I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə46/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   42   43   44   45   46   47   48   49   ...   69

184
Dünya ruhsuz bədənimiz,
Bizdən deyil dönənimiz.
Dünya artıq dünənimiz,
“Sabah, sabah” deyənlərik.
Yetmiş yerdən dəlinsək də,
Yetmiş yerə bölünsək də,
Yetmiş dəfə döllənsək də,
“Allah, Allah” deyənlərik.
Allah yolçusu üçün ən gözəl zikr “Lə ilahə illallah”dır. 
Əgər  yolun  hansısa  mərhələsində  “Lə  ilahə”  həqiqətinə 
qovuşarsa,  yəni  içindəki  bütün  ilahlardan  təmizlənərsə, 
“illa Allah”, yaxud “Allah, Allah” zikri ona yetər. Ən təh-
lükəli  ilah  nəfsdir.  “nəfsini  özünə  ilah  edən  və  Allahın 
bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhür­
lədiyi,  gözünə  də  pərdə  çəkdiyi  kimsəni  gördünmü?” 
(əl-Casiyə, 23). Nəfsin təhlükəsi ona görə ən böyükdür ki, 
o, xahiş etməz, əmr edər. Əmr edən isə, məlum məsələdir 
ki, əmr etdiyi kimsəyə özündən qeyrisinin əmr etməsini 
qəbul  etməz.  Qul  Rəbbinin  əmrləri  ilə  nəfsinin  əmrləri 
ara sında  seçim  edərkən  kimə  üstünlük  verərsə,  ibadəti 
onadır.
İbrət
Əbul-Həccac Aksuri həzrətləri (Yusif İbn Abdurrahim) 
anladır: “İlk günlərimdə daim “Lə ilahə illallah“ deyirdim 
və heç bundan qafil olmazdım. Bir gün nəfsim mənə dedi: 
“Sənin Rəbbin kimdir?“ Mən də: “Rəbbim Allah-Təaladır” 
dedim. Onda nəfsim bunları söylədi: “Sənin Rəbbin mənəm, 
çünki sən mənə ibadət edir, mənim əmrlərimi yerinə yeti-
rirsən. Kimin əmrinə tabesənsə, ibadətin onadır. Sənə “məni 
doydur” deyirəm, yeyirsən. “Yat” deyirəm, yatırsan. “Get” 
deyirəm, gedirsən. “Al” deyirəm, alırsan. Sən mənim hər 
əmrimi yerinə yetirirsən, deməli, mənə qulluq edirsən”.


185
Bunun üzərində bir müddət düşündüm. Sonra bəsi rə tim 
açıldı  və  mənə  buyuruldu:  “Allah-Təalanın  əmrlərinə  uy, 
nəfsə qarşı müxalifət et. Nəfsin “yat” desə, Allah-Təalanın 
saleh qulları üçün “onlar gecələr az yatardılar” (əz-Zariyat, 
17) buyurduğunu və sənin bu cür edən saleh qullardan ola -
ca ğını  de!  Nəfsin  sənə  “Ye”  desə, Allah-Təalanın  “Yeyin, 
için, ancaq israf etməyin!” (əl-Əraf, 31) buyurduğunu de! 
Sənə “yeri” deyərək qürur və təkəbbürlə yeriməyini istəsə, 
Allah-Təalanın  “Yer  üzündə  təkəbbürlə  və  qürrələnərək 
yerimə” (əl-İsra, 37) buyurduğunu de! Nəfsin bir şeyi alma-
ğını  istə dikdə Allah-Təalanın  “Əlini  boynuna  bağlı  sax­
lama (simic olma) və tamam da açıq qoyma (israf etmə)” 
(əl-İsra, 29) buyur duğunu de!
Soruşdum:  “Bunları  edərsəm,  nəyə  nail  olacağam?” 
Buyu ruldu: “Mütəqqilərdən, ariflərdən və siddiqələrdən, 
Rəbbinə ibadəti tam yerinə yetirənlərdən olursan”.
Həyat zülmət, ölüm işıq,
Nədən nəfsim zülmət istər?
Bir qədri yox yarım qaşıq,
Yer-göy qədər qiymət istər.
Hələ fasiq ikən nəfsim,
Xəlqə aşiq ikən nəfsim,
Qəhrə layiq ikən nəfsim,
Nədən könlüm rəhmət istər?
Çiyinlərdə gedir hamı,
Könüllərdə gedən hanı?
Əzəlindən bu cahanı
Mərd istəməz, namərd istər.
Haqdandı hər hüsni-kamal,
Haqdandı hər elmü-kamal.
Cahil olan cahü-cəlal,
Arif olan hikmət istər.


186
Nəfsin  ən  ciddi  təhlükəsi  özünə  dəyər  biçməsidir. 
Allahdan başqasını öyərkən Rəbbinə ortaq qoşan insan öz 
dəyərindən danışmaqla, yaxud özünə dəyər verilərkən sus-
maqla daha artıq şirkə girmiş olur. Çünki quyuya su tök-
məklə quyu dolmaz. İnsanda dəyərli, tərifəlayiq nə varsa, 
mənbəyi Allahdır. “De: “Bir söyləyin görək, əgər suyunuz 
çəkilib  getsə,  (Allahdan  başqa),  kim  sizə  axar  su  gətirə 
bilər?”  (əl-Mulk,  30). Allah  dilədiyini  ucaldar,  ucaltdığını 
da dilədiyi zaman endirər. Yüksəliş də, eniş də Ondandır. 
Adəm oğlu öz qatında nəfsinə dəyər verdiyi andan Allah 
qatında dəyərdən düşür. 
Nəfsinə savaş aç, adi yarış yox,
Düşmənə verəsi bircə qarış yox.
Bu savaş kimsəyə güzəşt tanımaz,
Burada atəşkəs, yaxud barış yox.
İblisin aqibəti heç vaxt unudulmamalıdır. O, Rəbbi ya-
nındakı xidmətlərinə baxmayaraq, özünün insandan üstün 
olduğunu dilə gətirən kimi ilahi rəhmətdən kənar laşdı rıldı. 
Allah yolçusu başqalarından faydalanarkən onların, baş qa-
ları ondan faydalanarkən özünün vasitədən qeyri bir şey 
olmadığını daim xatirində tutmazsa, yolçuluğu faydasız dır. 
“günəşə  və  aya  səcdə  etməyin,  onları  yaradan  Allaha 
səcdə edin” (Fussilət, 37).
İbrət
Zunnun Misridən rəvayət edilir: “Bir gün dağlarda dola-
şarkən  bir  camaat  gördüm.  Hamısı  xəstə  idi.  Burada  nə 
etdiklərini sordum. Dedilər: “Burada bir abid var, ildə bir 
dəfə  üzə  çıxır,  bizim  üçün  bəzi  şeylər  oxuyur,  hamımız 
şəfa tapırıq”. Mən də onlara qoşulub abidi gözlədim.
Sarıbənizli, zəif vücudlu, gözləri çuxurlaşmış bir adam 
çıxdı.  Heybətindən  dağ  silkələndi.  Sonra  şəfqət  dolu  bir 
nəzərlə adamlara baxdı, ardınca səmaya baxdı, onlara tərəf 


187
üfürən kimi hamısı şəfa tapdı. Getmək istərkən ətəyindən 
yapışıb yalvardım: “Allah üçün onları maddi xəstə liklər dən 
qurtardın. Mənim də mənəvi mərəzlərimə əlac elə!”
“Ey Zunnun, – dedi, – əlini ətəyimdən çək. Allah-Təala 
səni gördüyü halda Onu qoyub mənim ətəyimdən tutdun. 
Allah-Təala ikimizi də həlak edər”.
Kim Onun heyranıdır, hüri, ya qılman diləməz,
Kim Onun xəstəsidi, həkim, ya Loğman diləməz.
Su Onun, atəş Onun, yandıran O, söndürən O,
Kim Onun təşnəsidir, dərya, ya ümman diləməz.
Çırpınar qəlb quşumuz, döş qəfəsi darlıq edər,
Meyli Ərşdir, nə ki yer, hətta asiman diləməz.
Kəbəyə döndü könül, Beytül-haram mislindədi,
Haqq evin Sahibini hansı, de, mehman diləməz?
Hər kərəm Sahibinin ümdə bir ehsanı olur,
Vəslə müştaqdı bu qul, qeyri ərməğan diləməz.
Elə bir Hakimə təslim eləmiş könlünü qul,
Qətlinə versə əmr, əfvinə fərman diləməz.
Ey könül, canı verib artıq azad oldum demə,
Nəfsdən qeyri o Şah bu quldan qurban diləməz.
  
İnsan zərrə qədər də olmadığını anlamayınca Tamın qiy-
mətini  verə  bilməz.  Zatən  Din  Allahdan  başqa  Böyüyün 
olmadığını  anladan  Haqq  elmdir.  Ona  ibadət  edənlər  bu 
anlayışa sahib deyillərsə, ibadətdə hesab edilməzlər. İbadət-
lərin şahı, Dinin dirəyi sayılan namaza çağırışın, yəni Aza-
nın, habelə namazın özünün “Allahu Əkbər” (Allah Böyük-
dür) sədaları ilə başlaması həmin gerçəkliyin ifadəsidir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə