I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə45/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   41   42   43   44   45   46   47   48   ...   69

180
Siz ey dostlar, siz ey yadlar,
Siz ey nurlar, siz ey odlar,
Rəbbimindir gözəl adlar:
Camal Onda, Cəmil Onda
 
 
Lə ilahə illa Allah.
Rəhman Odur, Rəhim Odur,
Kəbir Odur, Kərim Odur,
Əziz Odur, Əzim Odur,
Camal Onda, Cəmil Onda –
 
 
Lə ilahə illa Allah.
Lətif Odur, Lütf Onunki,
Əfuvv Odur, əfv Onunki,
Ərş Onunki, Lövh Onunki,
Kamal Onda, Kamil Allah –
 
 
Lə ilahə illa Allah.
Vardır evi, otağı yox,
Birdi misli, ortağı yox,
Nurdu odu, ocağı yox,
Nə məlum, nə məchul Allah –
 
 
Lə ilahə illa Allah.
“Allah buyurdu: “İki ilah qəbul etməyin. Həqiqətən, 
Vahid  ilah  odur.  Yalnız  Məndən  qorxun”  (ən-Nəhl,  51). 
Adəm oğlu tez-tez “lə ilahə illallah” desə də, çox zaman nə 
dediyinin fərqində deyil. O, vücudunu, qəlbini, dilini ikinci 
ilahdan təmizləmədikcə, hər əməlindən, hər düşüncə sin dən, 
hər kəlməsindən Vahid Allahdan qeyrisini rədd etmədikcə 
imanın həqiqətinə nüfuz edə, qovuşa bilməz.
Hədis
Bir gün biri “Kim Allaha və Rəsuluna itaət edərsə, doğru 
yolu bulmuş, kim o ikisinə asi olarsa, doğru yoldan azmış-


181
dır” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) “o ikisi” 
kəlməsindən xoşlanmayaraq, “Kim Allaha və Rəsuluna asi 
olarsa” şəklində düzəliş etdi.
Möhtacı biz, Hasib Allah,
Duaçı biz, Mucib Allah.
Muhəmməddi Həbibullah,
Muhəmmədən Rəsulullah,
Lə ilahə illa Allah.
İnsan doğulandan ölənədək müxtəlif adamlarla, nemət-
lərlə,  hadisələrlə  qarşılaşır.  Adamları  da,  nemətləri  də, 
hadisələri də yaradan Allahdır. O, yaratdıqlarını hikmətlə 
idarə edər. Yəni yer üzündə hər şeyi bir səbəb altında xəlq 
etmişdir.  Adəm  oğlu  həyatda  hər  hansı  bir  nəticəyə  nail 
olmaq istəsə, mütləq həmin səbəblərdən, vasitələrdən yapış-
malı, amma bir nəticə hasil olursa, bunu səbəbə, vasitəyə 
bağlamamalıdır. Səbəbi kim yaradıbsa, nəticəni də O yara-
dır. O yaratmazsa, bütün cəhdlər nəticəsiz qalar. Əli Havas 
Berlisi  həzrətləri  buyurdu:  “Hər  kəs  səbəblər  üzərində 
durursa, şirk qoşmuş olur. Əgər olacaq bir yaxşılıq varsa, 
bir anın içində də baş verir”.
Allahı qoyub bəndədən kömək istəyən istədiyinə nail 
olursa,  kömək  yenə Allahdandır,  bəndədən  deyil.  Bəndə, 
sadəcə, səbəbdir, vasitədir.
İbrət
İmam Cəfər Sadiqin (aleyhissəlam) belə söylədiyi rəva-
yət olunur: “İnsanın: “Əgər filankəs olmasaydı, mən məhv 
olardım,  filankəs  olmasaydı,  belə-belə  olardım,  filankəs 
olmasaydı, ailəm məhv olardı” deyərkən bu sözlərlə Allaha 
şərik  qoşduğunu  görmürsənmi?”  Ravi  deyir,  ərz  etdim: 
“Bəs, əgər “Allah filankəsin vasitəsilə mənə kömək etmə-
səydi, məhv olardım” desə, necə?” Buyurdu ki: “Belə desə, 
eybi yoxdur”.


182
Məbud Odur, bəndə Onun,
İns də Onun, cin də Onun,
Ruh da Onun, tən də Onun,
İnna Lillah, İnna Lillah –
        
Lə ilahə illa Allah.
Həkim Odur, hikmət Onun,
Hakim Odur, qüdrət Onun,
Malik Odur, nemət Onun,
Axir Allah, Əvvəl Allah –
 
 
Lə ilahə illa Allah.
Bu cür hallar, əsasən, gizli şirkə aiddir. Açıq şirklə gizli 
şirkin əsas fərqi odur ki, birincisi imansızların, yəni Allahın 
Bir  və  şəriksiz  olduğuna  iman  gətirməyənlərin  durumu-
dursa, ikincisi imanlılarda, yəni Allahın Bir və şəriksiz oldu-
ğuna  iman  gətirdiyini  zənn  ya  iddia  edən  kimsələrdə  də 
ola bilir. “Və onların əksəriyyəti Allaha iman gətirsələr də, 
ona şərik qoşurlar” (Yusif, 116). Gizli şirk qəlbdəki qəflə-
tin nəticəsi olaraq görünmədən, eşidilmədən, duyulmadan 
gələr. Onu görmək, eşitmək, duymaq üçün qəlbi daim əldə 
tutmaq,  hallarını  yoxlamaq  gərəkdir.  Çünki  iman  qəlbdə 
olur, onu tamamən doldurmasa, boş qalan yerdə asanlıqla 
başqaları  məskən  salar.  Qafil  qəlblər  gizli  şirklər  üçün 
həmişə açıqdır. Halbuki qəlb sahibi bunun fərqinə varmaz.
İbrət
Rəvayətə görə, gənc bir oğlan zəngin bir qadının qapı-
sına gələrək ona aşiq olduğunu söyləməyə başladı. Qadın 
onu içəri çağıraraq bu işdən çəkindirmək istədi. Gənc razı 
olmadı. Qadın əvəzində iki min gümüş təklif etsə də, gənc 
fikrindən  dönmədi.  Qadın  məbləği  get-gedə  artıraraq  on 
min gümüşə çatdırdı. Gənc on min rəqəmini eşidincə razı 
oldu.


183
Qadın tamahkar gəncin dilinin kəsilməsini əmr edərək 
dedi:  “Bizi  sevdiyini  iddia  edən,  amma  bizə  deyil,  malı-
mıza razı olanın cəzası budur!”
Cabbar Odur, cəbri də var,
Qahhar Odur, qəhri də var,
Vahhab Odur, əcri də var,
Ehsanları bol-bol Allah –
 
 
Lə ilahə illa Allah.
Allah yolçusu özünü Allahdan ayıran hər şeyi ya özün-
dən ayırmalı, ya da özü ondan ayrılmalıdır. Bu, bir günün, 
hətta bir ömrün də işi deyil. Tövhid həqiqətinə qovuşmaq 
istəyən ən şüurlu çağında başqaları kimi yaşamağı dayan-
dırıb yeni bir ömür başlamalıdır. Hz. İsanın (aleyhissəlam
belə  söylədiyi  rəvayət  edilir:  “İki  dəfə  doğulmayan  şəxs 
yerin və göylərin hikmətlərinə vaqif ola bilməz”.
Allaha  gedən  yolda  qarşıya  çıxan,  gözə  dəyən,  ağıla 
gələn kim və nə varsa, Allahı unutdurmamalı, əksinə, xa-
tırlatmalı, Onu nişan verməlidir. Qulu Rəbbinin zikrindən 
yayındıra biləcək hər şeyin Rəbbi yenə Odur. Qulun qaba-
ğına çıxan yox, qabağına Çıxaran vardır. Bir sözlə, ancaq 
O mövcuddur. Qul bu cür düşünmədikcə, davranmadıqca 
“Allah Birdir, şəriksizdir” sözü, sadəcə, əzalardan birinin, 
yəni dilin ibadətindən başqa bir şey deyildir.
İbrət
Böyüklərdən biri heç sağına, soluna nəzər etməzdi. Bir 
gün Kəbəni təvaf edərkən bir adam onu çağırdı. Səs gələn 
tərəfə baxmaq istərkən qeybdən bu nidanı eşitdi: ”Bizdən 
başqasına baxan Bizdən deyildir”.
Din cihaddır, iman silah,
“Silah! Silah” deyənlərik.
Xəlqi namaz eylər islah,
“Salah! Salah” deyənlərik.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə