I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə25/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   21   22   23   24   25   26   27   28   ...   69

100
Rəbbini sevəmməz özünü sevən,
Rəbbini sevəmməz yüzünü sevən.
Rəhmanın nuru var, atəşi vardır,
Rəbbini sevəmməz közünü sevən.
Məhəbbət Məhbuba fəda olmaqdır,
Məhəbbət Məhbubda fəna olmaqdır.
Məxluqat torpaq, su, od və fəzadır,
Məhəbbət daha çox fəza olmaqdır.
Məhəbbət  ülvi  hissdir,  səmavidir.  Böyük  günahlara 
səbəb olmamalıdır, olursa, artıq nəfsanidir, şeytanidir. Ən 
böyük günah şirkdir. Səhih bir hədisdə isə valideynə itaət-
sizlik şirkdən sonradır. “Sizlərə günahların ən böyüklərini 
xəbər verimmi? Allaha şərik tanımaq, ana və ataya asi ol­
maqdır...”
Həqiqətən, dörd qadına ər olmaq bir qadına oğul olmaq-
dan asandır. Nəfs asan olanı və xoş gələni seçər. Adəmoğlu 
yüz  qadından  yüz  övlad  doğura  bilər,  fəqət  özünü  doğa 
biləcək ikinci qadın varmı? Kişi şəriət çərçivəsində dilə diyi 
qadınla nikaha girə, dilədiyi vaxt onu boşaya və bu işi dilə-
diyi qədər təkrar edə bilər. Buna görə heç bir ilahi cəza da 
yoxdur. Zatən nikaha qədər bir-birisiz yaşaya bilməyən lərin 
nikahdan sonra bir-biriylə yaşaya bilmədikləri az görül mə-
mişdir. Lakin səni doğan qadından nə cür ayrıla, onu nə 
cür tərk edə bilərsən? Bunun cəzası oddur, atəşdir!
Səndən doğan qadın ilə
Səni doğan bir olurmu?
Sən sağdığın qadın ilə
Səni sağan bir olurmu?
Birmi ruhi, cinsi təmas? –
Ana candı, canan libas.
Qurandandı bu iqtibas:
Can və yorğan bir olurmu?


101
Hər oğlandan olmur oğul,
Nəfsini at, Rəbbini bul!
O – Əzim Rəbb, sən – miskin qul:
Sənlə Ağan bir olurmu?
İbrət
Rəsulullahın  (salləllahu  aleyhi  və  səlləm)  zamanında 
Əlqamə adlı çox ibadət edən, ehsanda bulunan mömin bir 
gənc  vardı.  Şiddətli  bir  xəstəliyə  tutulub  ölüm  yatağına 
düşdü. Yanına gələnlər səylə ona kəlmeyi-şəhadəti təlqin 
etsələr də, “Lə ilahə illəllah” deyə bilmədi. Durumu Pey ğəm-
bərə (salləllahu aleyhi və səlləm) çatdırdılar. Həzrət (salləllahu 
aleyhi  və  səlləm)  Əlqamənin  valideynlərindən  yalnız  yaşlı 
anasının  sağ  olduğunu  öyrənib  onunla  görüşmək  istədi. 
Qadın hüzura gələndə ondan oğluna münasibətini soruşdu. 
O da Əlqaməyə qarşı qəzəbli olduğunu söyləyib, səbəbini 
belə açıqladı: “Xanımını məndən üstün tutar və məni üzərdi”.
Rəsulullah (salləllahu aleyhi və səlləm): “Əlqamənin anası 
qəzəb edərsə, Əlqamənin dili də şəhadət kəlməsindən pər-
dələnər,  onu  gətirə  bilməz”  buyuraraq,  Hz.  Bilala  (radi-
yallahu ənh) çoxlu odun toplamağı əmr etdi. Əmrdən sonra 
Rəsulullahla (salləllahu aleyhi və səlləm) qadın arasında bu 
söhbət keçdi:
– Nə edəcəksən, ya Rəsulallah?
– Gözlərin önündə oğlunu yandıracağam.
– Qəlbim buna dözə bilməz!
–  Ey  Əlqamənin  anası!  Allahın  əzabı  daha  çətin  və 
davamlıdır. Allahın  onu  bağışlaması  səni  sevindirəcəksə, 
ondan razı ol, haqqını halal et. Nəfsim qüdrət əlində olan 
Allaha and içirəm ki, sən oğluna qəzəbli olduğun müd dətdə 
Əlqamənin namazı, orucu, sədəqəsi ona fayda verməz.
–  Ya  Rəsulallah! Allah-Təalanı,  mələklərini  və  burada 
olan müsəlmanları şahid tuturam ki, oğlum Əlqamədən razı 
oldum, haqqımı halal etdim.


102
Rəsulullahın (salləllahu aleyhi və səlləm) əmri üzrə Bilal 
Əlqamənin  evinə  baş  çəkib  onun  yüksək  səslə  şəhadət 
gətirdiyini xəbər verdi.
O gün Əlqamə Rəbbinə qovuşdu. Rəsulullah (salləllahu 
aleyhi və səlləm) onun cənazə namazını qıldırdı, dəfnindən 
sonra qəbrin yanında duraraq əshabına xitabən buyurdu:
“Ey  mühacir  və  ənsar  camaatı!  Kim  xanımını  anasın-
dan üstün tutarsa, Allahın, mələklərin və bütün insanların 
lənəti  onun  üzərinə  olsun!  Tövbə  etməyincə,  anasına  eh-
sanda bulunub könlünü almayınca Allah onun nə fərz, nə 
də nafilə ibadətlərini qəbul edər. Allahın rizası ananın razı 
olmasında, qəzəbi də ananın qızmasındadır”.
Allah naxələfi naçar eyləyər,
Ananı cənnətə açar eyləyər.
Ərənlər, Allahın qəhrindən qorxun:
Ana qəzəbinə düçar eyləyər!
Qadın tələb etmir Məcnun olasan,
Qadın tələb edir onun olasan.
İblis də, ey insan, bunu istəyir,
İstəyir özütək məlun olasan.
Övrəti  valideyndən  üstün  tutmaq  dünyanı Axirətdən 
üstün tutmaq kimidir. Dünya sevgisi isə, bəlli olduğu kimi, 
bütün xətaların başıdır.
Hikmət
Rəvayət  edirlər  ki,  biri  saleh  bir  zatın  yanına  gələrək 
yaxşılıq etdiyini, fəqət qəlbində o yaxşılığın ləzzətini bula 
bilmədiyini söylədi. O zat da səbəbini belə açıqladı: “Çünki 
İblisin qızı, yəni dünya sevgisi sənin qəlbinə yerləşmişdir. 
Şübhəsiz ki, bir ataya gərək olan şey qızını evində ziyarət 
eləməkdir. O qızın evi isə sənin qəlbindir. İblisin oraya gir-
məsi də ancaq fəsad törətmək üçündür”.


103
Ərini anasından ayıran gəlin, gerçəkdən, İblisin qızın-
dan başqası deyildir.
Gəlməmisən şər evinə,
Gəlmə cin-şeytanla, gəlin.
Sən gəlmisən ər evinə,
Buyur din-imanla, gəlin.
Özgə gölün sonasısan,
Uçub ora qonasısan.
Sən də ana olasısan,
Anaları anla, gəlin.
Hələ şuxsan, solmağın var,
Ətə, yaşa dolmağın var,
Qayınana olmağın var,
Nə işin var qanla, gəlin?
Şeytan bəzi canlıları və cansızları Adəmoğluna cazibəli 
göstərərək, onlara qarşı nəfslərdə şəhvani arzular oyadar. 
“Qadınlara, uşaqlara, yığın­yığın qızıl­gümüşə, cins atlara, 
mal­qaraya, əkinlərə aşırı məhəbbət insana gözəl göstə ril­
mişdir.  Bunlar  dünya  həyatının  matahıdır,  gözəl  dönüş 
yeri isə Allahın yanındadır” (Ali-İmran,14).
Ayədən göründüyü kimi, şeytanın “siyahısı”ndakı can-
lıların arasında valideynlər yoxdur, amma qadınlar baş da-
dır. Çünki o, Adəmoğlunun ən zəif yerini yaxşı bilir, zatən 
Hz.  Adəmin  (aleyhissəlam)  özünü  də  Həvvanın  vasitəsilə 
azdırmışdı.
Övrət olmaq ad-san deyil,
Ana olmaq asan deyil.
Gəlin olmaq nöqsan deyil,
Gir qulluğa canla, gəlin.
Bəziləri “Məhəbbət könül məsələsidir, qəlbə isə hökm 
etmək olmur” deyərək, qadına olan aşırı sevgiyə haqq qa-


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə