I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə20/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

80
gözəl üsulu isə şəxsi nümunədir. İki fitnə, yəni övlad və mal 
birləşəndə bu birləşmədən doğa biləcək fəsadlar da təh lü-
kəli və qarşısıalınmaz həddə çatır. Odur ki, övladın başına 
ağıl qoymadan cibinə pul qoyan valideynlər özlə rini hansı 
seçim qarşısında qoyduqlarının fərqinə varmayan lardır.
İbrət
Rəvayət olunur ki, möminlərin əmiri Ömər ibn Əbdül-
əziz həzrətləri oğlunun min dirhəmə bir üzük qaşı aldığını 
eşitdi. Dərhal ona məktub yazaraq o qaşı satmasını, puluna 
min acı doyurmasını və ikidirhəmlik bir üzük alıb, üzərinə 
“Allah- Təala həddini bilənə mərhəmət etsin” yazdır ma sını 
buyurdu.
Oğlum, məndən sənə qalan
Bir az sözdü, para deyil.
Bir çoxu da çoxdan elan:
“Qatıq ağdı, qara deyil”.
Hər halında təvəkkül et,
Hər halına təşəkkür et.
Hər sözümü təfəkkür et:
“Şaxsey” deyil, “ura” deyil.
Həyat sənə meydan olsun,
Fayda ver ki, faydan olsun.
Ehsan etmək qaydan olsun;
Dərhal elə, sonra deyil.
Özgəni tərbiyə əslində özünütərbiyədir. Tərbiyəçi tər-
biyə  etdiyi  kimsəyə  söylədiklərini  özünə  də  aid  etmirsə, 
nümunə olmağa çalışmırsa, tərbiyəsinin əks nəticə ver məsi 
daha  gözləniləndir.  Tərbiyə  edilən  kimsə  övlad  olduqda 
məsələ qat-qat ciddiləşir. Çünki kiçiklər, adətən, eşitdik lə-
rindən çox gördüklərini götürməyə meyillidirlər. “onlara: 
“Allahın  nazil  etdiyinə  tabe  olun!”  deyildikdə,  onlar: 
“Xeyr, biz atalarımızın getdiyi yola tabe olacağıq!” – deyə 


81
cavab verərlər” (Loğman, 21)Ona görə də uşaqlar ana-ata-
larının  gözündə  Allah-Təalanın  hər  şeydən,  o  cümlədən 
maldan və hər kəsdən, o cümlədən övladdan üstün tutul-
duğuna daim şahid olmalı və özləri də bu ruhda tərbiyə 
edilməlidirlər.
İbrət
İbnül-Cəlla həzrətlərindən rəvayət olunur: “Mən ana-
atamdan məni Allaha hədiyyə etmələrini istədim. Onlar da: 
“Səni Allah-Təalaya hədiyyə etdik” – dedilər. Bir müd dət 
onlardan ayrıldım. Sonra məmləkətimə geri döndüm. Gecə 
vaxtı idi və yağış yağırdı. Evimizin qapısını döydüm. Atam 
içəridən  kim  olduğumu  soruşdu.  Mən:  “Oğlun  Əhməd” 
dedim. Atam: “Bizim bir çocuğumuz vardı, onu Uca Allaha 
hədiyyə  etdik.  Biz  ərəb  millətindənik,  hədiyyə  etdiyimiz 
şeyi geri almarıq” dedi və qapını açmadı”.
Bir az səni tumarladıq,
Bir az yolu hamarladıq.
Səni Haqqa ismarladıq:
şəms ilə, nə mahla ol,
   
 
      Allahla ol!
Kim qismətə qane oldu,
Gerçəkdən o Haqqı buldu.
Haqq qatında hamı quldu;
Nə gədayla, nə şahla ol,
   
 
     Allahla ol!
Azyaşlı övladların öz valideynlərinə oxşamaq istəmə-
ləri, oxşamaları, onlarla fəxr etmələri təbii haldır. Vali deyn-
lər bundan bəhrələnməli, analar qızları, atalar da oğulları 
üçün əsl örnək olmağa çalışmalıdırlar. Ata tərbiyəsi kişilik 
məktəbidir. Dilimizdə “kişilik” anlayışı mərdlik, mübariz-
lik, bütövlük, namus, qeyrət, düzlük və digər gözəl key fiy-
yətləri ehtiva edir. Ata bu keyfiyyətləri özündə cəm edirsə, 


82
övlad  onunla  öyünməkdə  yanılmır  və  onun  tərbiyəsində 
zorluq yaşanmaz.
Kişi yüzdən beşi olmur,
Kişi olan vəhşi olmur.
Hər erkəkdən kişi olmur,
Kişilik macəra deyil.
Bu fəsildə Allah yolçusunun özündən çox valideynlə-
rindən  danışmalı  olduq.  Çünki  Allah  yolçuluğunun  ilk 
dövrü ana-atasız, yaxud onları əvəz edən kimsələrsiz təsəv-
vür edilməz. Bu dövrdə yolçular hələ ataların bellərində, 
anaların qarınlarında, yaxud onların böyürlərində, qucaq-
larında, arxalarındadırlar və müstəqil addım atmaları müm-
kün deyildir. Yerisələr belə, qədəmləri iz qoymayacaq qədər 
kövrəkdir. Ona görə də valideynin övlad üzərindəki qay ğı-
sını önə çəkməyimiz təbiidir. Növbəti fəslimizdə isə əksinə 
olacaq, yəni, inşaallah, övladın ana-ata qarşısındakı borcun-
dan bəhs edəcəyik. Zatən Allah yolçusunun müstəqil ad-
dımları  məhz  bu  borcun  dərkindən  və  icrasından  başlar, 
ta  qəbrədək  davam  edər.  Bunsuz  heç  bir  yolçu  mənzil 
başına çatmaz.
Sınaqlar çox, sərt və çətin,
Hər sınaqdan çıx mərd, mətin.
Haqdan ölüm umma qəti,
Ölüm haqdı, çara deyil.
Töhmət görsən, ağ bayraq ol,
Qiymət görsən, düş, torpaq ol.
Hikmət görsən, boş varaq ol,
Nə həkk olsa, yara deyil.
İstər sür şah həyat tərzi,
İstər də ol sadə dərzi,
Yadda saxla bircə dərsi:
Dünya bizim era deyil.


83
II FƏSİL
”AnA­ATAnA ŞÜkÜr ET”
   
 
 (Loğman, 14)
Sanma ləzzət mənbəyi,
Qadın izzət mənbəyidir,
Bu dünyada ana qədər
Kim fəzilət mənbəyidir?!
V
alideynə övladlıq Allaha bəndəlik kimidir. Vali-
deynə  qarşı  getmək Allaha  qarşı  getmək,  vali-
deynə  doğru  get mək Allaha  doğru  getməkdir. 
Çünki “Allahın riza və məm nun luğu ana­atanın (övlad dan) 
razı qalmasında, Allahın qəzəb və hiddəti də ana və ata nın 
qəzəblənməsindədir” (hədis). Allah-Təala Özünə qarşı edi lən 
bir çox günahları bağış la dığı halda valideynlərə qarşı bir 
“of” kəlməsini belə qəbul etmir. “ondan başqasına ibadət 
etməyin və valideyn ləri nizə ehsan edin. Əgər sənin ya­
nında onlardan biri və ya hər ikisi ixtiyar çağa yetişərsə, 
onlara “uf” belə demə” (əl-İsra, 23).
Haqq sevgidən sonrakı fərz
Valideyn sevgisidir.
Burda cəmdi ərş ilə ərz:
Dünya və din sevgisidi.
Bu sevdanın rəngi başqa,
Baxan yoxdu gözə-qaşa.
Burda hiss və şüur qoşa;
Qəlb və beyin sevgisidi.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə