I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə44/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

176
Yaxşılarla qoşalıq et,
Yaxşı şeydən qarşılıq et.
Kimi görsən yaxşılıq et,
Qəbirdə nur, halə olur.
Xəsislik tamahın çox, təvəkkülün az olmasından qay-
naqlanır. Allah yolçusu Allah yolunda xərclədiyinin Allah 
tərəfindən əvəzinin artıqlamasıyla ödəniləcəyinə əsla şübhə 
etməz.
İbrət
Muhəmməd Hilmi Əfəndi çox comərd olub, evinə gələn 
bütün hədiyyələri kasıblara paylardı. Bir gün qardaşı oğlu: 
“Əmi, gələnin hamısını paylayırsan” dedikdə Həzrət bu-
yurdu: “Oğlum, paylamasan gəlməz”.
Xəsisdə gül gilə dönər,
Comərddə gil gülə dönər.
Damla versən, gölə dönər,
Dərya yığsan, gilə olur.
Allah comərd qullarını hər iki dünyada bol-bol mü ka-
fatlandırandır.  “Mallarını  Allah  yolunda  sərf  edənlərin 
halı  yeddi  sünbül  verən  bir  toxuma  bənzər  ki,  bu  sün­
bül lərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi 
kimsə  üçün  bunu  qat­qat  artırır.  Allah  Vasidir!  Heç  bir 
kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah 
yolunda sərf edənlərin rəbbi yanında mükafatları vardır. 
onların heç bir qorxusu yoxdur və onlar qəm­qüssə gör­
məzlər” (əl-Bəqərə, 261-262).
Qəm-qüssə doğuran mal xeyir, xeyirli mal da qəm-qüssə 
gətirməz. Xeyirli mal günahlar yox, savablar qazandıran və 
Allahın  lütfüylə  bərəkətlənən  maldır.  “Allahın  fəzlindən 
verdiyinə xəsislik edənlər elə düşünməsinlər ki, bu on lara 
xeyirdir. Əksinə, bu onlara zərərdir. Xəsislik etdikləri şey 


177
Qiyamət  günü  boyunlarına  dolanacaqdır.  göylərin  və 
yerin  mirası  Allaha  məxsusdur  və  Allah  əməlinizdən 
xəbərdardır” (Ali-İmran, 180).
Allah  çox  malı  çox  zaman  sevmədiklərinə  versə  də, 
xeyirli malı ancaq sevdiklərinə verir.
İbrət
Əbdülqadir  Geylani  həzrətləri  rəvayət  etmişdir:  “Ab-
dullah ibn Mübarəkin yanına bir dilənçi gəldi və yeməyə 
bir şey istədi. Həzrətin evində on yumurta vardı. Xid mət-
çiyə  yumurtaların  hamısını  dilənçiyə  verməyi  əmr  etdi. 
Xidmətçi  yumurtaların  doqquzunu  dilənçiyə  verib  birini 
saxladı.
Axşam oldu. Biri gəlib qapını döydü və boş yumurta 
səbətini istədi. Xidmətçi vermək istəməsə də, Abdullah ibn 
Mübarək gəlib boş səbəti qapını döyənə uzatdı. O kimsə 
səbəti geri qaytardığı zaman içində doxsan yumurta vardı. 
Bunu görən Abdullah ibn Mübarək xidmətçini sorğu-suala 
tutdu. Xidmətçinin öncə gələn dilənçiyə doqquz yumurta 
verib,  bir  dənəsini  axşam  iftarına  saxladığını  öyrənincə, 
“Sən bizə 10 yumurta zərər etdirdin” – dedi.
Öz canını şirin bilən
Nə çapsa da, Fərhad olmaz.
Öz malını bir din bilən
Nə qapsa da, rahat olmaz.
Xəsis min yas, ağlaş qura,
Haqq deyibən min hayqıra,
Mal üçün min kafir qıra,
Nə yapsa da, cihad olmaz.
BİR olana iki şey seç,
Canından keç, malından keç.
Seçsən haqsan, seçməsən heç,
Min yaşasan, həyat olmaz.


178
Uca Allah Öz Kitabında qullarına “Ana­ataya, qohum­
əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, 
yaxın  yoldaşa,  (yolda  qalan)  müsafirə  yaxşılıq  etməyi” 
(ən-Nisa, 36) buyuraraq, yalnız özünü düşünməkdən çəkin-
dirdi.  Belələri,  yəni  özündən  və  ya  ailəsindən  başqasını 
düşünməyənlər xəsislərdir. Onlar “özləri xəsislik etməklə 
bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz 
lütfündən bəxş etdiyi nemətləri gizlədirlər” (ən-Nisa, 37). 
Allah-Təala eyni zamanda “öz mallarını xalqa göstərmək 
xatirinə xərcləyənləri də” (ən-Nisa, 38) sevməz. Çünki bun-
lar israfçılar, “şeytanla yoldaşlıq edənlərdir” (ən-Nisa, 38).
Beləliklə, bu qənaətə gələ bilərik ki, xəsislik və israf çı lıq 
Allah  üçün  olmayan,  səxavət,  comərdlik  isə  Allah  üçün 
olan  xərclərdədir.  Xəsislik  və  israfdan  qorunub,  bunların 
arasında orta yol tutanlara gəldikdə isə onlar Allah üçün 
olan xərclərdə əsla əsirgəməyən, Allah üçün olmayan xərc-
lərdə isə zəruri ehtiyacdan artıq sərf etməyən kimsələrdir.
İbrət
Rəvayət  olunur  ki,  Əmirəl-möminin  Əli  (aleyhissəlam
bir adama beş dəvə yükü xurma göndərdi. Buna şahid olan 
biri dedi: “Ey Möminlərin Əmiri! Vallah, filankəs səndən 
istəməyib, ona bir dəvə yükü də yetər”. Həzrət buyurdu: 
“Allah möminlərin arasında sənin kimilərini çoxaltmasın! 
Mən ərməğan edirəm, sən xəsislik edirsən”.
Adəm oğlu, utanma, ver,
Azdı demə, yoxdu demə.
Kim istəsə, usanma, ver,
Acdı demə, toxdu demə.
Sən səbəb ol, bəhanə yox,
Sən saqi ol, peymanə yox.
Sən çıraq ol, pərvanə yox,
“Yandım” demə, “yaxdı” demə.


179
Gec-tez gözü yumulansan,
Nəsibini tam alansan.
Sevin, hələ umulansan,
Umanların çoxdu demə.
6. “(rəhmanın qulları) o kəslərdir ki, Allahla yanaşı 
başqa bir ilahı çağırmazlar” (əl-Furqan, 68).
Allahla  bərabər  başqa  bir  ilahı  çağırmaq  olmayan  bir 
şeyi çağırmaq, yoxluğa səslənməkdir. Çünki “odur Allah! 
ondan başqa ilah yoxdur” (əl-Qəsəs, 70). 
Allahdan başqa bir ilahın yoxluğuna inanmayan Allahın 
var və Bir olduğuna iman gətirməmişdir. Başqa sözlə, “lə 
ilahə” (ilah yoxdur) gerçəkliyini bilərəkdən, ya bilməyə rək-
dən qəlblərinə yaxın qoymayanlar “İlla Allah” (ancaq Allah 
vardır)  həqiqətindən  bilərəkdən  ya  bilməyərəkdən  uzaq 
düşmüşlər.  “Məgər  bilmirsənmi  göylərdə  də,  yerdə  də 
mülk (hakimiyyət) yalnız Allaha məxsusdur? o, dilə di­
yinə əzab edər, dilədiyini bağışlar” (əl-Maidə, 40).
Allah  ikincisi  olmayan  Birdir.  Onu  bu  cür  tanımayan 
tanıyıncayadək zəlalətdə, azğınlıqdadır. Onu bu cür tanı yan-
lar üçün isə başqa ədəd olmaz. Çünki bütün başqa ədədlər 
və onların ifadə etdiyi məzmunlar O Birdə cəmdir, Ondan 
kənarda heç nə yoxdur.
İbrət
Şibli həzrətləri bir parça dükanına girdi. Dükançı onu 
üzdən tanımırdı. Oxumuş biri olduğunu anlayınca qumaş-
ların hesabını aparmağı ona təklif etdi və cavabını gözlə-
mədən  əlinə  bir  çox  rəqəmləri  qoydu.  O  da  məcburən 
rəqəmləri  topladı.  Bitirdikdə  dükançı  həyəcanla  soruşdu: 
“Nə qədər etdi?” Həzrət ciddiyyətlə: “Bir” – dedi. Dü kançı: 
“Dəlisənmi?”  –  deyə  kükrə dikdə  sakitcə  buyurdu:  “Sən 
yoxsa bilmirsənmi həqiqət daima Birdir, digərləri isə mə-
cazdır?  Allah-Təala  “İxlas”  surəsində  buyurmadımı  ki: 
“De: “O, Allah, Birdir”?”


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə