I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə16/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   12   13   14   15   16   17   18   19   ...   69

64
Valideynlərin, xüsusən də anaların ibadət əhli, əməli-
saleh  olması  övladın  ilkin  tərbiyəsində  ən  ciddi  amildir. 
Ana ilk və əvəzolunmaz tərbiyəçidir. Ümumiyyətlə, böyük-
lərimizin  tərcümeyi-halına  baxarkən  analarının  Rəbbini 
tanıyan, təqvalı, salehə qadınlardan olduğunu, bir çoxu nun 
da ərlərini erkən itirib çocuqlarını təkbaşına böyütdüyünü 
görməkdəyik. Görünür, seçilmişlər üçün ilk etibarlı məs kən 
məhz möminə və salehə qadınların bətni və qucağıdır. Bu 
məsul və müqəddəs vəzifə qeyri qadınlara etibar edilməz.
İbrət
Xoca Sadəddin əfəndinin qardaşları da özü kimi alim 
idilər.  Anasından:  “Sənin  uşaqların  bu  şərəfə  nə  ilə  qo-
vuşdu?” – deyə sordular. Bu cavabı verdi: “Heç birini dəstə-
mazsız əmizdirmədim. Hamısının əqiq qurbanını kəsdir dim. 
Ayrıca, hər cümə günü hər birinin adına bir qoç kəsdirib 
kasıblara payladım”.
İslam haqq tərbiyə, İslam haqq ədəb,
Dindən ibtidai, həm ali məktəb.
Kiçik də, böyük də şagirddi burda,
Hər kəsdən əxlaqdı, elmdi tələb.
Döş südündən kəsiləndən süd dişi tökülənədək tərbiyə
Uşaq yeriməyə, danışmağa, dinləməyə, necə deyərlər, 
qanmağa  və qandırmağa  başlayınca,  yaşı  üstünə yaş  gəl-
dikcə islami sevgiləri astalıq və ustalıqla ona aşılamaq vali-
deynin əsas və təxirəsalınmaz vəzifəsinə çevrilir. “Uşaq ları­
nızı üç sevgi ilə tərbiyə edin: 1) Quran sevgisi; 2) Peyğəm­
bər sevgisi; 3) Əhli­beyt sevgisi” (hədis). 
Uşaqları aşiq edin,
Məhəbbətsiz nə tərbiyə!
Peyğəmbərə layiq edin,
Muhəmmədsiz nə tərbiyə!


65
Çocuq məsum, nəbadə döy!
Nə açıqlan ona, nə söy
Demirəm ki, daima öy,
Məzəmmətsiz nə tərbiyə!
Ata olan nazik olsun,
Kiçik ilə kiçik olsun.
Minmək umsa, minik olsun,
Məşəqqətsiz nə tərbiyə!
Bu sevgilər dini bilgilərsiz olmur. O bilgilər də həmin 
sevgilərsiz  əmələ  gəlməz.  Öyrətmək  bilməyi  tələb  edir. 
Ana-ata dürüst bilgilərə, az da olsa, sahibdirsə, nə gözəl. 
Sahib deyilsə, bilənlərin köməyindən faydalanmaq gərək-
dir.  “Hələ  kiçikdir,  böyüyəndə  öyrənər”  prinsipi,  ən  azı, 
iki səbəbə görə təhlükəlidir: əvvəla, kiçiyin beyni və qəlbi 
ağ səhifədir, nə desən həkk olunacaq. “Uşaqlıqda öyrən­
mək daş üzərində, yaşlı çağında öyrənmək isə su üzərində 
yazmaq kimidir” (hədis). 
Uşaq qəlbi ağ səhifə,
Qələm olsun, yazı olsun.
Haqq yazmaqdı baş vəzifə;
Yazandan Haqq razı olsun.
İkincisi, uşaq böyüyüb vaxtının azını evdə, çoxunu ev-
dən kənarda keçirməyə başladıqda çöl içəridən şirin gələr, 
küçədəkilərə  uyub,  evdəkilərə  qulaq  asmaz.  Çox  zaman 
məhz belə də olur“Ana­atanın tərbiyə edə bilmədiyi bir 
övladı zaman tərbiyə edər. Zamanın tərbiyə edə bilmədiyi 
bir övladı isə cəhənnəm atəşi tərbiyə edər” (hədis). Cəhən nə-
min tərbiyəsi aydındır, orada tərbiyəsizlik keçməz. Zama-
nın tərbiyəsi isə başın daşdan-daşa dəyməsi ilə olur. Deməli, 
ən gözəli valideyn tərbiyəsidir. Vaxtında və düzgün veri lən 


66
valideyn tərbiyəsi dünyanın daşından, Axirətin atəşindən 
qoruyan qalxandır.
Əvvəli yaz, sonranı yaz,
İnkir-minkir soranı yaz.
Demirəm tam Quranı yaz,
“Fatihə” ən azı olsun.
Yazılası elm Dindi,
Bu gün hər söz sabah mindi.
Kim siləcək yazsan indi,
Zaman hakim, qazı olsun.
İbrət
Rəsulullah (salləllahu aleyhi və səlləm) zəkat olaraq gəti-
rilmiş xurmaları bölüşdürürdü. Həzrət Həsən (aleyhissəlam
də  orada  oynayırdı.  Xurmalardan  birini  götürüb  ağzına 
qoydu. Rəsulullah (salləllahu aleyhi və səlləm) bunu gördü. 
Dərhal əlini uzadaraq xurmanı onun ağzından çıxardı və 
ona  buyurdu:  “Əhli-beytə  zəkat  malın  haram  olduğunu 
bilmirsənmi?”
Halal yesə övrətlə ər,
Övlada bu öyüd yetər.
Alın təri, göz yaşı tök,
Odlar sönər, bağlar bitər.
İbrət  alan  üçün  bu  hədisdə  ən  azı  4  ibrətamiz  dərs 
vardır: 
1)  İmam  Həsənin  (aleyhissəlam)  təvəllüdünün  hicrətin 
3-cü, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) vəfatının 
isə 10-cu ilində baş verdiyini nəzərə alsaq, hədis ortaya çıx-
dığı zaman İmamın yaşının yeddidən çox olmadığını söy-
ləyə bilərik. Deməli, yaşın azlığı övlad tərbiyəsini əngəl lə-
mir, əksinə, stimullaşdırır.


67
Tərbiyə hər yanda, hər çağda gözəl,
Zamana baxmaz o, məkana baxmaz.
Tərbiyə toxumda, həm tağda gözəl,
Əkən zəlzələyə, təkana baxmaz.
2)  Bu  tərbiyəvi  hadisənin  ictimai  yerdə  baş  verməsi, 
haramın qarşısının alınmasında zaman kimi məkan amili-
nin  də  önəm  daşımadığını  göstərməkdədir.  Yəni  haram 
hər yerdə və hər vaxt əngəllənməlidir.
3) Peyğəmbər (salləllahu aleyhi və səlləm) sevimli nəvə-
sinə sadəcə: “Xurmanı ağzından çıxar, zəkat bizə haram-
dır” söyləməklə də kifayətlənə bilərdi. Təbii ki, nəvəsi də 
itaətdə bulunacaqdı. Ancaq Rəsulullah (salləllahu aleyhi və 
səlləm)  başqa  cür  davrandı.  Öncə  əliylə  haramı  dəf  edib 
sonra  diliylə  vacib  olanı  çatdırdı.  Zatən  bu  cür  davranış 
fənalıqlara münasibətlə bağlı buyurduğu digər bir hədisə 
tam uyğundur: “ Bir yerdə fəna və qeyri­münasib bir şey 
gördüyünüz zaman onu əlinizlə düzəldin, alınmazsa, dili­
nizlə islah edin, o da mümkün olmazsa, qəlbinizlə pislə yin 
ki, bu, imanın ən zəif dərəcəsidir”. Deməli, mömin şahidi 
olduğu haramlara heç bir halda biganə qalmamalıdır.
Öyüd nəbilərdən qalma sənətdi,
Xeyirdən qalana şər müsəllətdi.
Sonu tərbiyənin sonsuz cənnətdi,
Gülüstan istəyən tikana baxmaz.
4)  Haram  qida  məsələsində,  çarəsiz  durumlar  istisna 
olmaqla,  heç  bir  güzəşt  yoxdur.  Uşaq  yalnız  halal  olanı 
yeməlidir.
Günahdan qorxanlar nə gözəl qorxaq!
Ondan qorxmayanlar nə cəsur axmaq!
İslam haqq nəsihət, iman düz əxlaq,
Axmaqlar ədəbə, ərkana baxmaz.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə