I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə50/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   46   47   48   49   50   51   52   53   ...   69

200
Zor əhlinə yüyən gərək,
Yüksəldikcə əyən gərək.
Haqq kəlməni deyən gərək,
Qeyri sözlər çaxar onu.
Zalım haqdan, düzdən deyil,
Div görükər, dizdən deyil.
Zalım rəhbər bizdən deyil, 
Cin-şəyatin doğar onu.
Ölüm hökmünün ləğvi mövzusu müasir dünyanın gün-
dəmindədir. Dünyəvi dövlətlər içərisində tam, ya qismən 
bu addımı atanlar da, buna hazırlaşanlar da vardır. Lakin 
həqiqət budur ki, Allah onu ləğv etməmişdir. Haqq-Təala 
Öz yaratdıqlarının bilmədiklərini bilir. Əgər ölüm hökmü-
nün  ləğvi  cəmiyyətin  islahını  artırıb,  fəsadını  azaltsaydı, 
Rəbbimiz bunu mütləq edərdi. Çünki ilahi hikmət Adəm 
oğlunun xeyrinə yönəlmişdir. Durum bu ikən, ölüm hök-
münün ləğvi ilə bağlı tədbirlər nəinki dünyamız, həmçinin 
Axirətimiz üçün də təhlükədən xali deyildir. Çünki “Allahın 
nazil  etdiyi  ilə  hökm  etməyənlər,  əlbəttə,  zalımdırlar” 
(əl-Maidə, 45).
Bəşəri qorumaz bəşər qanunu,
Bəşərə gərəkdir Məhşər qanunu.
Səmavi hökmlər keçməsə yerdə,
Nə verər insana Qərb-Şərq qanunu?!
Ölüm hökmünü saxlamaqla hökm və ya haqq sahibi nin 
bağışlamaq haqqından düzgün faydalanması daha müna-
sibdir. Allah çox bağışlayandır və bağışlayanları sevər. “Hər 
kəs bağışlasa, bu onun üçün bir kəffarədir” (əl-Maidə, 45). 
Cəza  da,  güzəşt  də  caninin  tərbiyəsinə  xidmət  etməlidir. 
Tərbiyə  dedikdə  caninin  Allah  qarşısında  tövbəsi  üçün 
həbsxana  və  islah  düşərgələrində  zəruri  şəraitin  yara dıl-
ma sını nəzərdə tuturuq. Tövbədən gözəl islah yoxdur.


201
İbrət
Məkkənin  fəthi  zamanı  İslam  Peyğəmbəri  (salləllahu 
aleyhi və səlləm) Qureyşi bağışlasa da, bir neçə şəxsin qanını 
halal buyurdu. Bunlardan biri də Uhud savaşında Hz. Pey-
ğəmbərin  (salləllahu  aleyhi  və  səlləm)  əmisi  Hz.  Həmzəni 
nizəylə həlak edən və sonra da ciyərini çıxaran Vəhşi idi. 
O bu işi Qureyşin böyüklərindən olan Əbu Sufyanın zöv cəsi 
Hindin sifarişi ilə etmişdi. İslam ordusu Məkkəyə girəndə 
Vəhşi qaçıb bir müddət Məkkədən kənarda yaşadı. Sonra 
peşman olub geri döndü. Hz. Peyğəmbərin (salləllahu aleyhi 
və səlləm) hüzuruna gəldi və salam verdikdən sonra dedi: 
“Ya  Rəsulallah!  Bir  kimsə Allaha  və  Rəsuluna  düş mən lik 
edərsə, ən çirkin günah işlərsə, sonra peşman olub imana 
gələrsə, cəzası nədir?”
Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: “İman 
edən, peşman edən bağışlanır, bizim qardaşımız olur”.
Vəhşi: “Ya Rəsulallah! Mən sənə iman etdim, peşman 
oldum. Allah-Təalanı və Rəsulunu hər şeydən çox sevi rəm. 
Mən Vəhşiyəm”, – dedi.
Hz.  Peyğəmbər  (salləllahu  aleyhi  və  səlləm)  Vəhşi  adını 
eşidincə  əmisi  Hz.  Həmzənin  parça-parça  olmuş  bədəni 
gözünün  önünə  gəldi.  Gözləri  yaşardı.  “Get,  gözüm  səni 
görməsin!” – dedi. Vəhşi öldürüləcəyini anlayıb qapıya tərəf 
yüyürdü. Səhabələr qılınclarını çəkib onun qabağını kəsdi-
lər. Bu an Cəbrail (aleyhissəlam) gəlib Allah-Təalanın buyu-
ru ğunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) yetirdi: “Ya 
Peyğəmbər!  Bütün  ömrünü  bütə  tapınmaqla,  qullarımı 
mənə qarşı qaldırmaqla keçirən bir kafir tövhid kəlməsini 
oxuyunca mən onu əvf edirəm, sənsə əmini öldürdü deyə 
onu əvf etmirsən? O, peşman oldu. Sənə inandı. Mən əvf 
etdim. Sən də əvf et”.
Bütün səhabələr “Öldürün!” əmrini gözlərkən Hz. Pey-
ğəmbər (salləllahu aleyhi və səlləm) “Qardaşımızı çağırın”, – 
dedi. “Qardaş” sözünü eşidincə qılınclar qınına qoyuldu. 


202
Allahın  Rəsulu  (salləllahu  aleyhi  və  səlləm)  Vəhşiyə  bağış-
lan mağını  müjdə  verərək  buyurdu:  “Ancaq  səni  görmək 
mənim üçün ağırdır. Mənə görünmə!”
Vəhşi Rəsulullahı (salləllahu aleyhi və səlləm) üzməmək 
üçün bir daha onun yanına gəlmədi. Peşman, gözükölgəli 
bir ömür yaşadı.
Ey məhbus, əzabmı zindan əzabı?
Hələ görməmisən vicdan əzabı.
Məhbəslər ən gözəl tövbə yeridir;
Haqqa gəl, gəlməmiş heyvan əzabı.
“(rəhmanın  qulları)  o  kəslərdir  ki,  Allahın  haram 
qıldığı cana haqsız olaraq qıymazlar” (əl-Furqan, 68) ayəsi 
təkcə insanları deyil, heyvanları, quşları, balıqları da əhatə 
edir. Çünki canlıdırlar, onlara şüur verilməsə də, can veril-
mişdir. Uca Allah bəzi heyvanları-onlar nə qədər iri olsalar 
belə, bir ruzi kimi Adəm oğluna ram edərək ehsanda bulun-
muşdur.  İnsan  qəsb  etməmək  şərtilə  onları  kəsə,  yeyə  və 
yedirə bilər. “Və qurbanlıq dəvələri sizə Allahın nişa nə­
lərindən etdik. onlarda sizə xeyir vardır. onlar səfdəy ­
kən üzərində Allahın adını anın, (kəsilib) yan üstə yıxıl­
dıqları zaman onlardan yeyin, istəyənə də, müti durana 
da verin. Beləcə, onları sizə ram etdik. Bəlkə, şükür edə­
siniz” (əl-Həcc, 36-37). Kimsə özünə məxsus olmayan hey-
vanı sahibindən icazəsiz öldürə bilməz. Öldürərsə, ən azı 
Rəhmanın  quluna  xas  sifətlərdən  birini  itirmiş  olur.  Başa 
düşən üçün bu, kiçik itki deyildir.
Sahibsiz sayılan, əhliləşməyən heyvanları da zərə rin dən 
qorunmaq, yaxud faydalanmaq üçün deyil, əylənmək xati-
rinə öldürməyə Adəm oğlunun haqqı yoxdur.
HƏDİSİ­QÜDSİ: Hər kim əyləncə üçün bir sərçəni öl-
dürərsə, o sərçə Qiyamət günü Allaha belə söylər: “Ya Rəbb, 
ondan soruş, məni nədən boş yerə öldürdü, faydalanmaq 


203
üçün  öldürmədi.”  Bəlkə  də  bu  hədisin  təsiridir  ki,  Xalifə 
Qızılayaq həzrətləri deyərdi: “Çocuqluğumda sapandla bir 
sərçə vurmuşdum. Bunu hər xatırlayanda qorxudan qəl bim 
əsir”.
Fərqi nə: bu fildi, o qarışqadı,
Ədalət odur ki, hər qarışdadı.
Zülm ədavətdə və əyləncədə,
İnsaf iztirabda və barışdadı.
Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) sərrast at-
mağı öyrənmək üçün canlı heyvanları nişan almağı yasaq-
ladığı rəvayət edilir. Rəhmanın qulu olmaq Onun mərhə-
mətindən nəsib almaq deməkdir. Onun yaratdıqlarına acı-
mayanlar nədə irəliləsələr də, könül yolçuluğunda irəliləyə 
bilməz. Çünki suda, quruda, havada yaşayan nə varsa, Onu 
təsbih etməkdədir. “o, sübhandır və onların dedik lərin­
dən çox ucadır. Yeddi göy də, yer də, onlarda olanlar da 
onu təsbih edər və elə bir şey yoxdur ki, həmd ilə onu 
təsbih etməsin. Lakin siz onların təsbihini anlamaz sınız” 
(əl-İsra, 43-44).
Adəm oğlu, dərd basanda
Günahında axtar onu,
Yurdun nə bir gədasında,
Nə şahında axtar onu.
Ey quşları qıran kişi,
Sapand alıb vuran kişi,
Evin qalsa viran, kişi,
Quş ahında axtar onu.
Bircə gündə baş ağarsa,
Göydən su yox, daş yağarsa,
Axırına quş çıxarsa,
Allahında axtar onu.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə