  bu  ki,  O,  yaratdıqlarının  qəlb 
durumuna özlərindən daha artıq vaqifdir. Yəni bizə bizim 
düşündüyümüzdən də yaxındır. O hansı qəlbin haqq üçün 
yararlı, hansının isə yararsız olduğunu və ya olacağını Öz 
əzəli elmilə bilir.
İbrət
Rəvayət  olunur  ki,  Hz.  Musa  (aleyhissəlam)  Rəbbinə 
münacat edərək dedi: “Ya Rəbbi! Məxluqatı Sən yaratdın. 
Nemətinlə onları bəslədin. Sonra onları Qiyamətdə Cəhən-
nəmə qoyursan!”
Allah-Təala ona belə vəhy etdi: “Ya Musa! Qalx, əkin ək!” 
O da əkdi, suladı, zamanı gəlincə məhsulu biçdi.
Uca Allah buyurdu: “Ya Musa! Əkin işin nə oldu?” O da 
“Məhsulu  yığdım”,  –  dedi. Allah  sordu:  “Ondan  heç  bir 
şey buraxmadınmı?” Hz. Musa: “Ya Rəbbi! Yararsız olan-
ları  tərk  etdim”,  –  dedi.  Allah  belə  buyurdu:  “Ya  Musa! 
Şübhəsiz ki, mən də işə yaramayanı Cəhənnəmə vasil edə-
rəm. O elə bir yara mazdır ki, “lə iləhə illəllah” deməkdən 
belə çəkinmişdir”.
Döy nəfsinin qafasını,
Yoxsa qanmaq vərdişi yox.
Döy qəlbinin qapısını,
Haqqın ayrı girişi yox.
Öz könlünə girmən gərək,
Öz Rəbbini görmən gərək.
Hər haqqını vermən gərək,
Qulun başqa bir işi yox.


38
Cahan qürbət, xalq əcnəbi,
Hər kəsə var “köç” tələbi.
Dünya kişilik məktəbi,
Cəhənnəmdə bir kişi yox.
Bizlərə elə görünə bilər ki, nəyi isə istəyir, nəyə isə nail 
oluruq. Amma bu, görüntüdən başqa bir şey deyildir. İstə-
yən də, nailiyyəti yaradan da Odur. Bu dünyaya gəlişimiz 
Onun  istəyilə  oldu,  bizim  istəyimizlə  yox.  Bu  dünyadan 
gedişimiz də Onun istəyilə olacaq, bizim istəyimizlə yox. 
(Adəm  oğlu  o  dünyaya  getməyi  heç  sevməz).  Olum  və 
ölüm arasındakı bütün gerçəklər də belədir. Yalnız Onun 
dilədiyi  olur. Adəm  övladı,  həqiqətən,  Rəbbini  arzularsa, 
Ona  tərəf  yol  tutmaq  dilərsə,  bu  onun  öz  həqiqəti  deyil, 
ilahi  lütfdür,  Allahın  ehsanıdır,  rəhmətidir.  Əgər  əksini 
düşünərsə,  o  zaman  ondakı  arzu,  dilək  rəhmani  olmaz, 
nəfsani, şeytani olar və heç vaxt gerçəkləşməz. Hətta ger-
çək ləşməsi bir yana, arzulananın tam tərsi baş verər.
Mən kiməm özümə bir dəyər biçəm?!
Bizi xəlq edən var, O bilir heçəm!
Gecəni-gündüzü Odur yaradan,
Onsuz necə keçsin gündüzüm, gecəm?!
Nəyi yaratdısa, asan yaratdı,
O dovşan yaratdı, aslan yaratdı...
Ondan başqasını necə düşünüm,
Bizləri heyvan yox, insan yaratdı?!
İbrət
Bəyazid  Bistami  həzrətləri  bir  gün  tələbələri  ilə  birgə 
çox dar bir küçədən keçirdi. Həzrət qarşıdan bir köpəyin 
gəldiyini gördü və geriyə çəkilib ona yol verdi. Tələbə lərin-
dən buna heyrət edənlər oldu. Həzrət onların qəlbində ki-
ləri anlayıb buyurdu: “Bu köpək hal dili ilə mənə dedi ki, 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə