I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə52/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   48   49   50   51   52   53   54   55   ...   69

208
Allah-Təala  Öz  Elçisinin  bu  cavablarını  təsdiqləyən 
“o  kəslər  ki,  Allahla  yanaşı  başqa  bir  ilaha  yalvarmaz, 
Allahın haram buyurduğu cana haqsız yerə qıymaz, zina 
etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər” (əl-Furqan, 68
ayəsini nazil etdi.
Zinadan saqının, sonu fənadır,
Hər şeydən savayı, qadın anadır.
Zinadan çirkin şey varsa dünyada,
O da qonşu ilə olan zinadır.
Ayə və hədisdə zinanın ən bağışlanmaz günahla, yəni 
imansızlıqla  bir  sırada  sadalanması  dinimizin  bu  çirkin 
əmələ  münasibətinin  aydın  göstəricisidir.  “Əl-Muminun” 
surəsində də zina etməməni möminin sifətlərindən biri kimi 
görməkdəyik. “(Möminlər) o kəslərdir ki, ayıb yer lə rini 
qoruyub saxlayarlar” (əl-Muminun, 5).
İbrət
Rəvayət olunur ki, Bəsrədə “Mişki” ləqəbiylə tanınan bir 
adam vardı. Çünki daim ondan ətrafa müşk ətri yayılırdı. 
Bunun səbəbi sorulduğu zaman başına gələn bir əhvalatı 
nəql etdi:
“Mən çox gözəl üzlü və həddən artıq utancaq bir gənc 
idim. Atam insanlara qaynayıb-qarışa bilməyim üçün məni 
bir qumaş satanın yanında işə qoydu. Bir gün dükana bir 
yaşlı qadın gəldi. İstədiyi malları aldıqdan sonra yanın dakı 
pulun az olduğunu söyləyib qalan məbləği vermək üçün 
evinə dəvət etdi. Onunla getməli oldum. Məni bir qəsrə gə-
tirdi. İçəridə gənc bir qadınla ikilikdə qoyub çıxdı. Qadı nın 
mənimlə  yaxınlıq  etmək  istədiyini  başa  düşəndə  özümü 
itirdim. “Allahdan qorx, Allahdan qorx” desəm də, qadına 
təsiri olmadı. Bir çıxış yolu axtarıb, təbii ehtiyacımı rəf et-
mək bəhanəsiylə su başına keçdim. Orada böyük dəstə maz 
pozaraq pisliyimi hər iki üzümə, bədənimə yaxdım. Orada 


209
olanlar:  “Bu  dəlidir!”  –  dedilər  və  beləcə  onların  əlindən 
qur tul dum. Bu hadisədən sonra məndən mişk rayihəsi gəl-
məyə başladı”.
İmanla zinanın bir arada buluna bilməyəcəyinə işarət 
edən hədislər də yetərincədir. “Qul zina etdiyi zaman iman 
ondan çıxar, başı ucunda bir kölgə kimi gözlər. Qul zina­
dan ayrıldığında iman təkrar ona dönər”. “Kim Allaha və 
Axirət gününə iman edirsə, yanında məhrəmi olmayan bir 
qadınla yalnız qalmasın; çünki belə bir durumda üçüncü­
ləri şeytandır”.
Şeytan damarlarda dolaşar gerçək,
Çirkin olanı da göstərər göyçək.
Qadınsız evlərə girməsin qadın,
Erkəksiz evlərə girməsin erkək.
 Zikr etdiyimiz ayə və hədislərdən hasil olan və ibrət 
əhlinə  kifayət  edən  ilk  qənaət  budur  ki,  əgər  imanlı  bir 
şəxs zina edərkən ölərsə, yaxud zinadan sonrakı ömrünü 
tövbəsiz başa vurarsa, imansız ölmüşdür. Allah qorusun! 
İmansız  ölməkdən  daha  böyük  müsibətmi  var?  Bir  anlıq 
ləzzət xatirinə bütün əbədi ləzzətlərin üstündən xətt çək-
mək ağıl sahiblərinin işi deyildir.
İbrət
Abdullah  ibn  Əl-Müəzzin  həzrətləri  nəql  etmişdir: 
“Kəbəni təvaf edirdim. O sırada bir adam diqqətimi çəkdi. 
Kəbənin  örtüsünə  sarılmış  vəziyyətdə:  “Ya  Rəbbi!  Məni 
müsəlman olaraq bu dünyadan apar!” – deyə dua edirdi. 
Başqa bir şey istəmirdi.
Ona yaxınlaşdım və: “Bu duana nədən başqa istəklər 
əlavə etmirsən?” – dedim. O da: “Əgər mənim hekayətimi 
bilmiş olsaydın, məni üzürlü görərdin!” – dedi.
“Sənin hekayətin nədir?” – sordum. Bu hadisəni anlatdı:


210
“Mənim  bir  çox  qardaşlarım  vardı.  Ən  böyük  qarda-
şım müəzzin idi. 40 il ərzində azan oxumuşdu. Ölüm vaxtı 
yaxınlaşanda  Quran  gətirməyimizi  istədi.  Təbərrük  üçün 
bir neçə ayə oxuyacağını zənn edərək istəyini yerinə yetir-
dik. Quranı əlinə aldı və ətrafında bulunanlara göstərərək 
onun içindəki ayələrə inanmadığını söylədi. Sonra xris tian-
lığı qəbul edərək xristian kimi öldü.
Onun dəfnindən sonra başqa bir qardaşım da mürtəd 
oldu. O da 30 il azan oxumuşdu. Öləndə xristian kimi öldü.
Mən də nəfsimin onlar kimi olmasından qorxuram və 
Rəbbimə dua edərək məni İslam dini üzrə qorumasını dilə-
yirəm”.
Mən:  “Qardaşlarının  öncəki  halları  necəydi?”  –  deyə 
sor dum. O da belə cavab verdi: “Onlar qadınların arxasına 
düşər, yeniyetmə oğlanlara baxardılar”.
Zina, yəni nikahsız münasibət Adəm övladları ara sında 
ən  qədim  və  ən  məşhur  günahlardandır.  Demək  olar  ki, 
bütün peyğəmbərlər (aleyhimussalam) öz qövmlərini bu çir-
kin yoldan çəkindirməyə çalışmışlar.
İbrət
Yəhudi kahinləri Hz. İsanı (aleyhissəlam) imtahan etmək 
və gözdən salmaq məqsədilə bir pozğun qadını onun yanına 
gətirib  soruşdular:  “Zinakarın  cəzası  daş-qalaqdırmı?” 
Hz. İsa (aleyhissəlam): “Bəli” – dedi. Kahinlər dedilər: “Bu 
qadın zina etmişdir, ona görə də daşqalaq edilməlidir!” 
Hz. İsa (aleyhissəlam) kahinlərin batinlərindəkini bildi. 
Buyurdu: “Qoy bu qadına daşı o kəs atsın ki, onun heç bir 
günahı yoxdur”. Kahinlər duruxdular. Hz. İsa (aleyhissəlam) 
isə  davam  etdi:  “Eşidin!  Hər  xətaya  bir  cəza  yazılmışdır. 
Qoy xəta edənin cəzasını o kəs versin ki, özü xəta törət mə-
mişdir. Bəndənin özündən qeyrisi üzərində haqqı cəza üçün 
deyil, islah və ibrət üçündür. Ən düzgün hökmü verən isə 
Allah Özüdür”.


211
Qadınlarsız, ey ərənlər,
Nə surət, nə məna vardır.
Kişilərsiz, ey zənənlər, 
Nə övrət, nə ana vardır.
Ana sevən cənnətdədir,
Övrət sevən fitnədədir.
Zənən sevən möhnətdədir,
Zənən varsa, zina vardır.
Sanma zina kişilikdi,
Hər cür zina vəhşilikdi.
bu dünya meşəlikdi,
Nə də insan canavardı.
Zina dövrümüzdə əvvəlki əyyamlarda olduğu kimidir
hətta daha yayğın, daha miqyaslıdır. Əgər bu günün zina-
karına  da  rəcm  cəzasını  (daşqalaq  etməklə  öldürmə)  və 
Həzrət  İsanın  (aleyhissəllam)  üsulunu  tətbiq  etməli  olsaq, 
yəni zina edənə daş atmaq üçün zina etməmiş birini arasaq, 
əqli kəsməyən uşaqlardan qeyrisini tapmaq müşkülə dönər. 
Bunun əsas səbəblərindən biri bəşəri normaların ilahi qa-
nunları üstələməsi, dünyəvi dövlətin dini dövlətdən üstün 
tutulmasıdır.  Çünki  dünyəvi  dəyərlərə  söykənən  məmlə-
kətlərdə  zinaya  nəinki  rəsmi  qadağa,  heç  rəsmi  qınaq  da 
yoxdur. Cəmiyyəti ilbəil, nəsilbənəsil çökdürən bu müdhiş 
günah bir normaya, həyat tərzinə çevrilməkdədir. Görü nən 
və bilinən budur ki, durum Qiyamətədək pisləşməkdə da-
vam edəcəkdir. Çünki yeni bir Peyğəmbər əsla gözlə nilmir. 
Peyğəmbərlərin arasının kəsildiyi dövrlərdə isə əxlaqsız lı-
ğın ancaq artan istiqamətdə olması tarixin acı təcrübə lərin-
dəndir. Başqa sözlə, axır zamandır. Yeganə Qurtuluş yolu 
son Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əxlaqına sarıl-
maq, dini dəyərlərə dönməkdir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə