I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə22/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   18   19   20   21   22   23   24   25   ...   69

88
Anana bağırıb özündən çıxma,
Qarnından çıxmısan, sözündən çıxma.
Möhtəşəm saraydır hər insan ömrü,
Bircə bağırtıyla özüldən yıxma.
Hərdən soruşurlar: “Övladı dünyaya gətirdikdən sonra 
onu tərk edən valideynlərə münasibətdə övladın bir borcu 
varmı?“ Anadan söhbət gedirsə, cavab birmənalıdır: “Bəli, 
vardır”. Qadının doğduğu üzərində haqqı danıla bilməz. 
Bu onun hamiləlik dövründəki əziyyətlərinin, doğuş anın-
dakı  ağrılarının  haqqıdır.  Hətta  doğuşdan  dərhal  sonra 
körpəyə yiyə durmasa belə, o durum dəyişməz. Çünki uşağı 
bətnində  tələf  etməyib,  bütün  məşəqqətlərə  baxmayaraq, 
doqquz ay onu daşıyıb. “Biz insana ana­atasına yaxşılıq 
etməyi tövsiyə etdik. Çünki anası onu zəhmətlə gəz dir­
miş, əziyyətlə doğmuşdu...” (əl-Əhqaf, 18).
Sevməyən insanda ziya görməzsən,
Həyat boz görünər, boya görməzsən.
Hər cürə sevgidə bir təmənna var,
Ancaq analarda riya görməzsən.
Ataya gəldikdə isə durum bir qədər fərqlidir. Övladlıq 
borcunun yaranması üçün atalıq haqqının olması vacibdir. 
Şəhvətini bir qadına yükləmək haqq sayılmaz. Kişilər hami-
ləlik və doğuş əziyyətinə qatlanmırlar. Ata zəhməti, əsasən 
uşağın doğuşundan sonradır. 
Oğul fitnə, qız fitnədir,
Nə fərəhli fitnədi bu!
Övlad sevmək həm sünnədi,
Nə sevimli sünnədi bu!


89
Atalıq öhdəlikdi,
Çoxövladlıq fəhləlikdi.
Deyirlər, bu, köhnəlikdi,
Nə tazə-tər köhnədi bu!
Saleh ata olmaq şərəf,
Arxasında neçə xələf.
Cənnətdə də dura səf-səf,
Ah, nə gözəl səhnədi bu!
Əgər ata belindən gələnlərə əlindən gələn zəhməti çək-
mirsə, körpəni də, anasını da atıb gedirsə, övlad boynun-
dakı haqdan məhrumdur. Uşaq böyüyüb, himayəyə ehti yacı 
olmayanda gələrsə, onda atalıq haqqı tanıyıb-tanımamaqda 
övlad sərbəstdir. Övladlıq edərsə, savab qazanar, etməzsə, 
günah  daşımaz.  Ona  görə  də  “Cənnət  anaların  ayaqları 
altındadır”, ataların ayaqları altında deyildir.
İbrət
Rəvayət olunur ki, biri Əbu İshaq həzrətlərinin yanına 
gələrək dedi: “Dünən gecə yuxumda sənin saqqalının göv-
hər və yaqutlarla süsləndiyini gördüm.” Həzrət buyurdu: 
“Haqlısan, doğrudur. Çünki dünən gecə saqqalımı ana mın 
ayağının altına sürtmüşdüm”.
Uyma yetmiş üç axına,
Cənnət umsan, cum yaxına:
Ya ananı başa keçir,
Ya düş onun ayağına.
İslam  dinində  anaya  verilən  qiyməti  indiyədək  heç 
kim verməyib və bundan sonra da verməyəcək. Biri Allah 
rəsulundan  (salləllahu  aleyhi  və  səlləm)  insana  ən  yaxın 
şəxsin kim olduğunu üç dəfə sordu. Hər dəfə buyurdu ki, 
“anandır.”  Yalnız  dördüncü  dəfədə  “atandır”  cava bını 
verdi.


90
Ananın südündən nə var, nə, ləziz?
Ananın özündən kim var, kim, əziz?
Anadan müqəddəs varsa bir varlıq,
Onu Xəlq edəndi, şəksiz-şəriksiz.
Əgər bu dünyada həqiqətən xoşbəxtlik olsaydı, o, anası 
həyatdaykən hidayət olunan şəxsə nəsib olardı. Çünki onun 
bağışlanmasını və Cənnətə girməsini hər kəsdən artıq istə-
yən və buna birbaşa vəsilə olan ən yaxın varlıq yanın da dır. 
Kim bilir, Hz. Adəmin (aleyhissəlam) anası olsaydı, bəlkə də 
o, Behiştdən çıxarılmazdı.
Bu dünyanı dörd çaparsan,
Gözəllərdən məğruru yox.
Hər qadında səhv taparsan,
Anaların qüsuru yox.
Baxmaz şahdı, yaxud gəda,
“Balam” deyib salar səda.
Nəyi varsa, eylər fəda,
Sanki nəfsi, qüruru yox.
İbrət
Bir  adam  Allah  Rəsulunun  (salləllahu  aleyhi  və  səlləm
hüzuruna gələrək ərz etdi: “İşləmədiyim çirkin iş qalmadı. 
Tövbə etməyim üçün bir yol varmı?”
Rəsulullah  (salləllahu  aleyhi  və  səlləm)  ondan  soruşdu: 
“Ana-atandan sağ olanı varmı?” Atasının həyatda oldu ğunu 
bildirdikdə  buyurdu:  “Get  və  ona  yaxşılıq  et”.  O  kimsə 
gedəndən sonra əlavə etdi ki: “Kaş anası sağ olaydı!”
Gəz aləmi quzey-güney,
İndi sevgi qərib, ögey.
Dəb olsa da ərdən giley,
Pis oğuldan mənfuru yox.


91
Sevilsə də hamıdan az,
Ana qədər kimdi həssas?!
Nəfs nankor şəxsə də xas,
Fəqət qəlbi, şüuru yox.
Anaya  diqqət  həyatda  hər  şeyin  fövqündədir.  Yalnız 
iman  istisnadır.  Çünki  iman  Xaliqə  olur.  Ana  isə  Onun 
yaratdığı  bir  məxluqdur.  Məxluqa  sevgi  və  qayğı  Xaliqə 
imanı üstələsə, hətta ona tən olsa, bu, şirkdir. “Əgər (vali­
deynlərin)  bilmədiyin  bir  şeyi  Mənə  şərik  qoşmağına 
cəhd  göstərsələr,  onlara  itaət  etmə  və  dünyada  onlarla 
gözəl keçin” (Loğman, 15).
İbrət
Səad ibn Əbu Vaqqas (radiyallahu ənh) müsəlman olduğu 
zaman anası Hamnə binti Əbu Sufyan ona dedi: “Ey Səad! 
Sənin  bu  etdiyin  nədir?  Ya  sən  dinindən  dönəcəksən,  ya 
da mən sabahdan axşama qədər yerimdən tərpənməyəcək, 
ölüncəyə qədər heç bir şey yeməyəcək, heç bir şey içmə-
yəcəyəm. O zaman da sənə “Ana qatili!” deyərlər”.
Anası üç gün sözündə durdu. Sonunda aclıq və susuz-
luqdan  zəifləyib  öləcək  hala  gəldi.  Səad  anasına  dedi: 
“Allaha and olsun ki, əgər sənin yüz canın olsa və hər biri 
tək-tək  çıxsa,  yenə  də  mən  dinimdən  dönmərəm!  İstə yir-
sən ye, istəyirsən yemə”.
Qadın aclığını dayandırmalı oldu.
İman bəhsi keçən yerdə
Başqa söhbət, mövzu varmı?
Rəbbin səni seçən yerdə
Ondan özgə arzu varmı?
Atan yaxşı, anan yaxşı,
Cahan yaxşı, canan yaxşı,
Dəvən yaxşı, danan yaxşı,
Rəbbin üçün quzu varmı?


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə