I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə17/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   13   14   15   16   17   18   19   20   ...   69

68
Çocuq  tərbiyəsi  nəsihətsiz,  danlaqsız  keçmədiyi  kimi 
bəzən cəzasız da ötüşmür. Lakin cəza böyük olsun, kiçik 
olsun, cəzalandırılanın xasiyyətinə uyğun seçilməli, tərbiyə 
edənin qəzəbinin yatırılmasına deyil, tərbiyə olunanın isla-
hına  yönəlməli,  həddi  aşmamalı,  yerinə  düşməli,  vaxtına 
çəkməlidir.
İbrət
Rəvayət edirlər ki, Həllac Mənsur həzrətləri “Ənəlhəq” 
(Haqq  mənəm,  yaxud:  mən  Haqqam)  sözünə  görə  edam 
edilərkən xalqdan ona daş atanlar oldu. O isə atılan daş lara 
səsini  çıxarmır,  ancaq  təbəssüm  edirdi.  Dostlarından  biri 
daş yerinə gül atdı. O zaman Həzrət inlədi. Səbəbini sor du-
lar. Bu cavabı verdi: “Daş atanlar məni yəqinliklə tanıma-
yanlardır.  Təbii  ki,  haldan  anlamazlar.  Hal  anlayanların 
bir gülü belə məni incitdi”.
Tərbiyə var, gül ilədir,
Tərbiyə var, daşla olur.
Gah qələmlə, dil ilədir,
Gah da gözlə, qaşla olur.
Tənbeh var ki, dağ çəkdirər,
Tənbeh də var, bağ əkdirər.
Gah alından tər tökdürər,
Gah da gözdən yaşla olur.
Sanma öyüd baş qatmaqdı,
Başqa yolu başlatmaqdı,
Düşündürmək, yaşatmaqdı;
Həm qəlblə, həm başla olur.
Söz ilə tərbiyə, şübhəsiz ki, digər vasitələrdən həm əfzəl, 
həm  də  gözəldir.  Bu  var  ki,  ən  dəyərli  söz  belə  zamanla 
unu dula bilir. Lakin cəza uşaq hafizəsində dərin iz qoydu-


69
ğundan daim təzə və təsirlidir. Bu baxımdan bəzən faydalı 
cəza faydalı sözdən qat-qat səmərəli olur. Məsələn, Allah 
Rəsulu  (salləllahu  aleyhi  və  səlləm)  uşağın  yeddi  yaşında 
namaza alışdırılmasını buyurmuş, qılmadığı təqdirdə xəfifcə 
döyməyə izin də vermiş, amma cəzanı üç il sonraya, yəni 
on yaşına saxlamışdır. “Çocuqlarınız yeddi yaşına gəldiyi 
zaman onlara namazı əmr edin. On yaşına çatdıqlarında 
namaz qılmaq istəməzlərsə, onları cəzalandırın və yataq­
la rını ayırın” (hədis).
Söz uşağa çatmırsa, at,
Çənəni az yormaq yaxşı.
Söz qulağa batmırsa, at,
O qulağı burmaq yaxşı.
İbrət
Hz. Ömərin (radiyallahu ənh) xəlifəliyi dövründə Şam dan 
bir miqdar zeytun yağı gəlmişdi. Möminlərin Əmiri ondan 
qabla götürüb xalqa bölüşdürürdü. Yanında uzunsaçlı bir 
uşaq da vardı. Qabın dibində qalan yağdan saçlarına sür-
türdü. Hz. Ömər onun bu halını görüb dedi: “Görürəm ki, 
saçların müsəlmanların saçlarına çox düşkündür”.
İşini qurtardıqdan sonra uşağın əlindən tutub bərbərə 
apardı. Saçlarını dibindən qırxdırıb dedi: “Sənin üçün ən 
asan cəza hər halda budur”.
Hərdən başı üstündə dur,
Balaca bir məhkəmə qur.
Demirəm ki, boynunu vur,
Boynundan bir vurmaq yaxşı.
Görsən gəzir veyil-veyil,
Hər cəzaya salma meyil.
Barmaq həlqə üçün deyil,
Yol göstərən barmaq yaxşı.


70
Hər bir valideynin həyatda xeyirli övlada ehtiyacı çox, 
qəbirdə  daha  çoxdur.  Çünki  özü  dünyasını  dəyişsə  belə, 
həyatda qoyub getdiyi övladının savab və dualarından bəh-
rələnir. Odur ki, ana-ata doğru yolda olsalar da, olmasalar 
da, balalarını xeyirli işlərə həvəsləndirməli, haqq yolçu luğa 
hazırlamalıdırlar. Oturan, iməkləyən körpəni yavaş-yavaş 
yeriməyə öyrətmək olar. Öyrətməsən də yeriyəcək. Fəqət 
haqq yolçuluğu belə deyil. Onu mütləq öyrətmək lazım dır. 
Allah-Təala hər kəsi ən azı bir istedad üzrə yaradıb. Çox 
erkən  yaşlarda  o  istedadın,  qabiliyyətin  işartıları  görün-
məyə başlayır. Bir çox valideynlər bunları ya görmür, ya da 
görsələr belə, düzgün qiymətləndirmir, uşağı yanlış, iste-
dadı  olmayan  sahələrə  istiqamətləndirirlər.  İstedadı  görə 
bilmək və yönəltməyi bacarmaq da fəqət hər kəsdə olmaz. 
Allah onu dilədiyinə verər.
Demə uşaq avaradı;
Fərasət yox, istedad yox.
Demə sözüm divaradı,
De ki, bizdə o ustad yox.
İbrət
Rəvayət  olunur  ki,  Mövlana  Seyyid  Həsən  həzrətləri 
kiçik bir çocuqkən atası onu Xacə Übeydullah Əhrar həz rət-
lərinin söhbətinə apardı. Otağına girəndə çocuq Həzrə tin 
yanında bal gördü və cəld götürüb yeməyə başladı. Xacə 
həzrətləri  gülümsəyərək  ondan  adını  sordu.  Bal  yeməyə 
aludə olan uşaq “Bal” cavabını verdi. Həzrət bu cavabdan 
çox  xoşlanaraq  Seyyid  Həsənin  atasına  buyurdu:  “İste-
dadlı,  yetənəyi  qüvvətlidir.  Çünki  kiçik  bir  bal  ləzzətini 
almaqla ona özünü elə verdi ki, onun sevgisində əridi və 
özünü  bal  zənn  etdi.  Başqa  bir  şey  dadınca,  onda  da  elə 
olacaq”.


71
Bir az həssas olsaq əgər,
Hər çocuq bir böyük əsər.
Bəlkə bizik bir südəmər,
Oxuyası o savad yox.
Kim umursa saleh uşaq,
Tərbiyə ilk tanınan haqq.
Tərbiyəçi olmasa xalq,
Məmləkətdə islahat yox.
Yuxarıda verdiyimiz ibrətamiz misal bir daha göstə rir 
ki, gerçəkdən, zər qədrini zərgər bilər. İlk baxışda hər bir 
atanı utandıra biləcək bu hərəkət, yəni yad evdə, validey nin 
yanında oğulun bal görüb, izinsiz, təklifsiz ona cumması 
çoxları üçün görməmişlik, acgözlük və tərbiyəsizlik nümu-
nəsindən başqa bir şey deyildir. Lakin Übeydullah Əhrar 
həzrətləri kimi bir ustadın gözüylə baxanda durum dəyi şir. 
Həzrət bu bal hadisəsində Allahın bir lütfü olan fərasətlə 
çocuqda gələcəyin övliyasını gördü.
Fəqirin xanəsinə şeyxi-kəbir nədən gəlməz?
Qalmadı canda qərar, əhli-səbir nədən gəlməz?
Kimə üz tutduq isə, əhli-saray bulduq onu,
Dirilər yordu bizi, əhli-qəbir nədən gəlməz?
Hər kimi gördük əgər, gördük onu bizdən ulu,
Bu nə sirdir ki, bizə bizdən fəqir nədən gəlməz?
Hanı hal əhli, sora haqq ilə bu halimizi,
Nalədən batdı səsim, ondan hənir nədən gəlməz?
Gəlməsə Haqdan əmr, gəlməz o Pirim, bilirəm.
Haqq bizə bizdən yaxın, amma əmr nədən gəlməz?


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə