I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə21/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   17   18   19   20   21   22   23   24   ...   69

84
Sanma ki, bir minnət vardır,
Amma yeddi cənnət vardır.
Şükür vardır, lənət vardır,
Kafir, mömin sevgisidi.
Valideyn  haqqını  tapdalayıb  keçənlər  Haqq  yolçusu 
ola  bilməzlər.  Belələrini  nə  oruc-namazları,  nə  ehsanları, 
nə də həcləri xilas edər.
Bu sevda haqq övlad istər,
Hər övladdan cihad istər,
Səbir istər, səbat istər,
Əhli-təmkin sevgisidi.
İbrət
Malik  ibn  Dinar  həzrətləri  Həcc  ziyarətinə  getmişdi. 
Həccini tamamladığı gecə röya gördü. Bir səs deyirdi: “Ya 
Malik! Həccə gedənlərdən Əbdürrəhman ibn Muhəmməd 
əfv edilmədi.” Səhər bu yuxunun təsiri ilə həmin şəxsi ara-
mağa  başladı.  Onun  hər  il  həccə  gəldiyini,  Quran  əhli 
oldu ğunu  deyib  yerini  nişan  verdilər.  Əbdürrəhman  ibn 
Muhəmməd Malik ibn Dinarı görüncə bir ah çəkib bayıldı. 
Özünə gələndə dedi: “Məni röyada gördün. Mənə Allah-
Təalanın  məni  əfv  etmədiyini  söyləmək  üçün  gəldin,  elə 
deyilmi?” Həzrət heyrətlə təsdiqləyib səbəbini sordu. O da 
bunları dedi: “Bir Ramazan ayının ilk gecəsi idi. İçib sər xoş 
olmuşdum. Bu arada atam məni aramış və bir yerdə yat-
mış  vəziyyətdə  tapıb  aparmaq  istərkən  sərxoşluğumdan 
vurub onun bir gözünü çıxarmışam. O da mənə bəd duada 
bulunubmuş.  Ertəsi  gün  ayılanda  nələr  etdiyimi  bilib, 
bütün  içki  küplərini  sındırdım,  kölələrimi  azad  etdim. 
Əməllərimdən peşman olub haqq yola gəldim. Hər il beləcə 
həccə  gəlir,  dua  edirəm.  Fəqət  hər  səfərimdə  sizin  kimi 
birisi gəlib röyasında Allah-Təalanın məni əfv etmədiyini 
eşıtdiyini bildirir”.


85
Malik ibn Dinar həzrətləri bu əhvalatdan çox üzülüb, 
Əbdürrəhmanın atasını aradı. Onu tapıb, oğlunu bağışla-
ması  üçün  çox  xahişdə  bulundu.  O  da  “Sən  şahid  ol  ki, 
oğlu mun qüsurunu bağışladım və ona haqqımı halal etdim” 
deyərək oğlunun yanına gəldi. Əbdürrəhman bu müjdəni 
Malik  ibn  Dinardan,  ardınca  da  atasından  eşitdikdə  iki 
dəfə kəlmeyi-şəhadəti gətirərək ruhunu təslim etdi.
Valideynin qəlbin hər üzəndən
Ancaq Şeytan məmnun olur.
Öpər o üz, bu üzündən,
Çünki o da məlun olur.
İki nəfər tapmaz nicat:
Naşükür qul, nankor övlad.
Nanəcibə qarşı cihad
Haqq qatında qanun olur.
Adəm oğlu, halinə yan:
Oyunda, oddasan, oyan!
Cahanda odla oynayan
Cəhənnəmdə odun olur!
Allah-Təala “Mənə və ana­atana şükür et” (Loğman, 14
buyurmaqla Özündən sonra yalnız valideynlərin şükrə layiq 
olduğunu bəyan etdi. Yəni ananı-atanı incitmək də naşükür-
lükdür. Halbuki “Allah naşükürləri sevməz” (əl-Həcc, 38). 
Onun  sevmədiklərinin  əsla  əfv  edilməyəcəyini  və  hamı-
sının mütləq Cəhənnəmdə yanacağını söyləmək istəmirik. 
Buna elmimiz və cəsarətimiz çatmaz. İstənilən halda, ilahi 
rəhmət ilahi qəzəbdən öndədir. Amma bir şeyi əminliklə 
deyə  bilərik  ki,  Allahın  sevmədiklərinin  könül  yolçusu 
olması  qeyri-mümkündür.  İnsan  yaşlaşdıqca  uşaqlaşar. 
“Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tər sinə 
çevirərik”  (Ya  sin,  68).  Ömür  azaldıqca  qəlb  də  nazilər. 


86
Ehti yatsız bir söz, düşünülməmiş bir hərəkət onu asan lıqla 
qırar. Allah qəlb qıranların deyil, qəlbi qırılanların yanın-
da dır. Valideynlərin könlünü sındıranlar o yaxınlığa ümid 
etmə sinlər. “onların hər ikisinə (ana­ataya) acıyaraq mər­
hə mət qanadının altına alıb de: “Ey rəbbim! onlar məni 
körpəliyimdən  tərbiyə  edib  bəslədikləri  kimi,  sən  də 
onlara rəhm et!” (əl-İsra, 24)
Hədis
Bir adam Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına 
gələrək sordu: “Anam və atam yaşlandılar. Mən kiçik ikən 
onların  mənə  etdikləri  kimi  mən  də  indi  onlara  yaxşılıq 
etsəm, haqlarını tam olaraq ödəmiş ola bilərəmmi?”
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: “Xeyr, 
tam ödəmiş olmazsan! Çünki onlar sənə yaxşılıq edərkən 
sənin yaşamanı istəyərək edirdilər. Sən isə onlara yaxşılıq 
edərkən onların ölməsini gözləyərək yaxşılıq edirsən”.
Gözəl oğul olmayanın
Bəndəliyi çirkin olur.
Həqiqi qul olmayanın
Haqq-hesabı kəskin olur.
Hər kim uyub aşnasına,
Kəm baxarsa anasına,
Bax onun qəlb aynasına:
Qapqara çən, çiskin olur.
Kim ataya qarşı gələr,
Rəbbi ondan nuru silər.
Dünyasını Allah bilər,
Dini amma miskin olur.
Gerçəkdən,  kiçiklər  ana-ataya  acımadıqca,  qədir-
qiymət  lərini  bilmədikcə  böyüklərdən  sayılmazlar.  Həqiqi 


87
din  böyük lərinin  valideynlərə  münasibətdə  göstərdikləri 
diqqət, həs saslıq isə, həqiqətən, heyrət və ibrətvericidir.
Saleh övlad, saleh bəndə –
Hər ikisi birdir dində.
Saleh olsa ins də, cins də,
Sevimlicə seçkin olur.
Qul olmağa yoxsa həvəs,
Yaxşı oğul olmaq əbəs.
Sadiq quldan başqa, hər kəs
Haqq qatında heç kim olur.
İbrət
Abdullah ibn Avn həzrətləri ana-atasına çox şəfqətli idi. 
Fəqət  buna  baxmayaraq,  onlarla  oturub  bir  qabdan  əsla 
yeməzdi. Səbəbini soranlara bu izahda bulunmuşdu: “Onla-
rın gözü olan bir tikəni fərqinə varmadan onlardan əvvəl 
yeyə biləcəyimdən qorxuram”.
Bəşər yaşamazsa şəfqət içində,
Bəşər yaşayacaq qəflət içində.
İnsanlıq insanı sevə bilməkdir
Həyatmı yaşamaq nifrət içində?
Olmasa quzuya, qoduğa şəfqət,
Olarmı tifilə, çocuğa şəfqət?
Hər ana, hər bala hörmətə layiq,
Bəsləyin cücəyə, toyuğa şəfqət.
Bir dəfə anası Abdullah ibn Avnı çağırdı. Fikirli oldu-
ğundan bir az sərt şəkildə hay verdi. Sonra səsindəki sərt-
liyi hiss edib çox üzüldü. Dərhal oradan ayrıldı və qəba hə-
tinin kəffarəsi olaraq iki kölə satın alıb azad etdi.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə