I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə32/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   28   29   30   31   32   33   34   35   ...   69

128
tini geyindirdilər. Halbuki tərsinə də ola bilərdi.” İçimə bir 
əndişə doldu, odur ki, çəkilib yol verdim”.
Baxışlar buz, gözlər oddu,
Sifətlər boz, sözlər coddu.
Bəşər bu gün sanki qurddu;
Ya Rəbb, bizi adam eylə.
“Cahillər  onlara  söz  atdıqda  “salam”  deyərlər”  ayə-
sində iki söz – “cahillər” və “salam” diqqətçəkicidir. Allah-
Təala söz atanları cahil adlandırır. Sözün dəyərini anla ma-
maq, həqiqətən, böyük cəhalətdir. 
Aran əhli, dağ əhliyik,
Şəhər əhli, bağ əhliyik,
Ləqəb əhli, lağ əhliyik,
Bizi əhli-İslam eylə.
Həkim və Qadir Rəbbimiz sözdə elə bir hikmət, elə bir 
qüdrət yerləşdirmişdir ki, kimin dilinə qoyulmasından asılı 
olaraq sahibini endirər, yaxud ucaldar, Cəhənnəmlik, yaxud 
Cənnətlik  edər.  Çox  zaman  davanı  sülhə,  sülhü  davaya 
çevirən sözdür. Uca Allah buyurdu: “Qullarıma de, gözəl 
sözlər danışsınlar. Çünki şeytan aralarını vurmaq istər” 
(əl-İsra, 53). Uca Rəbbimiz Öz qullarının gözəl sözlər danış-
masını istəyir. Sözün gözəli, şübhəsiz ki, Allahın kəlamı dır, 
hədislərdir. Onun qulu olmağı umanlar, ilk növbədə, dillə-
rini tutmalı, hər sözə diqqət etməli, bütün hüznlərin başı 
dünya olduğu üçün, zəruri hallar istisna olmaqla, dünyəvi 
söhbətlərdən imkan daxilində qaçmalıdırlar.
İbrət
Rəbi ibn Heysəm həzrətləri iyirmi il dünya kəlamı söy-
ləmədi.  Daim  yanında  kağız,  qələm  gəzdirərək  gündüz 
danışdıqlarını  yazar,  axşam  olan  kimi  içərisində  dünya 
kəlamı olub-olmadığını araşdırıb nəfsini hesaba çəkərdi.


129
Sözün surəti var, mənası vardır;
Surətə uyanlar zina əhlidir.
Sözün qeyrəti var, zinası vardır;
Qeyrətə uyanlar məna əhlidir.
Bəşər dayanıbdı sanki buz üstə,
Yapışıb bir sapdan, durub biz üstə.
Qırğındı beş-altı arşın bez üstə;
Hələ söz anlamır, ana əhlidir.
Digər bir ayədə buyuruldu: “Allah pis sözün dilə gəti­
rilməsini  sevməz”  (ən-Nisa,  148).  Mömin  ayıbları  tökən, 
nöqsanları araşdıran biri deyildir. Bunları edən Rəhmanın 
qulu yox, Şeytanın köləsi olur. Çünki belə şeylər Şeytanın 
istədiyidir. Həqiqi qul onu pisləyəni pisləmək xətti tut ma-
malıdır. Belə edərsə, aradakı fərq itər. Bu da sirr deyil ki, 
bədxah  adamlar  kimisə  aşağılamaq  istədikdə,  onun  olan 
eyiblərini bəyan etməklə kifayətlənmir, olmayan eyib lə rinə 
dair yalanlar da uydurur, iftira yaxırlar. Aşağılanan, ayıb la-
nan kimsə həmin bədxahın cavabını verməyə qalxdıqda şey-
tanın qurduğu tələyə düşür, yəni qızışıb eyni xətanı tək rar-
lamalı olur. Halbuki Allah buyurdu: “Ey iman gəti rənlər! 
Allahdan qorxun və doğru söz söyləyin!” (əl-Əhzab, 70).
İbrət
Birisi  Bəkb  ibn  Abdullah  əl-Muzəni  həzrətlərinə  pis 
sözlər söylədi. O isə susdu. Həmin şəxs daha da irəli getdi. 
Həzrətdən: “Nə üçün susursan, cavabını vermirsən? – deyə 
sordular. Buyurdu: “Mən onun haqqında pis bir şey bilmi-
rəm ki, ona qarşılıq və cavab verim. Həmçinin, onun haq-
qında  yalan  şeylər  deyib  asıb-kəsməm  də  mənə  halal 
deyildir”.
Kim əziz tutmasa xətrini sözün,
Kim əgər qanmasa qədrini sözün,
Kim əgər duymasa ətrini sözün,
Ətir aləminin, sanma, əhlidir.


130
Dünya dayanmayıb özü öz üstə,
Dünya dayanıbdır doğru söz üstə.
Söz yeri bilənə yer var göz üstə;
Yer əhli deyil o, səma əhlidir.
İbn Abdullah əl-Muzəni həzrətlərinin “Onun haqqında 
pis  bir  şey  bilmirəm”  sözü  həqiqi  qula  yaraşan  sözdür. 
Çünki  pis  şeyi  bilmək  üçün  araşdırmaq  gərəkdir.  Bu  isə 
möminlərə  yasaqdır.  Bu  sözlər  də  Həzrətə  məxsusdur: 
“Əgər sənə ikramda bulunan və hörmət göstərən müsəl­
man  qardaşlarınla  qarşılaşsan,  “bu,  Allah­Təalanın  bir 
eh sa nıdır”  de.  Əgər  onlardan  cəfa  görsən,  “bu,  etdiyim 
bir günahdan dolayıdır” de. Həzrətin yuxarıda xatırlat dı-
ğı mız “Mən onun haqqında pis bir şey bilmirəm ki, ona 
qarşılıq  verim”  sözü  öz  ünvanına  deyilən  ittihamı  inkar 
etmədiyi kimi də anlaşıla bilər. Şeyx Əli Kazeruni həz rət-
lərinin belə söylədiyi rəvayət edilir: “Bir kimsə özü barədə 
deyilən pis liklərə, özündə olmasa belə, “doğrudur” deməsə, 
o bu yolda bir salik (yolçuluğa yeni başlayan) ola bilməz”.
Səni söyənləri inkar eyləmə,
Səni öyənləri iqrar eyləmə.
Sən Haqdan qeyri söz izhar eyləmə:
Haqq əhli həmd ilə səna əhlidir.
İbrət
“Bir gün İmam Zeynəlabidin (aleyhissəlam) məsciddən 
qayıdarkən  bir  şəxs  qarşısını  kəsib  ünvanına  ədəbsiz  və 
əsası olmayan sözlər dedi. Qulamları onu döymək istə sə lər 
də, İmam onları saxladı və həmin şəxsə dönərək buyurdu: 
“Bizim gizli işlərimiz sənin bildiklərindən də çoxdur”.
Həmin  adam  utanaraq  dedi:  “Vallahi,  sən  həqiqətən 
imamsan.  Bu  fəziləti  Rəsulullahın  övladlarından  başqası 
göstərə bilməz”.
İbrətlərdən  göründüyü  kimi,  böyüklərimiz  cahil  bəd-
xahların təkzibinə yox, tərbiyəsinə, ifşasına deyil, islahına 
önəm vermişlər. Böyüklük də məhz budur. Pislik pisliklə 


131
yuyulmaz. İnsanlara ancaq yaxşılıqla təsir etmək müm kün-
dür. Dövrümüzdə insanlar özlərini özləri kimilərinin qar-
şısında təmizə çıxarmaq üçün dəridən-qabıqdan çıxır, mal, 
mövqe, məhkəmə və sair bu kimi təsir-təzyiq vasitələrin dən 
istifadə edərək barələrində deyilən yalanların, yaxud ger-
çəklərin əksini sübut etməyə can atır, bəzən aylarla, illərlə 
uzanan çəkişmə proseslərinə vaxt, əsəb, pul xərcləməkdən 
yorulmurlar. Halbuki önəmli olan xalqın yox, Xaliqin qiy-
mətidir. O isə bütün həqiqətləri bilir. Əsil divan da Onun 
hüzurunda  qurulacaq.  Kimin  pak,  kimin  napak  olduğu 
orada  bəllənəcək.  Dünyada  bir  kəlməylə  yoluna  qoyula 
biləcək  mübahisələri  həftələrlə,  aylarla  uzatmaq  aqillərə 
məxsus hərəkət deyildir. “o kəslər ki, sözü dinləyib onun 
ən gözəlinə uyarlar. onlar Allahın doğru yola yönəltdiyi 
kimsələrdir. Ağıl sahibləri də elə onlardır” (əz-Zumər, 18).
İbrət
Bir gün bir adam Rəbi ibn Heysəmə pis sözlər söylədi. 
Sakitcə dinləyib buyurdu: “Söylədiklərini Allah-Təala eşi-
dir. Əgər mən Cənnət ilə aramdakı əngəlləri aşıb Cənnətə 
girərəmsə, sənin sözlərinin mənə zərəri yoxdur. Sirat kör-
püsündən keçə bilməzsəm, anlaram ki, sənin söylədik lə rin-
dən də pis bir insanam”.
Rəbbi murad eyləməsə,
Qulda hüsn, camal olmaz.
Rəbbi imdad eyləməsə,
Qulda doğru amal olmaz.
Söz o deyil səlis ola,
Söz odur ki, xalis ola.
Ayə ola, hədis ola,
Qeyri sözdə kamal olmaz.
“Cahillər onlara (rəhmanın qullarına) söz atdığı za­
man  “salam”  deyərlər”  ayəsində  Allah-Təala  cahillərə, 
sadəcə, baş qoşmamağımızı deyil, həm də onları xoş üzlə 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə