I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə55/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   51   52   53   54   55   56   57   58   ...   69

220
Bəzi din qardaşlarımız göz zinasından qurtula bilmə-
diklərini etiraf edərək bundan qorunmağın çarəsini soru-
şurlar.  Bilmək  gərəkdir  ki,  bu  dünya  gözə-göz,  dişə-diş 
dünyasıdır. Fərqinə varmasaq da, hər şeydə bir ilahi əda lət 
mövcuddur. Başımıza gələnlər başqalarının başına gətir dik-
lərimizin  qarşılığıdır.  Hər  kəs  yaşatdığını  yaşayır.  Özünə 
qarşı umduğun rəftarı özgələrə tətbiq etmədikcə umma dı-
ğın şeylərlə qarşılaşacaqsan. 
Zənənə zillənmək gözə zinadır,
Niyyət nikahdısa, bu istisnadır.
Baxma yad qızına yad gözlə bu gün,
Sabah o baxışlar öz qızınadır.
“Mənə olar, başqalarına olmaz” prinsipi Allah qatında 
keçərsizdir. Göz də, nəfs də hər insanda vardır. Özgələrin 
qadınlarına  göz  dikəcəksənsə,  sənin  də  qadınlarına  göz 
dikəcəklər. Özünkülərlə bağlı nə qədər qeyrətli olursan ol, 
qeyriləri ilə də o cür olmadıqca bu qeyrətin istədiyin nəti-
cəni  verməyəcəkdir.  Çünki  qoruyan  əslində  insan  yox, 
Allah-Təaladır.
Gözəlləri xəlq edən var;
Əbədidir, əzəlidir.
Torpaqlara qərq edən var;
Sanki payız xəzəlidir.
Onun qorumadığı, himayə etmədiyi, əl götürdüyü kim-
sələrə dərhal şeytan müsəllət olur və himayəsiz, müda fiə siz 
qalmış  qadınları  asanlıqla  aldadaraq  toruna  salır,  yaxud 
daha  cazibəli  göstərərək  onların  vasitəsilə  kişiləri  yoldan 
çıxarır. Odur ki, öz qadınlarını yad gözlərdən müdafiə et-
mək istəyən kişi yad qadınlara nəzər edərkən düşünmə li-
dir ki, özününküləri müdafiəsiz qoymuşdur. Başqa sözlə, 
özgə qadınlara pis nəzərlə baxanlar, əslində, o nəzərlə öz 


221
qadınlarına  baxdıqlarını  göz  önündə  tutmalıdırlar.  Hər 
qadın  öz  məhrəminin  alınmaz  qalası  kimi  olmalıdır.  Öz 
qalanı zəif düşürmək istəmirsənsə, özgə qalasında zəif yer 
arama. Hücum etmə ki, hücuma məruz qalarsan.
Hər qadını bir qala bil,
Ana, bacı və bala bil.
Hər qadını bir bəla bil,
Sezməsən də nizəlidir.
İbrət
Bir zərgərin çox namuslu, iffətli xanımı vardı, ev işləri 
ilə  məşğul  olar,  naməhrəm  kişilərə  əsla  görünməzdi.  Bir 
gün südsatanın tanış səsini eşidib süd almaq istədi. Adəti 
üzrə qapının arasından qabı uzadarkən gözləmədiyi halda 
südçü  şəhvətlə  biləyindən  tutdu.  Onun  bu  qəfil  cəsarəti 
qadına çox ağır gəldi. Südü südsatanın üzünə ataraq qa pını 
çırpdı. Otağa qapanıb əri evə gələnədək göz yaşı tökdü.
Axşam zərgər işdən qayıdanda əhvalatı anladaraq qə-
zəbli halda sordu: “De görüm, bu gün nə etmisən ki, südçü 
əvvəllər heç zaman etmədiyi bu işi gördü, başıma bunlar 
gəldi?”
Zərgər səmimi etirafda bulundu: “Düz deyirsən, sən dən 
nə gizlədim. Bu gün indiyədək etmədiyim bir hərəkəti et-
dim. Bir qadın bilərzik alırdı. “Taxa bilmirəm” deyib mən-
dən kömək istədi. Mən də bilərziyi onun biləyinə taxarkən 
əlindən daha çox tutmaq üçün bu işi ləng gördüm. Sənin 
də başına gələnlərin səbəbi budur”.
Miltək gözə girməyənlər,
Qəlb gözünü hörməyənlər,
Gözəlləri görməyənlər
Gözəllərin gözəlidi.
Uca Allah (Cəllə Cəlaluhu) buyurdu: “zinaya yaxın get­
məyin, şübhəsiz, o, fahişəlikdir və pis yoldur” (əl-İsra, 32). 


222
Ayədə “zina etməyin” deyil, “zinaya yaxın getməyin” ifa də-
sinin  işlənməsi  bu  günahdakı  təhlükənin  miqyası  barədə 
təsəvvür yaratmaqdadır. Alov nə qədər böyük olursa, onun 
yaxınlığından keçmək bir o qədər təhlükəli olur. Göz zinası 
nəhəng bir tonqala yaxınlaşmaqdır. Hər an yandıra bilər.
Göz kor olsa, qəbrədəkdir,
Göz şor olsa, zülmət sonsuz.
Göz ac olsa, sonlar şəkkdi,
Göz tox olsa, nemət sonsuz.
Naməhrəmə  baxanlar  anlamalıdır  ki, Allah  da  onlara 
baxır.  Əgər  baxışlarını  çevirmirlərsə,  deməli,  bu  anlayışa 
sahib deyillər, yoxsa ən azı həya edərdilər. İnsan nə qədər 
unutqan olsa belə, Rəbbinin heç nəyi unutmadığını unut-
mamalıdır.  Hansısa  xətamızın  bu  dünyada  üzümüzə  vu-
rulmaması Axirət günü də belə olacağına düşünməyə əsla 
əsas verməz. “Ey oğlum! Etdiyin əməl bir xardal dənəsi 
ağırlığında olsa da, bir daşın içində, yaxud göylərdə və 
ya yerin təkində olsa da, Allah onu (Qiyamət günü) üzə 
çıxarar” (Loğman, 16).
Hər üzdə bir göz yarası,
Hər baxışın öz yarası,
Hər yara da üz qarası,
Ləzzət qısa, töhmət sonsuz.
İbrət
Əbu Abdullah  Zərrad  həzrətləri  vəfatından  sonra  rö-
yada  görüldü.  Ondan:  “Allah-Təala  səninlə  necə  rəftat 
etdi?” – deyə sordular. Cavab verdi ki: “Məni hüzurunda 
dur durdu, dünyada işlədiyim və etiraf etdiyim bütün gü-
nah larımı ba ğışladı, ancaq etiraf etməyə utandığım bir gü-
na hımı  sax ladı.  Məni  üzümdəki  ətlər  tökülüncəyə  qədər 
hüzurunda tər içində dayandırdıqdan sonra əfv etdi”. Sor-


223
dular: “O gü nahın nə idi?” Buyurdu ki: “Bir gün gözəl bir 
üzə bax mış dım, onu ilahi hüzurda zikr etməyə həya etdim”.
Nəfsin odsa, dərya ara,
O oyaqsa, röya ara.
Qaç başqa bir dünya ara,
Zinası yox, ismət sonsuz.
Göz zinasını doğuran və artıran önəmli amillərdən biri, 
şübhəsiz, müasir qadınların geyimi ilə bağlıdır. Xüsusən, 
isti mövsümlərdə camaat arasına çıxmaq mömin kimsələr 
üçün işgəncəyə çevrilir. Açıq-saçıqlıq o dərəcədədir ki, sanki 
paltar sərgisindəsən, amma bilmirsən, burada paltarlarmı, 
yoxsa bədənlərmi nümayiş olunur.
Yay gəldi, şəhərə çıxası deyil,
Kimə söz deyəsən, qorxası deyil?!
Paytaxt özü boyda çimərlik olur,
Evdə də ekrana baxası deyil.
Allahın Kitabında, ümmətin kişilərindən fərqli olaraq, 
qadınlara təkcə baxışları naməhrəmdən çevirmək yox, həm 
də örtünmək əmr edilmişdir. “Ya Peyğəmbər! zövcə lə rinə, 
qızlarına və möminlərin övrətlərinə de ki, örtüklərini ört­
sünlər!” (əl-Əhzab, 59).
Maraqlıdır ki, örtünmə əmri zərif cinsin nümayən də ləri 
üçün gəlsə də, daha az örtünən elə onlardır. Müşahidələr 
göstərir ki, örtünən qadınlara qarşı göz zinaları, bir qayda 
olaraq, baş vermir. Odur ki, vəziyyəti islah etmək üçün ilahi 
əmrə uymaqdan və təqva libasına bürünməkdən başqa çarə 
görünmür. “Sizə libas göndərdik ki, həm abrınızı örtsün, 
həm  yaraşıq  olsun.  Və  təqva  libası  ki,  daha  xeyirlidir” 
(əl-Əraf,  26).  Təqva  libası  qara  və  soyuq  torpağa  bənzər. 
Bütün  ayıbları  örtməsə  də,  şəhvətləri  söndürər.  Bədən lə-
rini açıb, qəlblərini örtənlər bunu anlamaz.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə