I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə18/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   14   15   16   17   18   19   20   21   ...   69

72
Çox yalan fəcrə bu qul aldanaraq batdı qəmə,
uzun çəkdi gecəm, gerçək fəcir nədən gəlməz?
Dərd o vaxt buldu kamal, kamil onun həmdərdi var,
Fəqir anlar fəqiri, qeyri fəqir nədən gəlməz?
Ya biz arif deyilik, ya Ondan bir işarə yox,
Qarışıb röyalarım, doğru təbir nədən gəlməz?
Ayrılıq üzdü bizi, təsəlli yox, ümid vardır,
Hicranın əcri vüsaldırsa, əcir nədən gəlməz?
Dövrümüzdə  və  dövrəmizdə  nə  qədər  nurlu,  hissiy-
yatlı  uşaqlar  vardır.  Əgər  süddən  yenicə  kəsilmiş  bir 
çocuq  gecə  duraraq  özündən  xəbərsiz  yatağında  kamil 
səcdəyə gedirsə, yalnız Quranın ayələrini oxumaqla sakit-
ləşib, qorxmadan, səksənmədən yatırsa, başqalarının eşit-
mədiyi səsi eşidirsə, görmədiyi şeyləri görürsə, vali deyn-
lərin,  yaxın ların  Allaha  şükürlər  edərək  öz  qüsurlarını 
düzəltmək,  dinin  əmr  və  yasaqlarına  sarılmaq,  uşağı  da 
din biliciləri ilə məsləhət lə şib Allahın sevdiyi bir şəkildə 
boya-başa çatdırmaq əvəzinə onu cadu-pitiyə, yaxud iynə-
dərmana salıb korlamağın nə adı var? Nə yazıq ki, həqiqi 
könül sərraflarının ortada olmaması, yaxud görünməməsi 
könül dəllallarına meydan vermiş, müxtəlif falçıların, ca-
dugərlərin, saxta görücü lə rin, yalançı təbiblərin qol-qanad 
açmasına imkan yaratmışdır. Allah heç bir cəmiyyəti ger-
çək üləmasız, kamil mürşidsiz eləməsin. Millətin irşad və 
inkişafı onlara bağlıdır.
Bu hərracın dəllalı çox,
Yalnız sərraf istər könül.
Naşısı çox, cığalı çox,
Əqdi şəffaf istər könül.


73
Bu nə bazar, nə sövdədi,
İkibaşlı bir gövdədi.
İlk umduğu son tövbədi,
Sonra təvaf istər könül.
Cənnətlərdi cana əvəz,
Amma nəfs, amma nəfs
Bu dünyaya eylər həvəs,
İnsaf, insaf istər könül.
İbrət
Rəvayət olunur ki, Pir Muhəmməd Cəncəvi uşaq ikən 
birdən-birə insanlardan qaçmağa başlayır. Atası oğlunun bu 
halını görüb onu Şeyx Əbdülqaffar Əfəndinin yanına aparır.
Şeyx  uşaqdan  soruşur:  “İnsanları  görəndə  nə  üçün 
qaçırsan?” Uşaq deyir: “İnsanlar mənim gözümə vəhşi hey-
vanlar şəklində görünürlər. Məcbur olub qaçıram. Qaç ma-
sam, rahat ola bilmirəm”.
Şeyx  Pir  Muhəmmədin  atasına  toxtaqlıq  verib  deyir: 
“Qorxma, uşaqda qorxulu heç bir şey yoxdur. Allah-Təala 
onun  bəsirətini  –  qəlb  gözünü  açmışdır.  Hər  kəsi  həqiqi 
sifətində  görür.  İnsanların  çoxu  vəhşi  heyvan  təbiətində 
olduğundan,  onun  gözünə  olduqları  kimi  görünür.  Qoy 
mənim yanımda qalsın. İnşaallah, kamil bir insan olar”.
Hanı bir mürşidi-kamil, qulu Sultanə götürsün?
Könlüm quş, köksüm qəfəs, alsın gülüstanə götürsün?
Ayırıb qəlbi qəlibdən qula ehsanda bulunsun,
Cismimi dərdə salıb canımı dərmanə götürsün.
Dünya arxamca yüyürməkdə Züleyxasayağı,
Qapılar bağlıdı, bu məhbusu zindanə götürsün.
Heç nə verməz bizə zövq, kimsə bizi şad eləməz,
O yolun yolçuları getdi, o karvanə götürsün.


74
Kainat bir bağça-bağ, şübhəsiz, bir Bağbanı var,
Deyin bağ istəmirəm, qoy bizi Bağbanə götürsün.
Qaldırsın pərdələri, ayna tutub bətnimizə
Ruhumuz Haqq ilədir, nəfsimi imanə götürsün.
Var elə müşkülümüz, yox elmimiz idrak edək,
Əql əngəlsə, kərəm eyləyib divanə götürsün.
Bir məqam ummadayıq, ayıq başla yox yetişən
Əhli-hal qılsın qulu, mənzilə məstanə götürsün.
Alsın məndən məni, Ondan Onadır onsuz da yol,
Lütfü varsa fəqirə, Rəhim və Rəhmanə götürsün.
Uşağı  təkcə  öyrətmirlər,  ondan  həm  də  öyrənirlər. 
Bəzən  bir  uşağın  böyüyə  verdiyi  tərbiyə  böyüyün  uşağa 
verdiyindən qat-qat təsirli olur. Kiçiklərin qəfilcəsinə dediyi 
qəribə  sözlərə  qafilcəsinə  yanaşılmaz.  Çünki  yaşlılardan 
fərqli olaraq, çocuqlar saf və səmimi olduqlarından Allah-
Təala bəzi həqiqətləri onların dili ilə söylər. 
Elm öyrənilməsi heç zaman gec sayılmadığı kimi öyrə-
dənin  öyrənəndən  gənc  olması  da  utanc  hesab  edilməz. 
Elm tədrisində nə öyrədənin yaşı maneədir, nə də öyrə nə-
nin. Önəmli olan öyrədənə həssaslıq, öyrədilənə həvəsdir. 
Ulaqdan öyrən demirəm,
Hərçənd o da bir ibrətdir.
Uşaqdan öyrən deyirəm,
Arifə min işarətdir.
Sevdiyimiz dünyası yox,
Qiymətli bir əşyası yox,
Qəlbinə bax, riyası yox,
Hər təmizlik ibadətdir.


75
İbrət
Bir gün Əhməd Rifai həzrətləri yolda dava edən uşaq-
lara rast gəldi. Onları ayırdı və birindən kimin oğlu oldu-
ğunu  sordu.  Uşaq:  “Sənə  lazım  olmayan  şeyi  nə  edəcək-
sən?” – deyə cavab verdi. Həzrət: “Oğlum, Allah sənə xeyir 
versin.  Mənə  ədəb  öyrətdin”  –  söyləyə-söyləyə  oradan 
uzaq laşdı. 
Bax, nə söylər, nə soruşar,
Küssə də dərhal barışar.
Rəbbi onu danışdırar;
Hikmət bundan ibarətdir.
Əbu Muhəmməd Ruveym həzrətləri nəql edir: “Bir gün 
Bağdadın içi ilə gedirdim. Bərk susadım. Su istəmək üçün 
bir qəsrin qapısı önündə durdum. Bir oğlan uşağı qapıya 
çıxıb mənə su verdi. Alıb içdim. Oğlan qiyafəmə baxıb dedi: 
“Sufi  gördüm,  gündüz  su  içər.”  Bu  söz  ürəyimə  ox  kimi 
təsir etdi. Söylədənin kim olduğu mənə aydındı. Allahdan 
tövfiq dilədim. Ondan sonra ölüncəyə qədər gündüz təam 
yemədim, su içmədim”.
Hikməti yaxından, uzaqdan öyrən,
Demə ki, heyvandı, ulaqdan öyrən.
Yalana alışmış ağızlardan qaç,
Yenicə dil açan uşaqdan öyrən.
Tərbiyə doğmalıq və sərtliyin vəhdətini tələb edir. Hər 
müəllim  bir  valideyn,  hər  valideyn  də  bir  müəllim  kimi 
dav ranmazsa,  uşağın  təlim-tərbiyəsi  naqis  olar  və  dərhal 
olmasa da, gələcəkdə acı nəticələr verər. Gələcək dedikdə 
daha  çox  Axirəti  nəzərdə  tuturuq.  Dünyanın  onsuz  da 
gələcəyi  yoxdur.  Allah  Rəsulu  (salləllahu  aleyhi  və  səlləm
buyurdu  ki:  “Uşaqlarına  dinlərini  öyrətməyənlər  Cəhən­
nəmə girəcəklər”. Çünki övlad valideynə cavabdeh olmasa 
da, valideyn övlada cavabdehdir. 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə