I cild görsən bir milləti mala meyilli


zikrindən yayındırmasın! Hər kəs bunu etsə (zikr et məsə)



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə28/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

112
zikrindən yayındırmasın! Hər kəs bunu etsə (zikr et məsə), 
belələri əsil ziyana uğrayanlardır” (əl-Munafiqun, 9).
Hər bətndə bir şeytan var:
Şeytanını edam eylə.
Hər bətndə bir heyvan var:
Heyvanını adam eylə.
Adsız qul yox, əzəl ad qoy,
Ömrün boyu özəl ad qoy,
Ölsən yenə gözəl ad qoy,
Qeyri miras bədnam eylər.
Dünya malına uyanların Allahı-malın əsil Sahibini unut-
ması, zikr etməməsi bir gerçəklikdir. Bu baxımdan ayədə 
övlad mal ilə eyniləşdirilir. Yəni onun istək və tələbat la rına 
uymaq da zikrdən uzaqlaşdırır. Allah-Təalanın buyur duq-
larını  etmək,  yasaqladıqlarını  da  etməmək  zikrdir.  Övlad 
və onunla bağlı məsələlər valideynin qəlbini məşğul, daha 
dəqiq  desək,  işğal  etdikdə  orada Allaha  yer  qalmır.  Qəlb 
Onu unudur. Onu unutmaq Onun əmr və yasaqlarını da 
xatırlamamaqdır.
Ən  böyük  təhlükə də budur. Çünki  unudulan  heç nə 
itirmir, itirən ancaq unudandır. “Allahı unutduqlarına görə, 
Allahın  da  onları  özlərinə  unutdurduğu  kimsələr  kimi 
olmayın. Fasiqlər elə onlardır” (əl-Həşr, 19).
Nəfsini qurd, canavar bil;
Rəbbindən tut, Havadar bil.
Bu dünyanı dörd divar bil;
Nə döşəmə, nə dam eylə.
İnsanlar qaçmadıqca,
Nöqsanlardan qaçmadıqca,
Asanlardan qaçmadıqca,
Çətinliklər davam eylər.


113
Ana da, ata da, övladın dünyasından çox axirəti üçün 
çalışmalıdırlar.  Bu  zaman  öz  Axirətləri  üçün  də  çalışmış 
olurlar.
Lakin övladdan fərqli olaraq, valideynlər, xüsusən də 
analar Allahı unutduran deyil, xatırladan varlıqlardır. Hə-
disdə buyuruldu: “Kəbəyə baxmaq ibadətdir, anaya­ataya 
baxmaq  iba dətdir,  Allahın  Kitabına  baxmaq  iba dətdir.” 
Göründüyü  kimi,  valideynlərin  üzünə  baxmaq  Allah-
Təalanın  evinə  və  Kitabına,  yəni  Kəbəyə  və  Qurana  bax-
maqla  eyni  tutu lur.  Başqa  cür  ola  da  bilməz.  Çünki  yer 
üzündə  şükrə  layiq  olan  yeganə  məxluqa  iltifat  və  itaət 
yerdə də, göylərdə də şükrə layiq olan yeganə Xaliqə iba-
dət sayılır.” “Ataya itaət Allaha itaətdir. Ataya asi olmaq 
Allaha  asi  olmaqdır”  (hədis).  Hər  bir  ibadət  isə,  öncədən 
qeyd etdiyimiz kimi, zikrdir, Allahı xatırlamaqdır. Məbudu 
unudan  ibadət  edərmi?  Vali deynə  sayğı  həm  də  elə  bir 
ibadətdir ki, bu zaman övladın mömin olması tələb edil-
diyi  halda  ana-atanın  imanlı,  yaxud  iman sız  olması  əhə-
miyyət daşımır. “Üç şey var ki, onların heç birində heç kimə 
güzəşt yoxdur: 1) müsəlman da olsa, kafir də olsa, onunla 
bağlanan əhdə vəfada; 2) müsəlman da olsa, kafir də olsa, 
anaya­ataya  ehtiram  və  ehsanda;  3)  müsəl man  da  olsa, 
kafir də olsa, əmanətə sədaqətdə” (hədis).
Mömin doğur hər cür ana,
Hər doğuş bir ibadətdir.
Çıx bətnindən, gir qoynuna,
Hər ağuş bir ibadətdir.
Hər böyüyə şəfqətlə bax,
Onlar baxan riqqətlə bax,
Dikəlməyən bir qəddlə bax,
Hər baxış bir ibadətdir.


114
Yolçu, bu yol ağrılıdır,
Çox ananı o ağladır
Bu yol yalnız yuxarıdır –
Hər yoxuş bir ibadətdir.
Valideynə bağlılıq tam olmalı, təkcə maddi deyil, mə-
nəvi  əlaqələri  də  əhatə  etməlidir.  Yoxsa  ibadət  sayılmaz. 
Maddi tələbatları ödəməklə iş bitməz. Bunu müxtəlif qu rum-
lar, yad kimsələr də edir. Övladdan umulan, ilk növbədə, 
mənəvi ehtiyacların ödənilməsidir. Bu isə dün yəvi olan heç 
bir şeyi ana və atadan üstün tutmamaqla mümkün olur.
İbrət
Həzrət Fatimə binti Musənna 12-ci əsrdə yaşamış xa nım 
vəlilərdəndi.  Xurma  budaqlarından  tikilmiş  bir  komada 
qalırdı. Onun haqqında Muhyiddin Arabi həzrətləri yazır: 
“Hüzuruna  məndən  başqa  kimsənin  girməsinə  müsaidə 
etməzdi”. “Nə üçün yalnız ona izin verirsiniz, başqalarına 
müsaidə etmirsiniz?” deyə sorulduqda buyurdu: “Başqa-
ları  yanıma  gəldikləri  zaman  yarım  olaraq  gəlirlər.  Yəni 
özləri gəlirlər, fəqət qəlbləri işlərinin, dünyalıqlarının, evlə-
rinin,  ailələrinin  yanında  qalır.  Ancaq  Muhəmməd  ibn 
Arabi mənim övladımdır. Gözümün nurudur. Yanıma gəl-
diyi zaman tam gəlir. Oturduğu zaman tam oturur. Digər-
ləri kimi geridə bir şey buraxmaz. Düşüncələri, qəlbi geridə 
qalmaz”.
Gündən-günə  gözəlləşən  bu  fani  dünyada  yaxşı  ata, 
yaxşı  ər  olmaq  hər  oğulun  işi  deyildir.  Fəqət  yaxşı  oğul 
olmaq daha zordur. Bu bir həqiqətdir ki, valideyn nə qədər 
pis  olsa  da,  onun  ucbatından  övlad  lənətlənməz:  “Allah 
flan kəsin balasına lənət etsin” deyən çoxmu? Amma bir çox 
valideynlər  pis  övlada  görə  qarğış  hədəfi  olarlar.  “Allah 
filankəsi əkənə lənət etsin! “ deyənlər azmı?


115
Ha öyünsək, bir şey məlum:
yer cənnət, nə biz məsum.
Fəqət ana, o pakdan pak,
Zalimini sevən məzlum.
Hədis
Rəsulullah (salləllahu aleyhi vəsəlləm) buyurdu: “Atasına 
söyənə Allah lənət etsin! Anasına söyənə Allah lənət etsin!” 
Dedilər: “Ey Allahın Rəsulu! İnsan da ana-atasını söyərmi? 
Buyurdu: “Kişi filankəsin atasını söyər. O da qayıdar bunun 
atasına  söyər.  Kişi  filankəsin  anasını  söyər,  o  da  qayıdar 
bunun anasını söyər”.
Dünya kimin anasısa,
Yetim qalır, tənha olur.
Dünya kimin sonasısa,
Susuz qalır, təşnə olur.
Dünya kimin atasıdı,
Bu ən böyük xətasıdı.
Dünya kimin qudasıdı,
Şeytan ona yeznə olur.
Yaxşısansa minnət etmə.
Yamansansa sənət etmə.
Kafirə də lənət etmə,
Bəlkə əhli-tövbə olur.
Ey Allah yolçusu! Bu yolçuluğunda ilk kövrək addım-
larını atmağı bacardınsa, yəni anana-atana həqiqi övlad ola 
bildinsə, onda daha sabit qədəmlərə keçmək, yəni Rəbbinə 
gerçək  qul  olmaq  zamanı  gəldi.  Zatən  övladlığın  özü  də 
bəndəliyə  daxildir.  Çünki  Haqq  yol  yol  Sahibinə  səmimi 
qulluqdan başqa bir şey deyildir.
Yolçu yolda gərək!


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə