I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə54/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   50   51   52   53   54   55   56   57   ...   69

216
Zina  həm  ictimai,  həm  də  fərdi  bəladır.  Zina  edənin 
ömründən və ruzisindən kəsilər. Bir iş adamı vardı. Gənc 
olmasa da, ibadətə başladığı iki il idi. Bir gün biznesində 
iflas əlamətlərinin görünməsindən bəhs edib məsləhət is-
tədi.  Tövbəni  zəruri  edən  bir  günahının  olub-olmadığını 
sordum.  Özündə  heç  bir  günah  görmədiyini  söyləyərək 
getdi.  Lakin  işindəki  axsamalar  daha  sürətlə  artdığından 
işçilərin əksər hissəsini ixtisar etməli oldu. Növbəti gəliş lə-
rinin  birində  vəziyyətin  çıxılmaz  olduğunu  bildirdi.  Ona 
səbəbi  öz  günahlarında  aramaq  lazım  gəldiyini  yenidən 
xatırlatdım,  bu  dəfə  daha  səmimiydi  və  həyatında  başqa 
bir  qadının  da  mövcudluğunu  etiraf  etdi.  Onu  tövbəyə 
inan dırmaq asan olmadı. Qadından imtina etməsini heç cür 
həzm edə bilmirdi. Nəhayət, kimlərinsə məsləhətiylə o qa-
dınla  dini  nikaha  girib,  günah  yükündən  qurtulmaq  niy-
yə tində bulundu. Lakin tövbəsiz bu addımın onun işi üçün 
mənasız, ailəsi üçünsə problemli olacağını qətiyyətlə bildir-
dikdə niyyətindən daşındı və tövbə edərsə işlərinin dərhal 
yaxşılığa doğru gedib-getməyəcəyi ilə maraqlanmağa baş-
ladı. Allahın qəbul edəcəyi bir tövbədə bulunarsa, iflasdan 
qurtaracağına şəkk etməməsini söylədim. Sonda Rəbbimiz 
bu din qardaşımıza tövbəni nəsib etdi. Tövbədən bir neçə 
gün sonra sürətlə baş verənlərə isə o, möcüzədən başqa bir 
ad verə bilmirdi. Çünki istehsal etdiyi malları topdan al-
mağa birdən-birə o qədər müştəri gəlməyə başlamışdı ki, 
nəinki əvvəlki işçiləri geri qaytarmalı olmuş, hətta bundan 
üç dəfə artıq işçiyə ehtiyac yaranmışdı. Həmd olsun aləm-
lərin Rəbbi olan Allaha! Həqiqətən, O hər şeyə qadirdir!
Ey igid, ər isən, zinadan qorun!
Zənn elə hərbdəsən, minadan qorun!
“Bir dılğır naxırı korlar” deyiblər,
İçində böyürən danadan qorun!


217
Dünya gözəlləri yalan kimidi,
Gözəllər dünyası dalan kimidi.
Dünyaya, qadına “yox” deyə bilən,
Cənnətin “hə”sini alan kimidi.
Zina baxışların ünsiyyətindən başlar, bədənlərin təma-
sıyla bitər. Allah buyurdu: “Möminlərə de: “gözlərini na­
məhrəmdən çevirsinlər və ayıb yerlərini qorusunlar. Bu 
sizin təmizliyiniz üçündür... Möminələrə söylə: “gözlə­
rini çevirsinlər və ayıb yerlərini qorusunlar” (ən-Nur, 30). 
Əgər göz zinası gerçək zinadırsa, onda dövrümüzdə hamı 
zinakardır,  çünki  məsum  göz,  demək  olar,  yoxdur.  Kim 
bilir, bəlkə də, Rəbbimizin camalını bu dünyada görə bil mə-
mək Adəm oğlunun gözlərinə verilən ilahi cəzadır. Çünki 
Ona ancaq Ondan başqasına baxmayan gözlər baxa bilər.
Nəyə aşiqiksə ona layiqik,
Nəyə layiqiksə ona aşiqik.
Nəfs sevdiyinə sədaqət edər,
Dünyanı sevərik, ona sadiqik.
Ondan başqasına olan hər baxış, əlbəttə, göz zinası sayıl-
maz.  İnsanın  əlində  olmayan  şeylər  vardır.  Əsas  məsələ 
ba xışı vaxtında çevirə bilməkdir. Ayədə buyurulan da bu-
dur:  “gözlərini  çevirsinlər”.  Əgər  baxan  gözünü  çevirə-
nə dək  baxdığı  kimsənin,  necə  deyərlər,  şəklini  çəkməyə 
macal  tapıbsa,  yəni  yaraşıqlımı,  yaraşıqsızmı,  qaraşınmı, 
sarışınmı, incəmi, kobudmu olduğunu, zənginmi, kasıbmı 
göründüyünü təyin edə bilibsə, deməli, bu baxış o baxış lar-
dan deyil.
Ey insan, gözlərin zinasından qaç,
Odlu baxışların mənasından qaç.
Sənin olmayanın yaxşısından qorx,
Sənin olmayanın fənasından qaç.


218
Baxmaqda  qəbahət  görməyənlər,  yaxud  “Biz  gözələ 
de yil,  gözəlliyə  baxdıq”  prinsipini  rəhbər  tutanlar  ən  azı 
nəfsi və şeytanı ciddiyə almayan kimsələrdir. Ciddiyə al-
saydılar anlardılar ki, baxdıqları varlığı cazibədar göstərən 
Allah yox, Şeytandır. O isə təkcə göstərməklə işini bitmiş 
sayan düşmənlərdən deyil. Allah Rəsulu (salləllahu aleyhi və 
səlləm) nəinki naməhrəmlərə baxmaqdan, hətta onları təs vir 
etməkdən də çəkindirmişdir. “Qadınlar görüşdükləri qadın­
ların  gözəlliklərini,  yaxşılıqlarını  ərlərinə  anlatmasınlar. 
Ərləri o qadınları görmüş kimi olurlar” (hədis).
Demirəm meşənin şirindən qaçın,
Deyirəm qadının şərindən qaçın.
Nəfsin dilədiyi dadlı şeylərdi,
Dünyada dadlıdan, şirindən qaçın.
Allah  üçün  insanın  gözəlliyi  görkəmində,  imkanında 
deyil,  imanındadır.  “Əlbəttə,  Allaha  iman  gətirmiş  bir 
kəniz hüsnünə heyran olduğunuz müşrik bir qadından 
daha yaxşıdır... Əlbəttə, Allaha iman gətirən bir kölə ca­
malına məftun olduğunuz müşrik bir kişidən daha xeyir­
lidir. onlar sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi 
öz izni ilə Cənnətə, məğfirətə çağırır” (əl-Bəqərə, 221).
A kişi, cinsini dürüst idrak et:
Kişilik paklıkdır, özünü pak et!
Qanandan qadına qaçmağındasan,
Kişisən, özünü sən az həlak et.
Allah  yolçusuna  yaraşan  –  bütün  naməhrəmlərə  eyni 
gözlə, yəni həqiqi mömin kimi baxmaqdır. Bu isə baxan və 
baxılanın cinsindən asılı olaraq hər naməhrəmi bacı, yaxud 
qardaş  şəklində  görmək  deməkdir.  Bu  görüşün  sahib lə-
rində gördüklərinə qarşı nəfsani və şeytani duyğular baş 
qaldırmaz.


219
Kişi qorumazsa gözünü yaddan,
Necə qoruyacaq özünü oddan?
Quzuya dönməyin gözəl görəndə,
Quzu qoruyammaz özünü qurddan.
İbrət
Bir müdrik öz tələbələriylə səyahətə çıxdı. Söhbətlərin 
birində onlardan soruşdu: “Gecə ilə gündüzü bir-birindən 
nə ilə ayırd edə bilərsiniz? Dəqiq olaraq nə zaman qaran lıq, 
nə zaman aydınlıq başlar?”
Tələbələr  müxtəlif  cavablar  verdilər.  Biri:  “Uzaqdakı 
sürüyə baxaram. Qoyunu keçidən ayıra bilmirəmsə, deməli, 
axşamdır”, – dedi. Digəri: “Ustadım, əncir ağacını zeytun 
ağa cından ayırdığım zaman anlayıram ki, səhərdir”, – söy -
lədi. Sonda tələbələr ustadın rəyini bilmək istədilər. O da 
bu ibrətli cavabı verdi: “Yolda gedərkən qarşıma bir qadın 
çıx dıqda gözəlmi, çirkinmi, qaramı, ağmı olduğunu ayır-
ma  dan ona “bacı” deyə bildiyim zaman və yenə qarşıma bir 
kişi çıxdıqda zənginliyini, yoxsulluğunu, dinini, millətini, 
irqini fərq etmədən ona “qardaşım” deyə bildiyim zaman 
anlayıram ki, səhər girmiş, aydınlıq başlamışdır”.
Dünyaya nəbadə hərb aç!
Hərb açanlar məğlub olur.
Bacardıqca dünyadan qaç, –
Qaçana o, mənsub olur.
Hər qadını sən bacı bil,
Şirin gəlsə, tez acı bil.
Hər zülfünü bir qamçı bil,
Yüz zərbəsi vacib olur.
Öz nəfsindən umsan fayda,
Leylalara qılma fəda.
Hurilərə duysa sevda,
Bu dünyada rahib olur.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə