220
Bəzi din qardaşlarımız göz zinasından qurtula bilmə-
diklərini etiraf edərək bundan qorunmağın çarəsini soru-
şurlar. Bilmək gərəkdir ki, bu dünya gözə-göz, dişə-diş
dünyasıdır. Fərqinə varmasaq da, hər şeydə bir ilahi əda lət
mövcuddur. Başımıza gələnlər başqalarının başına gətir dik-
lərimizin qarşılığıdır. Hər kəs yaşatdığını yaşayır. Özünə
qarşı umduğun rəftarı özgələrə tətbiq etmədikcə umma dı-
ğın şeylərlə qarşılaşacaqsan.
Zənənə zillənmək gözə zinadır,
Niyyət nikahdısa, bu istisnadır.
Baxma yad qızına yad gözlə bu gün,
Sabah o baxışlar öz qızınadır.
“Mənə olar, başqalarına olmaz” prinsipi Allah qatında
keçərsizdir. Göz də, nəfs də hər insanda vardır. Özgələrin
qadınlarına göz dikəcəksənsə, sənin də qadınlarına göz
dikəcəklər. Özünkülərlə bağlı nə qədər qeyrətli olursan ol,
qeyriləri ilə də o cür olmadıqca bu qeyrətin istədiyin nəti-
cəni verməyəcəkdir. Çünki qoruyan əslində insan yox,
Allah-Təaladır.
Gözəlləri xəlq edən var;
Əbədidir, əzəlidir.
Torpaqlara qərq edən var;
Sanki payız xəzəlidir.
Onun qorumadığı, himayə etmədiyi, əl götürdüyü kim-
sələrə dərhal şeytan müsəllət olur və himayəsiz, müda fiə siz
qalmış qadınları asanlıqla aldadaraq toruna salır, yaxud
daha cazibəli göstərərək onların vasitəsilə kişiləri yoldan
çıxarır. Odur ki, öz qadınlarını yad gözlərdən müdafiə et-
mək istəyən kişi yad qadınlara nəzər edərkən düşünmə li-
dir ki, özününküləri müdafiəsiz qoymuşdur. Başqa sözlə,
özgə qadınlara pis nəzərlə baxanlar, əslində, o nəzərlə öz
221
qadınlarına baxdıqlarını göz önündə tutmalıdırlar. Hər
qadın öz məhrəminin alınmaz qalası kimi olmalıdır. Öz
qalanı zəif düşürmək istəmirsənsə, özgə qalasında zəif yer
arama. Hücum etmə ki, hücuma məruz qalarsan.
Hər qadını bir qala bil,
Ana, bacı və bala bil.
Hər qadını bir bəla bil,
Sezməsən də nizəlidir.
İbrət
Bir zərgərin çox namuslu, iffətli xanımı vardı, ev işləri
ilə məşğul olar, naməhrəm kişilərə əsla görünməzdi. Bir
gün südsatanın tanış səsini eşidib süd almaq istədi. Adəti
üzrə qapının arasından qabı uzadarkən gözləmədiyi halda
südçü şəhvətlə biləyindən tutdu. Onun bu qəfil cəsarəti
qadına çox ağır gəldi. Südü südsatanın üzünə ataraq qa pını
çırpdı. Otağa qapanıb əri evə gələnədək göz yaşı tökdü.
Axşam zərgər işdən qayıdanda əhvalatı anladaraq qə-
zəbli halda sordu: “De görüm, bu gün nə etmisən ki, südçü
əvvəllər heç zaman etmədiyi bu işi gördü, başıma bunlar
gəldi?”
Zərgər səmimi etirafda bulundu: “Düz deyirsən, sən dən
nə gizlədim. Bu gün indiyədək etmədiyim bir hərəkəti et-
dim. Bir qadın bilərzik alırdı. “Taxa bilmirəm” deyib mən-
dən kömək istədi. Mən də bilərziyi onun biləyinə taxarkən
əlindən daha çox tutmaq üçün bu işi ləng gördüm. Sənin
də başına gələnlərin səbəbi budur”.
Miltək gözə girməyənlər,
Qəlb gözünü hörməyənlər,
Gözəlləri görməyənlər
Gözəllərin gözəlidi.
Uca Allah (Cəllə Cəlaluhu) buyurdu: “zinaya yaxın get
məyin, şübhəsiz, o, fahişəlikdir və pis yoldur” ( əl-İsra, 32).
222
Ayədə “zina etməyin” deyil, “zinaya yaxın getməyin” ifa də-
sinin işlənməsi bu günahdakı təhlükənin miqyası barədə
təsəvvür yaratmaqdadır. Alov nə qədər böyük olursa, onun
yaxınlığından keçmək bir o qədər təhlükəli olur. Göz zinası
nəhəng bir tonqala yaxınlaşmaqdır. Hər an yandıra bilər.
Göz kor olsa, qəbrədəkdir,
Göz şor olsa, zülmət sonsuz.
Göz ac olsa, sonlar şəkkdi,
Göz tox olsa, nemət sonsuz.
Naməhrəmə baxanlar anlamalıdır ki, Allah da onlara
baxır. Əgər baxışlarını çevirmirlərsə, deməli, bu anlayışa
sahib deyillər, yoxsa ən azı həya edərdilər. İnsan nə qədər
unutqan olsa belə, Rəbbinin heç nəyi unutmadığını unut-
mamalıdır. Hansısa xətamızın bu dünyada üzümüzə vu-
rulmaması Axirət günü də belə olacağına düşünməyə əsla
əsas verməz. “Ey oğlum! Etdiyin əməl bir xardal dənəsi
ağırlığında olsa da, bir daşın içində, yaxud göylərdə və
ya yerin təkində olsa da, Allah onu (Qiyamət günü) üzə
çıxarar” ( Loğman, 16).
Hər üzdə bir göz yarası,
Hər baxışın öz yarası,
Hər yara da üz qarası,
Ləzzət qısa, töhmət sonsuz.
İbrət
Əbu Abdullah Zərrad həzrətləri vəfatından sonra rö-
yada görüldü. Ondan: “Allah-Təala səninlə necə rəftat
etdi?” – deyə sordular. Cavab verdi ki: “Məni hüzurunda
dur durdu, dünyada işlədiyim və etiraf etdiyim bütün gü-
nah larımı ba ğışladı, ancaq etiraf etməyə utandığım bir gü-
na hımı sax ladı. Məni üzümdəki ətlər tökülüncəyə qədər
hüzurunda tər içində dayandırdıqdan sonra əfv etdi”. Sor-
223
dular: “O gü nahın nə idi?” Buyurdu ki: “Bir gün gözəl bir
üzə bax mış dım, onu ilahi hüzurda zikr etməyə həya etdim”.
Nəfsin odsa, dərya ara,
O oyaqsa, röya ara.
Qaç başqa bir dünya ara,
Zinası yox, ismət sonsuz.
Göz zinasını doğuran və artıran önəmli amillərdən biri,
şübhəsiz, müasir qadınların geyimi ilə bağlıdır. Xüsusən,
isti mövsümlərdə camaat arasına çıxmaq mömin kimsələr
üçün işgəncəyə çevrilir. Açıq-saçıqlıq o dərəcədədir ki, sanki
paltar sərgisindəsən, amma bilmirsən, burada paltarlarmı,
yoxsa bədənlərmi nümayiş olunur.
Yay gəldi, şəhərə çıxası deyil,
Kimə söz deyəsən, qorxası deyil?!
Paytaxt özü boyda çimərlik olur,
Evdə də ekrana baxası deyil.
Allahın Kitabında, ümmətin kişilərindən fərqli olaraq,
qadınlara təkcə baxışları naməhrəmdən çevirmək yox, həm
də örtünmək əmr edilmişdir. “Ya Peyğəmbər! zövcə lə rinə,
qızlarına və möminlərin övrətlərinə de ki, örtüklərini ört
sünlər!” ( əl-Əhzab, 59) .
Maraqlıdır ki, örtünmə əmri zərif cinsin nümayən də ləri
üçün gəlsə də, daha az örtünən elə onlardır. Müşahidələr
göstərir ki, örtünən qadınlara qarşı göz zinaları, bir qayda
olaraq, baş vermir. Odur ki, vəziyyəti islah etmək üçün ilahi
əmrə uymaqdan və təqva libasına bürünməkdən başqa çarə
görünmür. “Sizə libas göndərdik ki, həm abrınızı örtsün,
həm yaraşıq olsun. Və təqva libası ki, daha xeyirlidir”
( əl-Əraf, 26) . Təqva libası qara və soyuq torpağa bənzər.
Bütün ayıbları örtməsə də, şəhvətləri söndürər. Bədən lə-
rini açıb, qəlblərini örtənlər bunu anlamaz.
Dostları ilə paylaş: |