I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə51/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   47   48   49   50   51   52   53   54   ...   69

204
İbrət
İbrahim Həvvas həzrətlərindən rəvayət olunur: “Halal 
bir dolanışıq vasitəsi arayaraq balıq tutmağa başladım. Bir 
gün  qarmağıma  bir  balıq  düşdü.  Onu  çıxardım,  kənara 
qoyub,  qarmağımı  təkrar  atdım  və  bir  balıq  da  tutdum. 
Onu da kənara qoyub, qarmağı təkrar atmaq istəyəndə gizli 
bir səs eşitdim: “Bizi zikr edən varlıqları ovlayıb öldür mək-
dən başqa bir dolanışıq vasitəsi tapa bilmədinmi?” Dərhal 
qarmağı qırıb ovçuluğu tərk etdim”.
Zülm eyləyənlər bir duruxsunlar,
Dünyadan ötəri az vurnuxsunlar.
Xalqın qəhərini düşünməyirlər,
Xaliqin qəhrindən barı qorxsunlar.
Bəlxin  ən  məşhur  övliyalarından  İbrahim  ibn  Ədhəm 
həzrətlərinin  də  Bəlx  taxt-tacından  imtina  edərək  könül 
yolçuluğuna  başlamasının  səbəbini  ovçuluqda  üzləşdiyi 
bir hadisəylə əlaqələndirirlər. Belə ki, həzrət ov zamanı bir 
ceyranı qovarkən belə bir gizli səs eşitmişdi: “Vallahi, sən 
bunun üçün yaradılmadın, bununla əmr edilmədin”.
Qüdrət nə oxdadır, nə qurşundadır,
O nə sərkərdədə, nə qoşundadır.
Zalimə uğrasan, Allah arxanda,
Zalimlik eyləsən, O, qarşındadır.
Əslində, ovçuluq İslamda haram deyildir. Diləyənlər bu 
peşəylə məşğul ola bilər. Sadəcə, bu məşğuliyyət maddi ehti-
yacdan irəli gəlməli, faydalanmaq üçün olmalı, əylənmək 
niyyəti daşımamalıdır. ”Səndən hansı şeylərin halal edil­
diyini  soruşarlar.  De:  “Bütün  pak  nemətlər  sizə  halal 
buyurulmuşdur. Allahın sizə öyrətdiyi ilə təlim edib əhli­
ləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları da sizə halal­
dır. onların sizin üçün tutub gətirdiklərindən yeyin və 
ona  görə  Allahın  adını  çəkin”  (əl-Maidə,  4). Allah  (Cəllə 


205
Cəlaluhu) ovçuluğa izin verməklə yanaşı İhramda olan Həcc 
zəvvarlarına  bunu  yasaq  etmişdir.  “Ey  iman  gətirənlər! 
İhramda ovu öldürməyin” (əl-Maidə, 95). Lakin həqiqi könül 
yolçuları bu kimi məsələlərdə rüxsətlərə deyil, qadağalara 
etina  edərlər.  Onlar  bütün  yer  üzünü  hərəm,  özlərini  isə 
həmişə ihramda hesab edən kimsələrdir. Nəinki əti yeyi lən 
heyvanlara,  hətta  xırda  ziyanverici  həşəratlara  belə  qıy-
mazlar. Çünki həşəratın xırdalığını və zərərini deyil, onu 
Yaradanın böyüklüyünü və hikmətini görərlər.
Nə bilirsən həşəratdı?
Bəlkə, o da həzəratdı?
Yer üzünü sən Quran bil;
Hər həşərat işarətdi.
İbrət
Əhməd Rifai həzrətləri bir müridini bit və ya birə öl dü-
rərkən görsə deyərdi: “Səni Allaha götürmərəm. Qəzəbini 
bitdən, birədən çıxarırsan”.
Öz vücudunda hər hansı bir yerə bir ağcaqanad qonsa, 
onu  uçurmaq  istəməz,  başqasının  uçurmasına  da  imkan 
verməzdi, “buraxın, Haqqın ona qismət etdiyi qədər qanı 
içsin” – söylərdi.
Günəşdə yeridiyi zaman üzərinə bir çəyirtkə qonsa və 
keçib bədəninin kölgəli bir yerində dursa, onu halı ilə bura-
xırdı.  Ta  özü  uçub  gedincəyə  qədər  uçurmazdı.  Səbəbini 
soranlara deyirdi: “O bizə kölgələnməyə gəldi”.
Sanma ömür işgəncədi,
Dad qanana şəkər olur.
Sanma ömür əyləncədi,
Ancaq qanmaz bekar olur.
İstəsən bir iş qurasan,
Vacib deyil quş vurasan.
Ovçu olub ov arasan,
Nəfsin sənə şikar olur.


206
Hər canlının qiyməti var,
Haqq yanında qisməti var.
Hər nə görsən hikməti var,
Yaxşı baxsan, aşkar olur.
Başqasına qıyanlar nəfsinə qıymayanlardır. Böyükləri-
mizin hər cür canlıya xüsusi dəyər verməsi öz nəfslərinə 
heç bir dəyər verməmələrindən də irəli gəlir. Allahın on-
ları  həşərat  deyil,  insan  olaraq  yaratmasına  görə  daim 
Yara dana həmd-səna edir və bunun tərsinə ola bilməsini 
də  heç  vaxt  unutmurlar.  Təkəbbürlülərin,  özünü  böyük 
tutanların Qiya mət günü qarışqa biçimində həşr ediləcəyi 
və keçənlərin ayaqları altında tapdalanacağı rəvayət edil-
məkdədir.  Allah  üçün  insanı  məhv  etmək  insan  üçün 
həşə ratı  əzib  öldür mək dən  qat-qat  asandır.  Əgər Allahın 
mər həməti olmasaydı və hər kəs öz nəfsiylə baş-başa bu-
raxılsaydı, yer üzündə Adəmin nəsli çoxdan kəsilərdi. İn-
san etdiyi günahların əvə zində bu aqibəti qazanır. “Allah 
insanları zülmlərinə görə cəzalandırsaydı, bir canlını da 
sağ  qoymazdı.  Lakin  Allah  məlum  bir  vaxta  qədər  on­
lara möhlət verər” (ən-Nəhl, 61).
İbrət
Hz. İbrahim (aleyhissəlam) zina edən bir şəxsi görərək: 
“Allahım, onu həlak et!” – dedi. O da dərhal həlak oldu. 
Sonra ikinci, ardınca üçüncü şəxsi də günah işləyən görüb 
onların  da  həlakını  istədi.  Allah  Öz  xəlilini  qırmayaraq 
onları  da  həlak  etdi.  Lakin  İbrahim  (aleyhissəlam)  günah 
edən dördüncü adamın da həlakı üçün dua edəndə Allah-
Təala  onu  saxladı:  “Dur,  ya  İbrahim!  Hər  günah  işləyəni 
həlak etsəydim, yer üzündə kimsə qalmazdı. Günah işlə-
yənə möhlət verərəm. Tövbə edərsə, qəbul edərəm, günahda 
israr  edənlərin  əzablarını  təxirə  salar,  axirətə  saxlaram. 
O mənim mülkümdən çıxmayacaqdır”.


207
Haqsız, ey qul, qıyma cana,
Nə haqq sənin, nə can sənin.
Bais olma nahaq qana,
Nə göz yaşı, nə qan sənin.
Ağladan O, güldürən O,
Dirildən O, öldürən O.
Bətnə salan, sildirən O,
Nə qız, nə də oğlan sənin.
Torpaqdan O xəlq edəndir,
Torpağa O qərq edəndir.
Bizi bizdən fərq Edəndir,
Nə dilənçi, nə xan sənin.
Səltənətdən, ad-sandan qorx,
İçindəki aslandan qorx!
Əvvəlin heç, sən sondan qorx,
Nə ön sənin, nə son sənin.
Fərzlərə uy, fərman Onun,
Tövbəni tut, aman Onun.
Vaxtını bil, zaman Onun,
Nə sonsuzluq, nə an sənin.
8.  (rəhmanın  qulları  o  kəslərdir  ki,)  zina  etməzlər” 
(əl-Furqan, 68).
Bir adam Allah Rəsulundan (salləllahu aleyhi və səlləm
Allah  qatında  ən  böyük  günahın  hansı  olduğunu  sordu. 
Buyurdu: “Səni yaradan Allah olduğu halda Ona ortaq qoş-
mandır”.
– Sonra hansıdır?
– Yeməyinə ortaq olur qorxusuyla körpəni öldür mən dir.
– Sonra hansıdır?
– Qonşunun halalıyla zina etməndir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə