I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə49/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   45   46   47   48   49   50   51   52   ...   69

196
yaxaladım. O da “Lə ilahə illallah” dedi. Amma mən onu 
vurub  öldürdüm.  Bu  səbəbdən  içimə  bir  şübhə  düşdü. 
Axırda bunu Hz. Peyğəmbərə (salləllahu aleyhi və səlləm) bil-
dirdim. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “O, 
“Lə ilahə illallah” dedi və sən onu öldürdün, eləmi?” Mən: 
“Ey Allahın Rəsulu, bunu ancaq və ancaq silah qorxusuyla 
söylədi” – dedim. Buyurdu: “Bunu (silah qorxusuyla) söy-
lə yib-söyləmədiyini  öyrənmən  üçün  qəlbinimi  yardın?” 
Və  bu  sözü  davamlı  şəkildə  o  qədər  təkrarladı  ki,  hətta 
“Kaş İslama bu gün girmiş olaydım” – dedim”.
Qəfil ölüm yoxdu, qafil insan var,
Qəlbini qətl edən qatil insan var.
Şər şeytan əməli, onsuz kimsə yox,
Şərə qalib insan, qabil insan var.
Dövrümüzdə “Lə ilahə illəllah” deyənlər arasında baş 
verən qətllərin çoxu məişət zəminindədir. İslam dinindən 
sayılan insanların xırda mübahisə və münaqişələr üzün dən 
ayıq  və  sərxoş  başla  bir-birini  güllələməsi,  bıçaqlaması, 
mət buatın, demək olar ki, adi və gündəlik məlumatları sıra-
sındadır. Əcəba, Allahın verdiyi canı bədəndən ayırmaq bu 
qədər asanmı? Heç nəyin üstündə əldən gedən təkcə dünya 
deyil, həm də Axirətdir axı!
Hədis
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: “İki 
müsəlman qılınclarıyla qarşılaşıb döyüşdüklərində öldü rən 
də, ölən də cəhənnəmdədir”.
Soruşdular:  “Ya  Rəsulallah!  Öldürəni  anladıq,  ölənin 
təqsiri nədir?” Buyurdu: “Çünki o da qarşısındakını öl dür-
məyə istəkli idi”.
Ey ölüm, həyatdan sənə salamlar!
O da salam deyir sizə, adamlar.
Orada bilmirəm həyat necədi,
Burda qətllərdi, bir də edamlar.


197
Təkcə məişət zəminində deyil, qanun əsasında törə di-
lən  qətllər  də  həyəcan  doğurur.  Çünki,  bir  qayda  olaraq, 
ilahi hikmətdən yox, bəşəri düşüncələrdən qaynaqlan maq-
dadır.  Hədisdə  buyuruldu:  “Adil  hakim  Qiyamət  günü 
ilahi  məhkəmə  qarşısına  çıxarılacaq.  Hesabın  şiddətini 
görüncə umduqlarından vaz keçəcək və arzulayacaqdır ki, 
kaş bir dənə xurma haqqında belə iki adam arasında hökm 
verməmiş olaydı”. Əgər adil hakimlərin xırda bir mülki iş-
dən dolayı durumu budursa, öz ağlıyla ölüm hökmlərinə 
imza atan hökm sahiblərinin vay halına! Hər bir cəza haqq 
üzrə,  yəni  günahın  ölçüsündə  olmalıdır.  Haqq  ölçünü 
Allahdan yaxşı bilən varmı?
Hədis
Rəsulullah (salləllahu aleyhi və səlləm) əshabına buyurdu: 
“Hakimlər  üç  qisimdir.  Bir  qismi  Cənnətdə,  iki  qismi 
Cəhənnəmdədir. Haqqı bilib onunla hökm edən hakim cən-
nətdədir. Haqqı bildiyi halda qəsdən zülm edən hakim isə 
cəhənnəmdədir. Bilmədən hökm verən hakim də atəşdədir”.
Səhabələr sordular: “Ya Rəsulallah, bilməyənin günahı 
nədir?” Cavab verdi ki: “Onun günahı layiq deyilkən hakim 
olmasıdır”.
Amirlərə, məmurlara
Söylə zalim olmasınlar.
Rəhmət yoxdur mənfurlara,
Mənfur xadim olmasınlar.
Şəri sifariş eyləyib,
Şeytanla saziş eyləyib,
Nəfsə nəvaziş eyləyib,
Qəlbə qənim olmasınlar.
Doğru dində olmayanlar,
Daim öndə olmayanlar,
Haqqa bəndə olmayanlar
Xalqa hakim olmasınlar!


198
Uymasınlar hədyanlara,
Səltənətə, sultanlara!
Uymasınlar şeytanlara;
Məlun, rəcim olmasınlar!
Allah mütləq Hakimdir. Bu o deməkdir ki, bu gün yer 
üzündə hökm edən də, hökm edilən də sabah Onun hüzu-
runda mühakimə olunacaq. Bədbəxt bunu unudan, Axirəti 
düşünməyəndir.  “Allahı  zalımların  əməllərindən  qafil 
sanma. Allah onları elə bir gün üçün saxlayır ki, o gün 
gözləri hədəqəsindən çıxar. onlar başlarını yuxarı qaldı­
rıb durar, gözlərini də qırpa bilməzlər. Qəlbləri də bom­
boşdur” (İbrahim, 42-43).
Zülmün qədəhi var, səbrin kasası,
Zülmün zopası var, səbrin əsası.
Əsa toppuz olar kasa dolanda;
Gec olur, güc olur səbrin qisası.
Rəhbərlik elmdir, rəyasət deyil,
Elm ibadətdir, siyasət deyil.
Xaliqə qulluqdur, xalqa xidmətdir;
Rəhbərlik başqa bir fərasət deyil.
Zülm təkcə hökm sahibinin öz hökmündə haqq ölçü ləri 
itirməsi deyil, həmçinin buna əngəl ola biləcək kimsələrin 
əngəl olmamasıdır.
İbrət
Yavuz Sultan Səlim xan ölkədə ipək alqı-satqısını yasaq 
etmişdi.  Lakin  ölkə  əhlindən  dörd  yüzə  qədər  adam  bu 
yasağı  pozdu.  Qanunlara  əməl  etməkdə  hamıya  nümunə 
olan hökmdar hər cür pozuculuğa qarşı amansız idi. Dər-
hal o dörd yüz nəfərin edamı barədə fərman verdi.
Osmanlının səkkizinci şeyxülislamı Zənbilli Ali Əfəndi 
bu xəbəri eşidən kimi Sultanın hüzuruna tələsərək qəzəbli 


199
hökmdarı bu işdən çəkindirmək istədi. Aralarında belə bir 
söhbət keçdi:
–  Bu  əlləri  bağlı  dörd  yüz  adamın  öldürülməsi  halal 
deyildir.  Buna  görə Allah  qatında  cavab  verməli  olarsan. 
Onları edam etdirmə.
– Xalqın üçdə birinin halını düzəltmək üçün üçdə iki-
sinin belə öldürülməsi caiz ikən bu cür bir ovuc kimsənin 
qanının tökülməsini çox görmək yersiz deyildirmi?
– Bu işə bir böyük fitnələr zamanı yol verilə bilər.
–  Hökmdarın  əmrinə  qarşı  gəlməkdən  daha  böyük 
fitnə olurmu?
– Bunlar sənin əmrinə qarşı çıxmamışlar. Çünki sənin 
ipək  əmiri  təyin  etmən  ipəyin  alınıb-satılmasını  göstərir. 
Bu bir rüsxətdir, açıqca izin vermən deməkdir. İpək alınıb 
satılmayacaqsa, niyə ipək əmiri təyin etdiniz, onun vəzi fəsi 
nədir?
– Sənin səltənət işlərinə aid bu kimi şeylərdə söz söy lə-
mən vəzifən deyildir.
– Bu xüsus Axirət işlərindəndir. Buna qarışmaq bizim 
vəzifəmizdir.
Şeyxülislam  bu  son  sözləri  deyərək,  salam  vermədən 
hüzurdan ayrıldı. Sultan əvvəlcə çox qəzəblənsə də, bu cəsa-
rətli söhbət onu uzun müddət və ciddi olaraq düşün dürdü. 
Sonra Qurani-Kərimdə buyurulan: “Əgər bağışlarsınızsa, 
bu, təqvaya daha yaxındır” (əl-Bəqərə, 237) ayəsinə uyaraq, 
o, dörd yüz nəfəri əfv etdi.
Hökm əhli oynar odla,
Bir qığılcım yaxar onu.
Su boğaza çıxar onda,
Bir tüpürük boğar onu.
Kim öldürmək gücündədir,
Həlakının küncündədir.
Uçurumun ucundadır –
Bir üfürük yıxar onu.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə