I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə30/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   26   27   28   29   30   31   32   33   ...   69

120
Təvazö təkəbbürün ziddi olduğundan qulun böyüklük 
iddiasında bulunmaması, ən azı özünü başqalarından üs-
tün, yaxud başqalarını özündən aşağı görməməsidir. Yusif 
ibn  Əsbat  həzrətlərindən  təvazönün  qayəsi  ilə  bağlı  sual 
etdikdə “Evindən çıxdığı zaman qarşılaşdığı hər kəsi özün-
dən üstün biləndir” cavabını verdi. Abdullah ibn Mübarək 
həzrətləri isə buyurdu: “Nəfsini tanıyan Rəbbini tanıyar” 
hədisinin sirrinə qovuşanlar nəfsini küçədə gördüyü köpək-
dən aşağı bilir”.
İbrət
Rəvayət edirlər ki, Şeyxulislam ən-Namiqi əl-Cami həz-
rətlərinin tələbələrindən biri həccə getdi. Qayıtdıqdan sonra 
ustadının söhbətlərində bulunmağa davam edərək bir gün 
ondan sordu: “Mən həccə getməzdən öncə daima sizin başı-
nız  üzərində  bir  nur  haləsi  görünürdü.  İndi  o  yox  olub. 
Səbəbi nədir?”
Həzrət  cavabında  buyurdu:  “Sən  həccə  getməzdən 
qabaq Allaha qarşı təvazökar və müti bir qul olaraq Ona 
dua edib yalvarırdın. İndi isə həccin səni qürurlandırdı və 
öz  nəfsinə  dəyər  verməyə  başladın.  Bu  səbəbdən  dolayı 
əvvəlki mərtəbədən daha aşağı mərtəbəyə endin və o nur 
artıq sənə görünməz oldu.
Könül işi nur yığmaqdı,
Dörd tərəfə gur yağmaqdı.
Könül işi büt yıxmaqdı,
Könülləri yıxmayalım.
Əsil təvazö qulun bütün canlılara aşağıdan yuxarı bax-
ması anlamına gəlməz. Çünki təvazö məxluq üçün deyil, 
Xaliq  üçün  olmalıdır.  Bu  isə  yaradılanın  yox,  Yaradanın 
böyüklüyü və əzəməti qarşısında qulun həqirliyi və heç liyi 
deməkdir. Bu cür həqir bəndələr böyük və müəzzəm görün-
mək istəyənləri görüncə, onlara yuxarıdan aşağı baxar və 


121
bir  heç  olduqlarını  büruzə  verməkdən  əsla  çəkinməzlər. 
Çünki “Təkəbbürə qarşı təkəbbür sədəqədir” (hədis).
Dünyan ovlamasın tilovla səni,
Nəfsin tovlamasın pilovla səni.
Yurdunun içinə qəlbiyuxa get,
Qövmün qovlamasın oxlovla səni.
İbrət
Rəvayətə görə, Mutarrif ibn Abdullah həzrətləri Zalım 
Həccacın ordu komandanı Mühəlləb ibn Əbi Suğranı zinət 
içində yeriyən görüb dedi: “Sənin bu yerişin Allah və Rəsu-
lunun sevmədiyi bir yerişdir.” Mühəlləb ondan sordu: “Sən 
mənim kim olduğumu bilirsənmi?” Həzrət buyurdu: “Bilib 
neyləyirəm. Əvvəlin nütfə, sonun leş. Bu ikisi arasındakı 
halın  da  murdarlıqdan  başqa  bir  şey  deyildir”.  Bu  söz 
Mühəlləbə təsir etdi və o, yerişini dəyişdirdi.
Çölün riya, içərin şirk,
Ədəbin nə, ədan nədir?
Sonun çürük, əvvəlin çirk,
Mərhəban nə, vidan nədir?
Bir az yelsən, bir az körük,
Bir az selsən, bir az köpük,
Bir az çöpsən, bir az kötük,
Xeyirin nə, faydan nədir?
Bir qəpiyə cüssən dəyməz,
Bir təpiyə hissən dəyməz,
Bir çəpiyə qissən dəyməz,
Sükutun nə, sədan nədir?
Təvazö elm və mərifətdən, təkəbbür cəhalət və qəf lət-
dən doğar. Rəbbini tanıyan, Onun Kitabını az-çox oxuyan, 
əmr və yasaqlarını eşidib bilən kimsənin təvazökar olma-


122
ması mümkün görünmür. Çünki “göylərdə və yerdə bö­
yük lük yalnız ona məxsusdur” (əl-Casiyə, 37).
Əmr sahiblərinin böyüklük iddiasında bulunmaları bü-
tün dövrlərdə adət olunan haldır. Şübhəsiz ki, bu onların 
əzabını xəfiflətməz.
Fəqət  elm  sahiblərinin  eyni  mərəzə  mübtəla  olması, 
başqalarıyla  təvazöylə  davranmaması  ancaq  təəccüb  və 
təəssüf  doğurur.  Təvazökar  cahil  elmsiz,  təkəbbürlü  alim 
isə elmli sayılmaz.
Mən kiməm özümə bir dəyər biçəm,
Kiməm ki, söyləyim qüvvəyəm, gücəm?!
Sadəcə, bilgim var Onun verdiyi,
Bildiyim budur ki, O, Haqq, mən heçəm.
Allahı  uca  tutub  bəndəsini  həqir  görən  kimsə  Allahı 
uca  tutmamışdır.  Elm  elələrini  zirvəyə  ucaltmaz,  əksinə, 
uçuruma  itələr.  “Təvazökar  olun  ki,  Allah  sizi  ucaltsın” 
(Hədisi-şərif).
İbrət
Muhəmməd Baki-billah həzrətlərinin gənc bir qonşusu 
vardı. Tez-tez içib qonşuları rahatsız edərdi. Bir gün Həz rəti 
sevənlərdən Xacə Husaməddinin şikayəti əsasında o gənc 
tutulub  həbsə  atıldı.  Həzrət  bunu  eşitdikdə  Xacə  Husa-
məddini  yanına  çağırıb  qınadı.  Xacə  Husaməddin:  “Elə 
fasiq, elə pis adamdı ki, bəd əməlləri saysız və başqalarına 
zərər verən haldadır” dedikdə dərindən köks ötürüb üzün-
tülü şəkildə buyurdu: “Sən özünü saleh, təmiz və xeyirli 
gördüyündən sənin nəzərində o, fasiq, pis və şərli görü nür. 
Fəqət biz heç bir şəkildə özümüzü ondan fərqli görmürük. 
Nə cür onun ziyanına bir söz söyləyə bilərik?”
Sonra Həzrətin vasitəçiliyi ilə o gənc həbsdən çıxarıldı 
və tövbə edərək salehlərdən oldu.
Digər  nemətlər  kimi  elm  də  Allahın  qula  ehsanıdır, 
qulun öz hünəri deyil. Alimin yer üzündə tanınması, sevil-


123
məsi də başqa bir ilahi lütfdür. Kim bilməsə də, elm əhli 
bilir ki, Haqq-Təala təkcə əziz edən deyil, həm də zəlil edən-
dir. Nöqsansız insan yoxdur. Allah bir qulunu izzət sahibi 
etmək  istədikdə  onun  eyiblərini  örtüb  fəzilətlərini  yayar, 
zillət sahibi etmək istədikdə isə əksinə edər, yəni fəzilət lə-
rinə  pərdə  tutub  nöqsanlarını  ortaya  çıxarar.  Müsəl man-
ların sevimlisi və öndə gedən alimlərindən olan Abdullah 
ibn Məsud (radiyallahu ənh) tez-tez deyərdi ki: “Əgər halımı 
mənim qədər bilsəydiniz, başıma torpaq səpərdiniz”.
Torpaqdan, o əsildənik,
Satanlardan olmayalım. 
İblis oddan, biz gildənik,
Şeytanlardan olmayalım.
Hər cür halı min öyüddü,
Dağlar döşdü, sellər süddü.
Yer anamız, o böyütdü –
Cırtdanlardan olmayalım.
Allahın  elm  verdiyi  kimsələr  bu  ehsanın  qarşılığını 
Onun  elm  vermədiyi  və  ya  az  verdiyi  kimsələrə  xidmət 
etməklə ödəməlidirlər. Birinə xidmət etmək isə onun üstün-
lüyünü, yaxud bərabərliyini qəbul etməkdir.
İbrət
Əbu Müaviyə əl-Əsvəd həzrətləri: “Qardaşlarımın ha-
mısı  məndən  daha  xeyirlidir”  –  deyərdi.  Ondan:  “Bu  nə 
cür olur?” – deyə sorulduqda buyurdu ki: “Onların hamısı 
məni  özlərindən  üstün  görürlər.  Məni  özlərindən  üstün 
tutan hər kəs məndən daha xeyirlidir”.
Sadə dolan yer üzünü,
Qoy dizini, sürt üzünü.
Boylar bəlli, öz-özünü
Dartanlardan olmayalım.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə