I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə53/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   49   50   51   52   53   54   55   56   ...   69

212
Zənənlər ən zəif cinahımızdır,
Ən odlu, ən dadlı günahımızdır.
Zorumuz, zövqümüz şeytana bəlli,
Yaradan yeganə pənahımızdır.
İbrət
Bəra  ibn  Azibdən  (radiyallahu  ənh):  “Üzü  qara  rənglə 
boyanmış və dəyənək vurulmuş bir yəhudi Peyğəmbərin 
(salləllahu  aleyhi  və  səlləm)  yanından  keçirildi.  Rəsulullah 
(salləllahu aleyhi və səlləm) onları çağıraraq soruşdu: “Zina 
edənin cəzası Kitabınızda bu şəkildəmidir?” Onlar “Bəli” 
dedikdə onların (yəhudilərin) alimlərindən bir kimsəni ça-
ğırdı və soruşdu: “Musaya Tövratı endirənin (Allahın) eş-
qinə,  (deyin  görüm)  zina  edənin  cəzasını  Kitabınızda  bu 
şəkildəmi oxudunuz?” O da dedi: “Xeyr. Əgər məndən bu 
qay dada söz almasaydın, sənə bildirməzdim. Zina cəza sının 
rəcm olduğunu bilmədəyik. Ancaq şərəflilərimiz arasında 
zina çoxaldı. Sonda elə hala gəldik ki, şərəflilərimizi yaxa-
larsaq onu buraxır, zəifi yaxalarsaq, ona zina cəzası tətbiq 
edərdik. Ona görə də “Gəlin həm şərəfliyə, həm də zəifə 
tətbiq edə biləcəyimiz ümumi bir cəza üzərində birləşək” 
dedik və nəticədə rəcm cəzasını üzünü qara rəngə boyama 
və dəyənək cəzası ilə əvəz etdik”.
Rəsulullah  (salləllahu  aleyhi  və  səlləm):  “Allahım,  Sənin 
əmrini öldürdüklərində onu ilk dirildən mənəm” buyura-
raq əmr verdi və (zina etmiş yəhudiyə) rəcm tətbiq olundu”.
Ey qadın, qəhqəhən nə yaman şaqraq,
Qadın da çəkərmi bu cür şaqqanaq?
Sonu Axirətdə bunun od, atəş,
Dünyada şallaqdı, ya da daşqalaq.
Allah qurtuluş yolunu insanlara göstərmişdir. Allahın 
göstərdiyi yolu qoyub başqa yollar aramaq qurtulmaq istə-


213
məməkdir. Çünki qurtaran, nicat verən Odur. Onun buyur-
duğu yolla getməyəni nə deyib qurtarsın. “Allah və Pey­
ğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə 
və  qadına  öz  işlərində  başqa  yol  seçmək  yaraşmaz” 
(əl-Əhzab, 36).
Müasir dünya, cinsindən asılı olmayaraq, hər kəsin bəra-
bər  hüquq  və  azadlıqlarından  çox  bəhs  edir,  bu  sahədə 
qazanılan nailiyyətlərlə çox öyünür. Əgər yer üzündə zina-
nın, ər-arvad xəyanətlərinin, boşanmaların, ailədəki stress 
və  xəstəliklərin,  zədəli,  yaxud  anormal  uşaqların,  sərxoş-
edici, uyuşdurucu şeylərə aludəçiliyin heç bir dövrdə gö-
rünməyən sürətli artımı gerçəkdən nailiyyətlərdirsə, onda 
İblisi təbrik etmək olar. Çünki niyyətinə çatmışdır. Dindən 
uzaqlaşmanın aqibəti budur.
Qadını mədh etmək şeytan fətvası,
Qadını fəth etmək nəfs davası.
Dünyanı iki şey islah edəcək:
Kişi tövbəsiylə qadın təqvası.
 İslam heç də müasir qadının cəmiyyətdə rolunun art-
masına, mövqeyinin güclənməsinə qarşı deyil. Sadəcə, dini-
miz əks cinslər arasında zinalara, xəyanətlərə yol açan saxta 
bərabərliyi, azadlığı yox, hər cür zinaya, xəyanətə yolu bağ-
layan gerçək bərabərliyi, azadlığı təbliğ edir. “Həqiqətən, 
Allah  məhz  müsəlman  kişilər  və  müsəlman  qadınlar, 
mömin kişilər və mömin qadınlar, (Allaha) müti kişilər, 
müti qadınlar, doğru danışan kişilər, doğru danışan qa­
dınlar,  səbirli  kişilər,  səbirli  qadınlar,  təvazökar  kişilər, 
təvazökar qadınlar, sədəqə verən, oruc tutan kişilər, sə­
dəqə verən, oruc tutan qadınlar, ayıb yerlərini qoruyub 
saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişi lər 
və qadınlar üçün məğfirət və böyük əcir hazırlamışdır” 
(əl-Əhzab, 35).


214
Cahan da, canan da zinətdi, kişi,
Zinətin axırı möhnətdi, kişi.
Nə dünya qadını Cənnət hurisi,
Nə qadın dünyası Cənnətdi, kişi.
Zinanı  qadağan  etməmək  ona  icazə  vermək  kimidir. 
Dinimizdə zinaya heç bir halda izin yoxdur. Əks cinslər ara-
sındakı cütləşmə ehtiyacını ödəməyin yeganə vasitəsi nikah-
dır. Subaylığın dəstəklənməməsi, evliliyin isə sıx-sıx təbliğ 
olunması, hətta dördə qədər qadınla evlənməyə icazə veril-
məsi həm də bu hikmətdən qaynaqlanır. “onlar ilə rahat 
olasınız deyə nəfsinizdən (özünüzdən) zövcələr xəlq et­
məsi aranızda sevgi və mərhəmət yaratması da onun qüd­
rət əlamətlərindəndir” (ər-Rum, 21).
Bu dünyanı o dünyaya
Sən nəbadə calaq eylə.
Könlünü ver bir sevdaya,
Şəhvətləri şallaq eylə.
Yüz tərəfə axmaqdansa,
Yüz oyundan çıxmaqdansa,
Yüz gözələ baxmaqdansa,
Bir nəfsini təlaq eylə.
Səndə Haqq da, batil də var,
Məsum da var, qatil də var,
Zalim də var, adil də var,
Şərləri daşqalaq eylə.
Allah  Öz  qullarının  təmiz  olmasını,  ilahi  hüzura  pak 
gəlməsini  istər.  Zindanı  zinadan  və  Züleyxalardan  üstün 
tutan Hz. Yusif (aleyhissəlam) bütün nəsillər üçün örnək dir. 
“Ey rəbbim! zindan bu qadınların məndən istədiklərini 
etməkdən daha yaxşıdır” (Yusif, 33). Allaha və Axirət gü-


215
nünə inanan kimsə evləndiyi qadınla kifayətlənib ona sadiq 
olmalı, evlənmədiyi bütün naməhrəm qadınlara da evlənə 
bilməyəcəyi  məhrəm  qadınlara  baxdığı  gözlə  baxmalıdır. 
Allaha və Axirət gününə inanmayan üçünsə inanmaması 
günah olaraq ona yetər.
İbrət
Bir gənc Rəsulullahın (səllallahu aleyhi və səlləm) yanına 
gələrək “Zina etmək üçün mənə izin ver” – dedi. Səhabələr 
onu tənbeh etmək istədilər. Rəsulullah (salləllahu aleyhi və 
səlləm)  əshabını  saxlayıb  gənci  yanına  çağırdı  və  ondan 
soruşdu:  “Ananla  zina  edilməsinə  razı  olardınmı?”  Gənc 
“Razı olmaram” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm
buyurdu: “Bacınla zina edilməsinə razı olardınmı?” Gənc 
yenə: “Razı olmaram”, – dedi. Rəsulullah (salləllahu aleyhi 
və səlləm) bu qaydada gəncin qadın qohumlarının hamısını 
saydı, sonra mübarək əlini onun köksünə qoyaraq dua etdi: 
“Allahım, onun günahlarını bağışla, qəlbini təmizlə və övrət 
yerini (zinadan) qoru”.
O gənc bundan sonra ömrünün sonuna qədər heç bir 
naməhrəm qadına gözünün ucu ilə də baxmadı.
Adəm oğlu, nəfsin diri,
Öldürməyən ələmdədir.
Bir sümük qal, bir də dəri,
Yol şəhvani ölümdədir.
Demirəm ki, cəhənnəmdi,
Dünya nazlı bir sənəmdi.
Möminlərə naməhrəmdi,
Zina edən zülümdədir.
Özünü bil, cinsini bil,
Ruhunu bil, cismini bil.
Şeytanını, cinini bil,
Qurtuluşun elmdədir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə