I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə31/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   27   28   29   30   31   32   33   34   ...   69

124
sadədi bu gen torpaq,
Eyləsək də tapdaq-tapdaq.
Örtər bizi, özü çılpaq,
Xortdanlardan olmayalım.
Mələklər  Allah  Rəsuluna  (salləllahu  aleyhi  və  səlləm
“Qul peyğəmbərmi, yoxsa hökmdar peyğəmbərmi olmaq 
istəyirsən?”  təklifində  bulunduqları  zaman  o  Həzrət  qul 
peyğəmbər olmağı seçdi və son nəfəsədək bu seçimə sadiq 
qalıb bir an da qulluqdan, ibadətdən ayrılmadı, azaltmadı. 
Onun həqiqi varisləri məhz bu yolla gedənlər, qul olmağı 
alim  olmaqdan  öndə  tutanlardır.  Çünki  “Allah­Təala  bir 
alimə  elm  ehsan  edincə,  peyğəmbərlərdən  söz  aldığı  kimi 
ondan da söz alır” (hədis).
Sadə ol, ibadət şirin görsənər,
Ən dayaz yerin də dərin görsənər.
Daim dərəcəndən aşağı əyləş,
Bütün məclislərdə yerin görsənər.
İbrət
İmam Rza (aleyhissəlam) bir gün hamamda yuyu nar kən 
bir əsgər gəldi. İmama tərəf dönərək başına su tökməsini 
xahiş etdi. Həzrət “yaxşı” deyərək əsgərin başına su tök-
məyə başladı.
İmamı  tanıyanlar  durumu  görüncə  çox  üzüldülər  və 
“Ey əsgər, sən özünə xidmət etdirdiyin zatı tanıyırsanmı? 
O kimsə Əliyyul-Murtəza və Fatimətüz-Zəhra həzrət ləri nin 
nəvəsi İmam Əli Rzadır. Sən nə etdiyinin fərqindəmisən?” 
dedilər. Əsgər bu sözləri eşidincə xətasının böyüklüyünü 
anladı.  Həzrətin  ayaqlarına  qapanaraq  ağlaya-ağlaya: 
“Aman,  ağam!  Nə  üçün  özününzü  tanıtmadınız?  Cəhalət 
və qəflətimi nə cür əfv etdirə bilərəm? Lütfən məni bağış-
layın” – deyib üzrlər dilədi.
İmam (aleyhissəlam) onu qaldırdı, başını oxşayaraq bu-
yurdu:  “Əsla  üzülmə!  Bir  müsəlmana  xidmət  etmək  hər 


125
kəsə  savab  qazandırdığı  üçün  sənə  xidmət  etməyi  sevə-
sevə qəbul etdim”.
İnsanlar  azacıq  etsə  təfəkkür,
Azacıq  olsa da etməz təkəbbür.
Bətndən lüt çıxıb, qəbrə lüt girər,
Xəlq edən, həşr edən Allaha şükür!
İnsan şüurludur, buna sözüm yox,
İnsan qüsurludur, danan üzüm yox.
Palçıqdan yarandı, çirkdən törəndi,
Fəqət qürurludur, buna dözüm yox.
“rəhmanın  qulları  o  kəslərdir  ki,  onlar  yer  üzündə 
təvazö ilə yeriyər” (əl-Furqan, 63) ayəsi göstərir ki, ən gözəl 
təvazö  təklikdə  yox,  insanlar  arasında  olarkən  göstərilən 
təvazödür.  Çünki  qeyri-təvazö,  qürur,  təkəbbür  ilk  növ-
bədə başqalarına münasibətdə üzə çıxır və belələrinin ən 
çox istəmədikləri, özlərinə sığışdırmadığı şey məhz ictimai 
yerlərdə, digər insanların yanında qürurlarının sındırıl ması, 
heysiyyətlərinin əzilməsidir. Bütün Adəm övladlarını eyni 
şeydən yaradan Uca Allah isə hər kəsin əslinə dönməsini, 
saxta qürurlardan, süni heysiyyətlərdən, bir sözlə sonra dan 
qondarılan hər cür qeyri-təbii ədalardan qurtulmasını istə-
yir. “İnsanlardan (təkəbbürlə) üzünü çevirmə, yer üzündə 
lovğa­lovğa  yerimə.  Həqiqətən,  Allah  heç  bir  özündən 
razını, lovğalanıb fəxr edəni sevməz. Yerişində müva zi nət 
gözlə” (Loğman, 18-19). 
Yolçu  yerişindən  bəllənər.  Allah  yolçusu  təvazö  ilə 
addımlarsa, Allaha doğru, təkəbbürlə addımlarsa, Allaha 
qarşı yeriməkdədir.
Hanı bu dünyada qürrələnənlər,
O biri dünyada qüssələnənlər?
Orda baş soxmağa yer tapmayacaq
Burda baş qaldırıb qüllələnənlər.


126
Dünya ovlamasın qarmaqla səni,
Şeytan tovlamasın qaymaqla səni.
Şəhadət barmağı Rəbbə işarət,
Millət göstərməsin barmaqla səni.
2. (“rəhmanın qulları o kəslərdir ki,) cahillər onlara 
söz atdıqda “salam” deyərlər (əl-Furqan, 63). 
Əslində  bu  ayə  müstəqil  deyil,  “rəhmanın  qulları  o 
kəslərdir ki, yer üzündə təvazö ilə yeriyər” (əl-Furqan, 63
ayəsinin içindədir və ehtiva etdiyi məna da məhz təvazö ilə 
əlaqədardır. Onu ayrıca bir sifət kimi verməyimizin səbəbi 
isə budur ki, ictimai münasibətlər öz qaydasında olarkən 
büruzə verilən təvazö, həmin münasibətlər öz qaydasında 
olmayanda  büruzə  verilən  təvazöylə  eyni  deyildir.  Başqa 
sözlə, sənə sataşan, səni incidən bir cahil qabağına çıx ma-
dıqca  həmişəki  təvazö  halınla  cəmiyyətdə  gəzib  dolaşır-
san, bəs qarşını bir eləsi kəsib ünvanına haqsız ittihamlar, 
nalayiq sözlər yağdırsa, onda necə, əvvəlki halını qoruyub 
saxlaya biləcəksənmi?
Cahil sənə sitəm eylər,
Sən cahilə salam eylə.
Rəbbin sənə kərəm eylər,
Rəbbinlə sən kəlam eylə.
Cəmiyyət  rəngarəngdir,  hər  cür  insanlarla  doludur, 
üs təlik Allah-Təala Öz qullarını sınayan, içlərini üzə çıxar-
maqla imtahan edəndir. Şeyx Əbul Fazil Əhmədi həzrət ləri 
buyurdu: “Bəzi xətalar var ki, onların kəffarəsi ancaq xalqın 
insan şərəfinə toxunan sözləridir. Sizə pislik edənlərə qarşı 
qəzəbə gəlməkdən nəfsinizi qoruyun. Bunu bilin ki, o sizə 
sataşanlar Rəbbinizin arzusu ilə sataşmaqdadırlar”.


127
İbrət
Biri gələrək Yəman ibn Müaviyətül-Əsvəd həzrətlərinə 
sataşdı.  Yanındakılar  mane  olmaq  istədilər.  Qoymadı. 
“Bura xın ürəyini boşaltsın” dedi.
Sonra əllərini açdı: “Allahım, bu adamı mənə sataş dı ran 
hansı günahımdısa, bağışla” – deyib yalvarmağa başladı.
Xalqdan gələn hər cür qınaq
Ya cəzadı, ya da sınaq.
Könül evdi, bəla qonaq,
Mehman üçün məqam eylə.
Vəki  ibn  Cərrah  həzrətlərinin  qabağına  biri  çıxıb  ona 
əziyyət etdikdə dərhal oradaca oturar, başına torpaq saçar: 
“Əgər Allaha qarşı günahım olmasaydı, Allah bunu başıma 
müsəllət etməzdi” deyərək istiğfarda bulunar, onu incidən 
şəxs susub gedənə qədər Rəbbindən bağışlanmasını dilərdi.
Göründüyü kimi, böyüklərimiz cahillərin hücum larına, 
təzyiqlərinə məruz qaldıqda səbəbini özlərində arayar, on-
ları deyil, nəfslərini töhmətləyər, hətta bu hallarında belə o 
cahillərlə yox, Allahla olardılar. Şübhəsiz ki, bu, nəfsə zor 
gələn işdir və dövrümüzdə buna qatlanan çox azdır.
Səni iqrar eyləməzlər,
Sənə ilqar eyləməzlər,
Sənlə iftar eyləməzlər;
Sən inkar yox, ikram eylə.
İbrət
Bir gün Bəyazid Bistami həzrətləri müridləriylə bir dar 
küçədən keçirdi. Qarşılarına bir köpək çıxdı. Həzrət kənara 
çəkilib ona yol verdi. Müridlər bu hala bir məna verə bil-
məyib hikmətini sordular. Buyurdu ki: “O it qarşıdan gə-
lirdi, hal lisanıyla dedi: “Ey Bəyazid! Məndə nə əskiklik var 
ki, əzəli aləmdə mənə it dərisini rəva gördülər. Səndə nə 
artıqlıq var ki, sənə insanlıq, müsəlmanlıq və şeyxlik xələ-


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə