I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə24/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

96
Nəbilərdən kim müqəddəs,
Peyğəmbərdən eyləsən bəhs?
Varmı ana gözündə şəxs,
Övladdan da öndər olsun?
Olsa da yad, yağı kimi,
Zəhər, ya da ağu kimi,
Varmı bala dağı kimi
Bu dünyada kədər olsun?!
“Ana” kəlməsi müqəddəsdir, Allahın Kitabında pis əməl -
lər  və  ya  onların  sahibləri  təsvir  edilərkən  həmin  kəlmə-
dən  əsla  istifadə  olunmadığı  ortadadır.  Eyni  zamanda 
“Anası  onu  zəhmətlə  gəzdirmiş,  əziyyətlə  doğmuşdu.” 
(əl-Əhqaf,  15)  və  “Peyğəmbərin  xanımları  möminlərin 
analarıdır”  (əl-Əhzab,  6)  kimi  ayələr,  habelə  “Əl-Fatihə” 
surəsinin “Ummul-Quran” (Quranın anası) adlanması ana 
sözünün hər cür yüksək dəyərləri ifadə etmək üçün işlən-
diyini göstərməkdədir.
Doqquz ay bətnində bizə qıymadı,
Üç il də qoynunda bizdən doymadı.
Bətnindən, qoynundan düşsək də, fəqət
Heç zaman qəlbindən yerə qoymadı.
Möminlər üçün anaya və ataya qayğı bütün nafilə iba-
dətlərdən üstündür, çünki fərzdir. “rəbbin qəzavat (hökm) 
etdi“ondan başqasına ibadət etməyin və valideyn ləri­
nizə ehsan edin” (əl-İsra, 23). Valideynə diqqət namaz, oruc, 
zəkat kimi fərz ibadətləri də özünə bağlamışdır.
Hədis
Bir adam Rəsulullahın (salləllahu aleyhi və səlləm) hü zu-
runa gələrək dedi: “Ya Rəsulallah! Beş vaxt namazı qılsam, 
Ramazan orucunu tutsam, zəkat versəm və Həcc ziyarətini 
yerinə yetirsəm, mənim üçün nə (hansı mükafat) vardır?”


97
Həzrət (salləllahu aleyhi və səlləm) buyurdu: “Kim bun ları 
edərsə, peyğəmbərlər, siddiqlər, şəhidlər və saleh kimsə lərlə 
birlikdə olur. Fəqət ana-atasını üzməməsi şərtdir. Allah ana 
və atasına qarşı gələnə lənət etmişdir”.
Ananı-atanı üzən oğulmu?
Namazı, orucu onun qəbulmu?
Kim daha bədbəxtdi, bilə bilmirəm:
Naxələf övladmı, naşükür qulmu?
Ailədə övlad yeganədirsə, onun evdə qalıb ana-atasına 
qulluq  etməsinin  cihaddan  üstün  tutulduğunu  göstərən 
hədislər də mövcuddur. Həqiqətən də, Allah yolçusu olmaq 
sözün hərfi mənasında hər oğulun işi deyildir. Yaxşı alim 
də, yaxşı abid də ola bilərsən. Lakin yaxşı övlad olmadıqca, 
nə çox elmin səni ucaldar, nə də çox ibadətin.
Nə verər  bəzəmək  ana qəbrini,
Sağ ikən  bilməsək ana qədrini?
Bəlkə də dünyada cahil qalmazdı,
Anlaya  bilsəydi  ana  qəlbini.
İbrət
Əbulhəsən  Harkani  həzrətləri  rəvayət  etmişdir:  “Bir 
diyarda iki qardaş yaşayırdı. Anaları yataq xəstəsiydi. Hər 
gecə növbəylə qardaşlardan biri anasına baxır, digəri iba-
dətlə məşğul olurdu. Bir gecə onlardan birinə ibadət o qədər 
şirin gəldi ki, ertəsi gecə qardaşına dedi: “Ey qardaşım, izin 
ver, bu gecə də Allah-Təalaya ibadət edim, sən də anama 
bax”.
Qardaşı sevə-sevə qəbul etdi. Ondan razılıq alan qar-
daş da könül rahatlığıyla ibadətə başladı. Gecənin bir saa-
tında  səcdədə  ikən  uyudu.  Bu  zaman  bir  yuxu  gördü. 
Röya sında  ona  xitabən:  “Öncə  qardaşını  bağışladıq.  Səni 
də onun xatiri üçün əfv etdik” deyildi. Təəccüblə soruşdu: 
“Fəqət  mən Allah-Təalaya  ibadət  edirəm,  halbuki  qarda-


98
şım anama baxır. Necə olur ki, mən onun əməli səbəbiylə 
bağışla nıram?”
Ona buyuruldu: “Elədir, sən Allah-Təalaya ibadət edir-
sən.  Qardaşın  da  ananın  qulluğundadır.  Allah-Təalanın 
sənin ibadətinə ehtiyacı yox. Amma ananız qardaşının xid-
mətlərinə möhtacdır”.
Cihad etsən, Adəm oğlu,
Şəhid, ya da qazi olsan,
Zərrə qədər əcrin yoxdu,
Valideynə asi olsan.
Xətm etsən hər gün Kitab,
Beytullahı hər il təvaf,
Naxələfə olmur savab,
Hətta xalqın gözü olsan.
Dursan an xidmətində,
Gecə-gündüz zəhmətində,
Yenə nur yox qismətində,
Qulluğundan razı olsan.
Valideynə  itaət  peyğəmbərlik  sifətlərindəndir.  Allah-
Təala Yəhya Peyğəmbəri (aleyhissəlam) vəsf edərkən bu-
yurdu: “Ana­atasına qarşı da olduqca itaətkardır, zalim, 
asi  deyildir”  (Məryəm,14).  Atasız  doğulan  Həzrət  İsanın 
(aleyhissəlam) da beşikdəykən dilə gətirdiyi ilk kəlmə lər dən 
biri eyni məzmundaydı. “o həmçinin məni anama qarşı 
olduqca itaətkar etdi, zülmkar, asi eləmədi” (Məryəm, 32). 
Peyğəmbərlərə aid sifətlər bütün Allah yolçularına aiddir, 
çünki Allaha gedən yolda peyğəmbərlər öndədir.
Nə cür doğulmusan, get, anandan sor,
Şükür Allaha ki, nə şilsən, nə kor!
Atan qız ummadı, oğlan istədi,
Oğlan olmaq asan, oğul olmaq zor.


99
Allah-Təalanın  Hz.Musaya  (aleyhissəlam)  belə  buyur-
duğu rəvayət edilir: “Ey Musa, ana və atana çox hör mət et. 
Kim  valideynlərinə  sayğı  göstərirsə,  ömrü  uzanır,  özünə 
itaət edən çocuğu olur. Kim də ana və atasına qarşı gəlirsə, 
ömrü qısalır və özünə asi övlad verilir”.
Göründüyü  kimi,  yaxşı  övlad  valideyni  olmaq  yaxşı 
övlad  olmaqdan  keçir.  Hər  kəs  başqalarına  yaşatdığını 
yaşayır. “Biz onlara zülm etmədik. onlar özləri­özlərinə 
zülm edirdilər” (ən-Nəhl,128).
Hər kəs yaşayacaq yaşatdığını,
Hər kəs daşıyacaq daşıtdığını.
Hətta ayağına bir daş dəyəndə
Xatırlar bir quşa daş atdığını.
Bu dünyada ana, ya atanın üzünə ağ olan o dünyaya 
üzüqara gedər. Bəzən soruşurlar: “Valideynlər övladın sev-
diyi ilə nikahın əleyhinədirlərsə, onlara itaət vacibdirmi?” 
Cavab  birdir:  əgər  ana-atanı  razı  salmaq  vasitələri  tükə-
nərsə,  tabe  olmaqdan  başqa  çarə  görünmür.  Səni  həyata 
daxil  edən  qadınla  sənin  həyatına  sonradan  daxil  olan 
qadın eyni tutula bilərmi? Allahın razılığı ana-atanın razı-
lığındadır. Onların xeyir-dua vermədiyi işə Allahın da rizası 
yoxdur. Yad bir qıza məhəbbət ən doğma insanlara qarşı 
çıxa  biləcək  dərəcədə  şiddətlidirsə,  bu, Allaha  olan  iman 
və  sevginin  azlığından,  təqvanın  zəifliyindən  irəli  gəlir. 
Çünki valideynə itaət Allahın əmridir. İlahi əmri pozaraq 
ana  və  ataya  qarşı  çıxmaq  əmr  sahibinə  qarşı  çıxmaqdır. 
Məxluqun  məxluqa  məhəbbəti  məxluqun  Xaliqə  məhəb-
bə tinə  üstün  və  ya  tən  gəlirsə,  bu  artıq  eşqdən  çox  şirkə 
bənzər.  “İnsanlardan  Allaha  taylar  tutanlar  da  vardır. 
Allahı sevdikləri kimi onları (tay tutduqlarını) da sevər­
lər.  Lakin  Allah  sevgisi  möminlərdə  daha  güclüdür” 
( əl-Bəqərə, 165).


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə