I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə48/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   44   45   46   47   48   49   50   51   ...   69

192
Məgər  bəndəlikdən  çox  vətəndaşlığa,  qulluqdan  çox 
azadlıqlara can atanlar koalisyon, yəni şərikli höku mətlə rin 
nə qədər az ömürlü olduğunu görmürlərmi? Milyon illərlə 
nizamlı  şəkildə  ayaqda  duran  bu  möhtəşəm,  ahəngdar 
kainat  da  şərikli  idarə  olunsaydı,  bu  qədər  duruş  gətirə 
bilərdimi? “Əgər yerdə və göydə Allahdan başqası olsaydı, 
ikisi də (yer də, göy də) pozulardı” (əl-Ənbiya, 22).
Rəbbin Birdi, dünyan qoşa,
Düşünmə tərs, Adəmoğlu.
Hər ikisi gedər boşa –
Düşünmək fərz, Adəmoğlu.
Ay və Günəş Xəlq edənə,
Nur və atəş Xəlq edənə,
Asiman, Ərş Xəlq edənə
Böyükmü ərz, Adəmoğlu?
Nəfsin şişər, təhrik etmə,
Töhmət elə, təbrik etmə,
Müdrik elə, müşrik etmə,
Adəm ilk dərs, Adəmoğlu.
Məlum  olduğu  kimi, Allah  Rəsulu  (salləllahu  aleyhi  və 
səlləm) 23 il ərzində Allahın köməyilə müşriklərə və müna-
fiqlərə qarşı barışmaz mübarizə apardı və hicrətin 8-ci ilində 
Məkkəni fəth etməklə İslam düşmənlərini qəti məğ lubiy-
yətə uğradaraq şirkin “onurğa sütununu” qırdı. Həz rə tin 
vəfatına yaxın belə buyurduğu rəvayət edilir: “Müsəl man­
lar!  Bundan  sonra  təkrar  bütpərəst  olmağınız  mümkün 
deyil. Bu sarıdan zərrə qədər qorxum yoxdur. Qorxdu ğum 
şey sizin dünyapərəst olmağınızdır”.
Baxsan çölümüzə, dünyapərəstik,
Baxsan içimizə, xülyapərəstik.
Şeydən yaransaq da, bir şey deyilik,
Bir şey olmasaq da, əşyapərəstik.


193
Bütpərəstlik açıq, yəni böyük, dünyapərəstlik isə gizli, 
yəni kiçik şirkdir. Böyük şirkdən qorunanlar küfr mərə zin-
dən qurtulub müsəlman, kiçik şirkdən qorunanlar isə bütün 
qəlb  mərəzlərindən  qurtulub  müttəqi,  təqva  sahibi  olur. 
“Aqibət təqvanındır” (Ta ha, 132).
Hədis
Biri  Rəsulullahdan  (salləllahu  aleyhi  və  səlləm)  sordu: 
“Qurtuluş  nədir?”  Cavab  verdi:  “Allahı  aldatma man dır”. 
O kimsə təəccüblə dedi: “Allah necə aldadılır ki?” O Həzrət 
belə buyurdu: “Allah və Rəsulunun sənə əmr etdiyi əməli 
iş lərkən Allah rizasını niyyət etməməklə. Riyadan qorun; 
o, ən kiçik şirkdir”.
Kiçik şirk olan qəlblərdə böyük məhəbbət olmaz. Bö yük 
məhəbbət olan qəlblərdə isə bütün qeyri məhəbbətlər kiçikdir.
Rəbbim bizə bir şam verdi,
Biz pərvanə olammadıq.
Sevgi dolu bir cam verdi,
Biz məstanə olammadıq.
Eşq heyranlıq, məftunluqdu,
Müsibətdən məmnunluqdu,
Məhəbbət Haqq məcnunluqdu,
Biz divanə olammadıq.
Mərd – dünyanı dəf edəndir,
Dost yolunda sərf edəndir,
Mərd – “mən”ləri məhv edəndir,
Biz mərdanə olammadıq.
7. “(rəhmanın qulları) o kəslərdir ki, Allahın haram 
qıldığı cana haqsız olaraq qıymazlar” (əl-Furqan, 68).
Hər bir insanın Allahdan qeyrisindən, yəni insan lar dan 
qorxmadan, təhlükə duymadan yaşamaq haqqı vardır. Allah 
bu haqqı tanımış və tanınmasını istəmişdir. Müəyyən hal lar 


194
istisna  olmaqla,  insanın  insanı  qətlə  yetirməsi  haramdır. 
Lakin  o  halları  müəyyən  edən  də  bəndə  deyil,  Allahdır. 
“kim  bir  cana  qıymayan  və  ya  yer  üzündə  fəsad  törət­
məyən bir kimsəni öldürürsə, bütün insanları öldürmüş 
kimi olur” (əl-Maidə, 32).
Ölüm vardır ənənəvi:
Cana qıyan qatil olur.
Ölüm də var ki, mənəvi:
Can qalsa da, batil olur.
Cismən ölü o kəsdi ki,
Axirəti məlum deyil.
Mənən ölü o kəsdi ki,
Axirətdə məzlum deyil.
Cismən ölmək xalqda eyni,
Xalqı mənən öldürməyin.
Hikmətlə ağladın yəni,
Hikmət yoxsa, güldürməyin.
İnsan başqa canların cəlladı ola bilmədiyi kimi, öz belin-
dən gələn, yaxud bətnindən çıxan canların da qatili ola bil-
məz. “Diri­diri gömülən qızın hansı suçdan dolayı öldü­
rüldüyü sorulduğu zaman” (ət-Təkvir, 8-9). Cinsindən asılı 
olmayaraq, uşaq ana bətninə düşəndən 4 ay sonra ona ruh 
üfürülür və o, hələ doğulmasa da, bir nəfsə, yəni canlıya 
çevrilərək yaşamaq, qorunmaq hüququ qazanır. Odur ki, 
körpənin istər bətndə, istər doğuşdan sonra tələf edilmə si-
nin  günah  və  cəza  dərəcəsi  tələf  edənlər  üçün  eynidir. 
Çünki hər iki halda Allahın can verdiyi məsum bir varlığı 
qətlə yetirmişlər. 
Körpə qətli ən böyük şər;
O şərdənsə xədim olun.
Qatil olmaq şərtsə əgər,
Nəfsinizə qənim olun.


195
Adəm oğlunun nəinki öz övladını, hətta özünü də öldür-
mək haqqı yoxdur. “özünüzü öldürməyin” (ən-Nisa, 29).
Hədis
Sizdən öncə keçən ümmətlərdən birində bir kişi vardı. 
Vücudu  yaralar  içindəydi.  Ağrılarına  dözməyib,  bıçaqla 
damarını  kəsmiş  və  qan  itkisindən  ölmüşdü. Allah-Təala 
buyurur ki: “Qulum öz-özünə qıymaqla Məni keçdi. Mən 
də ona cənnəti haram qıldım”.
Ömür imtahandı, ölüm intizar,
İnsan intixabda: iman, ya inkar?
İntizar bitəndə insan biləcək:
O iman edibdir, yoxsa intihar.
Haqsız qətllərin içərisində ən ağırı və ağrılısı, şübhəsiz 
ki, mömin kimsənin öldürülməsidir. “Hər kim bir mö mini 
qəsdən öldürürsə, cəzası içində əbədi qalacağı Cəhənnəm­
dir. Allah ona qəzəb etmiş, ona lənət etmiş və onun üçün 
böyük bir əzab hazırlamışdır” (ən-Nisa, 93).
Dinimizdə fətva vermək haqqı olanın fətvası olmadan 
mömin  şəxsi  öldürməyə  bəraət  qazandıracaq  hal  yoxdur. 
Hətta cihad zamanı öldürülməkdən qorxaraq “Lə ilahə il-
ləllah” deyən bir kafirin qətli yolverilməz sayılır. “Ey iman 
gətirənlər! Allah yolunda səfərə (cihada) çıxdığınız zaman 
diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam 
verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə ta­
mahsılanaraq  (öldürmək  üçün):  “Sən  mömin  deyilsən” 
deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz 
özünüz də bundan əvvəl onlar kimi idiniz. Lakin Allah 
sizə mərhəmət etdi” (ən-Nisa, 94)
Hədis
Üsamə ibn Zeyddən (radiyallahu ənh) belə rəvayət olu-
nur: “Rəsulullah bizi bir dəstəylə göndərdi, Cüheynə qə bi-
ləsinin Huruqat boyuna hücum etdik. Bu zaman bir adamı 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə