I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə27/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   23   24   25   26   27   28   29   30   ...   69

108
“Mən bilə-bilə üsyan edib sonra məğfirət olunmağı nə cür 
istəyə bilərəm?”
Bu dünyaya qatılalı
Xəyallardan qurtulmuruq.
Bu dünyadan qurtulalı
Suallardan qurtulmuruq.
Hərçənd məhşər iqballıyıq,
Fəqət dünya əhvallıyıq,
Nəfsə uymuş zavallıyıq,
Zavallardan qurtulmuruq.
Əhməd Hərb həzrətlərinin anası bir gün quş əti bişirib 
oğluna dedi: “Oğlum, bu quşu evimdə bəslədim, halaldır, 
ye!” Həzrət: “Bu quş bir gün qonşu damının otundan yedi. 
O qonşu əsgər ərənlərdəndi. Bu quş boğazımdan keçməz” 
– deyərək yemədi.
Din elminə saldıq meyli,
Halallar çox, haram xeyli.
Haramlara yox deyəli
Halallardan qurtulmuruq.
Lakin ana və ataya haqlı etiraz onların digər haqlarını 
pozmamalıdır. Yəni övlad valideynin istəyi ilə razılaş ma-
dıqda qəlbi qıra biləcək hər cür söz və hərəkətdən qətiy-
yətlə çəkinməlidir. Çünki çəkinməzsə, başqa bir ilahi əmrə 
qarşı  gəlmiş  olacaqdır.  “onları  (ana­atanı)  acılama  və 
onlarla xoş danış” (əl-İsra, 23).
Kim anaya acı ola,
O, Allaha üsyan eylər.
Abidlərin tacı ola,
Kafir kimi ad-san eylər.


109
Haqq söz gəlib qanan üçün,
Hər batili danan üçün,
Bir xoş söz de anan üçün,
Rəbbin onu dastan eylər.
Valideynlərin, xüsusən də ananın istəkləri dinin tələb-
lərinə zidd deyilsə və icrası mümkünsə, böyüklüyündən-
xırdalığından asılı olmayaraq, onları yerinə yetirmək Allah 
yolçusu üçün vacibatdan və ədəbdəndir. Qeyri münasibət 
Allah yolçuluğu ilə bir araya sığmaz. Hədisdə buyuruldu: 
“Allah bütün günahlardan dilədiyinin cəzasını Qiyamətə 
qədər yubadar, fəqət valideynə qarşı gəlməklə bağlı işlə nən 
günahın  cəzasını  gecikdirməz,  yəni  dünyada  qarşılığını 
verər”.
İbrət
Bəyazid Bistami həzrətləri anası ilə bağlı buyur muş dur: 
“Həyatımda yalnız iki dəfə anamın arzusunu yerinə yetirə 
bilmədim.  Hər  dəfəsində  də  zərərini  çəkdim.  Birincidə 
yıxıldım, burnum əzildi. İkincisində ayağım sürüşüb yıxıl-
dım, çiynimdəki su testisi qırıldı”.
Hər kim tikən, quran olsa,
Hər kəlməsi Quran olsa,
Amma könül qıran olsa,
Kamal bulmaz, nöqsan eylər.
Dünya tarla, yaxşılıq ək,
Yaxşı nə var yaxşılıq tək?
İnsanların dərdini çək,
Bu dərd səni insan eylər.
Həqiqi qul olmaq həqiqi oğul olmaqdan keçir və əksinə, 
yəni  həqiqi  oğul  olmaq  da  həqiqi  qul  olmaqdan  keçir. 
Çünki  həqiqətin  yeganə  meyarı,  yaxşı  oğulu  pis  oğuldan 
ayırmağın tək ölçüsü Dindir. Digər meyarlar, ölçülər xətalı 


110
ola bilir və çox zaman o cür də olur. Allaha yol ruşd yolu-
dur.  “ruşd  xətadan  ayrılmışdır”  (əl-Bəqərə,  256).  Allah 
yolunda  olmayan  oğullar  xətadan  qurtula  bilməz.  Çünki 
ruşd Allahın Öz sevdiyi və seçdiyi qullarına bir lütfüdür, 
ehsanıdır. “Allah sizə imanı sevdirdi və onu qəlblə rinizdə 
zinətləndirdi,  küfrü,  fisqi  və  asiliyi  isə  sizə  çirkin  gös­
tərdi. Məhz onlar rəşiddirlər” (əl-Hucurat, 7).
İbrət
İbn Nüceyd həzrətləri “Allah-Təaladan, Onun rizasın-
dan başqa bir şey istəməyəcəyəm” deyə əhd etmiş və qırx 
il, yəni vəfatına qədər bu əhdə sadiq qalmışdı. Ərdə olan 
bir qızı vardı. Həkimlərin çarə edə bilmədiyi bir xəstəliyə 
tutulmuşdu. Ərinin tövsiyəsi ilə atasının yanına gəlib şəfası 
üçün ondan dua istədi. Həzrət: “Əgər sənin üçün əhdimi 
pozsam, sən yaxşı bir övlad olmazsan” söyləyərək qızının 
xahişini qəbul etmədi. Qızı: “O halda vidalaşaq, çünki əcə-
lim  yaxındır.  Bu  xəstəlikdən  qurtulmayacağam”  –  dedi. 
Bu yurdu ki, “Gəlib cənazə namazını qılaram”. Qız vida la-
şıb ayrıldı. Amma qısa müddətdə yaxşılaşıb, atasının vəfa-
tın dan sonra qırx il ömür sürdü.
Qul gördüm, yox oğulluğu –
Asilərin kəskinidir.
Oğul gördüm, yox qulluğu –
Asilərin miskinidir.
Dünyadadır, dində deyil,
Vətəndaşdır, bəndə deyil,
Sağda deyil, öndə deyil,
Sol tərəfin sakinidir.
Gerçəkdən, övlad valideynlər, xüsusən, atalar üçün ən 
ciddi  imtahandır.  Bəndəliyi  atalıqdan  üstün  tutmaq  hər 
valideynə müyəssər olmaz. Övlad imtahanının ən böyüyü 
Hz. İbrahimin (aleyhissəlam) qismətinə düşmüşdür. Yüz ilin 


111
başında Allah sənə yeganə bir oğul, on üç il sonra da onu 
kəsmək əmri verə, buna çoxmu ata tab gətirər? Atalar tanı-
yıram ki, Allah yolunda qurban kəsdirərkən, yerə yatırılan 
heyvanın  boğazına  bıçağın  çəkilməsini  görməmək  üçün 
üzünü çevirir. Halbuki Hz. İbrahim (aleyhissəlam) hansısa 
bir qoyunu deyil, öz doğma balasını və hansısa bir qəssa bın 
deyil,  özünün  əli  ilə  boğazlamalıdır.  Belə  bir  mənzərəni 
nəinki  yaşamaq,  nəinki  görmək,  hətta  xəyalda  canlan dır-
maq belə adamı əsdirir! Düzünü Allah bilir, bəlkə də pey-
ğəmbərlərin yalnız kişilərdən seçilməsinin bir hikməti də 
bundan qaynaqlanır. Çünki ağlı başında olan heç bir ana 
övladının başını kəsməz, kəsə bilməz.
Eyni zamanda, hər valideyndən İbrahim çıxmadığı kimi, 
hər övladdan da İsmayıl olmaz. “oğlum! Yuxuda gördüm 
ki, səni qurban kəsirəm. Bax gör, nə fikirləşirsən!” o dedi: 
“Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşaallah, mə­
nim səbirlilərdən olduğumu görəcəksən” (əs-Saffat, 102). 
On üç yaşlı yeniyetmənin bu cavabı qul və övlad itaətinin, 
Allaha və valideynə şükrün kamil nümunəsidir.
Qul olmayan amalında
Loğman ola kamalında,
Yusif ola camalında,
Çirkinlərin çirkinidir.
Qul odur ki, oğul ola,
Oğul odur ki, qul ola.
Haqq qatında məqbul ola,
Seçkinlərin seçkinidir.
İstər valideyn, istər övlad olsun, Allah-Təala bütün qul-
larını  sınayandır.  Sınaqlar  hər  kəsin  durumuna  görədir. 
Durumlar isə fərqli, hətta bəzən bir-birinə tamamilə zid dir. 
Məsələn, Uca Allah imanlı valideynlərə xitabən buyurdu: 
“Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahın 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə