I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə42/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   38   39   40   41   42   43   44   45   ...   69

168
Rəsulullah  (salləllahu  aleyhi  və  səlləm)  məndən  sordu: 
“Çocuqlarına nə saxladın?”
Dedim: “Gətirdiyim qədər də onlar üçün saxladım”.
Sonra Hz. Əbubəkr gəldi və malının hamısını sədəqə 
olaraq  verdi.  Rəsulullah  (salləllahu  aleyhi  və  səlləm)  ondan 
da “Çocuqlarına nə saxladın?” – deyə sordu.
Hz. Əbubəkr: “Onlara Allah və Rəsulunu saxladım” – 
dedi.
O  zaman  içimdən:  “Əbubəkri  comərdlikdə  keçməmə 
imkan yox” düşüncəsi keçdi”.
Sıravi əsgərdi, ali komandan,
Ona kin küfrdü, sevgi imandan.
O dünya onsuz od, bu dünya duman,
Həyat da, ölüm də onsuz qorxulu –
                 
 
Allah Rəsulu.
Yoxdusa Peyğəmbər nuru ürəkdə,
Fərqi nə: taxtdasan, yoxsa dirəkdə?
O nursuz göylər boş, yerlər boz rəngdə,
Kainat bir bağça, odur məhsulu –
                 
 
Allah Rəsulu.
Aldı bizdən bizi, bizdən bir nəfər,
Onsuz nə cihad var, onsuz nə zəfər.
Bəşər müsafirdi, yaşamaq səfər,
Göstərdi beşikdən behiştə yolu –
                 
 
Allah Rəsulu.
Hz. Ömərin nəql etdiyi ibrətamiz hədisdən anlaşılan bu 
ki, ən azı, taleyüklü məslələrlə bağlı Allah üçün olan xərc-
lərdə israf olmur. Olsaydı, Allah Rəsulu (salləllahu aleyhi və 
səlləm) öz mağara yoldaşına (Hz. Əbubəkrə) irad bildi rərdi. 
Zatən bu məşhur səhabə iradlara səbəb olacaq hərəkətlərə 
yol verən də deyil. Həmçinin Hz. Ömərin (radiyallahu ənh
comərdlikdə  başqasını  qabaqlamaq  istəyində  də  qəbahət 


169
yoxdur. Çünki Allah buyurdu: “Yaxşı işlər görməkdə bir­
birinizi  ötməyə  çalışın”  (əl-Bəqərə,  148).  Hz.  Əbubəkrin 
(radiyallahu ənh) Allah yolundakı comərdlik nümunəsi isə 
sonrakı  nəsillərin  könül  insanları  üçün,  demək  olar,  bir 
fətva hökmünü almışdır.
İbrət
Zahir alimlərindən biri Şibli həzrətlərini sevməz, elm-
sizlikdə, sünnəyə uymamaqda günahlandırar, ona maneə-
lər yaradardı. Bir gün imtahan niyyətilə ondan sordu: “Ey 
şeyx, beş dəvənin zəkatı nə qədərdir?” Şibli həzrətləri bu-
yurdu: “Normalda bir qoyun vacibdi. Fəqət bizim kimilər 
üçün üsul hamısını verməkdir”.
Alim  bu  cavabdan  şaşırıb  sordu:  “Bu  xüsusda  kimə 
uyur sunuz?  İmamınız  kimdir?”  Həzrət  cavab  verdi  ki: 
“Həzrət Əbubəkr Siddiq. Ona uyuruq”. Alim səbəbini sor-
duqda buyurdu: “Çünki evinə gedib nəyi varsa sevgili Pey-
ğəmbərimizə  gətirdi.  Çocuqlarına  nə  saxladığını  soranda 
isə “Allah və Rəsulunu saxladım” cavabını verdi”. O alim 
bundan sonra Həzrətə qarşı rəftarını tamam dəyişdi.
Adəm oğlu, bu cahanın
Milçək qədər qiyməti yox.
Milçək belində uçanın
O cahandan qisməti yox.
Tamah yükdü, tulla getsin,
Varmı ölü, malla getsin?
Səndən qabaq yolla getsin,
Səndən sonra hörməti yox.
Öz nəfsini büt bilənin,
Öz Rəbbini cüt bilənin,
Şeytan ilə dərd bölənin
Cəhənnəmdə həmdərdi yox.


170
Din böyüklərimizin özləri möhtac ikən Allah yolunda 
infaq  etmələri  barədə  istənilən  qədər  misal  çəkmək  olar. 
Lakin  bu  hal  kişinin  ailəsini  məhrumiyyətdə  buraxması, 
öz çoluq-çocuğunun boğazından kəsib başqalarının çoluq-
çocuğuna yedirməsi anlamına gəlməz. Şübhəsiz ki, cihad, 
din  və  dövlətin  müdafiəsi  kimi  məsələlərdə  ən  gözəl  iş 
Hz.  Əbubəkrin  (radiyallahu  ənh)  nümunəsinə  uymaqdır. 
Lakin məişət məsələlərində ailə üzvlərinin haqqı digər ləri-
nin haq qından çoxdur ki, az deyil.  
Allahın  Kitabında  buyuruldu:  “Allahın  sənə  verdik­
lərindən  Axirətini  də  qazan,  dünyadakı  nəsibini  də 
unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq 
et” (əl-Qəsəs, 77). Hədisi-şərifdə isə bildirildi: “Sədəqənin 
ən fəzilətlisi çoluq­çocuğunu yedirib geyindirməyindir.”
Məlumdur ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) öz 
xanımlarının  birillik  nəfəqəsini  öncədən  ayırıb  qoyardı. 
Allah yolunda infaq etmənin (paylamanın) əsas hikmət lə-
rindən biri başqalarını özündən önə keçirməklə “mən, mən” 
psixologiyasından qurtulub, “Allah, Allah” ovqatına kök-
lən məkdir. O “başqaları” isə ailə üzvlərindən başlayır.
Hədis
Vida  Həcci  əsnasında  məşhur  səhabə  Səad  ibn  Əbu 
Vaqqas (radiyallahu ənh) ağır xəstələnib yatağa düşmüşdü. 
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) onu ziyarət edər kən 
Səad  həzrətləri  bu  istəkdə  bulundu:  “Ya  Rəsulallah,  mən 
sərvət sahibi olan biriyəm. Varisim olaraq sadəcə bir qızım 
var. Malımın üçdə ikisini sədəqə olaraq paylayımmı?”
Rəsulullah (salləllahu aleyhi və səlləm): “Xeyr, etmə” – bu-
yurdu və aralarında belə söhbət keçdi: 
– Yarısını paylayımmı?
– Xeyir, etmə.
– Üçdə birini verim.
– Ola bilər. Hətta üçdə biri də çoxdur. Varislərini zən-
gin olaraq buraxman, onları başqalarına əl açan kimsələr 


171
olaraq buraxmandan daha xeyirlidir. Allahın rizasını uma-
raq edəcəyin infaqın qarşılığını görəcəksən. Bu infaq xanı-
mına yedirdiyin bir loxma olsa belə”.
Sonralar İslam fiqhinin miras məsələlərində əsas dəlil-
lər  indən biri olacaq bu sözlər həm də Səad ibn Əbu Vaq-
qa sın (radiyallahu ənh) gerçək durumundan qaynaqlanırdı. 
Onun  bu  xəstəlikdən  ölməyəcəyini,  varislərinin  isə  daha 
çox ola cağını Allah Rəsulu (salləllahu aleyhi və səlləm) pey-
ğəm bər lik nuru ilə görmüşdü. Belə də oldu. Səad ibn Əbu 
Vaqqas Rəsulullahın (salləllahu aleyhi və səlləm) vəfatından 
sonra uzun bir ömür yaşadı və arxasınca bir çox övladlar 
qoya raq Hicrətin 54-cü ilində Rəbbinə qovuşdu. Allah on-
dan razı olsun!
Rəbbin sənə sərvət verib,
Hər sərvəti bölüş, ey qul!
Övlad verib, övrət verib,
Məhəbbəti bölüş, ey qul!
Ev əhlinə haqlar tanı,
Əhlin – Haqqın imtahanı.
İmtahansız Cənnət hanı?
Sən Behişti bölüş, ey qul!
Bölüşməsən, bölünməzsən,
Bölünməsən, ələnməzsən,
Ələnməsən, bilinməzsən,
Bu söhbəti bölüş, ey qul!
Allah üçün könüllü infaqda əsas məsələlərdən biri də 
kişinin öz nəfsinə ən sevimli olanı hədiyyə etməsidir. İnsan 
özü üçün ehsanda bulunursa, hədiyyəsi özünə layiq, Rəbbi 
üçün ehsanda bulunursa, hədiyyəsi Rəbbinə layiq olmalı dır. 
“Sevdiyiniz  şeydən  (Allah  yolunda)  sədəqə  etməyincə 
xeyrə yetişməzsiniz” (Ali-İmran, 92).


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə