I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə57/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

228
Şahid o kimsədi, Haqdan savayı bəyanı yox,
Şahid o kimsədi ki, nəfsi yoxdu, şeytanı yox.
Düz sözün şahidinə kəc baxan minlərlə olur
Bir həqiqətdi: onun onlarla heç heyranı yox.
Qulu Cənnətlik edən sidqi deyil, başqa nədir?
Şəhid etsən də onu, haqqa qarşı üsyanı yox.
Haqqı gizlətmək olar, Haqdan necə gizlənsin qul?
Məhşərin şiddətində ondan daha giryanı yox.
Vardır Haqq şahidinin Haqq qatında mərtəbəsi,
Sidq məqamındadı o, qeyri onun meydanı yox.
İbrət
Qövsi-əzəm  Əbdülqadir  Geylani  həzrətləri  on-on  iki 
yaşlarında  ikən  anasının  izniylə  elm  öyrənmək  üçün  bir 
karvana qoşulub Bağdada tərəf səfər etdi. Yolda quldurlar 
qarşılarını kəsib karvanı soydular. Soyğunçulardan bir ne-
çəsi Həzrətdən pulu olub-olmadığını sorarkən “Qırx qızı-
lım var, cübbəmin qoltuğuna tikilmişdir”, – dedi. Onlar da 
bu ca vabı qorxmuş bir uşağın yalanı kimi qəbul edib əhə-
miyyət  vermədilər.  Sonra  bunu  başçılarına  danışdılar. 
O  da  Həz rəti  yanına  çağırıb  “Pulun  varmı?”  –  deyə  so-
ruşdu.  Eyni  cavabı  aldıqda  cübbəsinin  sökülməsini  əmr 
etdi. Qırx qızılı gö rəndə heyrətlə xəbər aldı: “Nədən giz-
lət mədin,  doğru  da nışdın?”  Cavab  verdi  ki:  “Anama  söz 
vermişəm  ki,  heç  za man  yalan  söyləməyəcəyəm,  xəyanət 
edə bilmərəm”.
Quldurbaşı bunu eşidib ağladı. Sonra: “Neçə ildir məni 
yaradıb yetişdirənə verdiyim sözə xəyanət edirəm” – deyə-
rək tövbə etdi. Ona baxıb digər quldurlar da tövbə edərək 
soyduqları bütün malları karvan əhlinə qaytadılar.


229
Haqq zamanı susma, ey dil!
Haqsız hər şey batil olur.
Hər kəlməni sən məsum bil,
Hər yalançı qatil olur.
Hər söz borcdu, qatma sələm,
Ödənməyən hər borc ələm.
Şeh mürəkkəb, tikan qələm,
Nə söylərsən o, gül olur.
Şahidliyi ibadət say,
Qəzavat say, şəhadət say,
Sonda sonsuz səadət say,
Nə dilərsən hasil olur.
Bu  bir  gerçəkdir  ki,  şahidsiz  əməl  yoxdur.  Özündən 
başqa şahidin olmadığını düşünərək günah işləyənlərin gü-
nah işləmiş əzalarını Qiyamət günü dilə gəlib öz əleyh lə-
rinə şəhadət verəndə o kimsələrin halları necə olacaq? “Bu 
gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər ba­
rəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəha­
dət verər” (Ya sin, 65). Adəm oğlunu yalana, həqiqəti gizlə-
məyə  sövq  edən  məhz  O  Günü  qəbul  etməməsi,  yaxud 
önəmsiz saymasıdır. Başqa bir ayədə isə buyuruldu: “nəha­
yət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəri­
ləri etdikləri əməlləri barəsində onların əleyhinə şəha dət 
verəcəkdir. onlar öz dərilərinə: “nə üçün əleyhimizə şəha­
dət  verirsiniz?”  –  deyəcəklər.  (Dəriləri  də)  belə  cavab 
verəcəkdir: “Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. 
Sizi ilk dəfə yoxdan yaradan odur. Siz onun hüzuruna 
qaytarılırsınız!”
Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əley­
hinizə şəhadət verəcəyindən qorxub çəkinmir, etdiyiniz 
əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edir di­
niz” (Fussilət, 20-22).


230
Ey oğul, kal, ya da kalan danışma,
Filankəs haqqında filan danışma.
Həmişə özgəyə gerçəyi söylə,
Heç zaman özünə yalan danışma.
Şahidlik ədalətli olmalı, tərəfkeşlik edilməməlidir. Şahid 
üçün dost, ya düşmən yoxdur, yalnız həqiqət vardır. “Ey 
möminlər! Allah rizası üçün qalxın və ədalətlə şahidlik 
edin.  Bəzi  insanlarla  düşmənçiliyiniz  sizi  ədalətsizliyə 
vadar etməsin. Ədalətli olun ki, bu, təqvaya daha yaxın­
dır və Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbər­
dardır” (əl-Maidə, 8).
Cəncəli çox bu cahanın;
Yalanı min, düzü birdir.
Haqqı tanı, Haqla tanın,
Adları çox, Özü birdir.
Xəlqə qarşı bir zahid ol,
Nəfsə qarşı mücahid ol!
Zülmə qarşı haqq şahid ol,
Haqq şahidin gözü birdir.
Dövrümüzdə dünyəvi qanunlara görə vətəndaşın özünə, 
yaxud doğmalarına qarşı şahidlik etməmək hüququ vardır. 
Bu isə çox zaman həqiqətin ört-basdır edilməsinə, ədalət siz 
qərarların qəbul və icrasına meydan açır. Din qanun larında 
isə belə deyildir. Şahid varsa, o, tərəflərə münasibətindən, 
bağlılıq dərəcəsindən asılı olmayaraq, həqiqəti ortaya qoy-
malı,  ədalətə  kömək  etməlidir.  Bəndəlik  vətəndaşlıqdan 
öndədir. İşin prosesini, gedişatını deyil, sonunu düşün mək 
lazımdır. Gedişat dünyaya, son Allaha bağlıdır. Yəni şahi-
din adil olmaması üzündən işin gedişatı yanlış, ədalətsiz 
istiqamətdə  ola  bilər,  fəqət  sonda  Allah  onsuz  da  haqqı, 
ədaləti bərpa edəcəkdir. O zaman ədalətsiz şahidin aqibəti 


231
digərlərinkindən qat-qat ağır və ağrılı olacaqdır. Adil şahi-
din durumu isə əksinədir. Allah dilərsə, onun doğru şəha-
dətindən doğa biləcək dünyəvi ziyanı elə yerindəcə dəf edər.
Haqq önündə hər qul eyni;
Zəngin eyni, yoxsul eyni,
Ögey eyni, oğul eyni,
Həqiqətin üzü birdir.
Haqq susmazsa, batil dinməz,
Haqdan yanan xəlqdən sönməz.
Qul dönməsə, Allah dönməz,
Rəbbimiz Bir, sözü birdir.
İbrət
Bəsrə valisi Həsən Bəsri həzrətlərinin həbsinə dair əmr 
verdiyindən valinin adamları onu axtarırdılar. Həzrət onlar-
dan yaxa qurtarmaq üçün tələbəsi Həbib Əcəmi həzrət lə-
rindən sığınacaq istədi. O da razı oldu. Hər yeri ələk-vələk 
edən mühafizəçilər buraya da gələrək Həsən Bəsrini görüb-
görmədiyini soruşdular. Həbib Əcəmi: “Evimdədir”, – dedi. 
Onlar içəri keçib axtarsalar da, heç kimi tapmayıb getdilər.
Həsən Bəsri Həbib Əcəmiyə üz tutaraq dedi: “Anladım 
ki, Allah-Təala  sənin  hörmətinə  məni  onlara  göstərmədi. 
Amma  bəs  mənim  sənin  boynunda  heç  ustadlıq  haqqım 
yoxmu? Nədən yerimi nişan verdin?”
Həbib Əcəmi sakitcə dedi: “Ustadım, əgər yalan danış-
saydım, Allah-Təala onların səni tapmasına mane olmaya-
caqdı, nəticədə hər ikimiz həbs ediləcəkdik. Mühafi zəçilə-
rin səni görə bilməməsi Allaha xatir doğru danışmağımın 
səbəbiylədir”.
Əmr Onun, yasaq Onun,
Ondan başqa varmı qanun?
Öncə Onu eylə məmnun,
Sonra dərdin yüzü birdir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə