I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə23/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   19   20   21   22   23   24   25   26   ...   69

92
Bu dünyanı bölənlər çox,
Sərhədləri silənlər çox,
Ey qalanlar, ölənlər çox,
İndi izi-tozu varmı?
Rəbbinə üz tutmayanın,
Gecə-gündüz tutmayanın,
Səmtini düz tutmayanın
Çatmağa bir üzü varmı?
Dində imandan sonra elm öyrənmək və artırmaq qədər 
xeyirli əməl, bəlkə də, yoxdur. Fəqət ana rizası olmadan əldə 
edilən  elmə  Allah  bərəkət  verməz.  Çünki  Allah  qatında 
ana  haqqı  elmin  haqqını  üstələr.  Zatən,  valideyni  incik 
salmağın özü ən böyük cahillikdir. Eyni zamanda övladlıq 
borcunu axıradək və ləyaqətlə yerinə yetirən kimsəyə göz-
ləmədiyi elm gələr. Bu, Allah-Təalanın lütfüdür.
Qadın dayansa da kişidən geri,
Atadan öndədir ananın yeri.
Ananın haqqını anlamayana
Elmin nə faydası, dinin nə xeyri?
Ana dediyimiz bir həqiqət var,
Anadan fədakar hansı xilqət var?
Bir canda nə qədər şəfqət olarmış,
Onu Bəxş edəndə gör nə şəfqət var!
İbrət
Hakim  Tirmizi  həzrətləri  gəncliyində  elm  öyrənmək 
üçün  iki  yoldaşı  ilə  birgə  səyahətə  çıxmağı  qərara  aldı. 
Anasından  izin  istəyəndə  o  buna  çox  üzülərək  dedi: 
“Oğlum, mən zəif, kimsəsiz və xəstə bir qadınam. Bütün 
xidmətlərimi sən görmüsən. İxtiyar ananı yalqız və çarəsiz 
kimə tapşırıb gedirsən?” 


93
Hakim Tirmizi qalmalı oldu. Yoldaşları onsuz getdilər. 
Bu durumdan çox sıxıldı. Üzdə büruzə verməsə də, tez-tez 
tənha yerlərə çəkilər, için-için ağlardı. Bir gün yenə qəbiris-
tanlıqda öz-özünə: “Burda elmdən məhrum qaldım. Cahil-
likdən qurtara bilməyəcəyəm, yoldaşlarım isə alim olaraq 
dönəcəklər” deyərək ağlarkən nurani bir qoca gəldi. Ağla-
masının  səbəbini  soruşdu.  Başına  gələnləri  öyrəndikdə 
dedi: “O iki yoldaşını keçmək istəyirsənmi?” Hakim Tirmizi: 
“Əlbəttə, amma necə?” – deyə sorduqda nurani qoca onu 
öyrədə biləcəyini söylədi. Dərhal razı oldu.
O ixtiyar ona üç il dərs verdi. Sonda o, mübarək zatın 
Xızır (aleyhissəlam) olduğunu anlayıb dedi: “Bu böyük nemət 
anamın rizası və duası bərəkətiylə bizə ehsan olundu”.
Bu alçaq dünyada ən uca qanun
Ananı-atanı  etməkdi məmnun.
Səmavi qanuna xor baxarsa kim,
Hər iki dünyası xar olur onun.
Allahın Kitabında analara xüsusi və həssas bir müna-
sibət sezilməkdədir. Quranda ana adına, “ana” kəlməsinə 
azacıq  kölgə  sala  biləcək  bircə  ayə  belə  yoxdur.  Halbuki 
ata, övlad, övrət haqqında bunu söyləmək mümkün deyil-
dir. Fikrimizi bəzi ayələrlə əsaslandırmağa çalışaq:
1)  “Mallarınız  da,  övladlarınız  da  fitnədir”  (ət-Təğa-
bun, 15). Bu ilahi xəbərdarlıq Quranda azacıq fərqlərlə dönə-
dönə  təkrarlanmışdır.  Fəqət  valideynlər  haqqında  eyni 
məzmunlu ayəyə rast gəlmirik. Nə analar, nə də atalar fitnə 
olaraq tərif edilmir.
Adəm oğlu, sal yadına,
Səni doğan anan kimdi?
Könül versən min qadına,
Səni doğma sanan kimdi?


94
Süddən gəldin, qandan gəldin,
Beldən gəldin, candan gəldin,
Yaddan deyil, ondan gəldin,
Cahan nədi? Canan kimdi?
2) “Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: 
“Sən  bütləri  tanrımı  qəbul  edirsən?  Mən  səni  və  sənin 
tayfanı açıq­aydın zəlalət içində görürəm!” (əl-Ənam, 74
“onlara: “Allahın nazil etdiyinə tabe olun!” deyildikdə, 
onlar:  “Biz  ancaq  atalarımızın  getdiyi  yolla  gedəcəyik” 
deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyil­
lərsə, necə?” (əl-Bəqərə, 170). Hər iki ayədə qınanan ancaq 
atalardır, analar yox.
Nur istəsən, çırağın o,
Su istəsən, bulağın o,
Od istəsən, ocağın o,
Buz istəsən, donan kimdi?
3)  “De:  “Əgər  atalarınız,  oğullarınız,  qardaşlarınız, 
zövcələriniz,  qohumlarınız,  qazandığınız  mallar,  kasad 
olmasından  qorxduğunuz  ticarət,  xoşladığınız  evlər 
Allah dan, rəsulundan və onun yolunda cihaddan sevim­
lidirsə,  Allahın  əmri  gələnədək  gözləyin.”  Allah  fasiq 
qövmü hidayət etməz” (ət-Tövbə, 24). “Ey iman gətirənlər! 
Əgər  atalarınız  və  qardaşlarınız  küfrü  imandan  çox  se­
vərsə, onlarla dostluq etməyin və sizdən kim onlarla dost­
luq  edərsə,  məhz  belələri  zalimdir”  (ət-Tövbə,  23).  Uca 
Allahın bu ayələrdə Xaliqdən çox məxluqu, imandan çox 
küfrü sevənləri fasiq, zalım adlandırdığını, fəqət bu siya-
hıda analardan bəhs etmədiyini görməkdəyik. Anaya sevgi 
digər məxluqlara sevgidən sanki ayrı tutulmaqdadır. 
Gülün solsa, can bağına,
Nəğmən sussa, dodağına,
Bar verməsən, budağına
Bülbül kimi qonan kimdi?


95
4) “o gün insan qaçacaq öz qardaşından, anasından, 
atasından, zövcəsindən və oğullarından!”  (Əbəsə,  33-35). 
“o günün əzabından qurtarmaq üçün günahkar istərdi 
ki, fəda etsin öz oğullarını, övrətini və qardaşını, ona sığı­
nacaq  verən  əşirətini,  qohum­əqrabasını  və  yer  üzündə 
olanların hamısını­təki özünü qurtarsın!” (əl-Məaric, 11-14). 
Hər  iki  ayənin  məzmunundan  göründüyü  kimi,  hətta  o 
dəhşətli Qiyamət günündə də xilas olmaq üçün bütün ya-
xınlarını fəda etməyə hazır olan yalnız atalar, övladlardır. 
Anaların  adı  çəkilmir.  Kim  bilir,  bəlkə  dünyada  olduğu 
kimi Axirətdə də ana fədakarlığının şahidi olacağıq. Vəllahu 
Əlim!
Can yandıran adam gəzsən,
Səhər gəzsən, axşam gəzsən,
Həm pərvanə, həm şam gəzsən,
Ondan başqa yanan kimdi?
5) “zövcələrinizdən və övladınızdan sizə düşmən olan­
lar vardır. onlardan özünüzü gözləyin” (ət-Təğabun, 14). 
“Allah  kafirlərə  nuhun  övrəti  ilə  Lutun  övrətini  misal 
çəkdi.  onlar  bizim  qullarımızdan  iki  saleh  bəndənin 
kəbini  altında  idilər.  onlar  ərlərinə  xəyanət  etdilər...” 
(ət-Təhrim,  10).  Zövcələrin  ərlərinə  xəyanətindən  –  istər 
mənəvi, istər cismani olsun – Quranın bir çox ayələrində 
bəhs edilməkdədir. Lakin Allahın Kitabında anaların övlad-
larına xəyanətindən söhbət açılmır. Çünki ana övlada sadiq-
dir. Qadının bir kişini atıb başqa kişini tutması tez-tez rast 
gəlinən hallardandır. Lakin ananın öz övladını atıb başqa-
sını övlad etməsi düşünülməz. Ana qəlbində övladın hər 
cürünə məkan və məhəbbət vardır.
Varmı elə bir varlıq ki,
Həyat onsuz hədər olsun?
Varmı elə bir xarlıq ki,
Ana qırmaq qədər olsun?


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə