I cild görsən bir milləti mala meyilli



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə47/69
tarix15.07.2018
ölçüsü1,15 Mb.
#55913
1   ...   43   44   45   46   47   48   49   50   ...   69

188
“(Rəhmanın qulları) o kəslərdir ki, Allahla yanaşı başqa 
bir ilahı çağırmazlar” (əl-Furqan, 68) ayəsinin hikməti məhz 
namazda daha çox üzə çıxır. Qul Rəbbini nə üçün çağırar? 
Əlbəttə, sığınmaq, qorunmaq, kömək istəmək üçün. Hədis-
lərdən də bəlli olduğu kimi, çağırışların, yəni duaların ən 
məqbul  vaxtı  namazlardan  sonradır.  “Səbir  və  namazla 
kömək arayın. Şübhəsiz ki, bu, ağırdır. Ancaq müti olan lar 
istisnadır”. (əl-Bəqərə, 45) ayəsi də bunu təsdiqləməkdədir. 
Möminlər Allah Rəsulundan (salləllahu aleyhi və səlləm) dua-
sını almaq istədikdə o Həzrət mütləq iki rükət namaz qılar, 
ardınca dua edərdi. Yeri gəlmişkən, dövrümüzdə də mömi-
nin  bu  sünnəyə  uyması,  yəni  özü  kimi  birinin  kömə yinə 
ehtiyac  duyanda,  hər  hansı  müşkülünü  həll  etmək  istə-
yəndə  öncə  iki  rükət  namaz  qılıb  duada  bulunması  çox 
gərəklidir. Çünki bu zaman ehtiyacını özü kimilərdən deyil, 
özü kimi olmayan Allahdan diləmiş olur. Allah isə ancaq 
Onun  böyüklüyünü  qəbul  edən,  ancaq  Ondan  uman  və 
umduğunu  ancaq  Onun  verə  biləcəyinə  inanan  qulunun 
müticəsinə Ona uzanan əllərini boş geri qaytarmaz. Yetər 
ki, bəndə Kimin hüzuruna çıxdığını anlamış olsun.
İbrət
Əbu Əmr Züccaci həzrətlərindən sordular: “Fərz namaz-
larda ilk təkbiri gətirərkən nədən halın dəyişir?” Cava bında 
buyurdu: “Bir fərzə sidq və səmimiyyətlə başlamamaqdan 
qorxuram. Bir kimsə “Allahu Əkbər (Allah ən böyükdür)” 
deyər və qəlbində Ondan böyük bir şey bulunarsa və ya 
ömrü  boyu  Ondan  başqasının  ucalığını  və  böyüklüyünü 
qəbul edərsə, özünü öz diliylə təkzib eləmiş olur”.
Adəm oğlu, nəfsini yıx,
Zəfər sənə bu cür gülər!
Yıxdığının üstünə çıx,
Başın buludları dələr.


189
Yeddi dəfə etsən əfqan,
Yeddi evdə olmaz qanan.
Bircə kərə çəksən Azan,
Yeddi səma səda elər.
Bu dünyaya gözünü yum,
Namazdan çıx, namaza cum!
Hər nə umsan, səcdədə um,
Ummadığın yerdən gələr.
Allahın gözəl adlarından biri Mucibdir. Yəni Haqq-Təala 
yaratdıqlarının çağırışlarına cavab verən, dualarını müstə-
cəb qılandır. “Qullarım Məni səndən sorarlar, de: “Mən 
yaxınam,  Məni  çağırsalar,  cavab  verərəm.  Qoy  onlar  da 
Mənim  dəvətimi  qəbul  edib  Mənə  iman  gətirsinlər  ki, 
düz yolla gedənlərdən olsunlar” (əl-Bəqərə, 186). 
Diləklər süslənir “Allah” deyəndə,
Mələklər səslənir “Allah” deyəndə,
Od qoyun şeytana bu dünyada da,
Hər dəfə səksənir “Allah” deyəndə.
Yuxarıdakı ayədə göründüyü kimi, yalnız Onun qulla-
rının  çağırışına  cavab  veriləcəyindən  söhbət  gedir.  Yəni, 
özünü Onun qulu saymayanlar bu qarşılıqdan məhrum dur. 
“ondan  başqasını  çağıranların  duası  müstəcəb  olmaz” 
(ər-Rəd, 14). Özünü Onun qulu hesab edən, fəqət Onu ça-
ğırmayan kimsələrin də durumu eynidir. “De: “Əgər dua­
nız  (çağırışınız)  olmasa,  rəbbim  sizə  nə  dəyər  versin?” 
(əl-Furqan, 77). Lakin Onu çağıran həqiqi qul kimi çağır malı, 
yəni içdən Ona səslənməlidir. Allah ancaq qəlbin harayını 
eşidər. Digər fəryadlar faydasızdır. “rəbbinizə müti olaraq 
və astadan dua edin” (əl-Əraf, 55). “onu qorxa­qorxa və 
ümid ilə çağırın” (əl-Əraf, 56). “Allaha ixlasla (tam səmi miy­
yətlə, yalnız onun rizasını umaraq) dua edin” (əl-Mumin,14).


190
Din duadır, iman ədəb,
Dinsizlikdən həya eylə.
Sən miskin qul, O Qadir Rəbb,
Nə üsyan, nə riya eylə.
Gündüz gülmək üçün deyil,
Gecə ölmək üçün deyil.
Təqdir silmək üçün deyil,
Gecə-gündüz dua eylə.
Nə sus, kiri, nə coş, bağır,
Asta çağır, müti çağır.
Rəbbin Qəni, hamı fağır,
Onu deyib fəryad eylə.
Dua qəlbin harayıdır,
Könül Onun sarayıdır.
Dil naləsi havayıdır,
Sən ruhunu əhya eylə.
Uca  Rəbbimiz  “Yalnız  ona  edilən  dua  haqdır”  (ər-
Rəd, 14) buyurdu. Dövrümüzdə və dövrəmizdə açıq şirk, 
əlbəttə ki, heç gizlində də yoxdur, yəni İslam ümmətindən 
olan,  kəlmeyi-şəhadəti  dilə  gətirən  kimsələrin  daşdan, 
taxtadan  bir  büt  yonub  qabağına  qoyması,  ondan  nəsə 
diləməsi,  yaxud  günəşə,  ulduza,  digər  yaradılan  şeylərə 
tapınması, artıq təsəvvür edilməz. Çünki belələri bütpə rəst 
olub, bu ümmətdən sayılmaz. Fəqət gizli şirk, yəni ixlas dan 
uzaq  əməllər  müsəlman  sayılanların  arasında  açıqdan-
açığa tüğyan etməkdə, hər addım və kəlməbaşı qarşı mıza 
çıxmaqdadır. 
Şirkin gizlisi var, açığı vardır,
Muşrikin avamı, alçağı vardır.
Gizli şirk özünü gözə soxmaqdı,
Ey avam, gözün də bıçağı vardır.


191
Allah  Rəsulu  (salləllahu  aleyhi  və  səlləm)  buyururdu: 
“Ümmətimdə şirk qarışqanın mərmər daşı üzərindəki hərə­
kətlərindən daha səssiz və gizlidir”. Bu o deməkdir ki, iba-
dət  əhli  olan  biri  ibadətdən  saydığı,  yaxud  haram  hesab 
etmədiyi bir əməli işlər, fəqət bu əməliylə Allaha şərik qoş-
duğunun fərqinə varmaz. Məsələn, həvəslə nərd oynayan 
biri “zər verdi, zər vermədi” deyərkən Rəbbinə heç bir şans 
buraxmayıb, ancaq zərə tapındığını anlamaz. Beləsinə “Nərd 
oynayan  əlini  donuz  ətinə,  qanına  batırmışdır”  hədisini 
xatırladarsan, gözünü döyər. 
Kim əgər dünyada nərddən ayrılmaz,
Hər iki dünyada dərddən ayrılmaz.
Burda vaxtı gedər, orada bəxti –
Şeytanlar o bəxtsiz fərddən ayrılmaz.
Yaxud, “pul hər şeyi həll edir” prinsipini rəhbər tutan-
lar pulun heç bir şeyi həll etmədiyini, hər şeyi həll edənin 
yalnız Allah olduğunu unutmaqdadır. Halbuki ayədə “Allah 
Qəni  (zəngin),  siz  isə  fəqirsiniz”  (Muhəmməd,  38)  buyu-
ruldu.  Vəzifəsinə,  yaxud  yüksək  vəzifə  tutan  qohumuna, 
tanışına güvənən, “Filankəs dağ kimi arxamdadır” deyən 
kimsələr “Dağları qum təpəsinə döndərib (əl-Muzzəm mil, 
14)  toz  kimi  səpələyənin”  (əl-Vaqiə,  6)  varlığından  sanki 
xəbərsizdilər. Allahdan çox adamlardan qorxanlar qor xuda, 
Xaliqdən çox məxluqa ümid edənlər ümiddə, Yaradandan 
çox yaradılanları sevənlər məhəbbətdə, özü kimi Olma yan-
dan  çox  özü  kimi  olanlardan  utananlar  həyada  Rəbbinə 
ortaq qoşmaqda, fəqət bundan qəflət etməkdədirlər.
Sən ey öz qövmündə mötəbər adam,
Az qala bütlərə bərabər adam.
Xalqın mədhiyyəsi məst və məhv elər,
Xaliqin qəhrindən bixəbər adam.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə