I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə43/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   39   40   41   42   43   44   45   46   ...   69

172
Hədis
Zeyd ibn Harisənin (radiyallahu ənh) Şəmlə adında bir 
atı vardı. Bütün malları içində ən çox bu atı sevirdi. “Sev di-
yiniz şeydən sədəqə etməyincə xeyrə yetişməzsiniz” ayəsi 
endikdə atla birgə Rəsulullahın (salləllahu aleyhi və səlləm
yanına gələrək dedi: “Ya Rəsulallah, bu atım Allah yolunda 
sədəqədir”.
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) qəbul edib, atı 
Usamə  ibn  Zeydə  (Zeyd  ibn  Harisənin  öz  oğluna)  verdi. 
Daha  sonra  Rəsulullah  (salləllahu  aleyhi  və  səlləm)  Zeydin 
üzündən sədəqəsinin öz oğluna verildiyi üçün qəbul edil-
di yinə  şübhəsi  olduğunu  anlayaraq  buyurdu:  “Qorxma, 
Allah sənin sədəqəni qəbul edir”.
Sən nə yığsan, təfriqədir,
Səni yığan sədəqədir.
Ömür beş-on dəqiqədir,
Bu möhləti bölüş, ey qul.
Sən nə bölsən, bilən Odur,
Bölünməyən bölən Odur,
Çağırana gələn Odur,
Bu sifəti bölüş, ey qul!
Əshabdan Əbu Talha (radiyallahu ənh) da özünün ən çox 
xoşladığı və Rəsulullahın (salləllahu aleyhi və səlləm) tez-tez 
gedib şirin suyundan içdiyi Bəyrəha adlı zəngin xurma bağ-
çasını Allah  yolunda  sədəqə  etmək  üçün Allah  Rəsuluna 
(salləllahu aleyhi və səlləm) təqdim etdi və onun tövsiyəsiylə 
xurmalığı öz əmisi oğulları arasında bölüşdürdü. 
Önəmli olan dürüst niyyətdir. Allah əməldən öncə niy-
yəti  qəbul  edər.  Nəql  edilən  hədislər Allah  üçün  infaqda 
ailə və əqrəbaya üstünlük verildiyini göstərməkdədir. Bu, 
Qurana da uyğundur. “Səndən (Allah yolunda) nə verə­
cək ləri  haqqında  soruşanlara  de:  “Verəcəyiniz  şey  ana­
ataya, qohumlara, yetimlərə, miskinlərə və yolçulara məx­


173
susdur”  (əl-Bəqərə,  215).  Yaxşılığa  yaxınlardan  başladıqda 
ehsan savabının üzərinə sileyi-rəhm (qohumlararası ülfət) 
savabı əlavə olunur. Bu isə ilahi bir lütfdür. Allah Öz qul-
larının  az  bir  əməllə  daha  çox  xeyir  qazanmasını  istəyir. 
Necə deyərlər, sonda qazanan yenə comərd kimsədir, yəni 
Allah  üçün  xərcləyəndir.  Lakin  sədəqə  verərkən  sədəqə 
verilməyə ən layiq, Allaha yaxın kimsələrin olduğu unu dul-
mamalıdır. Allah üçün etdiyi yaxşılıqdan dolayı insanın nə 
özünə, nə də malına zərər gəlməz. Zərər çəkənlər ehsan-
dan,  sədəqədən  çəkinənlərdir.  “Allah  yolunda  xərcləyin. 
öz əlinizlə özünüzü təhlükəyə atmayın” (əl-Bəqərə, 195).
İbrət
Səxavəti ilə tanınan Hakim ibn Hizam (radiyallahu ənh
bir evini Əbu Sufyana altmış min dirhəmə satdı. Ona dedi -
lər:  “Sənin  evinin  dəyəri  daha  artıqdır.  Əbu  Sufyan  səni 
aldatmışdır”.  Cavab  verdi  ki:  “Mən  o  evi  cahiliyyə  döv-
ründə (İslam d an qabaq) bir tuluq şərab qarşılığında almış-
dım. Allah  üçün  şahid  olun  ki,  mən  bu  paranı Allah  yo-
lunda fəqir lərə, kölələrə infaq etdim. Hansımız aldan dıq, 
əcəba?”
Yaxşılığa sarılanın
Fürsətləri uzun çəkər.
Yaxşılıqdan ayrılanın
Həsrətləri uzun çəkər.
Ehsan elə, sərhəd qoyma,
Sərhəd qoysan, müddət qoyma,
Müddət qoysan, minnət qoyma,
Zillətləri uzun çəkər.
Yaxşı işdə aldanan yox,
Aldansa da, qatlanan yox,
Qatlansa da, odlanan yox,
Cənnətləri uzun çəkər.


174
Rəsulullah  (salləllahu  aleyhi  və  səlləm)  bir  xütbəsində 
buyurdu:  “Ey  insanlar!  Allahın  sizə  din  olaraq  seçdiyi 
İslamı comərdlik və yaxşı əxlaq ilə gözəlləşdirin. Bilin ki, 
comərdlik budaqları dünyada olan cənnətdən bir ağacdır. 
Kim comərd olursa, o budaqlardan birinə yapışmış olur, o 
budaq  sonunda  onu  Cənnətə  yüksəldir.  Bunu  da  bilin  ki, 
xəsislik də budaqları dünyada olan Cəhənnəmdən bir ağac­
dır.  Kim  xəsis  olursa,  o  ağacın  budaqlarından  birindən 
asılmış olur və sonunda o budaq onu Cəhənnəmə götürər. 
Allah yolunda comərd davranın”.
Hər bir mömin comərd olmalıdır. Çünki comərdlik mala 
deyil, daha çox imana bağlı məsələdir. Zəkat bütün zəngin 
möminlərə, sədəqə isə bütün möminlərə vacibdir. Xəsislik 
imandan çıxarar, səxavət imana gətirər.
İbrət
Rəvayət edirlər ki, bir gün Hz. İsa (aleyhissəlam) şeytan-
dan sordu: “Xalqdan ən çox kimi sevərsən?” Şeytan cavab 
verdi ki: “İmanlı olmaqla bərabər xəsis olanı”.
– Bəs ən çox sevmədiyin kimdir?
– Comərd olan fasiq kişini sevmirəm. 
– Nədən?
– İmanlı xəsis bir gün xəsisliyi nəticəsində imanını qeyb 
edə  bilər.  Fasiq  isə  comərdliyi  sayəsində  salehlərə  qatıla 
bilər.
Mala, mülkə güvənənə
Mülkü, malı tələ olur.
Mal-mülk üçün evlənənə
Ömür ancaq şələ olur.
Comərd odur yığmaz, bölər,
Hürr yaşayar, hürr də ölər.
Mömin xəsis ola bilər,
Xəsis yalnız kölə olur.


175
Bu dünyaya qul olanın,
Nal olanın, çul olanın,
Bu dünyası pul olanın
O dünyası nalə olur.
Mömin  ən  azı  üç  səbəbə  görə  öz  comərdliyini  fəzilət 
ola raq  qəbul  etməməlidir:  1.  Məxluqun  comərdliyi  Xaliqin 
comərdliyi ilə müqayisədə bir heçdir. 2. Allah yolunda paylanı-
lan  mal  qula  deyil,  Rəbbinə  məxsusdur,  yəni  qul  özünün  yox, 
Rəbbinin malını paylayır. 3. Qulunu xəsis olaraq xəlq etməyən 
də Xaliqdir. Odur ki, Allah yolçusu ondan Allah üçün istə-
yən  kimsəni  böyük,  istənilən  şeyi  isə  kiçik  görməlidir. 
Muhəmməd Nəsəvi həzrətləri buyurur: “Comərdə comərd-
liyi səfa verməz. Ancaq verdiyi şey gözündə kiçiləcək və 
verdiyi  şeyi  alanın  özündən  böyük  olduğuna  inanacaq”. 
Mömin  ondan  istəyənin  kim  olmasına  deyil,  Kimə  xatir 
istəməsinə baxmalı və Allah üçün istəyənə verməmək üçün 
bəhanə yox, vermək üçün imkan aramalıdır.
İbrət
Abdullah  ibn  Muhəmməd  Murtəiş  həzrətləri  rəvayət 
etmişdir: “Bir gün evimizin qabağında oturarkən yanıma 
bir gənc gəldi. Çiynində xirqə, başında köhnə papaq vardı. 
Gözəl, rəvan bir nitqlə məndən bir şey istədi. Mən: “Sap-
sağlam  bir  gənc  olasan  da,  utanmadan  dilənçilik  edəsən, 
olacaq şey deyil” – deyə düşündüm və heç cavab vermə dim. 
Mənə  sərt  şəkildə:  “Qəlbinə  gələn  şeydən  Allah-Təalaya 
sığınıram” – dedi.
Bayıldım, özümə gələndə gənc yox idi. Peşman oldum. 
Gecə röyamda Həzrət Əlini (aleyhissəlam) gördüm. O gənc 
də yanında idi. Mənə buyurdu: “Kaş ki elə düşünmə yəy-
din və buna bir şey verəydin. Allah rizası üçün heç bir şey 
verməyəni Allah-Təala sevməz”.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə