I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə8/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   4   5   6   7   8   9   10   11   ...   69

31
İbrət
Muhəmməd Şuveymi həzrətlərinin yanına bir kişi gələ-
rək bir qadını sevdiyini, onunla evlənmək niyyətində oldu-
ğunu, lakin qadının onu qəbul etmədiyini söyləyib yardım 
istədi.  Həzrət  ona  boş  bir  otağı  göstərərək  buyurdu:  “Bu 
otağa  gir,  qapını  bağla.  Davamlı  olaraq  o  qadının  ismini 
söylə!”
O kişi buyurulana tabe oldu. Aradan bir müddət keçdi. 
Bir gün heç kəsin gözləmədiyi halda bir qadın gəldi, qapını 
döyərək dedi: “Mən filan qadınam. Sənin üçün gəldim, aç 
qapını!”
Amma indi də kişi onu qəbul etmədi. Dərgahdakı tələ-
bələrin  heyrətli  baxışları  altında  qadını  geri  qaytardı.  Bu 
hərəkətini isə belə izah etdi: “Bir halda ki sevdiyinin adını 
çox anmaqla ona qovuşmaq mümkündür, onda elə mənim 
üçün daha xeyirli olan Rəbbimi anıb Ona qovuşmaqdır”.
Bundan  sonra  o,  davamlı  olaraq,  Allah-Təalanı  zikr 
etməyə başladı. Beş gün ərzində qəlb gözü açıldı və böyük 
nemətlərə qovuşdu.
Kişilik, sadəcə, erkəklik deyil,
Qadınlıq, sadəcə, göyçəklik deyil.
Kişi də, qadın da quludur Onun,
Qeyri söz batildi, gerçəklik deyil.
Doğru  seçim  istəyə  bağlıdır.  “kim  istərsə,  rəbbinə 
qa yıdan yol tutar” (ən-Nəbə, 39)Yəni heç kəs üçün yasaq 
yoxdur. İrqindən, dinindən, millətindən, cinsindən, imka-
nın dan, mövqeyindən və digər fərqlərdən asılı olmayaraq, 
hər kəs Rəbbinə yaxınlaşmağı, qovuşmağı diləyə bilər. Yetər 
ki, diləsin. Fəqət “Aləmlərin rəbbi olan Allah istəməsə, 
siz  istəyə  bilməzsiniz”  (ət-Təkvir,  29)  ayəsinin  hökmünə 
görə, doğru seçim kimi doğru istək də insanın ixtiyarında 
deyil və bu hökm bir sıra digər ayələrdə də vurğu lan maq-
dadır. Sual doğur: əgər O istəmədən biz istəyə bilməriksə, 


32
onda bizim istəməyimizə yasaq qoyulmamasının nə önəmi 
qalır  və  istəyənlə  istəməyən,  yaxud  istəməklə  istəməmək 
eyni olmurmu? Bu suala Quran işığında aydınlıq gətir məyə 
çalışaq. 
Əvvəla, Allaha  yaxınlaşdıran  doğru  yolu  hamı  istəyə 
bilsə də, hər kəs istəmir və istəməyənlər istəyənlərdən qat-
qat  çoxdur.  İstəyən  ancaq  Onu  çağırar.  Kim  Onu  çağır-
mazsa, yaxud Ondan başqasını çağırarsa, deməli, istəyi yox-
dur. İstəməyənə də önəm verilməz. “De: “Duanız olmasa 
(onu çağırmasanız), rəbbim sizə nə deyib dəyər versin?” 
(əl-Furqan, 77). “Yalnız ona edilən dua haqdır. ondan baş­
qasını çağıranların duasına cavab verilməz” (ər-Rəd, 14).
Tutalım başdayam, hamıdan başda,
Əlimdən nə gələr, duadan başqa?
Xaliqə möhtacdır hər cürə məxluq:
İnsan da möhtacdı, heyvan da, quş da.
Beləliklə, Ondan istəməyənlərlə bağlı məsələ aydındır. 
Rəbbimizin dəyər vermədiklərinə biz də vaxt ayırmayaq. 
İkincilərə,  yəni  Ondan  istəyənlərə  gəldikdə  isə  bir  qədər 
geniş  şərhə  ehtiyac  vardır.  Sirr  deyil  ki,  Adəmoğlunun 
istəkləri çoxdur. Lakin onlar, bir qayda olaraq, nəfsanidir.
“Allah  istəməsə,  siz  istəyə  bilməzsiniz”  ayəsi  nəfsin 
istəklərini  deyil,  Allahın  istəklərini  nəzərdə  tutur.  Çünki 
Aləmlərin  Rəbbinə  yol  onlardan  keçir.  Rəbbini  istəyən 
Onun  istəyini  də  istəməlidir.  Bəs  nəfsin  istəkləri  Rəbbin 
istəklərindən  nəylə  fərqlənir? Allahın  Kitabında  bu  suala 
cavab  qısa  və  aydındır.  “Siz  dünyanı  istəyirsiniz,  Allah 
isə Axirəti istəyir” (əl-Ənfal, 67). 
Kim nəfsinə arxalanar,
Şeytanını yıxa bilməz.
Kim könlündən axtalanar,
Hurilərə baxa bilməz.


33
Bu dünyadan daralmayan,
Ayrılıqdan saralmayan,
Bulud olub qaralmayan
Rəhmət olub yağa bilməz.
Yalnız Haqdan zövq alanlar,
Yalnız Onu Haqq bulanlar,
Yalnız Ona qul olanlar
Başqasını ağa bilməz.
Rəbbinə yaxın olmaq istəyənlər hər halda anlayırlar ki, 
Allahın  dəvət  etdiyi  özlərinin  can  atdığından  xeyirlidir. 
Lakin nəfslərinə güc gəlib o dünyanı, heç olmasa, bu dünya 
qədər sevə bilmirlər. “Qullarım məni səndən sorarlar, de: 
“Mən yaxınam, Məni çağırsalar, cavab verərəm. Qoy onlar 
da  düz  yolla  gedənlərdən  olmaq  üçün  mənim  dəvətimi 
qəbul edib mənə iman gətirsinlər” (əl-Bəqərə,186).
“Mən” demə; möminin zilləti budur.
“Allah” de; möminin izzəti budur.
Dünyasız qəlb ilə yaşa dünyada;
Dünyanın yeganə ləzzəti budur.
Quran ilahi dəvətdir. “Aləmlərə öyüddür. Sizdən doğru 
istiqamətdə olmaq istəyənlər üçündür” (ət-Təkvir, 27-28). 
İnsan Dəvətçini arzulayıb, dəvəti qəbul etməyi bacar mırsa, 
Allaha yaxınlaşmağı istəyib, Ona aparan yeganə yolu istəyə 
bilmirsə,  o,  doğru  istiqamətdə  olmağı  diləmiş  sayılmaz. 
Kimsə ona bacarmadığını bacarmaq üçün yardımda bulun-
malı, istəyə bilmədiyini istətməlidir. Bu yardımçı isə Aləm-
lərin  Rəbbindən  başqası  deyildir.  Deməli,  diləyən  Odur. 
O diləməzsə, insan nəfsinə zor gələn şeyləri diləyə bilmir.
İbrət
Bəyazid  Bistami  həzrətlərindən  rəvayət  edilmişdir: 
“Haqq-Təala  həzrətləri,  hüzurunda  min  yerdə  məni  dur-


34
durdu.  Hər  dəfəsində  mənə  iki  cahanı  ərz  eylədi.  Mən: 
“İstəmirəm”, – dedim. Sonuncuda mənə buyurdu ki: “Ey 
Əba Yezid! Sən nə istəyirsən?”
Mən  də:  “Bir  şey  istəməməyimi  istəyirəm”,  –  dedim. 
Bu zaman: “Sən Mənim həqiqi və sadiq qulumsan”, – deyə 
buyurdu.
Yalnız onu diləyənlər
Yalnız Ondan dilər bunu.
Onu murad eyləyənlər
Yalnız Ondan bilər bunu.
Kim nəfsini fəda edər,
Yalnız o bir fayda edər.
Yaxşılığı qayda edər,
Yaddaşından silər bunu.
Arxalansa kim elminə,
Bilməz Dinin təməli nə?
Güvənmə min əməlinə;
Rəbbin bir-bir ələr bunu.
Doğru istiqamətdə olmağı diləyən kimsə bu diləyində 
səmimi olub-olmadığını sübut etməlidir. O, haqqı həqiqə-
tənmi  istəyir,  doğrunu  doğrudanmı  arzulayır,  yoxsa  bu 
istəyin, bu arzunun arxasında, yaxud altında, yəni qəlbdə 
başqa niyyət vardır? Çünki “Allah­Təala surətlərinizə və 
üzlərinizə baxmaz. Ancaq qəlblərinizə, daşıdığınız niyyətə 
və ixlasa baxar” (hədis).
“Mən”dən qurtul, ixlas odur,
Kim qurtulsa xilas olur.
Sanma qula bu xas olur;
Rəbbi qismət elər bunu.
Əgər niyyət düzdürsə, safdırsa, Allah-Təala o kimsənin 
qarşısıalınmaz istəyini ehtiyaca, tələbata çevirər, düz de yilsə, 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə